Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Qurban Yetirmiş: "Ötən il Xəzər dənizi akvatoriyasının seysmik aktivliyi əhəmiyyətli dərəcədə artıb"
Bu ilin əvvəlindən planetimizdə artıq üçüncü dəfə dağıdıcı zəlzələ olub. İlin əvvəlində Haitidə baş verən zəlzələ nəticəsində 250 min nəfərdən artıq insan dünyasını dəyişdi. Ötən həftə Çilidə baş verən zəlzələ isə 733 insanın həyatına son qoydu. Martın 4-də Tayvanda baş verən 6,4 bal gücündə zəlzələ də dağıntılara səbəb olub. Bu hadisələrdən sonra seysmoloqlar yaxın illərdə seysmik fəallığın artması ilə bağlı maraqlı açıqlama verib. Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, seysmoloq Elçin Xəlilov da dünyada 2010-cu ildən başlayaraq seysmik fəallığın artacağını açıqlayıb.
Vətəndaşlar 2015-ci ilə kimi bərbad yollarla hərəkət etməli olacaqlar
Son illərdə paytaxtda və regionlarda yeni yolların salınması və istifadədə olan yolların təmiri ilə bağlı işlər görülsə də, ikinci dərəcəli yolların, xüsusilə də bir çox yaşayış məntəqələrindəki məhəllədaxili yolların təmiri üçün ciddi tədbirlər görülmür. Hətta paytaxtın mərkəzi hissəsində məhəllədaxili yolların dağılmasına baxmayaraq, bu istiqamətdə təmir-bərpa işləri neçə ildir ki, öz həllini tapmır.
Emil Axundov: "Kanalizasiya xətləri tam yeniləşməsə, 4-5 ilə Bakının çox hissəsi kanalizasiya sularına qərq olacaq"
Paytaxtda yağan qar bir çox problemləri üzə çıxardı. Qarın yağması ilə Bakı şəhərində yollar bağlandı, nəqliyyatın hərəkəti mümkünsüz oldu. Bu günlərdə saatlarla dayanacaqlarda gözləməli olan şəhər sakinləri böyük ümidlə qarın əriməsini gözləyirdi. Amma qarın əriməsi ilə əlavə problemlər yarandı. Bu dəfə paytaxt küçələrini keçmək üçün az qala qayıqlardan istifadə etməli olursan. Nəinki şəhərətrafı qəsəbələrdə, hətta mərkəzi küçələrdə də yaranan gölməçələr əhalinin və avtomobillərin hərəkətini çətinləşdirib. Maraqlıdır, paytaxtın bu probleminin qarşısını nə zaman almaq mümkün olacaq?
Musa Quliyev: “Qanunvericilikdə həkimlərin məsuliyyəti ciddi şəkildə öz əksini tapmalıdır”
"İmmunçatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında" qanun layihəsi parlamentin yaz sessiyasında ikinci və üçüncü oxunuşlarda müzakirəyə çıxarılacaq. Yeni qanun layihəsinin HİV-ə yoluxmuş xəstələrin müalicəsində və profilaktikasında xüsusi rol oynayacağı gözlənilir. Qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, 21-ci əsrin əvvəllərində bu xəstəliyə və xəstəliyin daşıyıcılarına münasibət dəyişib. Dünyada "antiretrovirus" preparatları deyilən dərmanlar kəşf olunub.
Ekspertlərin fikrincə, kəmərin keçdiyi ərazilərdə mövcud olan münaqişələr layihənin perspektivini sual altına alır
NABUCCO qaz kəməri layihəsinin gələcək taleyi sual altına düşüb. Ötən il iyul ayının 13-də Ankarada Avropa Birliyinin və NABUCCO ilə bağlı yaradılmış konsorsiuma daxil olan 6 dövlətin iştirakı ilə imzalanmış hökumətlərarası sazişə baxmayaraq, boru xəttinin çəkilməsində ciddi problemlər meydana çıxıb. Konsorsiumun üzvü olan Avstriyanın "OMV" şirkətinin yanacaq məsələləri üzrə direktoru Verner Auli bildirib ki, boru kəmərinə qaz verəcək dövlətlərin qəti qərar qəbul etməməsi NABUCCO perspektivlərini azaldır.
Millət vəkili Nazim Məmmədov: "Həmin qurumlar tam olaraq ləğv olunmasa da, hüquqi formasının dəyişdirilməsinə ehtiyac var" Rövşən Ağayev: "Binalara xidmət edən "JEK"lərin yığdığı pul faktiki olaraq bu xidmətlərin xərcini ödəmir"
Bu il ölkəmizin mənzil-kommunal sferasında ciddi islahatlara başlanılması gözlənilir. Aparılacaq islahatlar ilk növbədə çoxmərtəbəli binalara xidmət sahəsinə yeniliklər gətirəcək. Ekspertlər ötən ilin sonunda parlamentin qəbul etdiyi Mənzil Məcəlləsi və 2010-cu ilin dövlət büdcəsində göstərilənlərə əsaslanaraq mənzil-kommunal sektorunda ciddi dəyişikliklərin baş verəcəyini proqnozlaşdırırlar. Bu proqnozlar içərisində hər kəsin "JEK" kimi tanıdığı mənzil kommunal istismar sahələrinin (MKİS) ləğv ediləcəyi fikirləri də yer alıb. Belə ki, yeni qəbul olunan məcəllədə də elə MKİS-lərin gələcək taleyinə müəyyən qədər aydınlıq gətirilib.
Yusif Bünyadzadə: “Torpaq şəhidləri ilə Vətən olur”
1990-cı il 20 yanvar hadisələrindən artıq nə az, nə çox - 20 il ötür. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqının başına gətirdiyi müsibətlər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlıq, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Sahib Məmmədov: “Rayonlardakı dağıdıcı təbiət hadisələri göstərir ki, respublikamız da qlobal iqlim dəyişikliklərindən sığortalanmayıb”
Ümumdünya Metrologiya Təşkilatının proqnozları özünü doğrultmağa başlayır. Təşkilatın mütəxəssislərinin bəşəriyyət üçün yeni təhlükənin - dünyada qlobal soyuqlaşmanın yaranması barədə təxminləri gerçəyə çevrilməkdədir. 10 gündən artıqdır ki, Avropa, Amerika və Asiyanın əksər dövlətləri kəskin soyuq hava siklonlarının vurduğu fəsadları yaşayır. Qərbi Avropada və Şimali Amerikada həyatı iflic vəziyyətə salan qlobal soyuqlaşmanın ilkin təzahürləri özünü göstərməkdədir. Həmin bölgələrdə indiyədək dünyada müşahidə olunmayan mənfi temperaturlar qeydə alınmaqdadır.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyevlə müsahibə
Valeh Hacıyev: “Xaricdə yaşayan azərbaycanlılar doğma vətənlərinin milli mənafelərinə xələl gətirə bilən bütün təşəbbüs və cəhdlərə qarşı öz etiraz səslərini ucaldırlar”
Bələdiyyələr elektron xəritələrinin olmamasından narahatdırlar. Xəritədə bələdiyyələrin sərhədləri, qonşuları, bölgə nöqtələri göstərilməlidir. Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Şəmistan Yusifovun sözlərinə görə, bələdiyyələrin özlərinin həmin elektron xəritələri hazırlamaq üçün texniki vəsaitləri yoxdur: "Ona görə yaxşı olardı ki, bu elektron xəritələr müvafiq dövlət orqanları ilə birgə hazırlansın". Qəsəbə Bələdiyyələri Assosiasiyasının sədri İlham Xəlilov hesab edir ki, xəritələr hazırlanarkən bələdiyyələrlə bağlı son dəyişikliklər mütləq nəzərə alınmalıdır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.