Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

iyulun 18-də

…Gürcüstana işgüzar səfərə gəlmişdir.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar.
…və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər.
…və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar.
…Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.

iyulun 19-da

…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 20-də

…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar.
…,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər.
…BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir.
…İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 21-də

…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir.
…Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır.
…Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.

iyulun 22-də

…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır.
…Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir.
…"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

DAHA BİR GƏNCLƏR ŞURASI YARADILDI

08.12.07 - 9:00294 baxılıb

Bu günlərdə Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi nəzdində Gənclər Şurasının təsis yığıncağı keçirilmişdir. RK sədri Fərhad Quliyev çıxışında bildirmişdir ki, sahə həmkarlar ittifaqı öz sıralarında 8500 nəfər birləşdirir ki, bunlardan da 2220 nəfəri gəncdir.


"KƏND-QİDA İŞ"İN III MƏCLİSİ

01.12.07 - 9:05312 baxılıb

Noyabr ay ının 30-da Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının III Məclisi keçirilmişdir.
Məclisdə "Sahə həmkarlar ittifaqı üzrə əmək qanunvericiliyinə riayət edilməsi, işçilərin əmək və sosial-iqtisadi hüquqlarının müdafiə olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə" və "Sahə Hİ-nin IV qurultayından sonrakı dövr ərzində Federasiya tərəfindən görülən işlər və həyata keçirilən tədbirlər haqqında" məsələlər müzakirə edilmişdir.


PEŞƏKAR ORDU SİSTEMİNƏ KEÇMƏK ZƏRURİDİR

01.12.07 - 9:02351 baxılıb

İLDIRIM MƏMMƏDOV: "ORDUYA ÇAĞIRILAN GƏNCLƏRİN YAŞ HƏDDİNİN BİR QƏDƏR ARTIRILMASI VACİBDİR"

. Azərbaycan Silahlı Qüvvələrində real vəziyyət haqqında dolğun məlumat almağın bir qədər çətin başa gəlməsi mətbuatda fərqli fikirlərin yayılmasına səbəb olur. Ölkə mətbuatının bir hissəsində ordumuzun həddindən artıq güclü olduğu bildirilsə də, bir qismində daha çox tənqidi məqamlara yer ayrılır. Eyni zamanda ordunun problemlərinə mətbuatın necə yanaşması məsələsində də birmənalı fikir yoxdur


AVTOMOBİLLƏRİN QİYMƏTİ BAHALAŞIB

01.12.07 - 9:00725 baxılıb

BAZARDA İŞLƏNMİŞ AVTOMOBİLLƏRƏ TƏLƏBAT DAHA ÇOXDUR

Bütün sahələrdə olduğu kimi, avtomobillərin qiyməti ilin əvvəlinə nisbətən bahalaşıb. Qiymət artımı həm keçmiş sovet avtomobilləri, həm də digər ölkələrin istehsalı olan maşınlarda özünü göstərir. Böyükşor şosesində avtomobillərin satış bazarında apardığımız müşahidələr göstərdi ki, ilin əvvəlindən etibarən bütün markalı avtomobillərin qiyməti 20-30 faiz bahalaşıb.
Daha çox qiymət artımı Rusiya istehsalı olan avtomobillərdə özünü göstərir. İlin əvvəlində 6-6,5 min dollara satılan belə maşınları hazırda 8 min manatdan ucuz almaq mümkün deyil. "Niva Şevrolit"in qiyməti də 10 min dollardan 11-12 min dollara çatıb. Satıcıların sözlərinə görə, bahalaşma hələ də davam edir.


PAYTAXTDA MÜASİR TƏLƏBLƏRƏ CAVAB VERƏN BAZARLARIN TİKİLMƏSİNƏ EHTİYAC VAR

24.11.07 - 9:00552 baxılıb

EYYUB HÜSEYNOV: "BAKI BAZARLARI İSTEHLAKÇILARIN HÜQUQLARININ ƏN ÇOX POZULDUĞU TİCARƏT ŞƏBƏKƏSİDİR"

Paytaxtın mərkəzində yerləşən bazarların bir qismində sanitar-gigiyenik qaydalara riayət edilməməsi adi hal alıb. Yaşayış binalarının bir neçə addımlığında yerləşən bazarlarda satılan ərzaq məhsullarının tör-töküntülərinin vaxtında təmizlənməməsi üfunət yaradır. Bazarlarda səhər saatlarından başlayan səs-küy və antisanitariya çox vaxt ətraf ərazilərdə yaşayan sakinlərin etirazına səbəb olur. Xüsusən də Yaşıl, Bolluq, 8-ci kilometr, 3-cü mikrorayon bazarları kimi tanınan ticarət mərkəzlərində vəziyyət acınacaqlıdır.


UŞAQLARA OYUNCAQ ALARKƏN DİQQƏTLİ OLUN

17.11.07 - 9:02354 baxılıb

CƏFƏR ƏHMƏDOV: "ƏGƏR SATICIDAN TƏLƏB OLUNANDA SERTİFİKAT GÖSTƏRMİRSƏ, DEMƏLİ, BİZ ONA MÜSBƏT RƏY VERMƏMİŞİK"

NƏSİB QULİYEV: "HƏMİN OYUNCAQLARIN ƏKSƏRİYYƏTİ KİMYƏVİ MADDƏLƏRDƏN HAZIRLANDIĞINA GÖRƏ, UŞAQLARDA ALLERGİYA TÖRƏDİR"


BU İL 300 BİNANIN İSTİLİK MƏNBƏYİ YARADILIB

17.11.07 - 9:00384 baxılıb

QIŞ MÖVSÜMÜNDƏ 2050 BİNAYA İSTİLİK VERMƏK MÜMKÜN OLACAQ

Qış mövsümünün başlanması ilə əhalinin problemləri bir qədər də artır. Əsasən də paytaxtın istiliklə təminatında problemlər özünü göstərir. Bu günədək bu istiqamətdə müəyyən işlər görülsə də, paytaxtın istilik təminatı problemini tam həll etmək üçün yetərli sayılmır. Maraqlıdır, bu qış mövsümündə paytaxt əhalisinin istiliklə təminatı hansı səviyyədədir?
Məsələyə münasibət bildirən "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin şöbə rəisi Rafiq Əliyev cari ildə bu istiqamətdə xeyli iş görüldüyünü bildirdi: "Cari ildə 107 məktəb, 53 uşaq bağçası, 44 səhiyyə obyektində istilik təchizatındakı problemlərinin aradan qaldırılması istiqamətində tədbirlər nəzərdə tutulurdu.


SİLAHLI QÜVVƏLƏRƏ YARDIM FONDUNA NƏ QƏDƏR VƏSAİT KÖÇÜRÜLÜB?

10.11.07 - 9:01409 baxılıb

AYDIN MİRZƏZADƏ: "FONDA VƏSAİTİN AZ KEÇİRİLMƏSİ CƏMİYYƏTİN SİLAHLI QÜVVƏLƏRƏ MÜNASİBƏTİ DEMƏK DEYİL"

ELDƏNİZ QULİYEV: "VƏTƏNPƏRVƏRLİK DUYĞUSUNUN AŞILANMASI SAHƏSİNDƏ İŞLƏR HAZIRDA ÇOX AŞAĞI SƏVİYYƏDƏDİR"

Beş il əvvəl Azərbaycanda Silahlı Qüvvələrə Yardım Fondu yaradıldı. Mərhum Prezident Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılan Silahlı Qüvvələrə Yardım Fondunun əsasnaməsinə görə, fonda toplanan vəsait Silahlı Qüvvələrin maddi-texniki bazasının inkişafı, hərbi təyinatlı məmulatların hazırlanması, hərbi texnika, silah və döyüş sursatı alınması, hərbi kadrların hazırlanmasında istifadə edilə bilərdi. Lakin indiyədək fonda toplanan vəsaitdən istifadə edilməyib. Maraqlıdır, həmin fondun yaranmasından keçən 5 il müddətində bu hesaba nə qədər vəsait köçürülüb?


İNDİYƏDƏK 10 TAKSİ PARKI YARADILIB

10.11.07 - 9:00309 baxılıb

YAXIN İLLƏRDƏ BAKIDA 134 TAKSİ PARKI İSTİFADƏYƏ VERİLƏCƏK

Artıq xeyli müddətdir ki, paytaxtda taksi parklarının yaradılması barədə məsələ gündəmdədir. Taksi fəaliyyəti ilə məşğul olan şəxslərə fərqlənmə nişanları verilməklə vergiyə cəlb edilsə də, bu fəaliyyətlə məşğul olanlar avtomobili istənilən yerdə saxlamaqla hərəkətə mane olur. Problemdən çıxış yolu kimi paytaxtda taksi dayanacaqlarının yaradılması nəzərdə tutulurdu. Bu sahədə görülən son işlərlə maraqlanmaq üçün Nəqliyyat Nazirliyi ilə əlaqə saxladıq.


PAYTAXT KÜÇƏLƏRİ GECƏLƏR TƏHLÜKƏ MƏNBƏYİDİR

03.11.07 - 9:05294 baxılıb

İNKİŞAF ETMİŞ ÖLKƏLƏRDƏ "LYUK"LARIN AĞIR ÇƏKİLİ METAL QAPAQLARI YÜNGÜL DƏMİR TORLARLA ƏVƏZ OLUNUR

Kanalizasiya "lyuk"larının qapaqlarının olmaması, nəqliyyat vasitələrinin həmin boşluqlara düşməsi artıq paytaxtda adi hala çevrilib. Vəziyyət gecə saatlarında daha təhlükəli olur. Xüsusilə işıqların tez-tez söndürüldüyü mərkəzdənkənar ərazilərdə bu qapaqsız kanalizasiya quyuları insanlar üçün potensial şikəstlik mənbəyidir.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirdilər ki, əvvəllər lyuklara onlar nəzarət edirdilər Xeyli müddətdir ki, bu vəzifə "Azərsu" Səhmdar Cəmiyətinə həvalə edilir.


DÜNYA BAZARINDA QIZILIN QİYMƏTİ

03.11.07 - 9:01371 baxılıb

İLİN SONUNADƏK BAZARA YERLİ MƏHSULLAR ÇIXARILA BİLƏR

Son 2-3 ildə dünya bazarlarında qızılın qiymətində ucuzlaşma qeydə alınırdı. Xarici xəbər agentliklərinin yaydığı məlumata görə, qızılın 1 unsiyasının qiyməti 2 faiz ucuzlaşaraq 743,86 dollara bərabər olmuşdu. Ucuzlaşmanın digər qiymətli metallara da təsir göstərdiyi bildirilirdi. Belə ki, platinin 1 unsiyasının qiymətində 9 dollar, gümüşdə isə 20 sent ucuzlaşma baş vermişdi.
Bu qiymət azalması Azərbaycanın qızıl bazarlarına da təsirsiz ötüşməmişdi. Paytaxın mərkəzində zinət əşyaları satılan mərkəzlərdə 1 qram qızılın qiyməti təxminən 20,86 manata bərabəridi.


KOLBASA ALARKƏN DİQQƏTLİ OLUN

03.11.07 - 9:00328 baxılıb

HƏMİN MƏHSULLARA RƏNG VERMƏK ÜÇÜN QATILAN BƏZİ MADDƏLƏRİN XƏRÇƏNG XƏSTƏLİYİ YARATMA EHTİMALI VAR

Müasir dövrdə qida məhsullarının hazırlanmasında təbii elementlər əvəzinə daha ucuz başa gələn kimyəvi maddələrdən rəngarəng ekstraktlar kimi müxtəlif vasitələrdən istifadə edilməsi artıq adi hala çevrilib. Son vaxtlar isə qida məhsullarının tərkibinə E-128, eləcə də Red2G adı ilə tanınan süni boyaq maddəsi normadan artıq qatılır. Kolbasa və sosiska məmulatları da bundan kənarda qalmayıb. Həmin məhsullara rəng vermək üçün qatılan E-128 maddəsinin, konseragen tərkibli olduğundan, xərçəng xəstəliyi yaratmaq ehtimalı sübut edilib. Buna görə də Avropa Komissiyasının ardınca Rusiya da 30 illik istifadə müddətindən sonra E-128-in nəinki kolbasa və sosiskalarda, eləcə də, digər yeyinti məhsullarında istifadəsinə qadağa qoyub.


ŞƏHƏRİN MƏRKƏZİNDƏKİ YENİ TİKİLİLƏRDƏ ALINAN EVLƏR XARİCİ VƏTƏNDAŞLARA KİRAYƏYƏ VERİLİR

27.10.07 - 9:05487 baxılıb

Nəsimi rayonu ərazisində ev alqı-satqı mərkəzində çalışan Yasin Məmmədov da hazırda əhalinin böyük bir hissəsinin yeni binalardan ev aldığını bildirir: "Son vaxtlar köhnə tikililərdə ev satanların sayı azalıb. Ona görə də müştərilərə şəhərin bütün ərazilərindəki yeni tikililərdə mənzil təklif edirik. Hazırda Nəsimi rayonu ərazisində evlərin bir kvadratmetrinin qiyməti, yerindən asılı olaraq, 900-1500 manat arasında dəyişir. Alıcılar arasında isə hər sahədə çalışan var. Mühəndisdən tutmuş iş adamına qədər. Amma yeni binalara üstünlük verənlər əsasən gənclərdir.


BAKIDA MƏNZİLLƏRİN QİYMƏTİ UCUZLAŞMIR

27.10.07 - 9:02391 baxılıb

ŞƏHƏRİN MƏRKƏZİNDƏ MƏNZİLİN BİR KVADRATMETRİNİN QİYMƏTİ 1000-3000 MANAT ARASINDA DƏYİŞİR

Bakıda tikintinin sürətli inkişafı və bəzən nəzarətdən kənarda qalması özünün acı nəticəsini göstərdi. Paytaxtda hündürmərtəbəli bina uçqunundan sonra bir müddət ev alqı-satqısında azalma müşahidə olundu. Ev alan vətəndaşlar isə daha çox köhnə tikililərə üstünlük verirdi. Bunu paytaxtda ev alqı-satqısı ilə məşğul olan şirkətlərdən də təsdiqlədilər.


ŞADLIQ EVLƏRİNİN LİSENZİYALAŞDIRILMASINA EHTİYAC VAR

27.10.07 - 9:00284 baxılıb

BU, İLK NÖVBƏDƏ İNSANLARI ƏSƏB XƏSTƏLİYİ TƏHLÜKƏSİNDƏN XİLAS EDƏ BİLƏR

Son illər paytaxtda şadlıq evləri və restoranların sayı yağışdan sonra çıxan göbələk kimi artır. Şadlıq evlərinin sayı ilə bərabər yaranan problemlər də çoxalır. Bu obyektlərdə istifadə olunan musiqi alətlərinin ətrafa yaydığı səs effektləri insanların istirahətini və dincliyini pozmağı bir yana qalsın, böyük əksəriyyətini əsəb-sinir xəstəliklərilə üz-üzə qoyub. Belə neqativ hallara son qoymaq üçün şadlıq evlərində musiqi avadanlıqlarının səs temprlərinin hədlərinin müəyyən edilməsi ilə əlaqədar aidiyyəti qurumlara müəyyən göstərişlər verilib.


UŞAQLARIN İNTERNATLARA YERLƏŞDİRİLMƏSİNƏ SON İMKAN KİMİ BAXILMALIDIR

20.10.07 - 9:05348 baxılıb

UŞAQLARIN İNTERNATLARA YERLƏŞDİRİLMƏSİNƏ SON İMKAN KİMİ BAXILMALIDIR

AİLƏLƏRƏ VERİLƏN UŞAQLARA NECƏ QAYĞI GÖSTƏRİLƏCƏYİ DƏ SUAL ALTINDADIR

Təhsil Nazirliyinin məlumatına görə, onun tabeçiliyində 54 internat məktəbi var ki, onlarda da 17 min uşaq təhsil alır. Həmin məktəblərdən 36-sı ümumtəhsil internat məktəbi, 6-sı uşaq evi, 12-si sağlamlıq imkanı məhdud olan uşaqlar üçün xüsusi internat məktəbidir. İndiyədək 202 uşaq bioloji ailələrinə qaytarılıb. Nazirlik bioloji ailələrinə qaytarılan uşaqların sayının artırılmasına çalışır.
İnternatda böyüyən uşaqları bioloji ailələrinə qaytarmaq mümkün olmadıqda isə onları heç olmasa peşə məktəblərinə yönəltməyə üstünlük verilir. Bu işlərin tərkib hissəsi kimi Təhsil Nazirliyi ilə Soros Fondunun "Açıq Cəmiyyət Əqli Sağlamlıq təşəbbüsü" təşkilatının birgə tərtib etdiyi pilot layihə hazırlayıb. "Uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı" dövlət proqramı çərçivəsində həyata keçiriləcək layihə 5 il müddətində icra ediləcək.


KLİNİKİ TİBBİ MƏRKƏZ ÖZƏLLƏŞDİRİLMƏYƏCƏK

20.10.07 - 9:00322 baxılıb

Son zamanlar bəzi tibb müəssisələrinin təmir adı altında bağlanması diqqətdən kənarda qalmır. Həmin müəssisələrin tibbi heyətinin isə işdən azad olunması bildirilir. Bir müddət öncə də Kliniki Tibbi Mərkəzin təmir adı altında bağlanması xəbəri yayılsa da, bu məlumat Səhiyyə Nazirliyi tərəfindən təkzib edildi.


KOMİTƏYƏ YENİ SƏDR SEÇİLDİ

06.10.07 - 9:04291 baxılıb

"Azərneftyağ" Neft Emalı Zavodu Həmkarlar İttifaqı Komitəsinin növbəti konfransı keçirilmişdir.
Yığıncaqda HİK sədri Mirsahib Nəbiyevin zavod həmkarlar ittifaqı komitəsinin 2002-ci ildən 2007-ci ilədək olan dövr üçün hesabatı dinlənilib müzakirə edilmişdir.
Komitə sədri HİK-in hesabat dövründəki fəaliyyəti barədə geniş açıqlama vermiş, müəssisə işçilərinin əmək, sosial və iqtisadi mənafelərinin müdafiəsi istiqamətində görülmüş işləri diqqətə çatdırmışdır.


BEYNƏLXALQ MÜƏLLİM GÜNÜ QEYD EDİLDİ

06.10.07 - 9:01281 baxılıb

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Səbayel Rayon Komitəsinin təşkilatçılığı ilə "Ailəvi" restoranda Beynəlxalq müəllim günü qeyd edilmişdir. Tədbiri giriş sözü ilə komitə sədri Mükafat Abbasov açmışdır.

O, rayon təhsil işçilərini əlamətdar gün münasibəti ilə təbrik etmiş, onlara göstərilən və göstəriləcək qayğıdan danışmışdır. Sonra rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov tədbirə toplaşanlar qarşısında çıxış etmişdir. S. Ələkbərov diqqətə çatdırdı ki, Azərbaycanda təhsilə son illərdə olduğu qədər diqqət göstərilməmişdi. Şəxsən hörmətli Prezidentimiz İlham Əliyevin tapşırığına və Heydər Əliyev Fondunun maliyyə yardımına əsasən yüzlərlə məktəb binası, əlavə korpuslar tikilmiş, əsaslı təmirlər aparılmışdır. Rayonun təhsil müəssisələrində çalışan pedaqoji kollektiv böyük potensiala malikdir. İnanıram ki, onlar dövlət başçısının bu qayğısına layiq işləməyə çalışacaqlar.


QURULTAY YENİ VƏZİFƏLƏR MÜƏYYƏNLƏŞDİRDİ

06.10.07 - 9:00275 baxılıb

Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqının (BQHİ) II qurultayı olmuşdur. Respublika Komitəsinin sədri Şəmsəddin Məhərrəmov qurumun beş illik fəaliyyəti barədə hesabat vermişdir.

Natiq qeyd etmişdir ki, 2002-ci ildən fəaliyyət göstərən BQHİ hazırda 62 rayon komitəsini, 2254 ilk təşkilatı və 20500 həmkarlar ittifaqı üzvünü birləşdirir. Hesabat dövründə ittifaqın 10 Məclisi və İcraiyyə Komitəsinin 55 iclası keçirilmişdir. Bu iclaslarda işçilərin sosial-iqtisadi problemlərinin aradan qaldırlması, bələdiyyələrdə keçirilən mədəni-kütləvi tədbirlərdə həmkarlar ittifaqının iştirakı, işçilərin sosial müdafiəsinin təşkili, maliyyə məsələləri, əməyin və sağlamlığın mühafizəsi və s. məsələlərə baxılmışdır. Yığıncaqların əksəriyyətində işəgötürənlərin nümayəndələrinin iştirakı təmin edilmişdir.


< 1 2 3 4 5 ... 9 8 9 10 11 12 >

Axtarish sistemi

  


« July 2010
Mo Tu We Th Fr Sa Su
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Advokat

Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?

Mirzə QƏHRƏMANOV,
Naxçıvan şəhəri.


- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.