Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Növbəti uğurlarımızın başlanğıc günləri

05.02.08 - 15:10598 baxılıb

Hümbət NAĞIYEV,
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini:

- Biz həmkarlar işçisi olaraq çox mühüm bir hadisə ərəfəsindəyik. Qarşıdan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayı gəlir. Qurultay gələcək 5 il üçün fəaliyyətimizin ümumi istiqamətlərini müəyyənləşdirəcək və dövrün reallıqlarından doğan problemlərin həllini müvafiq orqanlar qarşısında qaldıracaq. Təbii ki, müzakirələrə çıxarılan məsələlərin əksər hissəsi sahə həmkarlar təşkilatlarından gələcək. Biz də, bildiyiniz kimi, xeyli müddətdir sahə həmkarlar ittifaqı olaraq bütün səviyyələrdə öz təkliflərimizi, problemlərimizi götür-qoy edirik. Bugünkü toplantımız da həmin işlərin davamıdır. Əvvəlcədən qeyd edim ki, müzakirədə daha çox qlobal, başqa sözlə, həlli həmkarlar ittifaqlarının imkanları və səlahiyyəti xaricində olan problemlərə diqqət yetirməyinizi xahiş edirəm.
Əvvəla, icazə versəydiniz mən "qurultaya nə ilə gedirik?" sualı ətrafında müəyyən məqamlara toxunardım. Çünki keçdiyimiz yola nəzər salmadan gələcəyi müəyyənləşdirmək olmaz. Burada əyləşənlər yaxşı bilirlər ki, pedaqogika özünəməxsus çətinlikləri olan peşə sahələrindəndir. Ona görə də təhsil işçilərinin sağlamlığını diqqət mərkəzində saxlamağı özümüzün əsas və daimi vəzifələrimizdən sayırıq. Təkcə ötən il 2245 ədəd yollayış alıb təhsil işçilərinə vermişik. Bu da ötən illərlə müqayisədə qat-qat çoxdur. Ölkədə ilk dəfə olaraq 90 nəfər qabaqcıl təhsil işçisi Respublika Komitəsinin vəsaiti hesabına Türkiyənin Antaliya şəhərinə istirahətə göndərilmişdir. Yenə RK-nın vəsaiti hesabına əlavə olaraq 600 ədəd yollayış alınıb. İşçilər bu yollayışların qiymətinin yalnız 15 faizini ödəyiblər. Lakin etiraf edək ki, biz nə qədər vəsait ayırsaq da, yollayışlar əldə edib paylasaq da, sayı yüzminlərlə hesablanan üzvlərimizin çox cüzi bir hissəsinin istirahətini təmin edə bilirik. Vəziyyətdən çıxış yolunu Respublika Komitəsinin özünün ayrıca sanatoriya və istirahət evlərinin olmasında gördük. Əvvəllər də yerli, ilk təşkilatlardan belə istəklər, təkliflər səsləndirilirdi. Lakin bu təkliflərin Respublika Komitəsində yeni rəhbərlik işə başlayandan sonra araşdırılıb onların reallaşdırılmasına qərar verildi. Bu məqsədlə Xaçmaz rayonunun Nabran qəsəbəsində, İsmayıllıda və Abşeron yarımadasında yerləşən Pirşağı qəsəbəsində hektarlarla torpaq sahəsi alınıb. Hazırda həmin torpaqların sənədləşdirilməsi prosesi başa çatmaq üzrədir. Yaxın gələcəkdə bu ərazilərdə aparılacaq tikintilərin də layihəsi üzərində işlərə başlanacaq.
Respublika Komitəsi ittifaq üzvlərinin əmək, sosial hüquqlarının pozulmasına qarşı qəti mübarizə aparır. Hər bir işçinin şikayəti vaxtında, ciddi şəkildə araşdırılır. Səmərəli tədbirlər görülür. Bu sahədəki qətiyyətimizi, prinsipiallığımızı faktlar da təsdiqləyir. Təkcə ötən il 40 nəfərdən çox işçi işə bərpa olunub və ya onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qarşısı alınıb. Aztəminatlı həmkarlar ittifaqı üzvlərinə üst-üstə 1 milyon 700 min manatdan artıq maddi yardım göstərilib.
Biz ittifaq üzvlərinin maarifləndirilməsi üçün də müəyyən layihələr üzərində işləyirik. Artıq müxtəlif bölgələrdə seminarlar keçirilib, Respublika Komitəsinin və rayon komitələrinin maddi bazaları xeyli möhkəmləndirilib. Müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchizat, lokal şəbəkə və elektron səhifənin yaradılması prosesi gedir. 35 ədəd kompyuter alınıb rayon komitələrinə verilib. Daha onlarla kompyuter sifariş olunub. RK-nın V Məclisində bütün ittifaq üzrə təşkilatlarımızın vahid kargüzarlıq sisteminə keçməsi ilə bağlı təlimat təsdiq olunub. Yaxın günlərdə bütün rayon komitələrini faks-telefon aparatları ilə təmin edəcəyik. Bu da hər hansı bir sənədi rayon təşkilatı əməkdaşlarının xərc, əziyyət çəkib, vaxtı itirib Bakıya gəlməsinin qarşısını alacaq.
Biz çox işlər görürük və görəcəyik. Bütün bunların hamısını birnəfəsə sadalamağa nə vaxt, nə də, məncə, lüzum yoxdur.

Şaiq ƏSGƏROV,
TİAHİ Respublika Komitəsi
sədrinin müavini:

- Hümbət müəllimin sözünün davamı kimi deyim ki, biz daha çox işlər görmək istəyirik. Təəssüf ki, bölgələrdə, elə paytaxtın özündə işimizə müdaxilələrlə rastlaşırıq. Müdaxilə edənlər deyəndə, mən bəzi rayon təhsil şöbələrini, icra strukturlarını nəzərdə tuturam. Bu problem nümayəndələrimiz tərəfindən, təbii ki, qurultayda qaldırılacaq. Qurultayda müzakirəsinə nail olmaq istədiyimiz ikinci bir məsələ özəl təhsil müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılmasında törədilən maneçiliklərdir. Müəssisə rəhbərləri bu təşəbbüslərimizə laqeydliklə yanaşırlar. Daha dəqiq desək, rəhbərlik etdikləri təhsil ocaqlarında həmkarlar ittifaqı təşkilatlarının yaradılmasını açıq-aşkar istəmirlər.

H. NAĞIYEV:
- Hazırda özəl təhsil müəssisələrinin rəhbərləri ilə danışıqlar gedir. Yəqin ki, yaxın vaxtlarda həmin müəssisələrdə də həmkarlar ittifaqı komitələri yaradılacaq. Mən üzvlərimizin sağlamlığı barədə gördüyümüz işlərdən danışdım. Bir faktı da deməyi unutdum ki, həm rayon, həm də məktəb həmkarlar ittifaqı təşkilatları sədrlərinin böyük qismi tibbi sığortalanıb. Digər qisminin də tibbi sığortalanması prosesi gedir. Ötən il xəstələnən həmkarlarımız oldu. Kimin tibbi sığortası vardısa, ən yaxşı klinikalarda yüksək keyfiyyətlə müalicə aldı.

Mirzə CƏFƏRZADƏ,
TİAHİ Respublika Komitəsi sədrinin müavini:

- Əvvəla deyim ki, III qurultay AHİK-in yaradılmasının 15 illik yubileyinə təsadüf edir. Bunun özü həmkarlar işçisi olaraq bizim üçün ikiqat əlamətdardır. Məndən qabaq çıxış edən yoldaşların da söylədiyi kimi, komitəmiz qurultaylararası dövrdə, xüsusilə son bir ildə kifayət qədər səmərəli işləmişdir. İşimizin səmərəliliyini mən ilk növbədə fəaliyyətimizdə təşkilatlanmaya üstünlük verməyimizlə əlaqələndirərdim. Bildiyiniz kimi, təhsil sistemində özəl sektorun payı get-gedə artır. Çalışmışıq ki, həm dövlət, həm də özəl sektorda hətta bir məktəb, bir uşaq bağçası belə xidmətimizdən kənarda qalmasın.
Bu ona görə lazımdır ki, həmkarlar ittifaqı komitəsi fəaliyyət göstərən müəssisələrdə işçilərin əmək, sosial, iqtisadi hüquqlarını qorumaq da mümkün olur.
Hazırda üzvlərimizin sayı 371 min nəfəri ötüb. Maliyyə imkanlarımız genişlənib. Bir qədər əvvəl burada icra strukturlarının fəaliyyətimizə müdaxiləsindən danışıldı. Bu müdaxilə ən çox maliyyə məsələlərində özünü göstərir. Belə məqamlarda biz müəssisə rəhbərləri ilə danışıqlar aparırıq. Onlara izah edirik ki, həmkarlar ittifaqlarının maliyyə, maddi-texniki cəhətdən güclü olması təhsil ocaqlarının xeyrinədir. Bunu başa düşən müəssisə rəhbərləri nəinki müdaxilədən əl çəkir, hətta köməkliklərini də əsirgəmirlər.
Biz eyni zamanda beynəlxalq təşkilatlarla, xarici ölkə həmkarlar ittifaqı təşkilatları ilə də yaxşı əlaqələr qurmuşuq. Və bu əlaqələri ildən-ilə inkişaf etdiririk. Onlarla təcrübə mübadilələrimiz olur. Ən yaxşı təcrübələrini öyrənib işimizdə tətbiq edirik.

Mükafat ABBASOV,
TİAHİ Səbayel Rayon
Komitəsinin sədri:

- Mən 6 aydan az sosial sığorta stajı olan müəllimələrə analıq məzuniyyəti üçün müavinətin verilməməsi barədə Milli Məclisin qəbul etdiyi sənədə öz münasibətimi bildirmək istəyirəm. Konstitusiyanın 71-ci maddəsində də göstərilir ki, insan və vətəndaş hüquqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Yuxarıda adıçəkilən maddə Konstitusiyanın bu tələblərini kobud şəkildə pozur.
Mübariz EYVAZOV,
TİAHİ Respublika Komitəsinin katibi, maliyyə şöbəsinin müdiri:

- Milli Məclisin qəbul etdiyi o qanun təkcə hamilə qadınlara yox, bütün xəstəliklərə aiddir. Əgər işçinin 6 ay sosial sığorta stajı yoxdursa, xəstələndikdə ona müavinət verilmir.

M. ABBASOV:
- Lap pis. Gənclərin mənzillə təminatı da acınacaqlı vəziyyətdədir. Yaxşı olardı ki, həmkarlar ittifaqı hökumət qarşısında gənclərə mənzil almaq üçün uzunmüddətli güzəştli kreditlərin ayrılması barədə vəsatət qaldırsın. Başqa çıxış yolu da var. Sənaye, neft sahələrində tətbiq edilən təcrübədən bəhrələnərək Təhsil Nazirliyi tərəfindən də gənc ailəlilər üçün yataqxana tipli binalar tikilsin.
Bundan başqa, əvvəllər xəstəlik vərəqələri üçün ödəmələr elə təhsil şöbəsində hesablanıb işçilərə verilərdi. İndi isə hesablama təhsil şöbəsində aparılır. Sonra xəstəlik vərəqələri pul ayrılmaqdan ötrü rayon və ya şəhər sosial müdafiə şöbəsinə təqdim olunur. Onlar da sözügedən pulu poçt şöbəsinə köçürürlər. Görün proses nə qədər uzanır. Hələ mən texniki qüsurlara görə bəzən vaxt itkilərini demirəm. Bu da böyük narazılıqlar doğurur. Yaxşı olardı ki, xəstəlik vərəqələrinin pulu iş yerlərində verilsin.

M. EYVAZOV:
- Mən maliyyə ilə bağlı başqa bir problemin qurultayda qaldırılmasını daha vacib sayardım. Məlum olduğu kimi, biz ictimai iş apardığına və sair səbəblərə görə bəzi həmkarlar ittifaqı liderlərinin əməkhaqlarına əlavə ödənclər veririk. Bu, əməkhaqqı deyil, işçini həvəsləndirmək üçün stimuldur. Özü də həmkarlar ittifaqı üzvlərinin dövlət rüsumları tutulmuş əməkhaqqından ayrılan pullardır. Onların bir daha vergiyə, sosial sığortaya cəlb edilməsi nə dərəcədə düzgündür? Təklif edərdim ki, qurultayda bu məsələyə münasibət bildirilsin.
Mən də burada səslənən fikirlə razıyam ki, ötən il yanvarın 1-də sosial sığorta haqqında təlimata edilmiş dəyişiklik işçilərin xeyrinə olmamışdır. Dəyişikliyə görə, ən azı 6 ay əmək stajı olmayanlara xəstəlik vərəqəsi üçün müavinət ödənilmir. Allahın işidir. İnsan hər an xəstələnə bilər. Məsələn, qanuna əsasən, hamilə qadınları işə götürməmək qadağandır. İşəgötürən qanuna əməl edib hamilə qadını işə götürür və doğuşa görə ona müavinət ödəmir ki, sən altı aydan tez azad olmusan. Qəribə məntiqdir.

Samirə QULİYEVA,
Azərbaycan Texniki
Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri:

- Regionlardan şəhərə gələn tələbələrimiz kirayədə qalırlar. Təqaüdlər son illər bir neçə dəfə artırılsa da, kirayə haqqına belə bəs eləmir. Tələbələr maddi ehtiyaclarını ödəmək üçün dərsdən sonra haradasa işləmək məcburiyyətində qalırlar. Bu da onların bilik səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Bu, böyük problemdir. Halbuki ölkəmizə axan investisiyanı insan potensialına çevirmək dövlətimizin qarşıya qoyduğu başlıca vəzifələrdəndir.
Biz hökumətimizi başa düşürük, qaçqın, məcburi köçkün soydaşlarımız da haradasa yerləşdirilməlidir. Düzdür, indi onların böyük hissəsi yeni, hər cür şəraiti olan şəhərciklərə köçürülmüşdür. Nə vaxtsa yataqxanalarda yaşayan qaçqın, məcburi köçkünlərimiz də öz doğma torpaqlarında məskunlaşdırılacaqlar. Onu da başa düşürük ki, bu, bir ayın, bir ilin işi deyil. Bunu hökumətimiz bizdən də yaxşı bilir. Hər halda millətin gələcəyi, intellektual potensialı olan tələbələri indiki vəziyyətdə taleyin ümidinə buraxmaq, oturub məcburi köçkünlərin nə vaxtsa, haradasa yerləşdiriləcəyini gözləmək olmaz. Nəsə etmək lazımdır. Bizcə, ən asan çıxış yolu hələlik kirayə, dəftərxana, nəqliyyat xərclərini nəzərə alaraq tələbələrin təqaüdü minimum əməkhaqqı həcmində müəyyənləşdirilməlidir. İşləmək məcburiyyətində qalan tələbələr qazandıqları puldan da çox elm, savad itirirlər. Ali, orta ixtisas tələbələrinə nəqliyyatdan güzəştli istifadə təcrübəsini bərpa etmək onların sosial güzəranına müsbət təsir göstərərdi.
Qurultayda səsləndirilməsini vacib saydığım problemlərdən birini də nəzərinizə çatdırım. Təhsil sistemində say tərkibinə görə qadınlar üstünlük təşkil edirlər. Amma buna baxmayaraq, rəhbərlikdə əks cinsin nümayəndələri daha çox təmsil olunurlar.
Azərbaycanda genefon diqqətdən kənarda qalan məsələlərdəndir. Əhalinin sosial çətinlikləri orta doğum həddindən də təsirsiz ötüşməyib. Vaxtilə Azərbaycan çoxuşaqlı ailələr ölkəsi kimi tanınardı. İndi hər ailədə bir, ən yaxşı halda iki uşaq doğulur. Dövlət genefonumuzun artımında maraqlı olmalıdır. Gənc ailələri stimullaşdırmalı, müavinətləri artırmalıdır. Bir çox ölkələrdə belə addımlar atılır.

M. EYVAZOV:
- Mən bir təklif də vermək istəyirdim. "Həmkarlar ittifaqları haqqında" Qanunun 23-cü maddəsində ilk həmkarlar ittifaqı təşkilatlarının fəaliyyəti üçün şərait yaradılması sahəsində işəgötürənin vəzifələri konkret göstərilib. Bu maddə bizdə qismən işləyir. Yəni otaq, mebellər verirlər, amma rabitə, digər kommunikasiya xərclərini atırlar ilk təşkilatların üzərinə. Bunun da səbəbi çox vaxt ərazi maliyyə şöbəsində sadaladığım xidmətlər üçün vəsaitin ayrılmamasıdır.
Akif CAHANGİROV,
Azərbaycan Texniki Universiteti Azad Həmkarlar İttifaqı
Komitəsinin sədri:

- Universitetimizdə son illər pedaqoji kollektivin, tələbələrin iş, təhsil şəraitinin yaxşılaşdırılmasından ötrü böyük işlər görülüb. Məsələn, 4 bloklu, 11 mərtəbəli yeni korpus tikilib. Artıq bu bina istifadəyə verilmək ərəfəsindədir. İcazə versəydiniz, mən çıxışımı nailiyyətlərimiz yox, bizi narahat edən bir-iki problem üzərində qurardım. Əməkdaşlarımız gərgin dərs ilindən sonra sanatoriyalara, istirahət evlərinə yollayış almaq üçün bizə müraciət edirlər. İmkanımız daxilində onların müəyyən qisminin tələblərini ödəyə bilirik. Lakin hamını razı salmaq obyektiv səbəblərdən mümkün olmur. Burada səslənən fikirlər məni əmin etdi ki, sağlamlıq ocaqlarının tikilməsi istiqamətində aparılan işlər bu problemi əsasən həll etməyə imkan verəcək.
Rəhbərlik etdiyim təşkilata ünvanlanan müraciətlərin xeyli hissəsi mənzil təminatı ilə əlaqədardır. Müəllimlərimiz də etiraf edirlər ki, təhsil ocağı onlara bina tikmək imkanında deyil. Yaxşı olardı ki, bu problemlər də qurultayın tribunasından səsləndirilsin.

M. CƏFƏRZADƏ:
- Akif müəllim, sizin qoyduğunuz mövzuya bir əlavə də mən edim. Bəzi ali məktəblərin yardımçı binaları var ki, istifadəsiz qalıb. Onlar həmin binaların ərazilərində mənzil tikintisi aparmaq təşəbbüsü irəli sürüblər. Amma əlaqədar strukturlardan "hə" cavabı almayıblar.
Pərviz BAĞIROV,
TİAHİ Respublika Komitəsinin katibi, əməkhaqqı və sosial müdafiə şöbəsinin müdiri:

- Həmkarlar ittifaqı digər ictimai təşkilatlardan seçilir. Həm AHİK, həm onun sıralarında birləşən sahə respublika komitələri işləyən əhali arasında böyük nüfuz qazanıblar. Təbii ki, növbəti ali məclisimizdə bütün müzakirəyə çıxarılan məsələlərin məğzində bir sualın cavabı duracaq: Necə edək ki, qazandığımız nüfuzu daha da artıraq? Buna nail olmaq üçün onlarla təkliflər, təşəbbüslər, tövsiyələr ortaya atılıb araşdırılacaq. Mövcud problemlər və onların həlli yolları barədə fikir mübadiləsi aparılacaq. Bizim sahə həmkarlar ittifaqından seçilmiş nümayəndələr də qurultayın işində fəal iştirak edəcəklər. Onlar kollektivlərin verdiyi tapşırıqları qurultayda səsləndirəcəklər. Bu təkliflərdən bir neçəsinin hazırlanmasında mən də iştirak etmişəm. Bildiyiniz kimi, respublikanın sosial inkişafında təhsil prioritet istiqamətlərin önündə durur. Amma təhsil işçilərinin əməyinə verilən qiymət ürəkaçan deyil. Bu qeyri-mütənasiblik hökmən aradan qaldırılmalıdır. Təhsil işçilərinin əməkhaqları ən azı respublika üzrə orta aylıq əməkhaqqı səviyyəsinə çatdırılmalıdır.
Ölkədə gedən islahatlar nəticəsində bəzi təhsil müəssisələri bağlanır, ixtisarlar aparılır, beləliklə, müəllimlər arasında işsizlik yaranır. Bütün bunları nəzərə alaraq təklif edərdim ki, işsizliyə görə müavinətlərin məbləğinə yenidən baxılsın. Əmək müqaviləsi pozulmuş və müvəqqəti işsizliklə bağlı qeydiyyata alınmış vətəndaşlar ixtisasına dair işlə təmin olunanadək onlara verilən aylıq müavinətin həcmi ölkə üzrə əmək qabiliyyətli əhali üçün müəyyənləşdirilmiş yaşayış minimumunun (79 manat) həcminə çatdırılsın. Qurultayda bu problemin səslənməsi məqsədəuyğun olardı.

H. NAĞIYEV:
- Bu gün çox səmərəli diskussiya getdi və təkcə təhsil sistemində çalışanlar üçün deyil, digər sahələrin işçilərinə də fayda gətirəcək təkliflər irəli sürüldü, tövsiyələr verildi. İnanıram ki, bu təkliflər qurultayımızda müzakirə mövzusu olacaq, daha vacibləri yekun qərarda öz əksini tapacaq. Hamınıza təşəkkürümü bildirirəm.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.