Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Qış mövsümünün ənənəvi bəlası

18.02.11 - 13:11186 baxılıb

Əməkdaşımız bu bəlanın səbəblərini mütəxəssislərlə araşdırır

Eyyub Hüseynov: "Qaz cihazlarının standartlarının pozulması faciələrə səbəb olur"

Azər Maqsudov: "Dəm qazı ilə zəhərlənən adamın huşunu özünə gətirmək üçün ona azca naşatır spirti iylətmək lazımdır"


Qış mövsümü başlayandan dəm qazından zəhərlənənlərin sayı artıb. Təkcə bu ilin yanvar ayında paytaxtda 28 nəfər dəm qazından zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə müraciət edib. Hər gün bir neçə nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilir. Statistikaya görə, 2007-2008-ci illərdə təxminən 70-80 nəfər dəm qazından zəhərlənmə ilə xəstəxanaya müraciət edibsə, 2009-cu ildə bu rəqəm 120-yə yüksəlib.


Müəllimlərin həftəlik dərs yükünə məhdudiyyət qoyulacaq

11.02.11 - 15:50430 baxılıb

Məlahət Mürşüdlü:"Əgər müəllim 30 saat dərs deyirsə, o heç vaxt bütün dərsləri eyni keyfiyyətdə apara bilməz"

Artıq gələn ildən müəllimlər 24 saatdan artıq dərs deyə bilməyəcək. Təhsil naziri Misir Mərdanov orta məktəblərdə müəllimlərin dərs saatının müəyyən edilməsi barədə əmr imzalayıb. Bu addımın atılması isə dərslərin keyfiyyətinin artırılması zərurətindən irəli gəldiyi bildirilir. Amma bir məsələ də var ki, orta məktəblərdə müəllimlərin dərs yükünün çox olması əsasən həmin məktəblərdə ixtisas müəllimlərinin olmaması səbəbindən irəli gəlirdi.


Bir ildə 925 nəfər yol qəzasında həyatını itirib

04.02.11 - 14:15178 baxılıb

Vaqif Əsədov: "Ötən il də məktəb yaşlı uşaqların vurulması halları artıb"

Son illər respublikamızda avtomobillərin sayının çoxalması yollarda tıxaclarla yanaşı, qəza hadisələrinin də artmasına səbəb olub. Rəsmi rəqəmlər yol qəzalarının sayının azaldığını göstərsə də, hər gün bir neçə nəfər yol qəzasında həyatını itirir. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən aldığımız məlumata görə, ötən il respublika ərazisində 2721 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 925 nəfər dünyasını dəyişib, 2871 nəfər yaralanıb.


Azərbaycan mobil rabitə tariflərinin ən yüksək olduğu ölkələrdəndir

28.01.11 - 15:48199 baxılıb

Orozobek Jazıbayeviç: “Mobil rabitə sektorunda inhisarçılıq və qiymətlərin süni şəkildə artırılması müşahidə olunur”

Azərbaycanın mobil rabitə bazarında qeyri-bərabər rəqabət mühitinin mövcudluğunu və tarif paketlərinin həddindən artıq yüksək olmasını dəfələrlə mütəxəssislər etiraf ediblər. İllərdir ki, beynəlxalq təşkilatlar mobil rabitə bazarındakı inhisarçılığı, süni qiymət paketlərinin daha da genişlənməsini bildirirlər. Nəhayət, bu sahədəki vəziyyətə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da narazılığını ifadə etdi.


Şəhidlərə ehtiram, gələcəyimizə ehtiramdır

21.01.11 - 18:14246 baxılıb

21 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə baş verən dəhşət millətimizin xatirində əbədi həkk olunub.

20 yanvar cavan gəlinlərimizi dul, körpələri isə yetim qoydu. Uzun illər keçməsinə baxmayaraq, hər il bu faciəli günün qurbanları xalqımız tərəfindən yad olunur. Azərbaycan Həmkarlar İttifaqları Təşkilatları da 20 yanvar şəhidlərinə ehtiramını, onların ailələrinə hörmətini müxtəlif tədbirlərlə qeyd edir. Həmin tədbirlərdən bir neçəsini oxucularımızın diqqətinə çatdırırıq.


Rusiyada açıq havada ticarətlə məşğul olmağı qadağan edən qərarın tətbiqinə başlanılıb

14.01.11 - 13:04324 baxılıb


Dubay, Əl-Küveyt, Bakı...

14.01.11 - 12:58232 baxılıb

Paytaxt Bakı 20 ildən sonra zəngin ərəb dövlətlərinin şəhərlərinə bənzəyəcək

Böyük Bakının Regional İnkişaf Planı üzrə nəzərdə tutulan layihələr təxminən 20 il ərzində həyata keçiriləcək. 2030-cu ilə kimi paytaxtın Baş Planına əsasən Bakıda şəhərsalmanın ən yeni modelləri tətbiq olunacaq, infrastruktur tamamilə yeniləşəcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) şöbə müdiri Cahangir Qocayev bildirib ki, paytaxtın Baş Planı əvvəlkilərdən fərqlənəcək.


Kitab oxumağa marağı artırmaq vacibdir

10.01.11 - 13:40256 baxılıb

Məlahət Mürşüdlü: "Şagirdlərdə bədii kitab oxumağa maraq yaratmaq üçün həvəsləndirici vasitələrdən istifadə edilməlidir"

Nizami Cəfərov: "Oxumağa maraq əsasən orta məktəblərdə, müəyyən qədər də ali məktəblərdə yaradılmalıdır"


Son vaxtlar respublikamızda kitab oxuyanların sayı azalır. Xüsusən də gənc nəsil arasında mütaliə edənlərə çox az hallarda rast gəlmək olar. Gənclərin əksəriyyəti informasiya bolluğu olduğu üçün mütaliə etmək istəmir. Onlar ən müxtəlif informasiyaları televizor, kompyuter, mətbuatdan almağa üstünlük verirlər.


Yeni ildə köhnə adətlər

29.12.10 - 12:45284 baxılıb


2010-cu il Azərbaycan diasporu üçün zəngin hadisələrlə yadda qalıb

29.12.10 - 12:38181 baxılıb

2010-cu il Azərbaycan diasporunun fəaliyyətinin daha da güclənməsi və diaspora hərəkatının genişlənməsi ilə yadda qalıb.

Yola saldığımız ildə diaspor təşkilatlarının fəaliyyətində nəzərə çarpan mühüm dəyişikliklər baş verib. Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Şakir Səlimovun verdiyi məlumata görə, 2010-cu il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, ictimai-siyasi həyatda iştirak səviyyəsinin artması, diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib.


Əkib-becərməyənə torpaq yoxdur...

10.12.10 - 14:24211 baxılıb

Torpaq Komitəsi vətəndaşların xüsusi mülkiyyətinə verilmiş istifadə olunmayan torpaqları yenidən dövlətin balansına qaytarmaq istəyir

Hökumət bir neçə il əvvəl xüsusi mülkiyyətə verilmiş bəzi torpaq sahələrini yenidən dövlətin balansına qaytarılmasını müzakirə edir. Daha doğrusu, əkin üçün verilmiş torpaqları becərə bilməyən təsərrüfat sahiblərindən torpağın geri qaytarılması baş tuta bilər. Artıq bununla bağlı hökumət qurumlarında müvafiq müzakirələr aparılıb. Kənd Təsərrüfatı Nazirliyi (KTN), Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK), eləcə də İqtisadi İnkişaf Nazirliyinin mütəxəssislərinin iştirakı ilə belə halların araşdırılması tövsiyə olunub. Bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov da təsdiqləyib.


İki bank bağlandı, növbədə daha 20 bankı təhlükə gözləyir

03.12.10 - 16:48335 baxılıb

Mərkəzi Bankın siyasəti ölkənin bank sistemi üçün problemlər yaradan zəif bankları kənarlaşdırmaqdır

Mərkəzi Bank (MB) iki kommersiya bankının - "Debütbank" ASC və "Kövsərbank"ın lisenziyasını ləğv edib. MB-nin müvafiq qərarına əsasən, 20 ilə yaxındır ki, bank bazarına daxil olan hər iki kommersiya strukturu nizamnamə kapitallarını Mərkəzi Bankın qoyduğu tələblərə uyğunlaşdıra bilmədiyinə və bank qanunvericiliyinin tələblərini pozduğuna görə lisenziyalarından məhrum edilib. Məsələyə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov da münasibətini açıqlayıb. Baş bankir deyib ki, xeyli müddətdir ki, həm "Debütbank"ın, həm də "Kövsərbank"ın fəaliyyəti izlənirmiş. Adıçəkilən banklar öz likvidliyini və ödəmə qabiliyyətini itirdiyinə görə, qanunvericiliyə uyğun olaraq lisenziyaları ləğv edilib.


Hər il televiziya qülləsi 7 millimetr Bakının üstünə gəlir

19.11.10 - 15:34299 baxılıb

Emil Axundov: "Bakının özü yavaş-yavaş, haradasa ildə 8 millimetr Türkan istiqamətdə sürüşür"

Bakı şəhərində əhalinin mövcud sıxlığının qarşısının alınması üçün artıq uzun müddətdir müzakirələr aparılır. Problemdən çıxış yolu kimi bəzi idarə və təşkilatların digər şəhərlərə yerləşdirilməsi, paytaxtın başqa əraziyə köçürülməsi, Bakının genişləndirilməsi variantları müzakirə olunur. Artıq yaxın illərdə Bakının Ələt, Səngəçal və Dübəndi istiqamətində genişləndiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Hazırda Dövlət Arxitektura və Şəhərsalma Komitəsi Dünya Bankının vəsaiti hesabına Böyük Bakının inkişafı üzrə Regional Sxem hazırlayır. Bu sənəddə Bakı və Bakıətrafı ərazilərin inkişafı və burda gözlənilən dəyişikliklər və paytaxtın mümkün genişlənmə istiqamətləri əksini tapacaq.


Payızın yağmurlu havası torpaq sürüşmələrini aktivləşdirə bilər

05.11.10 - 17:55241 baxılıb

Təkcə bu ilin 9 ayı ərzində Azərbaycanın 43 yerində torpaq sürüşməsi qeydə alınıb

Şaiq Niftiyev: "Adi kolluqların qırılması belə, yamacların dayanıqlığına mənfi təsir göstərir"

2010-cu ilin 9 ayı ərzində Azərbaycanın 43 yerində torpaq sürüşməsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, son 30 ildə respublika ərazisində 128 sahədə torpaq sürüşməsi baş verib. Cari ilin yaz aylarında respublika ərazisinə yağıntıların çox düşməsi ilə əlaqədar, əvvəlki illərlə müqayisədə, daha çox torpaq sürüşməsi qeydə alınıb. Ağsu çayının sağ sahilində, Muğanlı-İsmayıllı avtomobil yolunun 1-ci, 6-8-ci və 9-11-ci və 27-ci km-də, Masallı rayonu ərazisində Hişkədərə-Miyankü avtomobil yolunda, Lənkəran rayonunun Duryan kəndini digər yaşayış məntəqələri ilə birləşdirən avtomobil yolunda torpaq sürüşməsi qeydə alınıb.


Sərnişindaşıma ilə məşğul olan əksər avtobuslar yollarda qəza şəraiti yaradır

22.10.10 - 14:22357 baxılıb

Cəmşid Hənifəyev: "Qayda pozuntusuna yol verən sürücülər barəsində inzibati protokol tərtib edilir"

Samir Həsənov: "Sürücülərin peşəkarlıqlarının artırılması istiqamətində də tədbirlər görülür"


Son vaxtlar respublikamızda ölümlə nəticələnən yol qəzalarının sayı durmadan artır. Təkcə bu ilin əvvəlindən yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 761017 yol hərəkəti qaydaları (YHQ) pozuntusu aşkarlayıb. Nəticədə 640 nəfər həlak olub, 1990 nəfər yaralanıb. Bakı şəhəri ərazisində 755 yol-nəqliyyat hadisəsi qeydə alınıb və bunların nəticəsində 247 nəfər həyatını itirib, 745 nəfər yaralanıb.


Əcnəbi vətəndaşları müqavilə bağlamadan işə cəlb edən sahibkarlar cərimələnməlidir

15.10.10 - 14:32282 baxılıb


Bu il əlavə olaraq 250 bina istilik sisteminə qoşulacaq

15.10.10 - 14:31195 baxılıb

Rafiq Əliyev: "Azəristiliktəchizat" daxili sistemi qaydasında olan bütün binalara istilik verməyə hazırdır"

Hər il paytaxt əhalisinin istilik təchizatının yaxşılaşdırılması üçün dövlət büdcəsindən əsas və əlavə vəsait ayrılır. Elə bu payız-qış mövsümündə istilik təchizatı sahəsində problemlərin minimuma endirilməsi üçün "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə (ASC) dövlət büdcəsindən 19 milyon 3,5 min manat vəsait ayrılıb. Bu vəsaitdən 4 milyon 739,3 min manatı istilik təchizatı sisteminin yenidənqurulması, bərpası və müasirləşdirilməsi işlərinin maliyyələşdirilməsinə sərf olunmalı idi.


bp Azərbaycanda uzun illər hasilatla məşğul olacaq

08.10.10 - 16:14187 baxılıb

Robert Dadli: Biz "Şahdəniz" yatağının yeni fazasının işlənməsinə istənilən məbləğdə sərmayə yatırmağa hazırıq

Məlum olduğu kimi, bp şirkətinin yeni prezidenti Robert Dadli oktyabrın 6-8-də Azərbaycanda səfərdə olub. Bu, onun ölkəmizə ilk səfəridi. Səfər zamanı R.Dadli bp ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın yeni sahələri üzrə məsələləri müzakirə edib. bp rəhbəri Prezident İlham Əliyevlə də görüşüb.


Qızıl bahalaşdı, Qızıl Fondu yada düşdü...

08.10.10 - 16:13399 baxılıb

Azərbaycan 200 kq-lıq qızıl ehtiyatını yeni yaradılacaq fondda saxlamaq istəyir

Azərbaycan son 2 ildə dünya bazarına xam qızıl tədarük edərək xeyli qızıl rezervi əldə edib. İndi hökumət bu qiymətli metalın ehtiyatlarının artırılması üçün səylərini daha da artırmaq niyyətindədir. Bu məqsədlə yaxın illər ərzində qızıl ehtiyatlarının həcminin ən azı 10 dəfə artırılması nəzərdə tutulur. Təkcə bu il ehtiyatların 2 dəfədən çox artırılması qərara alınıb.


Bakının kanalizasiyaları 15 ildən artıqdır ki, istismar müddətini başa vurub

01.10.10 - 17:53253 baxılıb

Oktyabrda normadan artıq yağıntıların gözlənilməsi paytaxtda yeni subasmalarına səbəb olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin oktyabr ayı üçün hava proqnozu da yağıntıların 2 dəfə çox olacağını ehtiva edir. Qurumun məlumatına görə, oktyabr ayı ərzində respublika ərazisində yağıntının səviyyəsi qeyri-bərabər bölünəcək, bəzi bölgələrdə, o cümlədən Bakı və Abşeron yarımadasının bir sıra yerlərində yağıntının səviyyəsi normadan yuxarı olacaq.


< 1 2 3 4 5 6 ... 11 12 13 14 15 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.