Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(mayın 13-də) …Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.
(mayın 14-də) …Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır. …ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.
(mayın 15-də) …MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir. …Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir. …və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər. …və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.
(mayın 16-da) …Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır. …Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir. …Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.
(mayın 17-də) …Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.
Şəxsi ədavət, qisasçılıq, maraqların toqquşması çox vaxt ölümlə nəticələnir
Son vaxtlar Rusiyada yaşayan azərbaycanlıların qətlə yetirilməsi halları artır. Araşdırmalar göstərir ki, bu qətllərin bir hissəsi soydaşlarımızın öz həmyerliləri tərəfindən həyata keçirilir. Məsələyə münasibət bildirən sabiq polis əməkdaşı Mahmud Hacıyev soydaşlarımızın qətlə yetirilməsi hallarının artmasını Rusiyada kriminogen durumla əlaqələndirir:
May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi tamam olur. Bu əlamətdar yubileyin geniş miqyasda qeyd edilməsi barədə ölkə başçısı fevralın 15-də sərəncam imzalamışdır. Sərəncamda milli dövlətçilik tariximizin bu mərhələsinə dair hələ də arxivlərdə saxlanılan saysız sənədlərin üzə çıxarılması mühüm vəzifə kimi qarşıya qoyulur. Bu istiqamətdə "Ülfət" qəzeti də fəaliyyət göstərəcəkdir. Təqdim etdiyimiz ilk yazı Azərbaycanın müstəqilliyi uğrunda çarpışmış fədailərdən biri olan Həmid bəy Yusifbəyli barədədir. Yazı geniş oxucu kütləsinə məlum olmayan materiallar əsasında hazırlanmışdır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə təcavüzkar Ermənistan Respublikasının silahlı birləşmələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalı şəhərinin sakinləri ilə birlikdə məhv etdilər.
Dağlıq Qarabağ Ərazisi - 4388 km2 Əhalisi - 189085 Ermənilər - 145450 (76,9%) Azərbaycanlılar - 40688 (21,5%) Ruslar - 1922 (1,0%) Digərləri - 1025 (0,6%)
Şuşa Ərazisi - 289 km2 Əhalisi (1989) - 20579 Azərbaycanlılar - 19036 (92,5%) Ermənilər - 1377 (6,7%) İşğal tarixi - 1992, 8 may
Ətraf rayonlar İşğal tarixi Əhalisi Laçın 1992, 18 may - 66646 Kəlbəcər 1993, 2 aprel - 61947 Ağdam 1993, 23 iyul - 145359 Füzuli 1993, 23 avqust - 106543 Cəbrayıl 1993, 23 avqust - 62519 Qubadlı 1993, 31 avqust - 31619 Zəngilan 1993, 29 oktyabr - 36335
Hörmətli həmkarlar və dostlar! RMHİF-in nümayəndə heyəti Bakıda olarkən göstərilən son dərəcə xoş və qardaş münasibətinə görə minnətdarlığımızı bildiririk. Əminik ki, bizim münasibətlərimiz ölkələrimiz və həmkarlar ittifaqları arasında dost münasibətlərinin möhkəmləndirilməsində yeni impuls alacaq.
Qonağımız Azəri-Çıraq-Günəşli yataqları üçün platformaların və payaların tikintisi ilə məşğul olmuş BOSŞELF Şirkətinin baş direktoru cənab Riçard Makidir
/ 19-22 iyun -"İnfrastrukturun inkişafı üçün dövlət sərmayələrinin yerləşdirilməsində əsas məqsəd məşğulluğun təmin edilməsidir" mövzusunda keçirilmiş təlim seminarda Beynəlxalq Əmək Təşkilatının ekspertləri ilə yanaşı AHİK-in də mütəxəssisləri iştirak etmişlər.
Ötən beş il ərzində həmkarlar ittifaqlarının beynəlxalq əlaqələrinin coğrafiyası xeyli genişlənmişdir. Bu günə kimi AHİK 29 xarici ölkənin 34 həmkarlar ittifaqı mərkəzləri ilə birbaşa əlaqələr yaratmış, 168 mərkəz ilə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvü kimi fəaliyyətlərini əlaqələndirmişdir.
"DM" iştirakçıları III qurultaya bu inamla gedirlər
Bu günlərdə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi AHİK-in III qurultayına “Təkliflərimiz, tövsiyələrimiz” mövzusunda Dəyirmi masa keçirmişdir. Dəyirmi masanın materiallarını kiçik ixtisarlarla oxucularımıza təqdim edirik.
OMBUDSMANIN İNSAN HÜQUQLARININ POZUNTUSUNA DAİR VERDİYİ TÖVSİYƏLƏRİN YERİNƏ YETİRİLMƏSİNƏ NƏZARƏT GÜCLƏNDİRİLİR
Azərbaycanda insan haqlarının qorunmasını daha səmərəli şəkildə təmin etməkdən ötrü 2002-ci ilin iyulunda Ombudsman Aparatı formalaşdırıldı. Bu təsisatın yaradılmasından sonra quruma insan haqlarının pozuntusu halları ilə bağlı onlarla şikayət ünvanlanır. Baş verən pozuntularla bağlı quruma edilən şikayətlər əsasında bir çox hallarda monitorinqlər aparılır. Cəza evlərində, istintaq təcridxanalarında insan hüquqlarının pozuntuları ilə bağlı edilən müraciətlərdən sonra Ombudsman özü, yaxud da qurumun əməkdaşları oraya baş çəkir, vəziyyəti öyrənir.
ƏN ÇOX BAHALAŞMA TORPAQ BAZARINDA ÖZÜNÜ GÖSTƏRƏCƏK
Ötən il bütün sahələrdə olduğu kimi, daşınmaz əmlak bazarında da bahalaşma qeydə alındı. İlin əvvəlində enerjidaşıyıcılarının qiymətinin artırılması, paytaxtda boş torpaq sahələrinin tükənməsi, tikinti materiallarının bahalaşması daşınmaz əmlak bazarına təsirsiz qalmadı. Respublikada tikinti sahəsinə nəzarətin gücləndirilməsini də nəzərə alsaq, bu il də qiymət artımı gözlənilir. Məsələyə münasibət bildirən "Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov ötən il daşınmaz əmlak bazarı üzrə 23,2 faiz bahalaşma qeydə alındığını dedi: "2007-ci ilin əvvəlində ən çox bahalaşma torpaq bazarında qeydə alındı. Bu da bir tərəfdən paytaxtda boş torpaq sahələrinin olmaması ilə əlaqədar idisə, digər tərəfdən vətəndaşların torpaq almağa marağının artması ilə izah olunur.
"Binə" və "Sədərək" yarmarkalarının sökülməsi barədə çoxdan bəri dolaşan söhbətlər reallığa çevrilməkdədir. "Binə" yarmarkasına çatdığımız vaxt sahibkarların üzlərində hiss olunan təşviş belə düşünməyə əsas verirdi. Artıq yarmarkanın ilk cərgələrində olan obyektlər boşaldılırdı. Amma yarmarkada həmişəki kimi alver edənlərin sayı kifayət qədər çox idi. Ticarət mərkəzində asfalt örtüyünün palçıq içərisində itdiyini görüb yarmarkanın orta sıralarına getməyə qərar verdik. Əksər sahibkarlar mövsümə uyğun qış geyimləri satdığından başları çox qarışıq idi. Amma alıcıları maraqla izləyərək onların köşklərindən nəsə alacaqlarına ümid edənlər də az deyildi. İlk olaraq belə obyektlərdən biri olan kişi kostyumları mağazasına daxil olmaq istədik.
YERALTI KEÇİDİN TİKİNTİSİNİN İLİN SONUNADƏK BAŞA ÇATDIRILMASI NƏZƏRDƏ TUTULUR
Bakı şəhərində tıxacların aradan qaldırılması üçün bir neçə yeni körpü və yolötürücü tikildi. Lakin yeni körpülərin tikilməsi də tıxac problemini aradan qaldıra bilmədi. Xüsusən şəhərin şimal girişində tıxaclar qalmaqdadır. Hazırda ən çox tıxac əmələ gələn həmin ərazidə 200 metr məsafəni bəzən 30-35 dəqiqəyə qət etmək olmur. 3-cü mikrorayon dairəsində tikilən körpünün istifadəyə verilməsindən sonra problemin aradan qaldırılacağı bildirilsə də, gözləntilər özünü doğrultmadı. Məsələyə münasibət bildirən Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənov problemlə tanış olduqlarını dedi: "Hazırda "Nəqliyyat sisteminin optimallaşdırılması" layihəsi həyata keçirilir.
BU BAYRAM ÜÇÜN NƏZƏRDƏ TUTULAN ƏŞYALARIN QİYMƏTİ DƏ XEYLİ BAHALAŞIB
Yeni ilin gəlişinə iki gün qaldı. Şəhərin mərkəzi küçələri, parklar artıq yeni il yolkaları ilə bəzədilib. Digər sahələrdə olduğu kimi, yeni il üçün nəzərdə tutulan bəzək əşyalarının qiyməti də ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli bahalaşıb. Artıq bir çoxları evlərini yeni il yolkaları ilə bəzəsə də, hələ bu əşyaları almayanlar da var. Təqribən 1 ay müddətində mənzildə yeni il əhvali-ruhiyyəsi yaradan bu bəzəkli ağac heç də düşünüldüyü qədər ucuz başa gəlmirmiş. Həm də əgər uzun illərdir yeni il üçün aldığınız bəzək əşayaları və oyuncaqlar istismar müddətini başa vurubsa. Maraqlıdır, əhalinin kasıb və varlı təbəqəsinin yolkasının bəzədilməsi bu yeni ildə neçəyə başa gəlib?
DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN XƏTTİ İLƏ 8170 NƏFƏR QARABAĞ ƏLİLİ TƏQAÜD ALIR
Cəmiyyətin həssas təbəqəsi sayılan fiziki cəhətdən qüsurlu insanlara qayğı göstərmək həm cəmiyyətin, həm də dövlətin başlıca vəzifəsidir. Hazırda respublikamızda əlillərin qarşılaşdıqları problemlər eyni olsa da, əlilliyin səbəbləri müxtəlifdir. Bu gün Azərbaycanda təxminən 400 min nəfər əlil var. Rəsmi məlumatlara görə, onların arasında əsas üstünlüyü ikinci qrup əlillər təşkil edir.
Artıq xeyli müddətdir orta məktəblərin informasiya-kommunikasiya texnologiyaları (İKT) ilə təchizatı sahəsində iş aparılır. Təhsil ocaqlarının informasiya - kommunikasiya texnologiyaları ilə təminatı barədə 2005-2007-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində paytaxtda hər 29 nəfər şagird bir kompyuterlə təmin edildi. Hazırda isə Təhsil Nazirliyində 2008-2012-ci illəri əhatə edən proqram hazırlanır. Bu, İKT avadanlıqları ilə təminat proqramının ikinci mərhələsidir. İkinci mərhələdə kompyuterlərin internetə çıxışı nəzərdə tutulub.
Son vaxtlar bələdiyyələrin bir sıra qurumlarla razılaşdırılmadan torpaq ayrılması barədə sərəncamları istənilən yerdə ev tikilməsi ilə nəticələnib. Özlərinə aid olmayan ərazilərdə mənzil tikintisi üçün torpaq sahələri ayırması sonradan vətəndaşlara problem yaradır. Öz hüquqlarını bilmədiyindən sadə insanlar sonda zərərçəkmişə çevrilir. Artıq "Bakı-Dairəvi 2" yolunun tikinti sahəsinə düşəcək evlərin boşaldılması barədə bildirişlər paylanılıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti "Yolların mühafizə xidməti" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən vətəndaşlara göndərilən bildirişdə yazılır ki, mühafizə zolağına düşən tikinti 15 gün müddətində müvafiq məsafəyə çəkilməlidir. Əks halda tikintinin yol təşkilatı tərəfindən qanunamüvafiq qaydada kənarlaşdırılması təmin ediləcək.
YOXLAMALARDAN SONRA 2061 ƏMƏK MÜQAVİLƏSİNİN BAĞLANMASINA NAİL OLUNUB
Yasamal rayonu ərazisində hündürmərtəbəli binanın uçmasından sonra tikinti sahəsinə nəzarət daha da gücləndirildi. Həmin hadisədən bir müddət keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi tikinti şirkətlərində yoxlamalara başladı. Yoxlamalar nəticəsində aşkarlanan əsas nöqsanlar təhlükəsizlik qaydalarına riayət edilməməsi və əmək müqavilələrinin bağlanmaması ilə bağlı idi. Hazırda davam etdirilən yoxlamaların başlanmasından təxminən iki aya yaxın vaxt keçir. Tikinti şirkətlərində təhlükəsizlik qaydalarına necə riayət edilməsini aydınlaşdırmaq üçün onlardan bir neçəsinə baş çəkdik. Yasamal rayonu ərazisində hündürmərtəbəli bina tikintisi ilə məşğul olan "SGS" şirkətində olduq. Tikintidə çalışan fəhlələrin demək olar ki, hamısı xüsusi geyimdə idi. Fəhlələr eyni formada olan inşaat geyimi və dəbilqə ilə təmin edilib.
Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.
Əlikram QURBANOV, Bakı şəhəri.
- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir: o müqavilə bağlayan tərəflər haqqında məlumatlar; o tərəflərin hüquq və vəzifələri; o görüləcək işlər və göstəriləcək xidmətlər; o müqavilənin müddəti; o tərəflərin məsuliyyəti; o müqaviləyə xitam verilməsi qaydası. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir. Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər. Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.