Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Yaşı 65-ə çatmış işçilərin təqaüdə göndərilməsinə başlandı

22.08.11 - 11:34211 baxılıb

Təhsil, səhiyyə, ekologiya, kənd təsərrüfatı və digər sahələrdə yaşlı işçilərin vəzifədən azad olunmasına start verilib

Nazirlik, komitə və digər dövlət təşkilatları ölkə parlamenti tərəfindən qəbul olunmuş qanuna və Əmək Məcəlləsinə son dəyişikliklərdən sonra dövlət qulluğunda çalışan işçilərin yaş həddi ilə bağlı müvafiq tədbirlərə başlayıb. Həmin qurumlar öz tabeliyində olan strukturlarda işləyən yuxarı yaş həddinə malik işçilərin ixtisarı ilə əlaqədar təlimatlar hazırlayıb. Artıq dövlət orqanlarında çalışan 65 yaşa çatmış işçilərin siyahısı tam hazırdır və buna uyğun olaraq onların işdən göndərilməsi üzrə işlər gedir.


Liviya və Suriyadakı gərginlik Avropanın üzünü ölkəmizə çevirdi

03.08.11 - 12:50158 baxılıb

Avropa ölkələri yanacağı Yaxın Şərqdən deyil, Xəzər bölgəsindən almağa hazırlaşır

Liviya, Misir, Suriyada və digər Yaxın Şərq və Afrika regionu ölkələrində baş verən siyasi proseslər Avropanın neft və qaz əldə etmək üçün üzünü Mərkəzi Asiya və Xəzər bölgəsinə çevirməsinə səbəb olub. Həmin ərəb ölkələrindən neft və qaz alan bəzi Avropa ölkələri son dövrlər yanacağın nəqlində tez-tez meydana çıxan problemlərdən bezdiklərini gizlətmirlər. Artıq bəzi Avropa ölkələri Azərbaycana müraciət edərək Türkiyə vasitəsilə nəql olunan neft və qazın həcminin artırılmasını istəyirlər.


Keyfiyyətsiz eynəklərdən gözünüzü qoruyun

04.07.11 - 12:38214 baxılıb

Paşa Qəlbinur: "İstər optik, istərsə də gün eynəkləri seçərkən göz həkimi ilə məsləhətləşmək vacibdir"

Yay mövsümü ilə əlaqədar gün eynəklərinə tələbat xeyli artıb. Həmişə olduğu kimi, bu il də paytaxt küçələrində, metrostansiyaların yaxınlığında eynək satışı çoxalıb. Azərbaycanda, gün eynəkləri də daxil olmaqla, optik ləvazimatlar istehsal olunmadığından, əhaliyə xaricdən gətirilən eynəklər təklif olunur. Lakin ölkəyə gətirilən eynəklərin əksəriyyətinin standartlara uyğun olmadığı vurğulanır. İstifadəyə yararsız eynəklərin taxılması isə insanların sağlamlığına mənfi təsir göstərir.


Çimərliyə gedin, əliniz cibinizdə olsun!

24.06.11 - 15:59196 baxılıb

Özbaşınalıq, antisanitariya, qiymət fırıldaqçılığı çimərliklərin real mənzərəsidir...

Yay gələr-gəlməz paytaxt sakinlərinin qayğıları da artır. Kimisi paytaxtın boğunuq havasından qurtulmaq üçün bağ evinə çəkilir. Buna imkanı olmayanlar, heç olmasa həftəsonunu dəniz kənarında keçirmək, sərinləşmək üçün üz tuturlar çimərliklərə. Doğrudur, 5 il əvvəllə müqayisədə vətəndaşların kütləvi şəkildə istifadə edə biləcəyi çimərliklərin sayı hazırda minimuma enib, demək olar ki, yox dərəcəsindədir. Əvəzində isə bir-birindən daha təmtəraqlı, özü də əcnəbi adlarla adlandırılan özəl çimərliklərin sayı gündən-günə artmaqdadır.


Aliment Fondu köməksiz qalan qadın və uşaqların müdafiəsini təmin edə bilər

27.05.11 - 12:58214 baxılıb

Əliməmməd Nuriyev:"Məhkəmə qərarlarının icra edilməsi mümkün olmadığı təqdirdə bu vəsait dövlət tərəfindən ödənilə bilər"

Azərbaycanda uzun illərdir mövcud olan ailə institutunun yavaş-yavaş dağılması ilə bağlı tez-tez fikirlər səsləndirilir. Əvvəllər çox az hallarda rast gəlinən boşanmalar son illər artmaqda davam edir. Bir çox hallarda gənclər evlilikdən sonra real həyatın xəyallar aləmindəki qədər gözəl və şirin röya olmadığını başa düşür və rastlaşdıqları problemlərdən çıxış yolunu boşanmaqda görürlər. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin birinci rübündə ölkə əhalisinin sayı 9.136,7 min nəfərə çatıb. Ölkə əhalisinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar, 31,4 faizini gənclər təşkil edir.


Layihə iştirakçıları bir araya gəldilər

20.05.11 - 19:39406 baxılıb

Bu günlərdə Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının təşkilatçılığı ilə Hollandiyanın
paytaxtı Amsterdamda konfrans keçirilib

Konfrans artıq üç ildir ki, davam edən "Həyati əhəmiyyətli qərarlar" layihəsinə həsr olunmuşdu. Qeyd edək ki, sözügedən layihənin əsas məqsədi gənc xanımların iş yerlərində qarşılaşdıqları problemləri araşdırmaq, bu problemlərin həll yolunu tapmaq və gənc qızlarımızı həmkarlar ittifaqına cəlb etməkdir. Layihədə 14 ölkə iştirak edir. Tədbirə həmin ölkələrin nümayəndələri dəvət olunmuşdu.


Ekoloji tarazlıq pozulmamalıdır

20.05.11 - 19:34228 baxılıb

Son onilliklər dünyada baş verən görünməmiş təbiət hadisələri insanları daha dərindən düşünməyə vadar edir. Təbiətə ciddi müdaxilə 100 minlərlə adamın həyatı bahasına başa gəlir. Ətraf mühitin qorunması, pozulmuş ekoloji tarazlığın bərpası indi bütün dünyada hamını narahat edir. Bütün bunlar ölkəmizdə də bu sahəyə diqqəti artırmağı tələb edir.
Ulu öndərimizin 2001-ci ilin 23 may tarixli Fərmanı ilə bu işlərin əsası qoyulmuşdur. Hər il mayın bu günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaranması ilə əlaqədar peşə bayramı kimi qeyd edilir.


Avtoxuliqanlara qarşı mübarizə gücləndirilib

13.05.11 - 18:04441 baxılıb


Satıcılarımız qabaqcıl ölkələrin bazar qanunları ilə işləyəcək

13.05.11 - 16:42240 baxılıb

Yeni qaydalara görə, ticarət işçiləri malı öz dəyərindən 15 faiz baha satacaqlar

Hökumət bahalaşmaya qarşı inzibati tədbirlərin yeni metodlarını tətbiq etmək niyyətindədir. Bu məqsədlə xarici dövlətlərin bir neçəsinin təcrübəsi nəzərdən keçirilib. İslandiya, Danimarka, İspaniyada mövcud olan mexanizmlərə oxşar qaydaların hazırlanıb tətbiq olunması qərara alınıb.
Yeni mexanizm üçün hüquqi baza "Kənd təsərrüfatı kooperasiyaları haqqında" qanun olacaq. Hazırda parlamentdə ilk oxunuşda qəbul olunan həmin qanun layihəsində qiymət bazarına nəzarət tədbirləri də öz əksini tapıb.


Qadınların cəmiyyətimizdə rolu

29.04.11 - 19:30234 baxılıb

Ölkəmizdə qadınların cəmiyyətin aparıcı simalarına çevrilməsi üçün çox işlər görülür.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da zərif cinsin nümayəndələrinin həm ailədə, həm də istehsalatda qanunlarımızın verdiyi imkanlardan lazımi dərəcədə faydalanması istiqamətində daimi tədbirlər həyata keçirir.
Bu tədbirlərin səmərəliliyini təmin etməkdən ötrü neçə il əvvəl Konfederasiyanın nəzdində Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəz yaradılmışdı. Qısa vaxt ərzində Mərkəzin təşəbbüsü ilə bütün sahə, rayon, şəhər, müəssisə, idarə həmkarlar ittifaqları nəzdində də komissiyalar fəaliyyətə başladı.


Mobil telefonu ürəyə yaxın yerdə saxlamayın

22.04.11 - 16:25345 baxılıb

"Radioşüalanma yüksəktezlikli olduqda hüceyrələrin iş prinsipini pozur"

Həkim Azər Nuriyev: "Əgər ürəyə kardeostimulyator qoyulubsa, şüalar onun fəaliyyətini poza bilər"


Hazırda respublikamızda əhalinin təxminən yarısı mobil rabitə istifadəçisidir. Normal rabitə əlaqəsini təmin etməkdən ötrü mobil operatorlar baza stansiyalarının sayını artırırlar. Bu stansiyaların xeyli hissəsi əhalinin sıx yaşadığı ərazilərə yaxın məsafədə yerləşdirilir. Elələri var ki, vətəndaşlarımızın həyatyanı sahəsində quraşdırılıb. Təbii ki, operatorların təklif etdikləri pul müqabilində.


Yetkinlik yaşına çatmayanlar 10 ildən artıq məhkum oluna bilməzlər

15.04.11 - 19:56258 baxılıb

Yeniyetmələrlə işləyən hakimlər öncə uşaq
psixologiyasını bilməlidir


Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf etdikcə, insan hüquqlarının qorunması məsələsinə daha geniş və müasir tələblər səviyyəsində diqqət yetirilir. İndi bir çox ekspertlər yeniyetmələrimizin tərbiyəsi, onlara münasibət istiqamətində tətqiqat aparır və maraqlı mülahizələr irəli sürürlər.


Müəllimlərin əvvəlki şöhrəti özünə qayıdır

15.04.11 - 14:31420 baxılıb

Bu peşə sahiblərinin həm maaşları artırılacaq, həm də dövlət qulluqçusu statusu veriləcək

Təhsil naziri Misir Mərdanov respublikamızın təhsil sistemində həyata keçirilən islahatların bir sıra yeniliklərə gətirib çıxaracağını və yaxın zamanlarda pedaqoji kadrların sosial vəziyyətinin yaxşılaşdırılmasına dair qanunun qəbul ediləcəyini bildirib. Nazir deyib ki, yaxın vaxtlarda Azərbaycan müəllimi özünün layiqli qiymətini alacaq. Çox güman ki, müəllimlərə dövlət qulluqçusu statusu da verilə bilər. Nazirin bu fikri on minlərlə müəllim tərəfindən böyük maraqla qarşılanıb. Bu peşə sahiblərinə ən yüksək statusun verilməsi onlara hansı sosial-hüquqi imtiyazlar vəd edir?


Yollarımız standartlara cavab verirmi?

08.04.11 - 13:24404 baxılıb

"Yolların dağılmasının birinci problemi yağış sularının vaxtında evakuasiya olunmaması ilə bağlıdır"

Ölkənin inkişaf səviyyəsi haqqında ilk təəssüratı yollar yaradır. Bu baxımdan yol tikintisi, infrastrukturun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin inşası və təmiri daim diqqətdədir. Təkcə son 3 ildə Bakıdaxili, paytaxtı regionlarla birləşdirən magistral avtomobil yolları ən yüksək beynəlxalq standartlar səviyyəsində yenidən qurulmuşdur.


Yaz gəlir - Novruz gəlir

17.03.11 - 18:22346 baxılıb

2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.


Paytaxtın mərkəzindəki gecəqonduların sökülməsi yenidən gündəmə gəlib

11.03.11 - 16:24193 baxılıb

Sakinlər isə az miqdarda kompensasiya müqabilində mənzildən çıxmaqdansa, bu şəraitdə yaşamağa üstünlük verir

Bakının mərkəzində gecəqonduların sökülməsi ilə bağlı neçə illərdir verilən vədlər, deyəsən, reallaşacaq. İstismar müddətini başa vurmaqda olan "Sovetski", "Papanin" "Kubinka" kimi tanınan ərazilərin sökülməsi məsələsi yenidən gündəmə gəlir. Jurnalistlərə açıqlama verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib ki, Bakı şəhəri ərazisində istismarda olan köhnə yaşayış binaları söküləcək: "Bunlar əsasən "Sovetski" və "Kubinka" kimi tanınan ərazilərdə olan evlərdir. Bu yaşayış evlərinin əksəriyyəti istismar üçün yararsızdır, bəzi binaların istismar müddəti artıq 100 ili keçib. Bu binalar qəza təhlükəsi altındadır və istismara yararsızdır".


Abituriyentlər üçün yenilik

04.03.11 - 16:03428 baxılıb

Qəbul imtahanlarında riyaziyyat fənni üzrə test blokuna açıq tipli testlər də daxil ediləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci ildə qəbul imtahanlarında açıq tipli (inventiv) test tapşırıqlarından da istifadə etməyi planlaşdırır. Bu il qəbul imtahanlarında riyaziyyat fənni üzrə test blokuna açıq tipli testlər də daxil ediləcək. Artıq bir müddətdir ki, TQDK açıq testlərin mahiyyəti, onların həlli yolları ilə bağlı maarifləndirmə işi aparıb. Maraqlıdır, açıq testlər abituriyentlər üçün əlavə çətinlik yaratmayacaqmı?


İnsanlığa qarşı ən ağır cinayət

25.02.11 - 19:51399 baxılıb


“Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir”

25.02.11 - 16:36285 baxılıb


Xocalı soyqırımının törədilməsindən 19 il ötdü

25.02.11 - 16:35200 baxılıb

Doğulduğu yeri, milliyyətini və valideynlərini insan özü seçmir. Tanrının bəndəsi olan bizlər üçün bu seçimi elə Tanrının özü edir.

Doğulduğumuz torpağa bağlılıq, Vətən və millət sevgisi isə sonradan yaranır. Vətəni canından artıq sevən və onun uğrunda ölümə belə hazır olan soydaşlarımız həmişə olub, var və tarixin təcrübəsi göstərir ki, hər zaman olacaq. Doğulduğumuz torpağın coğrafi əhəmiyyəti isə Azərbaycan xalqını həmişə böyük imperiyaların hədəfinə çevirib. Azərbaycanlılar tarix boyu çoxsaylı düşmənlərin hücumuna məruz qalıb. İlahi bizə zəngin yeraltı, yerüstü sərvətlərə malik bir ölkədə yaşamaq nəsib edibsə də, taleyimizə erməni tayfaları ilə birgə yaşamaq kimi acı qismət də yazıb. Öz ərazilərimizdə yer verib kömək olduğumuz ermənilər son iki əsrdə dəfələrlə qanımıza susayıb.


< 1 2 3 4 5 ... 11 12 13 14 15 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.