Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
- Cənab Riçard Maki, əvvəla, bizim suallarımızı cavablandırmağa razılıq verdiyiniz üçün Sizə öz minnətdarlığımızı bildiririk. Məlumat üçün deyim ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası özünün III qurultayını bu günlərdə başa çatdırmışdır. AHİK-in orqanı "Ülfət" qəzetinin redaksiyası bu möhtəşəm tədbirlə bağlı xüsusi sayını hazırlayır. Sizinlə müsahibəmiz də həmin sayda çap olunacaq. Biz bilirik ki, "Əsrin müqaviləsi" çərçivəsində Sizin rəhbərliyiniz altında BOSŞELF Şirkəti çox mühüm bir layihəni uğurla bitirmiş və bu gün də Azərbaycanda fəaliyyətini davam etdirir. Bu layihə 2001-ci ildə başlayıb və 2005-ci ilin dekabr ayından etibarən BOSŞELF-də azərbaycanlı işçilər öz həmkarlar ittifaqi təşkilatini yaradıblar. BOSŞELF-də HİT yaranmasının müəssisənin ümumi işinə bir xeyiri və ya ziyanı olmuşdurmu? - Sualınıza görə təşəkkür edirəm. Əvvəla, onu deyim ki, BOSŞELF Şirkəti Azərbaycan Respublikasında qeydiyyatdan keçmişdir və Azərbaycanda fəaliyyət göstərir. Fəaliyyətimizin lap əvvəlindən biz çalışmışıq ki, müştəri qarşısında götürdüyümüz öhdəlikləri Azərbaycan Respublikasının qanunlarını pozmadan, vaxtında və keyfiyyətlə yerinə yetirək. Demək olar ki, hər iki öhdəliyə yetərincə əməl etmişik. İşçilərimizin HİT yaratmasına gəlincə isə, onu qeyd etmək istəyirəm ki, bu, onların hüququ idi və onlar bunu etdilər. HİT yaranan kimi BOSŞELF rəhbərliyi və HİT arasında münasibətləri tənzimləmək və işlərimizi əlaqələndirmək məqsədi ilə koordinator təyin etdik. HİT ilə bağlı bütün problemlərlə bu koordinator məşğul olur. Bundan əlavə, ayda bir dəfə şirkətimizin əməliyyatlar üzrə menecerinin, HİT üzrə koordinatorun və HİK sədrinin iştirakı ilə görüş keçirilir və qarşıya çıxan hər cür cari problem burada müzakirə edilir. İndiyə qədər qarşıya çıxmış məsələlərin həlli ilə bağlı aramızda ciddi fikir ayrılığı olmayıb və ümid edirəm ki, bundan sonra da olmayacaq. Bizim əməkdaşlığımız konstruktiv xarakter daşıyır və tərəflər bu əməkdaşlıqdan məmnundur. - Cənab Riçard Maki, artıq yeddi ildir ki, Azərbaycandasınız. Ölkəmiz barədə təəssüratlarınız və yekun sözünüz... - Azərbaycanda çox ciddi layihələr həyata keçirilir. Ölkəniz gündən- günə dəyişir. Mən işimizdən və əldə etdiymiz nəticələrdən razıyam. Çoxlu azərbaycanlı dostlarım var. Burada işləmək və yaşamaq mənim üçün xoşdur. Davam etməkdə olan quruculuq işlərində Azərbaycan xalqına uğurlar arzulayıram. Həmkarlar ittifaqı üzvlərini də AHİK-in III qurultayının işini uğurla başa çatdırması münasibətilə təbrik edirəm. Müsahibəni götürdü: A. İncədərə.
Dear readers, our guest is Mr. Richard Mackie, the General Director of BOS SHELF LLC. engaged in construction of Jackets and Piles for Azeri-Chirag-Guneshli oil fields.
- Mr. Richard Mackie, first of all, thank you four consent for answering to our questions. Be advised that Azerbaijan Trade Union Confederation (ATUC) has just finished succesfully its 3rd Congress. The newspaper "ULFAT", the organ of ATUC is going to prepare its special issue in connection of this Congress. This interview will be published in this issue. We know that BOS SHELF Co. has successfully finished a very important Project under your management in the frame of the Contract of the Century and your Company is still active in Azerbaijan. This Project started in the end of 2001 and Azeri workers of BOS SHELF established their Trade Union in the end of 2005. How would you evaluate the impact of Trade Union to your Companiy's activity?
- Thank you for your question. Firstly, I would like to note that BOS SHELF Co. has been registrated in the Republic of Azerbaijan and is active here. From the first days of our presence, we did our best to fulfill all commitments of the Customer in time and in high level, also respecting the Laws of Azerbaijan Republic. We almost achieved our goals. Concerning the establishment of TU, I think it was the right of the workers and they did it. As soon as TU established, we appointed a TU Coordinator to regulate and coordinate the relations between the Company and Organization. The Coordinator is engaged in all problems related to TU. Once a month a coordination meeting is held involving Operation Manager, TU Coordinator and TU Chairman to discuss all current problems. Our cooperation has gained a constructive character and both sides are happy.
- Mr. Richard Mackie, it is already seven years that you are in Azerbaijan. Your impressions on Azerbaijan and your wishes, please!
- Very serious projects are ongoing in Azerbaijan now. Your Country is changing day by day. I am happy with our job and the results we gained. I have a lot Azeri friends. It is a pleasure for me to work and to live here. I wish success to Azeri people in ongoing projects in Azerbaijan. I congrulate TU members by the succesfully ending of ATUC Congress.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.