Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Qərbi Nil qızdırma xəstəliyi Azərbaycana keçə bilər?

24.09.10 - 15:26359 baxılıb

"Azərbaycanda yalnız 1970-ci ildə bir heyvanda bu virus aşkarlanıb"

Bir müddət öncə Rusiyada yayılan Qərbi Nil qızdırma xəstəliyi artıq 300 nəfərədək insanın ölümünə səbəb olub. Yoluxma hallarına daha çox Həştərxan, Voronej və Rostov vilayətlərində rast gəlinib. Maraqlıdır, bu xəstəliyin respublikamızda yayılmaq ehtimalı varmı?


Kənd məktəblərində müəllimlər üçün lazımi şərait yaradılmaqdadır

17.09.10 - 17:58228 baxılıb

Rayon məktəblərinə 800 nəfər gənc mütəxəssis göndərilib

Ucqarlardakı məktəblərin maddi-texniki bazadan uzaq, təmirsiz vəziyyətdə olması nəticədə onların yaxşı kadrlarla təminatını da çətinliyə salır. Amma NK-nın "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" yeni qərarı vəziyyətin bəlkə bir qədər yaxşılaşacağını düşünməyə ümid verir.


“Radarlar sürücüləri qorxutmamalıdır”

07.09.10 - 16:29442 baxılıb

Son illər respublikamızda yol tikintisinə xüsusi önəm verilir. İstər paytaxtda, istərsə də regionlarda yeni yollar çəkilir. Respublikamızın qərb, şimal, cənub sərhədlərinə aparan yollar isə müasir standartlara uyğun yenidən qurulub.


Meşə yanğınları ölkəyə ciddi ziyan vurub

24.08.10 - 10:24228 baxılıb

Azərbaycanda sel və daşqınların, torpaq sürüşmələrinin ardınca digər bir təbii fəlakət - meşə yanğınları narahatlıq doğurmaqdadır. İyul ayının əvvəllərindən bir sıra bölgələrdə müşahidə olunan yanğınların miqyası son bir həftədə çoxalıb və intensiv xarakter alıb. Son bir ayda ölkənin 10-dan çox bölgəsində irimiqyaslı yanğınlar baş verib.


...Həm də psixoloq olmalısan

24.08.10 - 10:20305 baxılıb

"Biz çox məsuliyyətli vəzifələri yerinə yetirən insanlarla işləyirik. Onlarla münasibətdə artıq təkcə təşkilatçılıq bacarığı kara gəlmir. Həmkarlar ittifaqı işçiləri həm də yaxşı psixoloq olmalıdırlar".

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Uçuşların İstehsalı İdarəsi Həmkarlar İttifaqı Komitəsinin sədri Akif Cəbrayılov bu sözləri deyərkən çoxillik təcrübəsinə əsaslanırdı.
Doğrudan da onun sədri olduğu komitənin xidmət dairəsində fəaliyyət göstərən idarənin işçiləri böyük qayğı, yüksək əhval-ruhiyyə tələb edən peşənin nümayəndələridir. Kollektiv əsasən uçuşların planlaşdırılması, yerinə yetirilməsi, uçuşlara nəzarət, təyyarəçilərin hazırlanması, sərnişinlərin daşınması funksiyalarını həyata keçirir.


Susuzluğunu yatır...

06.08.10 - 12:49267 baxılıb

Amma ehtiyyatı əldən vermə…

Qızmar istilərə sərinləşdirici içkilər olmadan dözmək çətindir. İşbazlar da tələbatın artdığını görüb daha çox pul qazanmaq üçün müxtəlif yollara əl atırlar. İqtisadi İnkişaf Nazirliyi bu sahədə neqativ halların qarşısını almaq məqsədi ilə hər il sərinləşdirici içki bazarında monitorinqlər keçirir. Nazirlikdən aldığımız məlumata əsasən, monitorinqlərin keçirilməsində əsas məqsəd sərinləşdirici spirtsiz içkilərə nəzarət, saxta, vaxtı keçmiş məhsulların satışdan çıxarılması və əhalinin təhlükəsizliyini təmin etməkdir. Monitorinqlər fayda verirmi?
Biz yazımızda bu sualın cavabını aydınlaşdırmağa çalışacağıq.


Böyük Qafqaz dağlarında əvvəlki illərdə olduğu qədər buz örtüyü qalmayıb

23.07.10 - 13:59290 baxılıb

"2100-cü ilə qədər orta illik temperaturun azalması müşahidə edilməyəcək"

Gülmalı Süleymanov: "Son 100 ildə Azərbaycanda havanın temperaturu təxminən 1,2 dərəcə artıb"

Bu ilin əvvəlindən etibarən respublikamızda hava şəraitinin kəskin dəyişməsi, ölkə ərazisindəki çaylarda əmələ gələn daşqınlar və torpaq sürüşmələri ciddi problemlər yaratdı. Təbii fəlakət nəticəsində onlarla rayonun ərazisi sel suları altında qaldı. Əhali bu problemdən tam özünə gəlməmiş indi də dözülməz istilər ciddi narahatlıq yaradır. Paytaxt Bakıda da son illərin ən güclü istiləri müşahidə olunur. Maraqlıdır, Azərbaycanda son illər müşahidə edilən bu cür hava şəraiti nə ilə bağlıdır? Bu və digər suallarımızı Milli Hidrometeorologiya Departamentinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov cavablandırdı.


Havaların istiləşməsi açıq havada ət satışına təsir etməyib

09.07.10 - 17:43365 baxılıb

Yolçu Xanvəli: "Bəzi ərazilərdə kəsilib satılan ətin mənşəyi, həkim nəzarətindən keçib-keçməməsi dəqiq bilinmir"

Vəli Qarayev: "Baytarlıq nəzarətinin olmadığı yerlərdə ət satılması birmənalı olaraq qadağandır"


Yay mövsümü daha çox istirahət dövrü kimi xarakterizə edilsə də, paytaxt sakinlərinin problemləri xeyli çoxalıb. Yayın istisi artdıqca, nəinki içməli su, hətta zərərsiz ərzaq tapmaq da problemə çevrilib. Yayın qızmar günəşi altında satılan ərzaq məhsullarından hansı xəstəlikləri qazanacağımızdan çoxlarımız xəbərsizik. Qadağan olsa da, paytaxtın bir çox ərazilərində, açıq havada, o cümlədən kənd təsərrüfatı yarmarkalarında ət və ət məhsullarının satışı aparılır. Yarmarkaların girişində, istehlakçılara təqdim olunan ətin iyini hətta uzaq məsafədən də hiss etmək olur. Günün altında qalan ətin hansı vəziyyətdə olmasını isə təsəvvür etmək çətin deyil. Amma qiyməti müqayisədə nisbətən aşağı salındığından alıcıları az olmur.


“Qonaqlarımız həm müalicədən, həm də xidmətdən, məncə, razı qalırlar"

29.06.10 - 10:35295 baxılıb


Xoş təəssüratlar məkanı

29.06.10 - 10:32405 baxılıb


“Jek”lərin səlahiyyətləri bələdiyyələrə verilə bilər

29.06.10 - 10:31423 baxılıb

Tahir Rzayev: "Əgər bələdiyyələr yerli problemlərin həlli ilə məşğuldursa, mənzil kommunal istismar sahələrinin də səlahiyyətlərini icra edə bilər"

Respublikamızda əhalinin problemləri ilə birbaşa məşğul olmaq vəzifəsini daşıyan mənzil kommunal istismar sahələrinin fəaliyyəti haqqında cəmiyyətdə birmənalı fikir yoxdur. Əslində balansında olan binaların təmiri, yerlərdə təmizlik, abadlıq, məişət tullantılarının daşınmasını təmin etməli olan "Jek"lərin fəaliyyəti bu gün hiss olunmur. Zirzəmilərə dolan suyun belə təmizlənməsini həyata keçirə bilməyən "Jek"lərin qarşısında sadə vətəndaşlar adi bir arayışı almaq üçün də saatlarla gözləməli olur.


Dondurmalar “dondurur"... yoxsa...

21.06.10 - 10:40378 baxılıb

…İstədiyiniz keyfiyyətdə, ölçüdə dondurmalar pulunuza minnət

Havaların isti keçməsi ilə əlaqədar olaraq dondurma bazarında xeyli canlanma yaranıb. İstənilən yerdə, istənilən çeşiddə və qiymətdə dondurma tapmaq mümkündür. Bu bolluq şəraitində dondurmaların keyfiyyəti standartlara, qiyməti alıcıların cibinə uyğundurmu? Bu və digər suallarımıza cavab tapmaq məqsədi ilə satış nöqtələrinə yollandıq. "Memar Əcəmi" metrostansiyasının yaxınlığında qoyulan dondurma soyuducusuna yaxınlaşdıq.


Özəl universitetlərə də pulsuz tələbə qəbul ediləcək

09.06.10 - 12:30358 baxılıb

Özəl ali məktəblər gəlirlərinin ən azı 2 faizini elmi tədqiqatlara yönəltməli olacaqlar

Bundan sonra özəl ali məktəblər gəlirlərinin ən azı 2 faizini elmi tədqiqatlara yönəltməli olacaqlar. Milli Məclis bununla bağlı "Təhsil haqqında" qanuna əlavələr etməyi planlaşdırır. Bu barədə parlamentin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verdi. O, qeyd etdi ki, özəl təhsil müəssisələrin elmi araşdırmalara yönəltdiyi vəsait qrant formasında ayrılacaq. Qrantların verilmə qaydaları isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdiriləcək. Komitə rəhbəri qeyd etdi ki, təklif olunan əlavə çox mütərəqqi xarakter daşıyır. Çünki özəl ali təhsil müəssisələri də mütləq elmi tədqiqatlarla məşğul olmalıdırlar.


Sarısu gölü ətrafında vəziyyət ağır olaraq qalır

26.05.10 - 20:04341 baxılıb

Mayın sonunda çaylarda yeni daşqınların olacağı gözlənilir

Sarısu gölü ətrafındakı ərazilərdə vəziyyət ağır olaraq qalır. Həmin istiqamətdə yarılan iki bəndi bərpa etmək hələ də mümkün olmayıb. Novruzlu kəndi tamamilə su altında qalıb. Saatlı Rayon Fövqəladə Hallar Komissiyasının sədri İlham Quliyevin sözlərinə görə, Nərimankənd və Musalı kəndlərinin də artıq çox hissəsi suya qərq olub. Əhali artıq evakuasiya olunub. Bu istiqamətdə gələn sel sularının idarə olunması istiqamətində işlər davam etdirilir. Bərkitmə işləri aparılır. Novruzlu kəndindəki sular Araz çayına axıdılır.


Qərəz, yoxsa biganəlik?

14.05.10 - 18:10231 baxılıb

Haqq-ədalət, çətinliklə olsa da, öz yerini tapdı

Az qalmışdı təxminən 15 ildən bəri çalışdığı müəssisənin qapıları 15 dəqiqəyə görə onun üzünə bağlansın. Əslində bağlanmışdı da. Starə Cəbrayılova hələ indi də başa düşə bilmir ki, ona qarşı bu ədalətsizliyin kökündə nə dururdu? Axı hər şey axarınca gedirdi. Rəhbərliklə yaxşı münasibətdə idi. Vaxtilə həyat yoldaşı da bu müəssisədə, yəni "N" saylı hərbi hissədə çalışmışdı. 1996-cı ildə o, rəhmətə gedəndən sonra 3 yaşlı oğlu ilə tək qalan gənc dul qadını hərbi hissə rəhbərliyi işlə təmin etmişdi. Ona Mənzil İstismar Hissəsində anbar müdiri vəzifəsini tapşırmışdılar. S.Cəbrayılova da etimadı doğrultdu.


Hazırda Azərbaycanda sürüşməyə meyilli 178 sahə var

07.05.10 - 14:06490 baxılıb

Şaiq Niftiyev: "Yəqin növbəti güclü yağışlardan sonra Ağsu aşırımında daha böyük sürüşmənin şahidi olacağıq"

"Bayıl qəsəbəsində sürüşmə ehtimalı hələ də qalmaqdadır"


Son bir həftədə respublikamızda baş verən torpaq sürüşmələri böyük fəlakətlərə səbəb olub. Tovuz rayonunun Qədirli kəndində 5 nəfərdən ibarət ailə məhv olub. Astara rayonunda bir ailə evsiz qalıb. Quba rayonunun Giləzi kəndində 189 ailənin həyatı təhlükədədir.
Torpaq sürüşmələrinin belə geniş, intensiv miqyas almasının kökündə nə durur? Biz bu suala cavab tapmaq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji-hidrogeoloji mühəndisi, geoloji prosesləri öyrənən partiyanın rəisi Şaiq Niftiyevə müraciət etdik.


Xalqa layiqli liderlik missiyası

30.04.10 - 14:16275 baxılıb

Əhalinin sosial rifahının yaxşılaşdırılması ümummilli lider Heydər Əliyev siyasi kursunun prioritet istiqamətlərindəndir

Əsrlər boyu liderlik institutu siyasətşünas və filosofların əsas müzakirə mövzularından olmuş, bu fenomeni dərindən öyrənməyə çalışmış böyük mütəfəkkirlər bir-birindən maraqlı, dəyərli nəzəriyyələr yaratmışlar. Geniş fikir müxtəlifliyinə baxmayaraq, ümumi qənaət bundan ibarətdir ki, iqtisadi potensialından asılı olmayaraq, hər bir dövlətin hərtərəfli inkişafı milli lider amili ilə bilavasitə bağlıdır.


Əcnəbilərin hamısı qanunlara əməl etmir...

23.04.10 - 14:53304 baxılıb

Vətəndaşlığı olmayan şəxs ölkə ərazisinə daxil olduğu dəqiqədən ciddi nəzarətdə saxlanılır

“Ölkə ərazisində olma və yaşamalarını qanuniləşdirən əcnəbilərlə yanaşı, qanunvericiliyin tələblərinə riayət etməkdən boyun qaçıranlar da var". Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Arzu Rəhimov bildirdi. Xidmət rəhbərinin sözlərinə görə, miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq norma və müasir dövrün tələblərinə uyğunlaşdırılması, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılması, milli təhlükəsizliyin və sabit sosial-iqtisadi inkişafın təşkili qurumun prioritet vəzifələrindəndir.


Göydələnlər qaza həsrətdi

16.04.10 - 19:41453 baxılıb

Bakının sürətlə böyüdüyü göz qabağındadır. Küçələr və prospektlər genişləndirilib, yollara keyfiyyətli asfalt döşənib, şəhərin müxtəlif nöqtələrində körpülər, yol ötürücüləri, tunellər tikilib istifadəyə verilib.

Son vaxtlar Bakının simasını dəyişən faktorlardan biri də şəhərdə inşa edilən yeni çoxmərtəbəli tikililərdir. Artıq paytaxt əhalisinin böyük bir hissəsi bu binalarda məskunlaşmağa başlayıblar. Amma yeni binalar gözəlliklə bərabər, yeni problemlər də gətiriblər. Bu problemlərdən ən ağrılısı təbii qazla təminatın olmamasıdır. Məsələ burasındadır ki, inşaat şirkətləri əvvəlcədən sakinlərin bütün kommunal xidmətlərlə təmin olunacaqlarını bildirsələr də, sonradan vədlərinə əməl etmirlər.


Həmkarlarsız “McDonalds”?

09.04.10 - 19:01262 baxılıb

Həmkarlar ittifaqı əlini yanına salıb durmaq fikrində deyil

"McDonalds Azərbaycan MMC" şirkətinin reklam və elanlarını yəqin ki, çox adam oxuyub. Elə mən də metroda vaxtımı öldürmək üçün bu şirkətin vaqonların divarlarına yapışdırılmış elanlarına az baxmamışam. Oxuyursan, heyran qalırsan. Deyirsən, İlahi, şirkət respublikamıza pul qazanmağa yox, ancaq xalqımıza canıyananlıq göstərməyə gəlib. Bu, necə deyərlər, "pulun" görünən tərəfidir. Gizli qalan tərəf isə… Onu da elə "McDonalds"ın özü açdı göstərdi… MMC-nin restoran şəbəkələrində verilən yeməklərin nə dərəcədə dadlı, keyfiyyətli olub-olmaması barədə bir söz deyə bilmərik. Amma əminliklə söyləyə bilərik ki, azərbaycanlı işçilərə qarşı münasibətdə tutduqları mövqe qeyri-səmimi, insani baxımından keyfiyyətsiz və ürəkağrıdandır.


< 1 2 3 4 5 6 7 ... 11 12 13 14 15 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.