Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Bu yazımız ali məktəb tələbələri və alimlərimiz barədə olsa da, biz təhsildən və elmi fəaliyyətdən deyil, onlara göstərilən iaşə xidmətindən söhbət açacağıq. Tələbələrimiz təhsil müəssisələrində, alimlərimiz iş yerlərində olan yeməkxanalarda nə və hansı qiymətə yeyirlər? Yeməklərin qiyməti cəmiyyətimizin ən imkansız təbəqəsi sayılan tələbələrin, bir o qədər də qazanc sahibi olmayan alimlərimizin cibinə uyğundurmu? Bu suallara cavab tapmaq məqsədi ilə əvvəlcə Bakı Dövlət Universitetinin yeməkxanasına getdik.
Qış mövsümü başlasa da işıq, qaz və istilik təminatı ilə bağlı problemlər qalmaqdadır
Noyabrın 15-dən başlayaraq ölkədə kommunal xidmət sahəsində qış rejiminin tələblərinə uyğun normativlərin tətbiq olunmasına baxmayaraq, on günə yaxındır ki, paytaxtın bir sıra yaşayış məntəqələrində qaz, işıq və istilik təminatında ciddi problemlər meydana çıxmaqdadır. Bakı şəhərinin və rayonların bütün yaşayış və inzibati binaları, məktəb və xəstəxanalar, digər səhiyyə ocaqları, idarə və müəssisələr qış rejiminin qrafikinə uyğun qaz, işıq, su və istiliklə təmin olunmalı olduğu halda, həmin kommunal xidmətin səviyyəsi qənaətbəxş səviyyədə deyil.
Büdcədə azalma meyilləri olsa da, bu, müdafiə, təhsil, səhiyyə, mədəniyyət, sosial xərclərə şamil edilməyəcək
Hesablama Palatası 2010-cu ilin dövlət büdcəsi layihəsini bəyənib. Bu barədə palatanın sədri Heydər Əsədov məlumat verdi. O qeyd etdi ki, 2010-cu ildə qlobal böhranın təsirləri ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır. Beynəlxalq maliyyə qurumları, "Böyük İyirmilik"ə daxil olan dövlətlər gələn il dünya iqtisadiyyatının böhrandan çıxmağa başlayacağını bildirsələr də, qeyri-müəyyənliyin tam aradan qalxacağına zəmanət vermirlər. İqtisadçı-ekspertlərin əksəriyyəti də gələn il dünya iqtisadiyyatında qalxıb-enmələrin davam edəcəyini proqnozlaşdırırlar. H.Əsədov dedi ki, bütün bunları nəzərə alan hökumət 2010-cu ildə büdcə parametrlərinə ehtiyatla yanaşmalıdır. Azərbaycan hökuməti də büdcə layihəsini hazırlayarkən ehtiyatlı davranmağa üstünlük verib. H.Əsədovun sözlərinə görə, Azərbaycanı ehtiyatlı davranmağa sövq edən digər məqam neftin qiymətinin sabit olmamasıdır.
60 il bundan əvvəl dünya neft sənayesi tarixində görünməmiş bir hadisə baş verdi. Xəzər dənizində, paytaxtdan 100 km. aralıda açıq dənizdə sənaye üsulu ilə qazılmış ilk neft quyusu fontan vurdu. Bu vaxtdan da dənizdə neft çıxarmanın tarixi başladı. Üstundən onilliklər keçsə də, həmin gün dəniz neft sənayesinin yaranma günü kimi xatırlanır, qeyd edilir. Azərbaycan neftçilərinin bu qəhrəmanlığı, bu şücaəti bütün dünyaya səs saldı. 1951-ci ildən etibarən Neft Daşlarında estakadaların və estakadayanı meydançaların tikintisinə başlanıldı. Bir neçə il ərzində Xəzərin ləpələri üzərində 150 kilometrdən çox yol-estakada salındı, nəhəng meydançalar inşa olundu.
Dəyirmi masa iştirakçıları Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklikləri belə qiymətləndirdilər
"Ülfət" qəzeti "İşçilərin əmək və sosial hüquqlarına dair biliklərinin artırılmasına yardım" layihəsi çərçivəsində görüş üçün ünvanı bu dəfə ölkəmizin Şimal bölgəsində seçmişdi. Xaçmaz şəhərində keçirilmiş dəyirmi masa Əmək Məcəlləsinə əlavə və dəyişikliklər"in şərhinə həsr olunmuşdu. Dəyirmi masa ətrafında söhbətə bölgədə fəaliyyət göstərən sahə həmkarlar ittifaqları rayon komitələrinin sədrləri, işəgötürənlər dəvət edilmişdi.
«Ülfət» qəzeti «İşçilərin əmək və sosial hüquqlarına dair biliklərinin artırılmasına yardım» layihəsi çərçivəsində növbəti görüşü «Azərneftyağ» Neft Emalı Zavodunda təşkil etmişdi. «Əmək hüququ fərdi və kollektiv müqavilə» mövzusunda keçirilmiş tədbiri giriş sözü ilə zavodun həmkarlar ittifaqı komitəsinin sədri İlham Quliyev açdı. O, əvvəlcə müəssisənin iqtisadi durumu, başçılıq etdiyi təşkilatın işçilərin əmək, sosial hüquqlarının müdafiəsi və onların bu istiqamətdə maarifləndirilməsi barədə məlumat verdi. Dedi ki, zavodumuz keçən ilin plan və tapşırıqların öhdəsindən layiqincə gəlib. İl ərzində 2567,9 ton xam neft emal olunmuş, açıq rəngli neft məhsullarının istehsalında böyük nailiyyətlər əldə edilmiş və plan artıqlaması ilə yerinə yetirilmişdir. Eyni zamanda müxtəlif çeşiddə olan 53,0 min ton sürtkü yağı hazırlanmışdır.
Yusif bəy Həşim bəy oğlu Yusifbəyli 1852-ci ildə Gəncədə tanınmış ziyalı ailəsində anadan olmuşdur. O, Nəsib bəy, Həmid bəy və Eyyub bəy kimi istiqlalı canlarından şirin bilən oğullar tərbiyə etmişdir. Atası Həşim bəy Gəncə xanı Cavad xanın vəziri Usub bəyin nəvəsi idi. Ulu baba Usub bəyin igid oğlu Eyyub bəyin oğludur. Yeri gəlmişkən, 1804-cü ildə Cavad xan şəhid olanda rus zabiti onun meyidinə tüpürmək istəyib. Mərhumun qayını və vəziri Usub bəyin igid oğlu Eyyub bəy kütlə içindən çıxaraq rus zabitini öldürmüşdü. Həşim bəy iş dalınca İrana gedir və bir daha geri qayıtmır. Ailənin tək övladı olan Yusif bəy anası Bəşirət xanımın himayəsində böyümüşdür. O, dövrünün ən qabaqcıl maarifpərvər qadınlarından idi. Onu da qeyd edim ki, Bəşirət xanım Üzeyir bəy Hacıbəyovun atası Əbdülhüseyn bəyin bibisidir.
Oktyabrın 25-də saat 05.00-da Azərbaycanda saatlar bir saat geri çəkiləcək. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bununla da Azərbaycan oktyabrın sonuncu bazar günü qış vaxtına keçəcək. Qış vaxtına keçid Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli, 21 saylı qərarına əsasən həyata keçirilir. Həmin qərarla ildə iki dəfə - mart və oktyabr aylarında yay və qış vaxtına keçilir. Energetiklərin fikrincə isə, saatların dəyişməsi təxminən 1 saatlıq elektrik enerjisinə və qaza qənaət etməyə imkan verir.
Onunla salamlaşanda istər-istəməz ruhuna bir rahatlıq hakim olur. Üzün günəşdən sonra açılan səma kimi işıqlanır. Onun sadəliyi sənə də sirayət edir.
Mən Fikrət Nuriyevi belə tanıyıram. Onu ilk dəfə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 11 il əvvəl görmüşəm. Ötən illər ərzində zaman saçlarının ağını bir az da tündləşdirib, zahiri görkəminə hiss ediləcək dərəcədə əl gəzdirib. Amma xarakterinə toxunmağa cəsarət etməyib. Uşaqlıq dostlarnın dediyinə görə, elə o, ağlıkəsəndən belədir. Xoş ünsiyyət qurmaq istəyi alnına yazılıb. Lovğalıqdan, xüdpəsəndlikdən uzaq adamdır. Baxmayaraq ki, özünü çoxlarından fərqləndirməyə «əsası» da var idi. Rəhmətlik atası uzun müddət rəhbər vəzifələrdə işləyib. Zaqafqaziya üzrə dəmir yolu sədrinin birinci müavini olub.
Təhsil Nazirliyi təhsil haqqının yalnız Tarif Şurasının qərarı ilə artırılıb-azaldıldığını bildirir
Rövşən Ağayev: "Avropa ölkələrinin bir çoxunda dövlət ali məktəblərində təhsil bu ölkələrin öz vətəndaşları üçün tam pulsuzdur"
Gələn həftə növbəti tədris ili başlayır. Yeni tədris ilini əksəriyyət sevinclə qarşılasa da, problemlə üzləşənlər də az deyil. Belə ki, 2009-2010-cu tədris ili üçün bir çox dövlət və özəl universitetlərdə ayrı-ayrı ixtisaslar üzrə təhsil haqları qaldırılıb. Aparılan araşdırmalara görə, dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsilin minimum qiyməti 430, maksimum qiyməti 2 000 manat təşkil edir.
Vətəndaşlara 110 milyon manat həcmində ipoteka kreditləri verilib
Azərbaycanda ipoteka kreditlərinin verilməsi ilə bağlı siyasət davamlı olacaq və mənzil kreditlərinin verilməsi üçün kifayət qədər maliyyə ehtiyatları mövcuddur. Qarşıdakı aylarda da ipoteka kreditlərinin verilməsi üçün ehtiyat vəsaitlərdən istifadə olunacaq. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, indiyədək vətəndaşlara 110 milyon manat həcmində ipoteka kreditləri verilib. E.Rüstəmov qeyd edib ki, mənzil kreditlərinin verilməsi nəticəsində 2850 ailə evlə təmin olunub. İlin sonuna kimi yüzlərlə ailənin də mənzil probleminin həll olunacağını əmin edən baş bankir İpoteka Fondunun sosial kateqoriyaya daxil olan vətəndaşlar üçün kredit verəcəyini xatırladıb.
Məktəblərdə keyfiyyətsiz qida mallarının satışı araşdırılacaq
Təhsil Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) ilə birgə yeni tədris ili ərəfəsində orta ümumtəhsil məktəblərində yoxlamalara başlayıb. Nazirlikdən bildirildiyinə görə, yoxlamaların məqsədi orta məktəblərin tədrisə hazır olub-olmamasını müəyyənləşdirməkdən və məktəblərdəki texniki-təchizat işlərinin, eləcə də bufetlərdə verilən qida məhsullarının keyfiyyətinin hansı vəziyyətdə olmasını öyrənməkdən ibarətdir. Orta məktəblərdə sanitar vəziyyətin araşdırılması da yoxlama predmeti olacaq. "Donuz qripi" ilə bağlı narahatlıq keçirən Təhsil Nazirliyi məktəblərin dezinfeksiya olunması barədə məktəb rəhbərlərinə ciddi tapşırıqlar verib.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.