Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

TƏBRİK TELEQRAMLARI

18.02.08 - 16:041096 baxılıb

Azerbaycan İşçi
Sendikaları
Konfederasyonuna

Sayın Mehbalıyev,
Türkiyə İşçi Sendi kaları Konfederasyonu adından, Azərbaycan İşçi Sendikaları Konfederasyonu Genel Başkanlığına yenidən seçilmənizdən dolayı Sizi təbrik edirəm.
Azərbaycan İşçi Sendikaları ilə TÜRK-İŞ arasında var olan dostluq ve qardaşlıq ilişkilərin gələcəkdə də davam etməsini təmənna edirəm.
Yönetim urulu üyeliğine tüm üyelere tebriklerimizi iletmenizi icra ediyorum.
Sayqılarımla,

Mustafa KUMLU,
Genel Başkan.


AHİK sədri, millət
vəkili Səttar
Mehbalıyevə

Yenidən AHİK-in sədri seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə işinizdə müvəffəqiyyətlər, cansağlığı, ailə səadəti arzulayıram.

Mirəhməd SEYİDOV,
Naxçıvan MR
Ali Məhkəməsi.

Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının
sədri, millət vəkili Mehbalıyev Səttar Suliddin oğluna

Sizi yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilməyiniz münasibətilə təbrik edirəm. Sizə bu çətin və şərəfli işinizdə müvəffəqiyyətlər və can sağlığı arzulayıram.

Zahid ƏLƏKBƏROV,
3 saylı Babək-Kəngərli Dairə Seçki
Komissiyasının sədri.

Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili
cənab
Səttar Mehbalıyevə

Hörmətli cənab S. Mehbalıyev, Sizi növbəti qurultayda yenidən Həmkarlar İttifaqı Konfederasiyaının sədri seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə uzun ömür, cansağlığı və işlərinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,

Ə. ŞIXƏLİYEV,
Sabirabad Konserv ATSC-nin İdarə Heyətinin sədri.


Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili
cənab
Səttar Mehbalıyevə

Sizi yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilməyiniz münasibətilə təbrik edirəm. Müstəqil Azərbaycanın möhkəmlənməsi və iqtisadi cəhətdən qüdrətlənməsi yolunda Sizə müvəffəqiyyətlər arzulayıram.

Cavanşir XƏLİLOV.


Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili
cənab
Səttar Mehbalıyevə

Çoxhörmətli Səttar müəllim, Sizi təkrar Konfederasiyanın sədri seçilməyiniz münasibətilə kollektivimiz adından ürəkdən təbrik edir, Sizə uzun ömür və cansağlığı, çətin və məsuliyyətli işinizdə uğurlar arzulayırıq.

Arzu ABDULHƏMİDOV,
Şəki Sərnişin
ATSC-nin sədri.


Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili
cənab
Səttar Mehbalıyevə

Yenidən Konfederasiyanın sədri seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Heydərov
Məmmədli oğlu,
Beyləqan rayonu, Binnətli kəndi.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili cənab Səttar Mehbalıyevə

Kollektivimiz və şəxsən öz adımdan Sizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilməyiniz münasibətilə təbrik edirəm. Çətin, şərəfli işinizdə Sizə müvəffəqiyyətlər arzulayırıq.

Hətəm QOCAYEV,
Naftalan Sanatoriya Kurort Birliyinin baş həkimi.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevə

Hörmətli Səttar müəllim! Sizi yenidən Konfederasiyanın sədri seçilməyiniz münasibətilə təbrik edirəm. Sizə cansağlığı, uzun ömür, daha məhsuldar fəaliyyət arzulayıram.

Asəf ŞİRƏLİYEV,
İqtisad elmləri doktoru, professor.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili cənab Səttar Mehbalıyevə

Kollektivimiz Sizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına sədr seçilməyiniz münasibətilə təbrik edir. Konfederasiyanın III qurultayına İlham Əliyev cənablarının Prezidentliyə namizədliyini irəli sürmək təklifinizi dəstəkləyir və müdafiə edirik.

Hörmətlə,
Z. RÜSTƏMOVA,
TİAHİ Balakən Rayon Komitəsinin sədri.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Suliddin oğlu Mehbalıyevə

Çoxhörmətli Səttar müəllim! Sizi yenidən AHİK-in sədri seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, nəcib və şərəfli işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,
Natiq HÜSEYNOV,
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Samux Rayon Komitəsinin sədri.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevə

III qurultayın İlham Əliyev cənablarının Azərbaycan Respublikası prezidentliyinə namizədliyini irəli sürməsini məktəb kollektivi ürəkdən bəyənir və dəstəkləyir.

Q. ƏLİYEV,
Q. Eyvazov adına Laçın 127 saylı
Texniki Peşə Məktəbinin
Həmkarlar İttifaqı Təşkilatının sədri.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
millət vəkili cənab Səttar Mehbalıyevə

Naxçıvan Muxtar Respublikasının rabitə işçiləri adından Sizi yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

X. İBRAHİMLİ,
Naxçıvan Muxtar Respublikası Rabitə İşçiləri
Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili cənab Səttar Mehbalıyevə

Hörmətli Səttar müəllim, Sizi yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilməyiniz münasibətilə təbrik edirəm. Sizə uzun ömür, cansağlığı, çoxsaylı siyasi, ictimai fəaliyyətinizdə uğurlar arzulayıram.
Dərin hörmətlə,
Fazil SADIQOV,
ATİAHİ Nəsimi Rayon Komitəsinin sədri.


Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, millət vəkili
Səttar Mehbalıyevə

Hörmətli Səttar müəllim!
Sizi yenidən AHİK-in sədri seçilməyiniz münasibətilə təbrik edir, işlərinizdə uğurlar, möhkəm cansağlığı arzulayırıq.
Hörmətlə,
C.CƏBRAYILOV,
TİAHİ Kürdəmir
Rayon Komitəsinin sədri.

Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, millət vəkili
Səttar Mehbalıyevə

Hörmətli Səttar müəllim!
AHİK-in III qurultayında yekdilliklə yenidən Konfederasiyanın sədri seçilməyiniz münasibətilə Sizi Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsi adından səmimi-qəlbdən təbrik edir, sizə möhkəm cansağlığı, uzun ömür, şərəfli vəzifənizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Kəmalə ƏHMƏDOVA,
Komitənin sədri.

Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri
Səttar Mehbalıyevə

Hörmətli Səttar müəllim!
Lerik camaatı adından Sizi yenidən Konfederasiyanın sədri seçilməyiniz münasibətilə təbrik edirik. Sizə cansağlığı və işinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Meyxoş Hüseynov,
Lerik rayonu, Pirasora kəndi.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.