Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Sağlamlığımız üçün real təhlükə...

18.05.09 - 17:47402 baxılıb

Əhalinin gəlirlərinin azalmasından istifadə edənlər bazara keyfiyyətsiz ərzaq məhsulları çıxarır

Qlobal maliyyə böhranı artıq Azərbaycana da öz təsirini göstərib. Dünyanın digər ölkələrində olduğu kimi, respublikamızda da əhalinin alıcılıq qabiliyyəti müəyyən qədər aşağı düşüb. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsindən istifadə edən bəzi işbazlar isə bazara saxta, keyfiyyətsiz məhsullar çıxarır. Bütün bunlar isə son nəticədə Azərbaycan vətəndaşlarının sağlamlığını təhlükə altında qoya bilər.


Şuşanın işğalından 17 il ötdü...

12.05.09 - 15:09490 baxılıb

Döyüşlərdə 480 azərbaycanlı həlak olub, 1860 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb

1992-ci il mayın 8-i Ermənistan ordusunun əsgərləri Şuşanı işğal etdi. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin ermənilərin əlinə keçməsi ilə Dağlıq Qarabağın işğalı prosesi başa çatdırıldı. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail oldular. Lakin bu işğal ermənilərə o qədər də asan başa gəlməyib.


Paytaxt küçələrində avtomobil ovu

04.05.09 - 13:00360 baxılıb

Avtomobilləri saxlamaq üçün yerlər olmadıqca, ən sərt inzibati tədbirlər belə nəticəsiz qalacaq

İntiqam Əliyev:"Avtomobillərin cərimə meydançalarına aparılması qanuni şəkildə həyata keçirilmir"


Yeni yaşayış binalarından mənzil alan vətəndaşlar aldadılır

04.05.09 - 13:00358 baxılıb

Nüsrət İbrahimov: "Vətəndaşı aldadan tikinti şirkətləri cinayət məsuliyyəti daşıyır"

Tikinti şirkətlərinin bir çoxunun fəaliyyətini dayandırması əhali üçün də problem yaradıb. Mənzil almaqdan ötrü tikinti şirkətlərinə pul ödəyən vətəndaşlar indi nə mənzillərini, nə pullarını ala bilir. Əksər tikinti şirkətləri ödənilən pulun müqabilində yalnız çek və ilkin müqavilə təklif edir. Bu isə sonradan ciddi problemlərin yaranmasına səbəb olur.


Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi baş vermiş hadisə barədə rəsmi məlumat yayıb

04.05.09 - 10:00402 baxılıb

Cinayəti törədən şəxsin üstündən "Makarov" tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilib


1918-ci il Quba faciəsi

27.04.09 - 11:02445 baxılıb

1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları içərisində Quba hadisələri ən qanlı faciələrdən biri olmuşdur. Erməni daşnak dəstələrinin Qubaya hücumu 1918-ci il mayın 1-də başlamışdır. Şəhərə daxil olan daşnak dəstələri çox amansızlıqla dinc əhalini öldürür və var-dövlətlərini talan edir. Qırğının təkcə birinci günü şəhərin aşağı hissəsində 713 nəfər azərbaycanlı qətlə yetirilib ki, onların da əksəriyyəti qadın və uşaqlar idi. Ermənilərin Qubadakı azğınlığı doqquz gün davam edir. Hücumun ikinci günü öldürülən 1012 nəfərin böyük əksəriyyəti şəhərin yoxsul əhalisi və İrandan iş dalınca gəlmiş kişilər idi.


Qlobal böhran miqyasını genişləndirməkdədir

13.04.09 - 10:22499 baxılıb

Artıq bir sıra MDB dövlətləri antiböhran tədbirlərinə start veriblər

Artıq MDB-nin əksər ölkələrində, o cümlədən Azərbaycanda hökumətlər antiböhran proqramının hazırlanmasına start veriblər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertlərinin hazırladığı konsepsiyada qlobal böhranın təsirini azaltmaq üçün lazım olan ən mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Mərkəzin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, konsepsiya dövlət proqramı üçün də baza ola bilər.


Azərbaycan, yoxsa işğalçı Ermənistan?

13.04.09 - 10:13383 baxılıb

Türkiyə seçim qarşısında

ABŞ Prezidenti Barak Obamanın Türkiyəyə səfəri beynəlxalq ictimaiyyətin nəzər nöqtəsindədir. Türkiyə - Amerika münasibətləri müstəvisində həm Türkiyənin strateji maraqları, həm də bölgədə münaqişələrin həlli ilə bağlı müəyyən gözləntilər var.
Müsahiblərimiz - politoloq Eldar Namazov və millət vəkili Zahid Oruc bu və digər məsələlərlə bağlı bir çox məqamlara aydınlıq gətirdilər.


Reklam bazarının 5 faizini sosial reklamlar təşkil etməli olsa da...

06.04.09 - 13:59506 baxılıb

Yerli efirlər yalnız restoranları, şadlıq saraylarını və əyləncə mərkəzlərini reklam edir

Bir müddət öncə 20 yaşlı Elnarə Əhmədovanın 200-ə qədər insanı QİÇS-ə yoluxdurması faktı aşkarlandı…
Yeni tikilən binalarda ölənlərin sayı gündən-günə artmaqdadır...
Belə xəbərlərin siyahısını istənilən qədər artırmaq olar. Amma məqsədimiz adıçəkilən olayları xatırlatmaq deyil, sadəcə, cəmiyyət üçün təhlükəli olan həmin faktların qarşısını almaqdan ötrü maarifləndirmə işlərinin hansı səviyyədə aparılmasını araşdırmaqdır…


Dövlət qurumlarında müsabiqə və müsahibə əsasında 500-dən artıq kadr işə götürülüb

06.04.09 - 13:55690 baxılıb

Vəfadar Misirov: "Əksər dövlət orqanlarının regionlardakı şöbələrindəki vakant yerlərdə işləmək arzusunda olanlar çox azdır"

Son illər respublikamızda dövlət qurumlarının kadrlarla təminatında ciddi dəyişikliklər edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) keçirdiyi müsabiqə və müsahibə nəticəsində yüzlərlə gənc kadr dövlət qulluğuna qəbul edilib. Bu günlərdə dövlət qulluğuna qəbulla bağlı yeni müsabiqə və müsahibə elan edilib. Bu sahədə görülən işlər və cəmiyyəti maraqlandıran məsələlər ətrafında DQMK-nın sədr müavini Vəfadar Misirovla apardığımız söhbəti oxucularımızın diqqətinə çatdırırıq.


31 mart soyqırımının törədilməsindən 91 il ötür

06.04.09 - 13:45406 baxılıb

"Ermənilər "soyqırım"a məruz qaldıqlarını iddia etsələr də, artıq bir sıra Avropa ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

31 mart soyqırımının törədilməsindən 91 il ötür. Mərhum Prezident Heydər Əliyevin 1998-ci il martın 26-da soyqırım haqqında imzaladığı fərmandan sonra hər il martın 31-i ermənilərin törətdiyi soyqırım günü kimi dünya azərbaycanlıları tərəfindən qeyd edilir.


Göstəricilər yaxşılaşıb

13.03.09 - 19:23521 baxılıb

Respublikamızda aparılan yenidənqurma işləri Nizami rayonunun sənaye müəssisələrinin də fəaliyyətini canlandırmışdır. Rayonda bir sıra yeni müəssisələr fəaliyyətə başlamış, sakinlərin qarşılaşdıqları sosial problemlərin həlli istiqamətində konkret addımlar atılmış, genişmiqyaslı abadlıq işləri aparılmışdır.


Bahar Azərbaycana martın 20-si saat 15-də daxil olacaq

13.03.09 - 19:17528 baxılıb

Cənubi Kaliforniyada bayram ocağı qalamaq istəyən həmyerlilərimizə icazə verilmədiyi üçün onlar çimərliklərə üz tutublar


Bahar Azərbaycana martın 20-si gündüz saat 15:00 radələrində daxil olacaq. Nəsrəddin Tusi adına Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyevin sözlərinə görə, bahar hər il eyni tarixdə daxil olmur: "Fevral ayının 28 və ya 29 gün olmasından asılı olaraq, baharın gəlişinin tarixində də müəyyən dəyişikliklər olur. Adətən bahar ölkəyə martın 20 və 21-i daxil olur. Amma istisnalar da mövcuddur. Nadir hallarda martın 21-dən 22-nə keçən gecə daxil olur".


Azərbaycan bazarlarında Ermənistan məhsulları...

03.03.09 - 15:56652 baxılıb

Eyyub Hüseynov:
"Hazırda bazarda Ermənistan istehsalı olan "Azyorski" konfetləri, "Yubiley" konyakı,
"Siqarolla" siqareti və
müxtəlif adda kofelər var"


Azərbaycanın istehlak bazarında Ermənistan istehsalı olan məhsulların satılması barədə tez-tez məlumatlar yayılır. Ölkəyə müxtəlif vasitələrlə gətirilən həmin məhsulların insan orqanizmi üçün təhlükə törətməyəcəyinə isə zəmanət verilmir. Maraqlıdır, həmin məhsullar ölkə ərazisinə necə gətirilir və bunun qarşısını almaq mümkün deyilmi?


Torpaq hərracları özbaşınalığa son qoyacaqmı?

03.03.09 - 15:52443 baxılıb

Vüqar Bayramov: "Qanunsuz satılmış torpaqların
necə verilməsinin araşdırılması vacibdir"


Azərbaycanda yerli idarəetmə orqanlarının formalaşdırılmasından 10 il vaxt keçsə də, bu qurumun fəaliyyətində problemlər qalmaqdadır. Bu günə qədər respublikada əksər bələdiyyələr torpaq satışını həyata keçirən qurumlar kimi yadda qalıb.


XX əsrin faciəsi

23.02.09 - 13:19543 baxılıb

Xocalı strateji hədəf kimi

7000 əhalisi olan Xocalı Xankəndindən 10 km. cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Ermənilərin Xocalıya əsas maraqları da Xocalının bu cür strateji mövqedə olması ilə əlaqədardı.
Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir. Qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekroloqlar tapılmışdır. Həmçinin burada arxitektur abidələr - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. aşkar edilmişdir. Muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.


Son 35 ildə dünyada miqrantların sayı 200 milyona çatıb

16.02.09 - 11:49482 baxılıb

Azərbaycandan qaçqın statusu almaq istəyənlərin sayı 3 mini ötüb

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, son 35 il ərzində dünyada miqrantların sayı 200 milyona çatıb. Miqrantların sayına görə, hazırda ABŞ I, Rusiya II, Almaniya III, Ukrayna IV, Qazaxıstan və Polşa isə, müvafiq olaraq, IX və X yerləri bölüşdürürlər. Hazırda Şərqi Avropa və MDB ölkələrindəki miqrasiya ikiqütblüdür. Belə ki, miqrantların böyük hissəsi Şərqi Avropanın qərb hissəsindən (40 faiz) Qərbi Avropaya doğru hərəkət edir. MDB-dən olan miqrantların təxminən 80 faizi elə birliyin ərazisində məskunlaşmağa üstünlük verir.


Bakıda akademik Arif Paşayevin 75 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

16.02.09 - 11:44439 baxılıb

Fevralın 12-də "Holiday İnn" mehmanxanasında Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin 75 illik yubileyinə həsr olunmuş "Elmi-texniki tərəqqi və müasir aviasiya" mövzusunda üç günlük beynəlxalq konfrans başlanmışdır. Konfransda Azərbaycan, Türkiyə, Almaniya, ABŞ, Gürcüstan, Rusiya, Ukrayna, Kanada, İsrail, Özbəkistan, Koreya Respublikası, Yaponiya və digər ölkələrdən 200-dən çox alim iştirak edir.


Forumdan diplomla qayıtdılar

09.02.09 - 12:43475 baxılıb

Bakı Dövlət Universitetinin təmsilçiləri Müstəqil Dövlətlər Birliyi ölkələrinin aparıcı ali məktəblərinin tələbə təşkilatları liderlərinin dördüncü forumundan diplomla qayıtmışlar. Nümayəndə heyətinin başçısı, BDU-nun Beynəlxalq Ümumi Hüquq Kafedrasının müəllimi, tələbə HİK-in sədri Daşqın Qənbərovun dediyinə görə, Moskva şəhərində keçirilmiş bu tədbir "Solidarnost" Tələbə-Gənclər Birliyi tərəfindən təşkil olunmuşdu.


Dərsliklərdə qüsurlar qalmaqdadır

02.02.09 - 17:04416 baxılıb

Faiq Şahbazlı: "Yaxşı olardı ki, təhsillə bağlı deyilən sözlər mütəxəssis sözü olsun"


Son dövrlər nəşr olunan dərsliklərlə bağlı narazıların sayı artmaqdadır. Artıq bir neçə müddətdir ki, yazılı və elektron KİV-lərdə müəllim və valideynlər, hətta bəzi ekspertlər dərsliklərdə, xüsusilə də yuxarı siniflərin dərsliklərində olan qüsurların aradan qaldırılmasına çağırırlar. Bildirilir ki, 7-ci sinfin tarix dərsliyinə şagirdlərin qavraya biləcəyi qədər materiallar salınmayıb. Mövzular olduqca həcmlidir, şagirdlər bunu öyrənməkdə çətinlik çəkirlər. 11-ci siniflərin dərsliklərində də qüsurlar kifayət qədərdir. Ümumiyyətlə, dərsliklər qabaqcıl ölkələrin təcrübəsinə əsasən hazırlanmır. Bu və digər məsələlərə aydınlıq gətirmək üçün Təhsil Nazirliyi Dərslik və Nəşriyyat Şöbəsinin müdiri Faiq Şahbazlı ilə əlaqə saxladıq.


< 1 2 3 4 5 ... 7 8 9 10 11 ... 11 12 13 14 15 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.