Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

BU İL MƏNZİL BAZARINDA 18 FAİZ QİYMƏT ARTIMI PROQNOZLAŞDIRILIR

19.01.08 - 10:26753 baxılıb

ƏN ÇOX BAHALAŞMA TORPAQ BAZARINDA ÖZÜNÜ GÖSTƏRƏCƏK

Ötən il bütün sahələrdə olduğu kimi, daşınmaz əmlak bazarında da bahalaşma qeydə alındı. İlin əvvəlində enerjidaşıyıcılarının qiymətinin artırılması, paytaxtda boş torpaq sahələrinin tükənməsi, tikinti materiallarının bahalaşması daşınmaz əmlak bazarına təsirsiz qalmadı. Respublikada tikinti sahəsinə nəzarətin gücləndirilməsini də nəzərə alsaq, bu il də qiymət artımı gözlənilir. Məsələyə münasibət bildirən "Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov ötən il daşınmaz əmlak bazarı üzrə 23,2 faiz bahalaşma qeydə alındığını dedi:
"2007-ci ilin əvvəlində ən çox bahalaşma torpaq bazarında qeydə alındı. Bu da bir tərəfdən paytaxtda boş torpaq sahələrinin olmaması ilə əlaqədar idisə, digər tərəfdən vətəndaşların torpaq almağa marağının artması ilə izah olunur. Ötən ilin ortalarında Bakıda hündürmərtəbəli binanın uçmasından sonra vətəndaşların yeni tikililərdə mənzil almağa marağı azaldı. Belə olan halda əksəriyyət torpaq sahələri alaraq üzərində fərdi ev tikməyə üstünlük verməyə başladı. Bu da torpaq bazarında kəskin bahalaşmaya səbəb oldu".
N.İbrahimovun qənaətinə görə, bu il 2007-ci illə müqayisədə o qədər də bahalaşma proqnozlaşdırılmır: "Cari ildə enerjidaşıyıcılarının qiymətinin artırılması gözlənilmədiyindən güclü inflyasiya təzyiqi olmayacaq. Amma əhalinin gəlirlərinin artması və xarici təsirlər bahalaşmaya təkan verəcək. Bu il daşınmaz əmlak bazarında təxminən 16-18 faiz bahalaşma gözlənilir. İlin sonunadək yeni tikilən mənzillər təxminən 18 faiz, köhnə mənzillər isə 14-15 faiz bahalaşa bilər. Lakin daşınmaz əmlak bazarının müxtəlif sahələrində qiymət artımı fərqli ola bilər. Hazırda ən bahalı ərazi şəhərin mərkəzi hesab olunur. Bu il mərkəz hissələrdə alıcılara boş torpaq sahəsi təklif olunmayıb. Burada torpaqların, demək olar ki, hamısı satılıb.
Amma şəhərin mərkəzində olan uçuntu obyektlərinə istinad etsək, bir kvadratmetr sahənin qiyməti 3000 manata bərabərdir. Şəhərin ikinci və üçüncü zonaları isə nisbətən aşağı qiymətə dəyərləndirilir. Dördüncü zona, yəni şəhərətrafı qəsəbə və kəndlərdə isə qiymətlər o qədər də yüksək deyil. Bu ərazilərdə bir sot torpağın qiyməti 300 ABŞ dollarından 40 min dollaradək dəyişir. Bu zonada ən yuxarı qiymətlər Mərdəkan, Zuğulba zonasında təklif edilir. İl ərzində ən aşağı qiymət isə Qaradağ rayonunda qeydə alınıb. Burada torpağın bir sotunun qiyməti təxminən 280 dollar olub".

ƏMLAK BAZARINDA AKTİVLİK İLİN İKİNCİ YARISINDA ARTACAQ

Ekspertin qənaətinə görə, ilin sonunadək ən çox qiymət artımı torpaq bazarında gözlənilir: "Çünki ötən ilin son dörd ayında torpaq bazarında aktivlik daha yüksək olub. Əhalinin böyük bir hissəsi torpaq sahəsi alıb fərdi ev tikməyə üstünlük verir. Bu tendensiyanın bu il də davam etməsi gözlənilir. Bahalaşmaya həm daxili, həm də xarici amillər təsir göstərəcək. Ölkəyə kənardan gətirilən tikinti materiallarının bahalaşması qiymət artımına təsir edəcək. Xarici amil isə ölkəyə daxil olacaq pul kütləsinin həcminin artmasıdır. Xaricdə işləyən iş adamları pullarının bir hissəsini Azərbaycanın daşınmaz əmlak bazarına yerləşdirməkdə davam edəcəklər.
Gözlənilir ki, 2008-ci ildə bu rəqəm əvvəlki illərə nisbətən daha çox olacaq. Daşınmaz əmlak bazarında qiymət formalaşmasına bu faktorun təsiri bu il daha çox olacaq. Daxili səbəblər sırasında isə əhalinin alıcılıq qabiliyyətinin və məşğulluğunun artırılması və ipoteka kreditlərinin verilməsidir. Üstəlik, yeni tikilən evlərin azalması da qiymətlərin bahalaşmasına təsir edəcək. Təbii ki, aktivlik yüksək olan yerdə, qiymət artımı da özünü göstərəcək. Bu mənada torpaq bazarında ümumilikdə qiymət artımı 22 faiz olacaq. Təkrar mənzil bazarı və kommersiya bazarında aktivlik olsa da, bahalaşma o qədər də yüksək olmayacaq".
Artıq tikinti sektoruna nəzarətin xeyli gücləndirildiyini bildirən N.İbrahimov bu amilin də qiymətlərin formalaşmasına təsirsiz qalmayacağını qeyd edir: "Təbii ki, tikinti sektoruna nəzarət nisbətən zəif olan dövrlərdə qiymətlər də nisbətən aşağı idi. Həmin vaxt aparılan tikintinin keyfiyyəti də o qədər yüksək deyildi. Amma illər keçdikcə texniki şərtlərin sərtləşdirilməsi gözlənilən idi. Nəzarətin gücləndirilməsi qiymətlərin bahalaşmasına səbəb olsa da, keyfiyyətin artmasına təkan verir. Düzdür, nəzarətin gücləndirilməsi keyfiyyətli iş görməyə rəvac verdiyindən mənzillərin maya dəyəri də artacaq. Bu da öz növbəsində qiymətlərin bahalaşmasına səbəb olacaq. Lakin ipoteka şərtlərinin yumşaldılması, əhalinin alıcılıq qabiliyyətinin artması bazarda aktivliyi artıracaq. Amma ümumilikdə, cari ilin birinci yarısında aktivlik zəif olacaq. İlin sonlarına doğru isə aktiflik yüksək olacaq".
Ekspert respublikanın regionlarında daşınmaz əmlak bazarında qiymət artımı gözlənildiyni vurğulayır: "Regionlarda qiymət artımı ötən ildən Bakı şəhərini üstələyib. Gəncə şəhərində ötən il daşınmaz əmlak bazarında bahalaşma 50 faiz olub. Bu da bazarda aktivliyin yüksək olması ilə əlaqədardır.
Digər tərəfdən isə, paytaxtda yüklənmə olduğundan artıq bölgələrə axın başlayıb. İndi təkcə Bakı şəhərində deyil, regionlarda da daşınmaz əmlak bazarına investisiya yatırılır. İnkişafda olan regionlarda - Gəncə, Şamaxı, Qəbələ, Quba-Xaçmaz bölgələrində qiymətlər daha yüksək olacaq".

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.