Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Sığorta bazarında vəziyyət necədir?

27.01.12 - 18:3423 baxılıb


Kommunal qəzalar baş verirsə...

27.01.12 - 18:3344 baxılıb

"Elektrik enerjisi normal qaydada paylansa da, istifadəçilər ondan normal istifadə etmirlər"

Payız-qış mövsümündə elektrik enerjisi və təbii qaza olan tələbat artır. Bu isə əlavə problemlər yaradır. Məsələn, bir müddət öncə Biləcəri qəsəbəsində elektrik xətlərində və transformatorlarda qəfil texniki qəzaların baş verməsi, elektrik stansiyalarında problemlərin yaşanması ucbatından mənzillərdə demək olar ki, elektrik cihazlarının hamısı sıradan çıxdı. İstehlakçılar ciddi zərər çəksə də, aidiyyəti qurumlar onlara dəymiş maddi və mənəvi zərərə görə təzminat ödəmədilər.


Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün 20 illiyi tamam oldu

29.12.11 - 20:0579 baxılıb

Bu bayram dünyanın 70-dən artıq ölkəsində azərbaycanlıları bir araya gətirir

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Manisa Azərbaycan Kültür və Dayanışma Dərnəyinin prezidenti "Ülfət" qəzetinə açıqlamasında bildirdi ki, həmrəylik günü münasibətilə Qarsda, Ankarada, İstanbulda, Manisada tədbirlər keçiriləcək. Bu tədbirlərdə xilaskar Heydər Əliyevin müstəqillik yolunda atdığı addımlar və ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırıma həsr edilən tamaşalar nümayiş etdiriləcək.


Təzə ildə Bakı-Tiflis-Bakı turist qatarı xəttə buraxılacaq

23.12.11 - 19:4089 baxılıb


Yeni ili harada keçirək...

23.12.11 - 19:3970 baxılıb

…Evimizdə, xaricdə, bölgədə?

Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı gəlir. Hər dəfə də builki bayramı həmişəkindən daha fərqli, qeyri-adi keçirmək haqqında düşünürük. Ən çox nəzərə çarpan fərqlərdən biri isə Yeni ili xarici ölkələrdə qeyd etməkdir. Əslində bu heç də yeni adət deyil. Ancaq öncəki illərlə müqayisədə bu il bayramı xaricdə qeyd etmək istəyənlər daha çoxdur. Kifayət qədər pulu olanlar əsasən Türkiyə, Gürcüstan və Rusiyaya üz tuturlar. Ancaq aralarında Finlandiya, Yaponiya, ABŞ, İtaliya, Fransa və bəzi Şərq ölkələrini seçənlər də az deyil. Maraqlıdır, görəsən, Yeni ili Azərbaycanda qeyd etmək istəyən əcnəbilər varmı?


Sürüşməyə meyilli ərazilər açıqlandı

16.12.11 - 19:07105 baxılıb

"Sürüşmə zonasında ev tikərkən müəyyən təhlükəsizlik tədbirlərinə əməl edilməlidir"

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası Bakı şəhərinin sürüşməyə meyilli ərazilərinin adını açıqlayıb. Kütləvi informasiya vasitələrinə verilən məlumata görə, həmin ərazilər Əhmədli, Qaraçuxur, Zığ, Günəşli-Əhmədli arası sahə, Nərimanov heykəlinin ətrafındakı park sahəsi və Bayıldır.


BDU-nun yataqxanasındakı məcburi köçkünlər köçürüləcək

16.12.11 - 19:06106 baxılıb


Dərmandan zəhərlənmə hallarının səbəbləri aydınlaşır

09.12.11 - 17:4255 baxılıb

Respublikamızda yararlılıq sertifikatı olmayan 6040 dərman preparatı aşkar olunaraq müsadirə edilib

Son vaxtlar respublikamızda dərmandan zəhərlənmə halları ilə bağlı tez-tez məlumatlar yayılır. Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarında respublikanın müxtəlif ərazilərində dərmandan zəhərlənmə nəticəsində vətəndaşların dünyasını dəyişdiyi bildirilir. Bu faktlar göstərir ki, ağrılardən xilas olmaq üçün qəbul edilən dərmanlar bəzən insanın həyatına son qoyur.


Su asfaltın düşmənidir

02.12.11 - 18:4779 baxılıb

Yolların dağılmasının əsas problemi yağış sularının vaxtında evakuasiya olunmamasıdır

Sonuncu dəfə Bakıya yağan yağış və qar avtomobil yollarını iflic vəziyyətə saldı. Hətta yeni çəkilmiş asfalt örtüklər belə qışın sərt üzünə dözmədilər. Küçələr bəzi ərazilərdə axar çayı xatırlatdı. Problemin səbəbi nədir? Ondan çıxış yolu varmı? Nəqliyyat nazirliyi "Azəryolservis" ASC- nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin sözlərinə görə, paytaxtın avtomobil yolları şəbəkəsinin yalnız 10-15 faizi kanalizasiya xətləri ilə təmin olunub.


Avropada mənzil fondunun 25-30 faizi sosial kirayə fonduna məxsusdur

25.11.11 - 17:19110 baxılıb

Həmin mənzillər aztəminatlı ailələrə ya kirayə verilir, ya da satılır

Son vaxtlar əhalinin mənzillə təminatında yaranan çətinliklər daha geniş miqyas alıb. Bu sahədə dövlət tərəfindən müəyyən tədbir və proqramların həyata keçirilməsinə baxmayaraq, problem hələ də qalmaqdadır. Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 110 milyon kvadratmetr mənzil fondu var və tikinti şirkətləri bu mənzilləri uzun müddətdir ki, sata bilmir.


“Eurovision-2012" yarışmasına hazırıqmı?

18.11.11 - 13:0997 baxılıb

Müsabiqənin 10 gün ərzində iqtisadiyyata 8 milyon manata yaxın qazanc gətirəcəyi proqnozlaşdırılır

Azərbaycan "Eurovision-2012" mahnı yarışmasına ev sahibliyi edəcək. Bakıda beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi üçün inşa olunan "Kristal Palace"in bəzi fotoları artıq yayımlanıb. ANS PRESS-in kompleksi inşa edən şirkətlərdən olan "ADO-G" şirkətinin saytına istinadən verdiyi məlumata görə, çoxməqsədli konsert kompleksi xarici görünüşcə bir-birinə qovuşmuş, tərsinə çevrilmiş kəsik konus formalarından ibarətdir.


Elektron xidmətlər də əhalinin rahatlığını təmin etmədi

03.11.11 - 19:35112 baxılıb


Sovet dövründə inşa edilən binalar sınaqdan uğurlu çıxsa da...

03.11.11 - 19:2983 baxılıb

Yeni tikililərin zəlzələyə davamlılığı sual altındadır

Türkiyənin Van bölgəsində oktyabrın 23-də baş verən zəlzələ bütün dünyanı sarsıdıb. Azərbaycan da, xüsusilə paytaxt Bakı, seysmik və tektonik cəhətdən təhlükəli ərazi hesab edildiyindən qardaş ölkəni silkələyən təbii fəlakət bizdə də narahatlıq doğurmaya bilmir. Təsəlli üçün bildirək ki, Bakıda 2000-ci ilin noyabrın 25-də 6,3 bal gücündə qeydə alınmış zəlzələ paytaxtımızdakı tikililərə, bir neçə kiçik çatlar nəzərə alınmasa, elə də güclü təsir göstərməmişdi. Ancaq onu da etiraf etmək lazımdır ki, o vaxt Bakıda indi mövcud olan hündürmərtəbəli binaların demək olar ki, əksəriyyəti yox idi.


Dünyada əhali artır...

28.10.11 - 17:12132 baxılıb

…Amma kasıb ölkələrin hesabına

Müasir dövrdə demoqrafiya məsələləri çox aktuallaşıb. İqtisad elmləri sahəsində fəlsəfə doktoru İmran Qarayevin sözlərinə görə, bu problem dünyanın müxtəlif regionlarında özünü fərqli formada büruzə verir. Hazırda Avropada və iqtisadi cəhətdən inkişaf etmiş bir çox ölkələrdə əhalinin təbii azalma prosesinin getdiyini deyən alim bu halın Almaniya, İtaliya, Ukrayna və Rusiyada daha sürətlə baş verdiyini vurğuladı: "Bu isə 50-100 ildən sonra həmin ölkələrin etnik tərkiblərində ciddi dəyişikliklərə səbəb olacaqdır. Məsələn, Almaniyada əhalinin etnik tərkibində almanların payı azalacaqdır. Rusların və ukraynalıların da sayı azalır. Bu ölkələrin demoqrafik inkişafı miqrasiya proseslərinin intensivliyindən asılı olacaqdır".


Əksər ölkələr qış vaxtına keçiddən imtina edib

14.10.11 - 20:4196 baxılıb

Azərbaycanda isə bununla bağlı hələ heç bir yenilik yoxdur

Artıq iki həftə sonra Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli, 21 saylı qərarına əsasən, Azərbaycanda qış vaxtına keçiriləcək. Amma artıq dünyanın bir sıra ölkəsində, o cümlədən Özbəkistan, Tacikistan, Türkmənistan, Gürcüstan, Moldova, Rusiya və Ukraynada qış vaxtına keçid ləğv edilib.
Çox qəribədir ki, bu vaxtdəyişmə prossesinin zərərli və ya faydalı olması barədə birmənalı fikir yoxdur. Bəzi ekspertlərin qənaətinə görə, qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu ölkələrdə, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə təxminən 2 faizədək qənaət olunur.


Mobil operatorlar qeyri-dəqiq reklamlarla müştərilərini çaş-baş salırlar

08.10.11 - 18:39119 baxılıb

İstifadəçilər şəbəkədaxili zənglərə daha çox üstünlük verirlər

Hesablamalara görə, dünyada 500 milyon insan cib telefonundan istifadə edir və bu rəqəm günbəgün artmaqdadır. Belə ki, Azərbaycanda hər 100 nəfərə təxminən 105 mobil telefon düşür. Bu da ümumdünya orta göstəricidən təxminən 30 faiz yüksəkdir. Bəs mobil telefon istifadəçiləri üçün bu ünsiyyət vasitəsi zamanı mobil operatorların təklif etdiyi xidmət və tarif qiymətləri nə dərəcədə sərfəlidir? Aparılan araşdırmalar zamanı məlum olub ki, istifadəçiləri mobil operatorların təklif etdiyi tarif qiymətləri qane etmir.


Bakıdan Sumqayıta elektrik qatarı

23.09.11 - 14:59108 baxılıb

"Böyük şəhərlər arasında avtomobillə sərnişin daşınması tədricən sıradan çıxmalıdır"

Əməkdar memar Feyzulla Quliyev: "Dünyanın əksər ölkələrində böyük şəhərlər arasında elektrik qatarları işləyir"


Bir neçə il əvvəl vidalaşdığımız elektrik qatarları, deyəsən, yenidən əsas nəqliyyat vasitəsinə çevriləcək. Artıq Nəqliyyat Nazirliyi Bakı və Sumqayıt arasında sərnişin daşınmasında elektrik qatarlarından istifadə ilə bağlı təkliflər hazırlayır. Qurumdan verilən məlumata görə, əgər hökumət təklifləri bəyənərsə, Bakı Beynəlxalq Avtovağzalından Sumqayıta elektrik qatarları işləyə bilər.


Uşaqlarımızın da əli pulla oynayır

09.09.11 - 15:27138 baxılıb

Eyyub Hüseynov:"İstehlakçıları cəlb etmək üçün atılan bu addımla Azərbaycanın milli nişanları ayaqlar altına atılır"

Son günlər saqqız uşaqlar üçün qazanc mənbəyinə çevrilib. Saqqızın satışını hər işbaz özünəməxsus şəkildə qurur. Bəziləri saqqızın içində uduş kuponları yerləşdirir, bəziləri nağd hədiyyə verir. Son iki həftədə isə paytaxtda azyaşlıların daha çox aldığı içərisindən milli valyutamız, Yeni Türk Lirəsi, Avro çıxan saqqızlardır. Həmin "valyutalar" həqiqi pulların ölçüsündədir.


Yeni ipoteka proqramı gənclərə nə vəd edir?

09.09.11 - 15:24122 baxılıb

Faizlərin aşağı salınması, ilkin ödəniş məbləğinin azaldılması və digər yeniliklərlə bağlı mexanizmlər gələn ildən tətbiq olunacaq

Azərbaycanda gələn ildən yeni ipote ka siyasətinin həyata keçirilməsi nəzərdə tutulur. İlin sonuna kimi qəbul olunması planlaşdırılan yeni ipoteka proqramına uyğun olaraq mənzil kreditləşməsinin yeni meyarları tətbiq ediləcək. Mərkəzi Bankın (MB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, ipoteka qaydalarına dəyişiklik haqqında sənədlər və yeni ipoteka proqramı ilə bağlı layihə üzərində işlər artıq yekunlaşıb.


Bu il bütün şagirdlər vahid məktəbli formasına keçəcək

27.08.11 - 15:42189 baxılıb

Əjdər Ağayev: "Müəllimlərin də vahid geyim formasına
keçməsi şagirdlərin təlim-tərbiyəsi üçün əhəmiyyətlidir"

Bu tədris ilindən məktəblilərin vahid formaya keçəcəyi barədə mətbuatda məlumat verilib. Bu təşəbbüsün nə dərəcədə reallaşacağına aydınlıq gətirməmişdən əvvəl bir yeniliyi oxucularımızın diqqətinə çatdırmağı maraqlı saydıq.


1 2 3 4 5 ... 11 12 13 14 15 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.