Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Üçüncü Qafqaz müharibəsi

15.08.08 - 17:55317 baxılıb

Ərəstun Oruclu: "Bu müharibələr Cənubi Qafqazda deyil,
Şimali Qafqazda olacaq"

Aydın Mirzəzadə: "Hadisələr göstərdi ki, beynəlxalq hüquq normaları, ərazi bütövlüyü prinsipi gözlənilməlidir "

Rusiya və Gürcüstan arasında atəşkəs haqqında razılıq əldə edilməsinə baxmayaraq, hərbi qarşıdurma təhlükəsi hələ aradan qalxmayıb. Fransa Prezidenti Nikola Sarkozinin vasitəçilyi ilə əldə olunmuş 6 bəndlik sülhyaratma sənədində silahlı qüvvələrin hərbi əməliyyatlar başlamazdan əvvəlki mövqelərə çəkilməsi nəzərdə tutulsa da, rus qoşunları Gürcüstan ərazisindən çıxmayıb. Faktiki olaraq Gürcüstanın Qori, Poti, Zuqdidi kimi iri şəhərlərinə və paytaxta gedən magistral yollara Rusiya ordusu nəzarət edir.


Keşlədəki quyular zərərsizləşdirilir

04.08.08 - 15:11467 baxılıb

QUYU SULARININ BAKTERİOLOJİ TƏRKİBİNİN TƏLƏBLƏRƏ CAVAB VERMƏDİYİ AŞKAR EDİLİB

Nizami rayonunun Keşlə qəsəbəsində kanalizasiya kollektorunda baş verən çökmə nəticəsində ərazidə 50-yə qədər evə çirkab suları dolub. Hazırda ərazidə təmizləmə və dezinfeksiya işləri davam etdirilir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Vaqif Abdullayevdən aldığımız məlumata əsasən, görülən tədbirlər nəticəsində ərazidə çirkab suları yığışdırılıb və kanalizasiya xətlərinə ötürülüb.


Mənə dəniz verin...

11.07.08 - 18:51382 baxılıb

Çimərliyə gedənləri baha qiymətlər və sürprizlər gözləyir

İyun ayının 15-dən çimərlik mövsümü başlayıb. Lakin hələ də Xəzərin sahillərinə bakılıların kütləvi axını müşahidə edilmir. Bu bir tərəfdən havaların nisbətən soyuq keçməsi ilə bağlıdırsa, digər tərəfdən… özəl çimərliklərdə xidməthaqqının əksər vətəndaşlarımızın imkanları daxilində olmaması ilə əlaqədardır. Bunu baş çəkdiyimiz çimərliklərdə söhbət apardığımız insanlar da təsdiq etdilər. Qiymətlərdən danışmazdan əvvəl bir xoşagəlməz məlumatı da oxucularımızın diqqətinə çatdıraq ki, mövsümün start götürməsindən 20 gün keçsə də, hələ çimərliklərin əksəriyyətində hazırlıq işləri başa çatdırılmamışdır. Obyekt rəhbərləri bunun səbəbini izah etməkdən boyun qaçırdılar.


Əcnəbilərin çoxu vətənlərinə qayıtmaq istəmir

11.07.08 - 18:47396 baxılıb

Əlövsət Əliyev: "Onların arasında qanunsuz yolla
və çirkin niyyətlərlə gələn xarici vətəndaşlar da var"

Son illər respublikamıza gələrək müxtəlif sahələrdə fəaliyyət göstərən əcnəbilərin sayı artıb. Onlar arasında yüksək ixtisaslı kadrlar az olduğu üçün əksəriyyəti ticarət və digər ucuz işçi qüvvəsi tələb olunan sahələrdə qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olur. Miqrantlar arasında çoxluğu isə pərakəndə ticarətlə məşğul olan çinlilər təşkil edir. Son məlumatlara görə, Azərbaycana dünyanın 70-dən artıq ölkəsindən miqrantlar gəlib. Ölkəmizə üz tutanların 5000-ə yaxını fərdi qeydiyyata alınıb. Əslində isə respublikamızdakı əcnəbilərin sayı rəsmi məlumatlarda göstərilənlərdən bir neçə dəfə artıqdır. Əcnəbilərin ölkəmizə axınının ölkənin iqtisadi inkişafı ilə əlaqələndirənlərlə yanaşı, bunu mənfi tendensiya hesab edənlər də var.


“N” saylı hərbi hissədə görüş

30.06.08 - 14:14468 baxılıb

Ordu hər bir millətin qüruru, dövlətin güvənc mənbəyidir.
Ölkənin milli varlığı onun yenilməz və möhkəm ordusundan asılıdır. Bu mənada Milli Ordumuzun formalaşması, onun dünya standartları səviyyəsinə yüksəlməsi dövlətimizin həmişə diqqət mərkəzində olmuşdur.


Sökülən obyektlərə görə konpensasiya ödənilməlidir

30.06.08 - 14:14553 baxılıb

Pünhan Mürsəliyev: "Yolun mühafizə
zolağından köçürülən obyektlərə görə kompensasiya tikintiyə icazə verən qurumlar tərəfindən ödənilməlidir"

Əliməmməd Nuriyev: "Kompensasiya təyin olunarkən bazar şərtlərinə uyğun müstəqil qiymətləndirmə aparılması zəruridir"

Son bir neçə ildə istər magistral, istərsə də yerli əhəmiyyətli yollarda təmir və yenidənqurma işləri sürətlənib. Bu zaman həmin yolların mühafizə zolaqlarında olan obyektlər, yaşayış evləri sökülür. Əksər hallarda isə sökülən obyektlərin müqabilində vətəndaşlara heç bir kompensasiya ödənilmir. Bəzən isə sökülən obyektin yerində bir neçə il sonra yenidən tikinti aparılır.


Kredit oyunları …

20.06.08 - 19:54390 baxılıb

Kənd təsərrüfatı mülkiyyətçiləri kredit almaq
üçün aylarla süründürməçiliyə məruz qalırlar

Ötən ildən başlayaraq kənd təsərrüfatı mülkiyyətçiləri hökumətə, daha doğrusu, İqtisadi İnkişaf Nazirliyinə və Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək maliyyə ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsini istəyirlər. Amma fermer və mülkiyyətçilərin böyük bir hissəsi bu yardımdan məhrum olduqlarından istehsal və emal prosesini lazımi səviyyədə qura bilmirlər. Bu gün kənd təsərrüfatı ilə məşğul olanlar yalnız öz vəsaiti hesabına, yaxud da götürdüyü borc hesabına istehsalla məşğul ola bilir. Onların əsas problemi kredit əldə etməsidir. Həmin resurslarla mülkiyyətçi ən azı təsərrüfatında ciddi dəyişiklik etmək istəyir. Reallıq ondan ibarətdir ki, onların texnika və digər ehtiyatlarla təminatdan daha çox kapital düşündürür. Bəs bu vəsaitləri necə əldə etmək olar?


Azərbaycan 120 yeni standart qəbul etdi

13.06.08 - 18:24476 baxılıb

Ramiz Həsənov: "Yaxın aylarda "Texniki
nəzarət haqqında" Qanun qəbul olunacaq"

İyunun 3-4-də Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlətlərarası Şuranın 33-cü iclası keçirilib. İclasda Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Almaniya, Serbiya, Fransa və digər ölkələrin nümayəndələri iştirak ediblər. Toplantıda standartlaşdırma, sertifikatlaşdırma, metrologiya və uyğunluğun müəyyənləşdirilməsi üzrə 70-ə yaxın məsələ müzakirə olunub.


Səmalarda tarix yazanlar

13.06.08 - 18:20476 baxılıb

Azərbaycan mülki aviasiyasının yaradılmasının 70 illiyi münasibətilə keçirilən tədbirlərdə Aviasiya işçiləri həmkarlar ittifaqı da fəal iştirak etmişdir. İyunun 3-də Milli Aviasiya Akademiyasında RK-nın Rəyasət Heyətinin geniş iclası keçirilmişdir. İclasda sahə həmkarlar ittifaqının fəalları və yubiley tədbirlərinə gələn xarici qonaqlar da iştirak edib.
Bayram əhvali-ruhiyyəsi ilə keçən iclasda140 nəfər Hİ fəalının hər biri mülki aviasiyanın inkişafında, işçilərin sosial, əmək hüquqlarının müdafiəsində göstərdiyi xidmətlərə görə 500 manat pulla mükafatlandırılmışdır.


Azərbaycan GUAM-ın lokomotivinə çevrilir

13.06.08 - 18:07391 baxılıb

Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatı yeni strategiya hazırlayır

Avropa Birliyi regionda iri layihələrin müəllifinə çevrilən və dünyanın geosiyasi xəritəsində tamhüquqlu beynəlxalq təşkilat kimi yerini bərkidən GUAM-la əlaqələri dərinləşdirmək niyyətindədir. Bakıda GUAM-ın inkişaf strategiyasına həsr olunmuş tədbirdə AB-nin enerji məsələləri üzrə nümayəndəsi A. Belqabs bildirib ki, Avropa Birliyi nəhəng regional iqtisadi proqramların həyata keçirilməsində bu təşkilatın potensialına bel bağlayır.


Parlaq səhifə

13.06.08 - 18:05462 baxılıb

Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi dövlətimiz, xalqımız, eləcə də həmkarlar ittifaqı təşkilatları tərəfindən geniş miqyasda, təntənəli şəkildə qeyd olunmuşdur. Həmin tədbirlərdən bir neçəsini oxucularımızın diqqətinə çatdırırıq.


TARİX TƏKRARLANDI

13.06.08 - 18:00470 baxılıb

Dövlətçiliyimiz əbədiyyət qazandı

“Azadlıq, müstəqillik asanlıqla qazanılmır. Bu həqiqəti xalqımız özünün son yüzillik tarixində iki dəfə sübut edib”.
Azərbaycan Xalq Cümhuriyyətinin 90-cı ildönümü münasibətilə keçirilmiş tədbirdə səslənən bu sözlərin müəllifi AHİK sədri, millət vəkili Səttar Mehbalıyev fikrini davam etdirərək demişdir: Azərbaycanda qurulmuş ilk demokratik dövlətin əsasları hələ XX əsrin əvvəllərində qoyulmuşdu. Avropada, Rusiyada get-gedə güclənən demokratik hərəkatda azərbaycanlı gənclər də yaxından iştirak edirdilər. Milli və Avropanın ən yaxşı mənəvi dəyərləri əsasında püxtələşmiş bu gənclər Şərqdə ilk demokratik dövlət qurmaq şərəfinə nail oldular. Elə bir dövlət ki, onun yazıb hazırladığı, reallaşdırdığı bir çox qanunlar Avropada yalnız 30-40-cı illərdə qəbul edilmişdi. Məsələn, qitədə ilk dəfə məhz Azərbaycanda -ADR-in hakimiyyəti dövründə qadınlar seçkilərdə iştirak etmək hüququ qazanmışdılar.


Yubiley tədbirləri

18.05.08 - 8:48441 baxılıb

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Tibb Universitetinin Həmkarlar İttifaqı Komitəsi və Səhiyyə Nazirliyi "Dövlətə, Vətənə, xalqa sədaqət nümunəsi" mövzusunda elmi-praktik konfrans keçirmişlər. Respublika komitəsinin təşəbbüsü ilə 1 və 2 saylı Bakı Tibb məktəblərinin şagirdləri Milli Elmlər Akademiyasının qarşısındakı parkda təşkil olunmuş gül bayramında iştirak etmişlər. Bayramda məktəblərin həmkarlar ittifaqı komitələrinin səyi ilə hazırlanmış rəsm və əl işlərindən ibarət sərgilər nümayiş etdirilmiş, bədii özfəaliyyət kollektivlərinin çıxışları dinlənilmişdir.


Cümhuriyyət - 90: NƏSİB BƏY YUSİFBƏYLİ

18.05.08 - 8:481301 baxılıb

“Kim deyə bilər ki, biz özümüzü idarəetmə
səlahiyyətində bir millət deyilik?!”

Nəsib bəy Yusif bəy oğlu Yusifbəyli 1881-ci ildə keçmiş Yelizavetpol quberniyasının Gəncə şəhərində tanınmış maarifpərvər ziyalı ailəsində dünyaya göz açmışdır.
Orta təhsilini Gəncə klassik gimnaziyasında başa vuran Nəsib bəy 1902-ci ildə Novorossiysk (Odessa) universitetinin hüquq fakültəsinə daxil olur. Universitetdə oxuduğu illər onun siyasi-ictimai həyatında mühüm rol oynamışdır. Nəsib bəyin siyasi fəaliyyətə başlaması da məhz bu illərə təsadüf edir.


Ulu öndərin xatirəsinə həsr edilmiş spartakiada

18.05.08 - 8:48400 baxılıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında idmanın şahmat, dama, nərd, futzal, tennis və voleybol növü üzrə spartakiada keçirilmişdir.


Kitab oxumağa maraq azalır

19.04.08 - 13:19534 baxılıb

Müasir informasiya-kommunikasiya
texnologiyaları kitabları əvəz edə bilməz

Son illər bədii və elmi ədəbiyyat oxumağa maraq xeyli azalıb. İstər məktəblilər, istər gənclər, istərsə də orta nəsil arasında kitab oxuyanların sayı o qədər də çox deyil. 10 il əvvəl nəinki kitabxanalarda, hətta metro və ictimai nəqliyyatda da kitab oxuyanlara rast gəlmək olurdu. İndi isə gün ərzində rastlaşdığımız kitab mütailə edən insanların sayı barmaqla sayılacaq qədər azdır. Onlar da, əsasən, rus dilində olan kitablar və sağlamlıq haqqında jurnallar oxumağa üstünlük verir. Rəyini öyrəndiyimiz tələbələrin bir çoxu kitabxanalarda kitabların azlığından şikayətlənir. Onların sözlərinə görə, hətta latın qrafikası ilə çap olunan dərsliklər belə yoxdur. Buna görə də müasir informasiya texnologiyalarına aid kitabları tapmaq üçün internet xidmətindən istifadə edirlər. İnternetdə isə informasiya almaq üçün rus, yaxud ingilis dilini bilmək vacibdir.


Struktur məsələlərinə baxıldı

15.04.08 - 12:54432 baxılıb

Aprel ayının 7-də Belçikanın Brüssel şəhərində Pan Avropa Regional Şurasının Gənclər Komitəsinin 1-ci görüşü keçirilmişdir.


PSI-nin toplantısında iştirak etmişlər

15.04.08 - 11:51428 baxılıb

31 mart-1 apreldə Türkiyənin İstanbul şəhərində Beynəlxalq İctimai Xidmətin (PSI) toplantısı keçirilmişdir.
Tədbirdə Respublikamızdan PSI-nin üzvü olan təşkilatların-Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri Fəhlələri HİRK-in sədri Azər Cəfərov, Səhiyyə İşçiləri HİRK-in sədri Emin Əfəndiyev, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK-in maliyyə şöbəsinin müdiri Ağazəki Həsənov iştirak etmişlər.


31 Mart - Azərbaycanlıların Soyqırımı Günü anıldı

07.04.08 - 11:47468 baxılıb

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında tədbir keçirilmişdir

Ulu öndərimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanı ilə rəsmiləşdirilmiş və hər il qeyd olunan tədbiri giriş sözü ilə AHİK sədri, millət vəkili S.Mehbalıyev açmışdır. O, ermənilərin tarix boyu azərbaycanlılara qarşı apardıqları soyqırımı siyasətinin xalqımızı ağır məhrumiyyətlərə, məşəqqətlərə düçar etməsindən danışmışdır. Demişdir ki, bu faciə böyük dövlətlərin yeritdikləri imperiya siyasətinin acı nəticəsidir.


İctimai Komitə həbsxanalarda dəyişikliklərə nail olmağa çalışır

03.04.08 - 11:54383 baxılıb

Həbsxanalara nəzarət üzrə İctimai Komitə artıq uzun müddətdir respublikadakı cəzaçəkmə müəssisələrində monitorinqlər aparır. Aparılan monitorinqlərin nəticəsində aşkarlanan qüsurlar isə sonradan Ədliyyə Nazirliyinə təqdim edilir. Lakin İctimai Komitənin yaranmasından keçən bir ildən artıq müddət ərzindəki fəaliyyəti barədə birmənalı fikir yoxdur. Həmin komitənin Ədliyyə Nazirliyinin bir qolu olduğunu iddia edənlər də az deyil.


< 1 2 3 4 5 ... 10 11 12 11 12 13 14 15 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.