Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Müsahibimiz Milli Məclisin komissiya sədri, Xocalı faciəsi ilə bağlı yaradılmış Azərbaycan-Türkiyə İşçi Qrupunun sədri Nizami Cəfərovdur
-Nizami müəllim, 16 il keçməsinə baxmayaraq, Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi qiymət verilməsi mümkün olmayıb. Bir çox dövlətlər bu faciədə qətlə yetirilənləri soyqırıma məruz qalanlar kimi deyil, yalnız Azərbaycanla Ermənistanın hərbi münaqişəsinin qurbanları kimi qələmə verirlər. Niyə beynəlxalq miqyasda ermənilərə bu əməllərinə görə layiqli cavab verilmir? - Dünyada çoxstandartlıq həmişə hansısa hadisənin düzgün qiymətləndirilməsinə imkan vermir. Bir çox xalqların üzləşdiyi faciələr də bunu əyani şəkildə ortaya qoyur. Keçmiş SSRİ-nin törətdiyi vəhşiliklər, Axıska türklərinin məhvi soyqırım hadisəsinin ölçülərinə uyğun gəlir. Dünyada həmişə ədalətsizliklər olub, Xocalının soyqırım kimi qəbul olunmasına gəlincə, bütün dövlətlər bunu yaxşı bilir ki, bu, həqiqətən də soyqırım hadisəsidir. Amerika, Fransa, Kanada və digər ölkələr ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərini gizlədə bilməz, sadəcə, bunu etiraf etmək istəmirlər. Erməni lobbisinin gücü də bu məsələdə az rol oynamır. - Ümumiyyətlə, Azərbaycan xalqına qarşı törədilmiş bu qətliam beynəlxalq hüquq baxımından qəbul edilən soyqırım anlamına uyğundurmu? - Dünya dövlətləri bunun soyqırım olmasını anlayır, yüzlərlə dinc əhali, körpə, qoca, qadın qəddarcasına güllələnir, başları kəsilir, dərisi soyulur, gözləri çıxarılır, ölülər də ən çirkin formada təhqir edilir, bu halda bu faciəyə soyqırımdan başqa hansı adı vermək olar? Dünyada istər insani, istər hüquqi, istərsə də siyasi baxımdan bu hadisə bütünlüklə soyqırımdır. Bunları kim araşdırır-araşdırsın, hansı beynəlxalq təşkilat bu faktlara diqqət yetirir-yetirsin, burada soyqırım hadisəsinin bütün cizgilərini görə bilər. Məsələ bundadır ki, bir çox ölkələrdə hər il Xocalı soyqırımı ilə bağlı geniş aksiyalar keçirilir, beynəlxalq səviyyədə dinləmələr olur, bütün bunlar həmin dövlətlərin hadisəni soyqırım kimi tanıması deməkdir. - Bəlkə biz özümüz bu faciənin lazım olan səviyyədə dünyada qəbul olunması üçün praktik addımlar ata bilməmişik? - Azərbaycan xalqı lazım olan bir çox vasitələrdən istifadə edib. Bu faciəyə 1994-cü il fevralın 24-də parlamentdə siyasi qiymət verilib və hər il fevralın 26-sı Xocalı soyqırımı günü kimi qeyd olunur. Milli Məclis BMT-yə, ATƏT-ə, Avropa Şurasına, Müstəqil Dövlətlər Birliyinə, digər beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə müraciət edib ki, Ermənistan və Dağlıq Qarabağda onun köməyi ilə hakimiyyəti qanunsuz zəbt edən erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilən Xocalı soyqırımını tanısınlar və pisləsinlər. Milli Məclisin deputatları xarici ölkələrə səfərləri zamanı, beynəlxalq təşkilatların tədbirlərində iştirak edərkən son 100 ildə azərbaycanlıların məruz qaldıqları soyqırım aktları, o cümlədən Xocalı faciəsi haqqında həqiqətləri geniş şəkildə təqdim edirlər. Bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qrupları yaradılıb. Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarının və diaspora təşkilatlarının nümayəndələri də bu istiqamətdə səmərəli iş aparır, hər il kütləvi tədbirlər təşkil edir. - Bir çox tarixçi və hüquqşünaslar iddia edirlər ki, Azərbaycan parlamenti Xocalı faciəsinin soyqırım kimi tanınması üçün xüsusi qanun qəbul etməyib və buna görə də digər ölkələrin parlamentləri məsələyə münasibət bildirmir… - Azərbaycan parlamentinin qəbul etdiyi qərarla hadisələr soyqırım kimi tanınıb. Bu qərarın üçüncü bəndində Xocalıda baş verənlər Azərbaycan xalqına qarşı Ermənistanın düşünülmüş genosid hərəkəti adlandırılıb. 1993-cü il fevralın 2-də Milli Məclisin qəbul etdiyi qərarda da Xocalı hadisələri haqqında danışılarkən soyqırım sözü işlədilib. 1998-ci ildə Azərbaycan Prezidenti tərəfindən azərbaycanlıların soyqırımı haqqında fərman imzalanıb. Bu sənəddə də Xocalı hadisəsi soyqırım kimi göstərilib. Ona görə də misal gətirdiyiniz tarixçi və hüquqşünasların fikirləri əsassızdır. Onu da xatırladım ki, parlament ötən il Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı bəyanat da qəbul edib. Təbii ki, bu istiqamətdə görüləsi işlər hələ çoxdur. Xocalı soyqırımı ilə bağlı dinləmələrdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələrinin iştirakı vacibdir. Onlar bu dinləmələrdə iştirak etməklə soyqırım haqqında öz ölkələrinə ətraflı məlumat verə bilərlər. - Türkiyənin bir sıra QHT-ləri və bələdiyyə qurumları Böyük Millət Məclisi qarşısında belə bir təşəbbüslə çıxış ediblər ki, Xocalı faciəsi parlamentdə soyqırım aktı kimi qəbul edilsin. Bu, digər ölkələrin qanunverici orqanlarına da təsir edə bilərmi? - Azərbaycana dost olan ölkələr, əsasə n də Türkiyə təşəbbüs göstərir ki, Xocalı soyqırım kimi tanınsın. Bunun üçün neçə ildir müxtəlif kampaniyalar aparılır. Faciə qurbanlarının şərəfinə abidələr ucaldılır, təbliğat xarakterli vasitələrdən istifadə olunur, aksiyalar keçirilir. Amma Böyük Millət Məclisində bunun soyqırım kimi qəbul edilməsi mümkün olmur. Çünki TBMM-in mövqeyi belədir ki, hər hansı bir ölkədə baş vermiş faciəni rəsmi şəkildə qəbul etmək həmin ölkənin daxili işinə qarışmaq deməkdir. Türkiyə parlamentinin tarixində belə bir təcrübə yoxdur. Yeri gəlmişkən, bir çox ölkə "erməni soyqırımı" haqqında qanun qəbul edib, bunun heç bir hüquqi əhəmiyyət daşımadığı həmin dövlətlərə də məlumdur. Onlar başqasının işinə qarışdığını indi dərk edirlər. Belə bir qərar heç nəyi dəyişmədi və dəyişməyəcək də. Ona görə də Türkiyə parlamentinin soyqırım haqqında qanun qəbul etməsini gözləmirəm. Mən, əslində buna ehtiyac da görmürəm. - Bəs soyqırımın tanınması üçün başqa hansı formalardın istifadə olunmalıdır? - Onsuz da Türkiyədəki bütün deputatlar Xocalı faciəsini soyqırım kimi tanıdıqlarını birmənalı olaraq dəfələrlə bəyan ediblər. Hər il parlamentdə dinləmələrin keçirilməsi bunun təsdiqidir. Əsas odur ki, xalqımıza qarşı törədilmiş bu terror aktına siyasi qiymət verilsin. Türkiyə artıq hadisəyə siyasi qiymət verib. Bizim isə borcumuz başqa dövlətlərin də bu hadisəyə siyasi qiymət verməsi üçün səylərimizi artırmaqdan ibarətdir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.