Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Donorların özləri də şəffaflığın təmin edilməsində maraqlı deyil
Ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları hər il donor təşkilatlardan milyonlarla dollar qrant alır. Müxtəlif məqsədli layihələrin maliyyələşməsinə ayrılan həmin vəsaitin sonradan necə xərclənməsi isə çox vaxt araşdırılmır. Təkcə ABŞ səfirliyi 2008-ci ildə kiçik qrantlar proqramı çərçivəsində 350 min dollar qrant ayırıb. 1997-ci ildə isə 200 təşkilatın 240 layihəsi maliyyələşdirilib. Bu məqsədlə 2,4 milyon vəsait xərclənib.
Mart hadisələri ərəfəsində Bakıda Sovet hərbi hissələri ilə yanaşı, xeyli silahlı erməni əsgərləri də var idi. Şaumyanın özünün qeyd etdiyi kimi, Bakıda 10.000-nə qədər (6.000 sovet, 4.000 daşnak) silahlı qüvvə toplanmışdı. Demək olar ki, bu qüvvənin qarşısında azərbaycanlılar silahsız idilər. Başda Şaumyan olmaqla, Bakı Sovetinin rəhbərliyi "müsəlman əksinqlabçı ünsürlər" deyə adlandırdıqları şəhərin azərbaycanlı əhalisini milli münaqişəyə cəlb etmək üçün bəhanə axtarırdı. Tezliklə belə bir imkan tapıldı. 30 mart 1918-ci ildə bolşevik-daşnak rəhbərliyi belə şayiə yaydı ki, "Evelina" gəmisi ilə Bakıdan Lənkərana gedən müsəlman zabitləri guya Muğanda rus-malakan kəndlərini məhv etmək tapşırığı almışlar.
Müsahibimiz Milli Məclisin vitse-spikeri Bahar Muradovadır
- Bahar xanım, əvvəlcə icazə verin, Sizi qarşıdan gələn Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edim. İlk sualım bəlkə də Sizə qeyri-müəyyən görünsün. Biz həmişə qadınlardan sədaqət ummuşuq. Bu gün qadınlar cəmiyyətdən umduqları sədaqəti görürlərmi? - Mən deməzdim ki, görmürlər. Düzdür, analarımız, bacılarımız heç də həmişə bir ağızdan cəmiyyətimizdə hər şeyin əla olduğunu demirlər. Bu, həyatdır. İnsanın razı, narazı məqamları olur. Bəzi qadın hüquqlarının müdafiəçiləri var ki, belə məqamları bir-birindən seçmək istəmirlər. Hər şeyi yalnız boz rəngdə görür və ya təqdim etməyə çalışırlar. Reallıq isə başqadır.
Şəxsi ədavət, qisasçılıq, maraqların toqquşması çox vaxt ölümlə nəticələnir
Son vaxtlar Rusiyada yaşayan azərbaycanlıların qətlə yetirilməsi halları artır. Araşdırmalar göstərir ki, bu qətllərin bir hissəsi soydaşlarımızın öz həmyerliləri tərəfindən həyata keçirilir. Məsələyə münasibət bildirən sabiq polis əməkdaşı Mahmud Hacıyev soydaşlarımızın qətlə yetirilməsi hallarının artmasını Rusiyada kriminogen durumla əlaqələndirir:
May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi tamam olur. Bu əlamətdar yubileyin geniş miqyasda qeyd edilməsi barədə ölkə başçısı fevralın 15-də sərəncam imzalamışdır. Sərəncamda milli dövlətçilik tariximizin bu mərhələsinə dair hələ də arxivlərdə saxlanılan saysız sənədlərin üzə çıxarılması mühüm vəzifə kimi qarşıya qoyulur. Bu istiqamətdə "Ülfət" qəzeti də fəaliyyət göstərəcəkdir. Təqdim etdiyimiz ilk yazı Azərbaycanın müstəqilliyi uğrunda çarpışmış fədailərdən biri olan Həmid bəy Yusifbəyli barədədir. Yazı geniş oxucu kütləsinə məlum olmayan materiallar əsasında hazırlanmışdır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə təcavüzkar Ermənistan Respublikasının silahlı birləşmələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalı şəhərinin sakinləri ilə birlikdə məhv etdilər.
Dağlıq Qarabağ Ərazisi - 4388 km2 Əhalisi - 189085 Ermənilər - 145450 (76,9%) Azərbaycanlılar - 40688 (21,5%) Ruslar - 1922 (1,0%) Digərləri - 1025 (0,6%)
Şuşa Ərazisi - 289 km2 Əhalisi (1989) - 20579 Azərbaycanlılar - 19036 (92,5%) Ermənilər - 1377 (6,7%) İşğal tarixi - 1992, 8 may
Ətraf rayonlar İşğal tarixi Əhalisi Laçın 1992, 18 may - 66646 Kəlbəcər 1993, 2 aprel - 61947 Ağdam 1993, 23 iyul - 145359 Füzuli 1993, 23 avqust - 106543 Cəbrayıl 1993, 23 avqust - 62519 Qubadlı 1993, 31 avqust - 31619 Zəngilan 1993, 29 oktyabr - 36335
Hörmətli həmkarlar və dostlar! RMHİF-in nümayəndə heyəti Bakıda olarkən göstərilən son dərəcə xoş və qardaş münasibətinə görə minnətdarlığımızı bildiririk. Əminik ki, bizim münasibətlərimiz ölkələrimiz və həmkarlar ittifaqları arasında dost münasibətlərinin möhkəmləndirilməsində yeni impuls alacaq.
Qonağımız Azəri-Çıraq-Günəşli yataqları üçün platformaların və payaların tikintisi ilə məşğul olmuş BOSŞELF Şirkətinin baş direktoru cənab Riçard Makidir
/ 19-22 iyun -"İnfrastrukturun inkişafı üçün dövlət sərmayələrinin yerləşdirilməsində əsas məqsəd məşğulluğun təmin edilməsidir" mövzusunda keçirilmiş təlim seminarda Beynəlxalq Əmək Təşkilatının ekspertləri ilə yanaşı AHİK-in də mütəxəssisləri iştirak etmişlər.
Ötən beş il ərzində həmkarlar ittifaqlarının beynəlxalq əlaqələrinin coğrafiyası xeyli genişlənmişdir. Bu günə kimi AHİK 29 xarici ölkənin 34 həmkarlar ittifaqı mərkəzləri ilə birbaşa əlaqələr yaratmış, 168 mərkəz ilə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvü kimi fəaliyyətlərini əlaqələndirmişdir.
"DM" iştirakçıları III qurultaya bu inamla gedirlər
Bu günlərdə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi AHİK-in III qurultayına “Təkliflərimiz, tövsiyələrimiz” mövzusunda Dəyirmi masa keçirmişdir. Dəyirmi masanın materiallarını kiçik ixtisarlarla oxucularımıza təqdim edirik.
OMBUDSMANIN İNSAN HÜQUQLARININ POZUNTUSUNA DAİR VERDİYİ TÖVSİYƏLƏRİN YERİNƏ YETİRİLMƏSİNƏ NƏZARƏT GÜCLƏNDİRİLİR
Azərbaycanda insan haqlarının qorunmasını daha səmərəli şəkildə təmin etməkdən ötrü 2002-ci ilin iyulunda Ombudsman Aparatı formalaşdırıldı. Bu təsisatın yaradılmasından sonra quruma insan haqlarının pozuntusu halları ilə bağlı onlarla şikayət ünvanlanır. Baş verən pozuntularla bağlı quruma edilən şikayətlər əsasında bir çox hallarda monitorinqlər aparılır. Cəza evlərində, istintaq təcridxanalarında insan hüquqlarının pozuntuları ilə bağlı edilən müraciətlərdən sonra Ombudsman özü, yaxud da qurumun əməkdaşları oraya baş çəkir, vəziyyəti öyrənir.
ƏN ÇOX BAHALAŞMA TORPAQ BAZARINDA ÖZÜNÜ GÖSTƏRƏCƏK
Ötən il bütün sahələrdə olduğu kimi, daşınmaz əmlak bazarında da bahalaşma qeydə alındı. İlin əvvəlində enerjidaşıyıcılarının qiymətinin artırılması, paytaxtda boş torpaq sahələrinin tükənməsi, tikinti materiallarının bahalaşması daşınmaz əmlak bazarına təsirsiz qalmadı. Respublikada tikinti sahəsinə nəzarətin gücləndirilməsini də nəzərə alsaq, bu il də qiymət artımı gözlənilir. Məsələyə münasibət bildirən "Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov ötən il daşınmaz əmlak bazarı üzrə 23,2 faiz bahalaşma qeydə alındığını dedi: "2007-ci ilin əvvəlində ən çox bahalaşma torpaq bazarında qeydə alındı. Bu da bir tərəfdən paytaxtda boş torpaq sahələrinin olmaması ilə əlaqədar idisə, digər tərəfdən vətəndaşların torpaq almağa marağının artması ilə izah olunur.
"Binə" və "Sədərək" yarmarkalarının sökülməsi barədə çoxdan bəri dolaşan söhbətlər reallığa çevrilməkdədir. "Binə" yarmarkasına çatdığımız vaxt sahibkarların üzlərində hiss olunan təşviş belə düşünməyə əsas verirdi. Artıq yarmarkanın ilk cərgələrində olan obyektlər boşaldılırdı. Amma yarmarkada həmişəki kimi alver edənlərin sayı kifayət qədər çox idi. Ticarət mərkəzində asfalt örtüyünün palçıq içərisində itdiyini görüb yarmarkanın orta sıralarına getməyə qərar verdik. Əksər sahibkarlar mövsümə uyğun qış geyimləri satdığından başları çox qarışıq idi. Amma alıcıları maraqla izləyərək onların köşklərindən nəsə alacaqlarına ümid edənlər də az deyildi. İlk olaraq belə obyektlərdən biri olan kişi kostyumları mağazasına daxil olmaq istədik.
YERALTI KEÇİDİN TİKİNTİSİNİN İLİN SONUNADƏK BAŞA ÇATDIRILMASI NƏZƏRDƏ TUTULUR
Bakı şəhərində tıxacların aradan qaldırılması üçün bir neçə yeni körpü və yolötürücü tikildi. Lakin yeni körpülərin tikilməsi də tıxac problemini aradan qaldıra bilmədi. Xüsusən şəhərin şimal girişində tıxaclar qalmaqdadır. Hazırda ən çox tıxac əmələ gələn həmin ərazidə 200 metr məsafəni bəzən 30-35 dəqiqəyə qət etmək olmur. 3-cü mikrorayon dairəsində tikilən körpünün istifadəyə verilməsindən sonra problemin aradan qaldırılacağı bildirilsə də, gözləntilər özünü doğrultmadı. Məsələyə münasibət bildirən Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənov problemlə tanış olduqlarını dedi: "Hazırda "Nəqliyyat sisteminin optimallaşdırılması" layihəsi həyata keçirilir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.