Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Avropa İttifaqı Avropa Qonşuluq Siyasətinin Avroatlantik məkanda həyata keçirilməsinin vəziyyətinə dair hesabatını açıqlayıb. Təşkilat həmçinin 2008-ci və qarşıdakı illərdə bu strategiyanın gerçəkləşməsində tərəfdaş dövlətlərə yeni tövsiyələrlə çıxış edib. Burada əsas elementlər Avropa ailəsinə daxil olan ölkələrin regional layihələrdə yaxından iştirakının dərinləşdirilməsi, daha sıx təmaslar üçün mövcud infrastruktur və təbii ehtiyatlardan istifadə olunmasında yardım siyasətinin təmin edilməsi ilə bağlıdır. Aİ dövlətlərin bir-birilə yaxın qonşuluq əlaqələrini genişlərdirməsini, Avropanın vahid bazar məkanlarına çıxış üçün zəif ölkələrə inkişaf etmiş dövlətlər tərəfindən dəstəyin artırılmasını təklif edir. Bir sözlə, qurum bəyan edir ki, hər hansı ölkə Avropa ailəsinin üzvüdürsə, soyuq münasibətlərdən əl çəkərək sıx və mehriban qonşuluq şəraitində yaşamağa çalışsın.
Aİ bəyanatında tövsiyə olunan detallara ötən il bəzi ölkələrin siyasətində üstünlük verilmədiyini, yaxın qonşuluq strategiyasına Türkiyə və dolayısı ilə Azərbaycanın bəzi istiqamətlərdə əməl etmədiyini iddia edir. Göstərilir ki, Ermənistan regionda bütün layihələrdən kənarda qalır, Avropanın enerji, nəqliyyat və infrastruktur layihələrinə qoşula bilmir, beləliklə, qonşuluq siyasətindən təcrid olunur. Guya zavallı ermənilər "iqtisadi təcrid siyasətinə" məruz qalmaqla Avropaya çıxış imkanlarını itirib. Bu bədnam ölkənin üzünə Avropaya açılan bütün qapılar bağlanıb. Avropa İttifaqı hesabatda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə diqqəti yönəldərək bu xəttin çəkilməsi ilə Ermənistanın infrastruktur şəbəkələri sistemindən kənarda qalacağını və Rusiyanın, İranın nəqliyyat şəbəkəsinin təsiri altına düşdüyünü əsaslandırmağa çalışır. Qurum hətta təşəbbüskarlıqla çıxış edərək Türkiyəni mövcud infrastrukturdan - Qars-Gümrü dəmir yolundan istifadə etməyə də çağırır. Onların fikrincə, yəni hazır dəmir yolu olduğu halda yenisini çəkməyə yüz milyonlarla dollar xərcləmək əhəmiyyətsizdir. Türkiyəyə tövsiyə olunur ki, Qars-Gümrü xəttini cüzi məbləğdə vəsaitlə təmir etməklə işə salmaq mümkündür. Bakı-Tbilisi-Qars xəttinin çəkilişinə ehtiyac yoxdur. Hətta Aİ Türkiyənin bu siyasətinə az qala müdaxilə edir və Ermənistanı iqtisadi blokadada saxlamaqla qardaş ölkənin özünün Avropa Birliyinə gedən yolda qapılarını bağlamaq kimi proqnozlar da irəli sürür.
Avropanın ikili standartları…
Avropa İttifaqının bu cür mühüm məsələdə narahatçılıq keçirməsi, təbii ki, ikili standartlar prinsipinin əsas elementlərindən biridir. Təşkilatın Bakı-Tbilisi-Qars layihəsinə yönələn əks mövqeyi birbaşa Azərbaycanın siyasi və iqtisadi proqramlarına müdaxilə etməsinin təzahürü kimi qiymətləndirilə bilər. BTQ-nin çəkilişi, bütün ictimaiyyətə açıq şəkildə məlumdur ki, Azərbaycanın təşəbbüsü ilə baş tutub. Layihənin iştirakçısı kimi Türkiyənin siyasi dəstəyi, iradəsi və qətiyyəti, eləcə də Gürcüstanın həmrəyliyi xüsusi rol oynasa da, bu dəmir yolunun memarı və bütün ağırlığını üzərinə götürən müəllifi Azərbaycandır. Xatırlayırsınızsa, hələ 2004-cü ildə Azərbaycan bu layihənin təşəbbüskarı kimi çıxış edəndə ABŞ-ın nüfuzlu qurumları, hətta Konqres də BTQ-nin reallaşmasını Ermənistan üçün arzuolunmaz siyasət adlandırırdı. Böyük Britaniyanın və ABŞ-ın maliyyə institutları layihəyə kredit ayrılmasına razılıq vermədi. Amerika konqresmenləri hətta Gürcüstan hakimiyyətinə təzyiq göstərərək tranzit ərazisi olmağa icazə verməməyi təkid edirdi. Gürcüstana belə təklif olunurdu ki, Ermənistandan Türkiyəyə uzanan layihədə iştirak etsin. Bu mübahisələr uzun müddət vaxt aparsa da, 2006-cı ildə Gürcüstan öz mövqeyini ortaya qoydu, BTQ-yə qoşuldu. Ötən il Gürcüstanın Axalkalaki bölgəsində yeni layihənin təntənəli təməlqoyma mərasimi baş tutdu. Azərbaycan Amerika və Avropa dövlətləri ilə sıx tərəfdaşdır, müttəfiqdir və bunu tərəflər arasında həyata keçirilən strateji layihələr də təsdiqləyir. Amma bu, o demək deyil ki, beynəlxalq regional əməkdaşlıq prinsipləri kiminsə mənafeyinə xidmət edən tərzdə tənzimlənməlidir. Azərbaycan bərabər, öz maraqlarına uyğun, tənzimlənmiş regional siyasət yürütməklə mövqeyini möhkəmləndirib. Amerika və bəzi Avropa təşkilatlarının bir neçə il çəkən tərəddüdlərinə baxmayaraq, siyasi qətiyyət nümayiş etdirərək planlarını reallaşdırdı. İndi Böyük Britaniya və Amerika bu qətiyyətlə razılaşmağa məcburdur.
Ermənistan yaxın qonşu yox, müstəmləkədir…
Ermənistanın işğalçılıq siyasətinin qarşılığında Azərbaycanın bu ölkəyə humanizm və "yaxın qonşuluq" siyasəti yürüdəcəyinin absurd olmasını Avropa çox dəqiq şəkildə anlayır. Azərbaycan dəfələrlə BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, GUAM və digər nüfuzlu beynəlxalq qurumların diqqətinə çatdırıb ki, Ermənistan işğalçılıq əməllərinə son qoymaqla və türk dövlətlərinə qarşı ərazi iddialarından əl çəkməklə bölgədəki mühüm enerji və infrastruktur layihələrinin iştirakçısına çevrilə bilər. On ilə yaxındır ki, Azərbaycan bu təkliflə çıxış edir, ermənilər isə məntiqsiz siyasəti davam etdirməklə özlərini dünyaya açılan qapılardan məhrum edir. Digər tərəfdən, Avropa İttifaqı çox aydın şəkildə dərk edir ki, Ermənistan Azərbaycanın Naxçıvanla əlaqəsini kəsməklə blokada yaradıb. Muxtar Respublika ilə avtomobil və dəmir yolu nəqliyyatı məqsədli şəkildə kəsilib. Avropanın tərəfdaş hesab etmədiyi və daim ittihamlara məruz qoyduğu İran hökuməti isə Azərbaycanı bu blokadadan xilas edən əsas dövlətlərdən biridir. İran, əksinə, Azərbaycana həm infrastruktur, həm də yanacaq nəqli baxımından dəstək olub. Məsələnin başqa tərəfi də maraq doğurmaya bilməz, Ermənistanın həmişə Rusiya və İranla sıx əlaqələr qurması və Avropanın regiondakı layihələrinə dolayısı ilə maneə yaratması diqqət çəkir. Bu ölkə neçə illərdir ki, Rusiyanın forpostu kimi AB-nin genişlənməsi planına zidd siyasət yürütməklə yadda qalıb. Enerji, qaz, dəmir yolu və digər layihələrdə Ermənistana Rusiyanın təklif etdiyi variantları qəbul edib. Belə halda, ermənilərin Avropa qonşuluq siyasətinin həyata keçirilməsində hansı rolundan danışmaq olar?! Ermənistan özü Rusiya ilə müttəfiq kimi Avropa Birliyinin strategiyasına qarşı çıxmaqla hansı qütbdə dayandığını büruzə verir. Təbii ki, erməni diasporası Avropada bu dövləti Qərbyönümlü təqdim etmək siyasəti yürütməyə çalışır, amma bu rəy artıq səmərəsizdir. Regionda Ermənistan üçün heç nə qalmayıb, ermənilər ənənəyə sadiq qalaraq kiminsə ovcunda yaşamağa məhkumdurlar. ELBRUS.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.