Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Avropa İttifaqı Sumqayıtın inkişaf proqramını hazırlayır

31.08.09 - 11:52255 baxılıb

Belarus investorları isə bu şəhərdə nəhəng sənaye kompleksi yaratmaq istəyir

Avropa İttifaqı Sumqayıtın inkişafı ilə əlaqədar yeni layihəni maliyyələşdirməyə razılıq verib. İttifaqın regional inkişaf üzrə eksperti Con Teyt bildirib ki, layihə Sumqayıt şəhərinin pasportunun və investisiya proqramının hazırlanmasını nəzərdə tutur. Artıq bu məqsədlə Azərbaycan hökumətinin nümayəndələrindən və müvafiq qurumların üzvlərindən ibarət işçi qrupu yaradılıb. İşçi qrupu Sumqayıtın sənaye, energetika və metallurgiya komplekslərinin vəziyyəti ilə bağlı araşdırma aparacaq, müvafiq təkliflər əsasında ölkənin ikinci sənaye şəhərinin inkişaf konsepsiyası hazırlanacaq.


Mənzillərin ofis kimi istifadəsinə qanunla icazə veriləcək

24.08.09 - 11:29300 baxılıb

Ancaq hələlik birinci mərtəbələrin

Əvvəllər əhalinin almaq istəmədiyi, bəyənmədiyi birinci mərtəbələrdəki mənzillər, sözün əsl mənasında, dəbə minib. İndi bir çox vətəndaşlar yuxarı deyil, məhz birinci mərtəbələrdəki mənzilləri almağa maraq göstərirlər. Bu isə, əlbəttə, həmin mənzillərin qiymətinin kəskin artması ilə nəticələnib. Xüsusilə insanların daha çox hərəkət etdiyi, geniş küçələrdəki yaşayış binalarının birinci mərtəbələrinin qiyməti digər mənzillərlə müqayisədə 2-3 qat bahadır.


Daha bir təhlükəli xəstəlik yayılır

17.08.09 - 10:38399 baxılıb


Yeniləşən dənizkənarı bulvar...

17.08.09 - 10:36743 baxılıb

Qiymətlər bütün sakinlərin burada istirahət etməsinə imkan vermir

Uşaqların əksəriyyəti attraksionlara kənardan baxmaqla kifayətlənir

Bir müddət əvvəl ilin bütün fəsillərində Bakı əhalisinin ən çox üz tutduğu istirahət yeri dənizkənarı bulvar idi. 100 ildən artıq yaşı olan dənizkənarı bulvar son illər çox dəyişib. Bu dəyişiklik təkcə bulvarın görünüşü, oradakı obyektlərin çoxluğu ilə deyil, həm də istirahətə gələnlərin sayı və qiymətlərlə bağlıdır. Dənizkənarı bulvardakı real vəziyyəti öyrənmək üçün bu ünvana yollandıq. Salındığı vaxtdan etibarən zaman-zaman abadlaşdırılan dənizkənarı bulvarın uzunluğu artıq 3,7 kilometrə çatdırılıb.


Dövlət Sularda Xilasetmə Xidmətindən özəl çimərliklərin sahiblərinə xəbərdarlıq

03.08.09 - 11:19330 baxılıb

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata əsasən, təxminən 30-a qədər çimərliyə giriş pulsuzdur. Çətir, dincəlmək üçün digər aksesuarlar, katerdə gəzinti və başqa xidmətləri təklif edən çimərliklərə isə giriş pulludur. İstirahət etmək istəyənlər üçün hər bir şərait yaradılsa da, özəl çimərliklərə axın azdır. İqtisadçılar bunu qiymətlərin baha, ekoloqlar dəniz suyunun çirkli olması ilə əlaqələndirirlər.


Yayın qızmar günlərində açıq havada ət satışı

03.08.09 - 11:18358 baxılıb

Vəli Qarayev: "Həftənin bir-iki günü fəaliyyət göstərən yarmarkalarda soyuducular quraşdırılmasını tələb etmək olmur"

Paytaxt sakinləri üçün yay ayları daha çox istirahət mövsümü kimi yadda qalsa da, problemlər də az olmur. Yayın qızmar günəşi altında satılan ərzaq məhsulları bir çox hallarda zəhərlənmələrə səbəb olur. Açıq havada satışa hər həftəsonu təşkil olunan ərzaq yarmarkalarında da rast gəlinir. Həmin yarmarkalarda digər məhsullarla yanaşı, əhaliyə ət təklif edilir.


Ermənilər işğal altında olan ərazilərdə yanğınları davam etdirir

03.08.09 - 11:12266 baxılıb

Elxan Poluxov: "Məsələ ilə bağlı beynəlxalq məhkəmələrə müraciət etmək məsələsi hələlik gündəmdə deyil"

Möhübbət Qurbanov: "Beynəlxalq təşkilatlar Azərbaycan ərazilərinin yandırılmasına münasibətdə həmişə ikili standart tətbiq edir"

Son vaxtlar ermənilər işğal altında olan Azərbaycan ərazilərində yenidən yanğınlar törətməyə başlayıb. Yanğınlar daha çox cəbhənin Ağdam və Tərtər rayonlarının həmsərhəd ərazilərində törədilir. Əksər beynəlxalq təşkilatlar tərəfindən ekologiyanın qorunmasına, təbiəti mühafizəyə önəm verilsə də, Azərbaycana münasibətdə buna əməl edilmir. Maraqlıdır, Azərbaycan bu faktlarla bağlı beynəlxalq təşkilatlara, beynəlxalq məhkəməyə müraciət edirmi?


Əlillər evinə münasibət birmənalı deyil

20.07.09 - 10:13447 baxılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu günədək paytaxtda və ölkənin əksər bölgələrində dövlət hesabına 1700-dək əlil ailəsi mənzillə təmin olunub. 40-a yaxın çoxmərtəbəli və 200-dən artıq fərdi həyət evi tikilərək Qarabağ müharibəsi əlillərinə verilib. Bu, özlüyündə müsbət addım olsa da, əlillərin cəmiyyətə inteqrasiyası baxımından zərərlidir. Ayrıca yaşayış evlərində yerləşdirilən əlillər cəmiyyətdən təcrid olunur.


“Böyük Səkkizlik" neftin bahalaşmasını istəmir

13.07.09 - 10:15422 baxılıb

"G-8" ölkələri böhrandan çıxış üçün yeni bəyannamə imzalayıblar

İtaliyada keçirilən "Böyük Səkkizlik" ("G-8") ölkələri liderlərinin sammitində bir çox mühüm siyasi-iqtisadi detalları əks etdirən bəyannamə imzalanıb. Sammitdə başlıca müzakirə mövzusu dünya iqtisadi böhranına qarşı effektiv mübarizənin aparılması və enerji bazarında ədalətli rəqabət mühitinin təmin edilməsi ilə bağlı olduğundan dünyanın aparıcı iqtisadi-siyasi analitik mərkəzləri də bu elementlərə xüsusi diqqət çəkməkdədir. Beynəlxalq forumda antiböhran konsepsiyasının reallaşması üçün xarici maliyyə institutlarının nümayəndələrinə müraciət olunması qərara alınıb.


İyulun 13-də Ankarada NABUCCO ilə bağlı hökumətlərarası saziş imzalanacaq

13.07.09 - 10:14299 baxılıb

Azərbaycan sazişə imza atmasa da, bu kəmərlə qaz nəql etməyi nəzərdə tutur


İyulun 13-də Türkiyənin paytaxtı Ankara şəhərində NABUCCO layihəsi ilə bağlı hökumətlərarası sazişin imzalanması nəzərdə tutulur. Kəmərin çəkilişi üzrə yaradılmış konsorsiuma üzv olan şirkətlərin nümayəndələri sazişin imzalanması üçün heç bir problemin olmadığını bildiriblər. Konsorsium hökumətlərarası sazişin imzalanması ilə bağlı bütün elementlərin razılaşdırıldığını və Ankara sammitində yekun qərarın veriləcəyinə əminliyini bildirib. Xatırladaq ki, konsorsiuma Almaniyanın "RWE", Avstriyanın "OMV", Macarıstanın "MOL", Rumıniyanın "Transgaz", Bolqarıstanın "Bulgargaz" və Türkiyənin "BOTAŞ" şirkətləri daxildir. Sazişə Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya dövlətləri imza atacaq.


“Bakı Dairəvi-1" yolunda tikinti işlərinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur

06.07.09 - 10:15370 baxılıb

Pünhan Mürsəliyev: "Hazırda əsas diqqət "Bakı Dairəvi-1" yolunu Bakı-Rusiya şosesi ilə birləşdirən körpünün tikintisinə yönəldilib"

"Bakı Dairəvi-1" yolunda tikinti işləri davam etdirilir. İşlərin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Hazırda Lökbatan qəsəbəsi ərazisində yolun az bir hissəsində tikinti işləri aparılır". Bu barədə məlumat verən "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin sözlərinə görə, hazırda əsas diqqət "Bakı Dairəvi-1" yolunu Bakı-Rusiya şosesi ilə birləşdirən körpünün tikintisinə yönəldilib.


Fermer təsərrüfatları ləğv edilərək, torpaqlar satılır

06.07.09 - 10:09319 baxılıb

Əfrasiyab Quliyev: "Satılan torpaqların mənə məxsus fermer təsərrüfatının mülkiyyəti olması barədə Abşeron Rayon İcra Hakimiyyətinin qərarı olub"

Rafiq Yusifov: "Torpaq islahatı haqqında" Qanun qəbul edildikdən sonra həmin təsərrüfatların hamısı ləğv edilib"


Yeni gətirilən iritutumlu avtobusların 150 ədədi istifadəyə verilib

22.06.09 - 16:21349 baxılıb

Samir Həsənov: "Yaxın günlərdə bir neçə marşrutda da iritutumlu avtobuslar işləyəcək"

Paytaxta yeni gətirilən iritutumlu avtobusların 150 ədədi artıq ayrı-ayrı xətlər üzrə istifadəyə verilib. "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin mətbuat xidmətinin rəhbəri Samir Həsənovun sözlərinə görə, digər avtobusların istismara verilməsi istiqamətində iş davam etdirilir.


Vergidən yayınanların məsuliyyəti artırılmalıdır

22.06.09 - 16:15528 baxılıb

Fariz Səmədov: " Bu ilin əvvəlindən aparılan maarifləndirmə və nəzarət tədbirləri müsbət nəticə verməyə başlayıb"

Son illər respublikamızda gedən tikinti bumu nəticəsində xeyli yaşayış binaları, müxtəlif istehsal, məişət, xidmət obyektləri tikilmişdir. Yağışdan sonra göbələk kimi qalxan tikintilərdən biri də şadlıq evləridir. Əsas hissəsi məhv edilmiş yaşıllıqlar yerində inşa edilmiş şadlıq evlərində əhaliyə verilən yeməyin keyfiyyəti, istərsə də qiymətlərlə bağlı ciddi problemlərin olması dəfələrlə vurğulanıb.


“Qış parkı" salınacaq ərazinin boşaldılmasında problem yaranıb

22.06.09 - 16:14581 baxılıb

Nəriman Əliyev: "Köçürülmə aparılarkən beynəlxaq təcrübəyə əsaslanmaq lazımdır"

Bakıda "Qış parkı"nın salınacağı ərazidə yaşayan sakinlərin bir hissəsi köçürülsə də, bəzi sakinlər ərazini tərk etmək istəmir. Yeni salınacaq park Heydər Əliyev adına Sarayın arxasından başlayaraq Füzuli meydanınadək böyük bir ərazini əhatə edəcək. Hələ sovet dövründə tikilməsi planlaşdırılan parkın salınması üçün ərazidəki bütün tikililər sökülməlidir.


Satışdan çıxarılan saxta mallar yenidən istehlakçılara satılır

16.06.09 - 13:41420 baxılıb

Eyyub Hüseynov: "Ərzaq bazarındakı məhsulların 90 faizinin qaiməsi yoxdur"

Ölkənin ərzaq sektorundakı neqativ halları aradan qaldırmaq üçün müvafiq strukturlar bir sıra tədbirlər həyata keçirsə də, vəziyyəti hələ də qənaətbəxş hesab etmək olmur. Saxta və keyfiyyətsiz malların satışda olması, mənşəyi bilinməyən məhsulların istehlakçılara təklif edilməsi və sair faktlar hələ də qalmaqdadır.


Qlobal krizis göydələnlərdən də yan keçmədi...

08.06.09 - 12:46369 baxılıb

Daşınmaz əmlak bazarındakı durğunluğun payızda başa çatacağı proqnozlaşdırılır

Dünyada baş verən maliyyə böhranı tikinti materiallarının qiymətindəki ucuzlaşmanı dərinləşdirməkdə davam edir. Dünya bazarlarında neftin qiymətində müşahidə edilən artım və maliyyə birjalarında qiymət indekslərinin müsbətə doğru dəyişməsi halı baş versə də, bu, tikinti materialları və ümumiyyətlə, daşınmaz əmlak bazarına təsir göstərməyib. Əksinə, ötən aylarda olduğu kimi, tikinti materialları bazarında qiymətlərin ucuzlaşması tendensiyası müşahidə olunmaqdadır.


Əhalinin banklardakı əmanətlərinin azalması tendensiyası narahatlıq yaratsa da...

08.06.09 - 12:43296 baxılıb

Apreldən etibarən vətəndaşlar pullarını yenidən banklara qoymağa başlayıblar

Dünyadakı maliyyə böhranı Azərbaycanın da maliyyə sektoruna təsirsiz ötüşmədi. Bunu əvvəlcədən bilən Mərkəzi Bank artıq ötən ilin ikinci yarısından böhranın təsirinin neytrallaşdırılması üçün qabaqlayıcı tədbirlər görməyə başlayıb. Tədbirlər nəticəsində ötən il ölkədə kredit aktivliyi qorunub saxlanılıb. Lakin bu ilin əvvəlindən ölkənin maliyyə bazarı qlobal böhranın təsirini daha ciddi hiss etməkdədir. Səbəb ölkə banklarının dünya maliyyə bazarlarına aktiv şəkildə inteqrasiya etməsi olub. Mərkəzi Bankın tövsiyəsi ilə banklar xarici borclarını intizamlı şəkildə ödəməyə başlayıblar.


Binə Ticarət Mərkəzində dəyişən yalnız ünvandır

25.05.09 - 10:02402 baxılıb

Ticarət mərkəzində satılan məhsulların 90 faizi Çin istehsalıdır

Binə Ticarət Mərkəzi artıq yeni ünvanda fəaliyyət göstərir. Qısa müddətdə yeni ünvana köçürülən ticarət mərkəzində sahibkarların fəaliyyəti üçün normal şərait yaradılmaması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Yeni ticarət mərkəzində real vəziyyəti öyrənmək üçün bu ünvana baş çəkdik. Artıq paytaxtın müxtəlif yerlərindən ticarət mərkəzinə sərnişin avtobusları işləyir.


Yaxın vaxtlarda xəttə 600 iritutumlu avtobus buraxılacaq

18.05.09 - 17:49489 baxılıb

"Çalışırıq avtobusları münasib qiymətə alaq ki, onlar ölkə sahibkarları üçün də əlçatan olsun"

Yaxın vaxtlarda ölkəyə daha 600 iritutumlu avtobus gətiriləcək. Bununla bağlı Nəqliyyat Nazirliyi ilə "Daewoo" şirkəti arasında danışıqlar başa çatıb. Hazırda nazirlik avtobusların gətirilməsi üçün tədbirlər görür.


< 1 2 3 4 5 6 7 8 9 10 ... 11 12 13 14 15 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.