Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Get-gedə cəmiyyətimizə daha geniş miqyasda inteqrasiya olunan insan alverinə, qeyri-formal miqrasiyaya qarşı mübarizə bu gün həmkarlar ittifaqlarının da prioritet vəzifəsinə çevrilmişdir. Azərbaycan həmkarlar ittifaqları Beynəlxalq Əmək Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin birgə icra etdiyi "Azərbaycanda insan alverinə qarşı cavab mexanizmlərinin inkişafı" layihəsinin fəal iştirakçılarındandır. Layihə uzunmüddətli tədbirlərin həyata keçirilməsini nəzərdə tutur, Milli Fəaliyyət Planı və müvafiq normativ-hüquqi çərçivənin inkişaf etdirilməsi məqsədi daşıyır. Bu layihə həmçinin əmək bazarı təsisatlarını insan alverinin qarşısının alınmasına cəlb edəcək, cinsi və əmək istismarına məruz qalmış şəxslərin müəyyən olunması, müdafiəsi işini gücləndirəcəkdir. Burada qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün bir sıra vəzifələr müəyyən olunmuşdur. Onlardan biri də ictimaiyyətin məlumatlılığının artırılmasıdır.
Televiziya həyatımıza daxil olandan bəri ekranda gördüyümüz simalar bizə doğmalaşıb. Həqiqətən də hər gün baxdığımız teleproqramların aparıcılarını qohum-qonşudan daha tez-tez görür, onların barəsində daha çox bilirik. Sevdiyimiz aparıcıların evimizə "gəlişini" həsrətlə gözləyirik. Özümüzdən xəbərsiz hətta onların təsiri altına da düşürük, onlar kimi danışmağa, geyinməyə, hələ desən, saç düzümü etməyə də başlayırıq. Beləcə, televiziyanın təlqin etdiyi düşüncə, görünüş, hətta həyat tərzi bizə müəyyən qədər sirayət edir. Bu baxımdan televiziya tamaşaçısı kontingentinin ən elastik və yeniliklərə ən açıq olan təbəqəsi, yəni yeniyetmələr və gənclər mavi ekrandan diktə edilən tərzin təsirinə daha çox məruz qalırlar.
Eyyub Hüseynov: "Ana dilində markalanmayan məhsullar boykot edilməlidir"
Sevgim Rəhmanov: "Bir neçə qəpiyə görə daha ucuz bazarlara üz tutmayın"
Qida məhsullarının təhlükəsiziyinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilsə də, nəticə ürəkaçan deyil. Aparılan araşdırmalar zamanı məlum olub ki, son vaxtlar insanlar arasında baş verən zəhərlənmə hallarının əksəriyyəti məhz qida məhsullarının keyfiyyətsizliyi ilə bağlıdır.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Birləşmiş Millətlər Təşkilatının Qəzzada davamlı bombalanmanın dayandırılması təklifini dəstəkləmişdir.
Zaman - zaman zülm və əsarət altında yaşayan hər bir xalqın həyatında onun azadlıq arzusunun gerçəkləşməsinə təkan verən hadisələr baş verir. Bu zaman onun mübarizə ruhu, qəhrəmanlığı və fədakarlığı aşkara çıxır. Gələcək taleyi, müqəddəratı müəyyənləşir. 1990 - cı il yanvarın 19-dan 20 - nə keçən gecə rus - sovet imperiyasının əzablarını yaşayan millətimiz üçün taleyüklü tarix idi. Bu, azadlığa, müstəqilliyimizə can atan xalqımız üçün çox ağır sınaq oldu. İmperiyanın "muzdlu əsgərləri" Bakıda qanlı vəhşiliklər törətdilər. Sovet texnikası küçələrə çıxan əliyalın əhalinin yenilməz iradəsi qarşısında sanki aciz görünürdü. O gecənin top - tüfəng səsi ilə xalqımızın qan yaddaşı oyanmışdı. Həmin gün Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, mübarizə əzminin sarsılmazlığını bütün dünyaya sübut etdi.
İlqar Hacıyev: "Dili bilməyən azərbaycanlılar fikrini ifadə edə bilmədiklərinə görə törətmədikləri cinayət əməlinə cəlb edilir"
Bu il yanvarın 1-dən etibarən Rusiyadakı miqrantlar üçün yeni tələblər qüvvəyə minib. Qanuna görə, Rusiyaya gələn miqrantlar rus dilindən imtahan verməli olacaqlar. Əks halda, onlara işləmək üçün icazə sənədi verilməyəcək. Yeni qanunda miqrantlara problem yaradan başqa məqamlar da var. RF Səhiyyə və Sosial İnkişaf Nazirliyinə istinadən yayılan məlumata əsasən, QİÇS və ya sifilis kimi ağır xəstəliklərin daşıyıcısı olan miqrantlar dərhal ölkədən qovulacaqlar. Federal Miqrasiya Xidməti bu həftənin sonundan etibarən Rusiyadakı miqrantların sanitar-səhiyyə yoxlamalarına başlayacaq. Öncə iş yerləri sahiblərinin səhlənkarlığı və ya sanitar normalara bilərəkdən əməl etməmələri ucbatından kəskin bağırsaq infeksiyalarına tutulmuş miqrantlar Rusiyadan deportasiya ediləcəklər.
Rusiyaya məxsus qatarlarda quldurluq hadisələrinin sayı artıb
Dünyanın bir sıra dövlətlərinin gəmilərini ələ keçirən Somali piratlarının sırasına erməni quldurları da əlavə olunub. Ermənilər somalilərdən fərqli olaraq dənizdə gəmiləri deyil, dəmir yolunda qatarları qarət edirlər. Erməni nəqliyyat quldurlarının əsasən Cənubi Qafqazda yerləşən dəmir yolu şəbəkəsinə hücum etməsi barədə faktları Rusiyanın müvafiq orqanları bəyan edir və rəsmi Moskvanın narahatçılığı artmaqdadır. Rusiya Dəmir Yolları İdarəsinin məlumatlarına görə, Cənubi Qafqaz Dəmir Yolu sisteminə daxil olan nəqliyyat şəbəkəsi ilə malı ünvanına çatdırmaq artıq xeyli müddətdir ki, problemə çevrilib. Rusiyadan Ermənistana və Cənubi Qafqaza göndərilən məhsullar yolda qarət olunur. Onların müxtəlif cinayətkar dəstələrdə birləşən ermənilər olmasını dəfələrlə dəmir yolu işçiləri prokurorluq orqanlarına ifadələrində bildiriblər.
İki aydan artıq davam edən "Ötən illərin mahnıları" başlığı altında Azərbaycan peşəkar bəstəkarlarının mahnılarından ibarət retro - musiqi festivalı başa çatdı. Azərbaycan həmkarlar ittifaqlarının Bəstəkarlar İttifaqı ilə birgə keçirdiyi bu möhtəşəm festivalda Bakı, Siyəzən, Mingəçevir, Şuşa, Lənkəran, Masallı, Cəlilabad, Tərtər, Oğuz, Qax, Salyan, Sabirabad, Zərdab, Şamaxı və digər bölgələrdən həmkarlar ittifaqı üzvləri, fəalları, fəhlə və qulluqçular, ali və orta ixtisas məktəblərinin tələbələri, klub müəssisələrinin özfəaliyyət musiqi kollektivləri öz istedadlarını nümayiş etdirdilər.
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik günüdür Ötən əsrin 80-ci illərinin axırlarında dünyada baş verən qlobal dəyişikliklərlə əlaqədar olaraq xalqların, o cümlədən Azərbaycan xalqının özünüdərki, həmrəylik hissi gücləndi. İctimai həyatın demokratikləşməsi istiqamətində genişlənən xalq hərəkatı zəminində birinci olaraq Naxçıvan Muxtar Respublikasında Azərbaycan Xalq Cəbhəsi Vilayət Şöbəsinin 1989-cu ilin noyabrında keçirilmiş məclisi zorakılıqla ikiyə bölünmüş, Azərbaycanın Güneyi və Quzeyi arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrinin bərpası məqsədi ilə əsassız çəkilmiş sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etdi.
Qaz Təchizatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin IX Məclisi olmuşdur. Məclisdə sahə həmkarlar ittifaqının 2008-ci ildə fəaliyyəti barədə hesabat dinlənilmişdir. Məclisdə həmçinin il ərzində əməyin mühafizəsi sahəsində görülən işlər qiymətləndirilmişdir.
Vüqar Bayramov: "Bu, işsizliyin artmasına və Azərbaycana daxil olan vəsaitin kəsilməsinə səbəb olacaq"
Dünyada baş verən qlobal maliyyə böhranı bir sıra ölkələrdə iş yerlərinin bağlanmasına səbəb olub. Artıq Qazaxıstan, Rusiya və digər MDB ölkələrində də bu problemdən əziyyət çəkirlər. Həmin ölkələrdə iş yerlərinin bağlanması orada fəaliyyət göstərən bəzi soydaşlarımızın Azərbaycana qayıtmasına səbəb olub. Maraqlıdır, proses davam edərsə, ölkəmizin əmək bazarına hansı təsiri göstərə bilər?
Dekabrın ilk həftəsi Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin konfransı ilə yadda qaldı. "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarının davamlı inkişafının və sülhün əsasıdır" mövzusunda keçirilən ikigünlük konfransa təkcə avropalı nazirlər təşrif buyurmamışdılar.
Müsəlman dünyasının ən ünlü, ən əziz bayramlarından biri olan Qurban bayramı hər il ölkəmizdə geniş qeyd olunur. İslam dininin əsas ayinlərindən birinə əməl edən müsəlmanlar həmin gün qurban kəsir, Ulu Tanrıdan günahlarının bağışlanmasını diləyirlər.
Ermənilərin məqsədyönlü şəkildə Şimali Azərbaycan torpaqlarında yerləşdirilməsi bütün XIX əsr boyunca və sonrakı illərdə davam etdirildi. Rus publisisti N.Şavrov hələ 1911-ci ildə yazırdı ki, "hal-hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyondan artığı yerli (köklü) sakinlərin sırasına daxil deyil və bizim tərəfimizdən köçürülmüşlər". Azərbaycan torpaqlarına köçürülmüş ermənilərin sayının çoxalması ilə köçürülənlərin həmin torpaqlara öz mülkiyyətləri kimi iddiaları və yerli əhalinin sıxışdırılması başlandı. Bu, regionda dərin ziddiyyətlər yaratdı. Rus çarizminin belə bir siyasətinin nəticəsində həmin ziddiyyətlər dəfələrlə ermənilərin özləri tərəfindən qızışdırılan silahlı toqquşmalara gətirib çıxarmışdır.
Emil Axundov: "Bakının mövcud problemlərinin həlli aparılan geniş ictimai müzakirələrin sonunda mütəxəssislərin rəyi əsasında veriləcək qərarla həll edilməlidir"
Paytaxtda əhalinin sıxlığının qarsının alınması yollarından biri kimi Bakının mərkəzindəki bəzi dövlət qurumlarının köçürülməsi təklif edilir. Artıq bu məqsədlə şəhərin mərkəzindən bir qədər kənarda Heydər Əliyev prospektində yer ayrıldığı bildirilir. Orada yerləşən bir sıra istehsal obyektləri şəhərdən kənara köçürülərək həmin ərazidə dövlət qurumları üçün binalar tikiləcək.
Orta əsrlər dövründə Qarabağ indiki Azərbaycanın ərazisində (başda türk-müsəlman sülalələri olmaqla) mövcud olmuş dövlətlərin tərkib hissəsi idi və türkdilli əhali ilə məskunlaşmışdı. XVIII əsrdə başında Azərbaycanın Cavanşirlər sülaləsi duran Qarabağ xanlığı yarandı. 1805-ci ildə, Qarabağ xanlığı da daxil olmaqla, Cənubi-Şərqi Qafqazın əsas hissəsi Rusiya imperiyasına birləşdirildi. Bu birləşmə Qarabağ xanı İbrahimlə Rusiya imperiyası arasında xanlığın Rusiya hakimiyyəti altına keçməsi barədə 1805-ci il 14 may tarixdə imzalanmış traktat, həmçinin Rusiya-İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri ilə təsdiq edilmişdir. Bu sənədlərin heç birində guya Rusiyanın tabeliyində olan ermənilər və ya erməni mülkləri barədə bircə xatırlama da yoxdur.
Ermənistan Prezidenti bildirir ki, Qafqazdakı Qərb-Şərq marşrutlarından kənarda qalan İrəvan iqtisadi itkilərlə üzləşəcək
Bakıda keçirilən IV Enerji Sammiti və iştirakçı dövlətlər tərəfindən imzalanan “Bakı Bəyannaməsi” Ermənistan hökumətinin əsəblərini tarıma çəkib. Ermənilər avqustda Gürcüstanla Rusiya arasında baş verən münaqişədən sonra Qafqazın tamamilə Moskvanın nəzarətinə keçdiyini düşünərək Xəzər regionunun enerji sərvətlərinin dünya bazarlarına nəqlində Rusiyanın hakim olacağını zənn edirmiş. Amma Bakı Sammiti onların bu ümidlərinin üstündən xətt çəkib. Avropa İttifaqının nəzarətinə keçən enerji marşrutlarında təmsil olunmayacağını qətiləşdirən Ermənistan yenidən sədəqə dilənmək xislətinə sadiq qalaraq yalvarıcı jestlər nümayiş etdirməyə başlayıb. Bu kampaniya dövlət başçısı səviyyəsində həyata keçirilməkdədir.
Nadir Əzməmmədov: "2009-cu ildən etibarən sərnişinlərin iki istiqamətə eyni vaxtda bilet alması mümkün olacaq"
Azərbaycanda səfərə gedən vətəndaşların əksəriyyəti dəmiryolu nəqliyyatına üstünlük verir. Xüsusən regionlardan paytaxta, yaxud əksinə getmək üçün qatarlardan istifadə edənlər kifayət qədərdir. Bu həm dəmiryolunda qiymətlərin bir qədər aşağı olması, həm də vaxtdan səmərəli istifadə etməklə əlaqələndirilir. Lakin dəmiryolu kassalarından bilet almaq vətəndaşlara o qədər də asan başa gəlmir. Sərnişinlərə kassalardan biletlərin öz qiymətindən baha verilməsi, bölgələrdəki stansiyalarda biletlərin alverçilər tərəfindən satılması, bəzi vaqonlarda natəmizlik kimi problemlər hələ də qalmaqdadır.
"Kaska" olmaq istəməyənləri üç aydan artıq işdə saxlamırlar
"Caspian Shipyard" Co. LTD Şirkətinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına toplaşmış 30 nəfərə qədər işçisinin çıxışlarını dinlədikcə məndə belə bir təsəvvür oyandı ki, təkcə Qarabağ deyil, hətta Bakının içərilərində də bəzi kiçik ərazilər işğala məruz qalıb. Həmin ərazilərdə Azərbaycan Respublikasının qanunları işləmir. Miqrant vəziyyətinə salınmış vətəndaşlarımızın hüquqları tapdanır, vəhşicəsinə istismar olunurlar. Dediklərinə görə, işəgötürənlər şirkəti Uzaq Asiyadan gətirdikləri qanunlarla idarə edirlər. İş şəraiti olduqca pis vəziyyətdədir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.