Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

martın 1-də

… Dövlət Teleqraf Agentliyinin-AzərTAc-ın 90 illik yubiley mərasimində və MDB Milli İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclasında iştirak edən nümayəndə heyətlərinin başçılarını qəbul etmişdir.
… Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması ilə əlaqədar Sərəncam imzalamışdır.

martın 2-də

… Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberqi qəbul etmişdir.
… Avropa Xalq Partiyasının prezidenti Vilfred Martinsi qəbul etmişdir.
… Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsini və Avropa Komissiyası vitse-prezidentinin adından, Avropa İttifaqına növbəti sədrlik edən dövlətin - İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Migel Angel Moratinosun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

martın 3-də

… Rusiya Federasiyası Baş nazirinin birinci müavini İqor Şuvalovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… Niderlandın Xarici İşlər Nazirliyinin baş katibi, nazirin müavini Ed Kroninburqun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… Filippinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pedro O. Çanın, İrlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Rasselin, Liviyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saad Mustafa Mucbirin və Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Egberg Mikkelsenin etibarnamələrini qəbul etmişdir.

martın 4-də

… Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin maddi texniki bazasının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan müasir təcili tibbi yardım avtomobillərinin alınması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 7,0 (yeddi) milyon manat vəsait ayrılacaq.

Xocalı faciəsi tələbələrin gözü ilə

09.03.10 - 11:522 baxılıb


Gender bərabərliyinə xüsusi önəm verilir

09.03.10 - 11:513 baxılıb


Tədbir bayrama həsr edildi

09.03.10 - 11:512 baxılıb


Maarifləndirmə diqqət mərkəzində

09.03.10 - 11:503 baxılıb

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə "Azərbaycanda gender siyasətinin həyata keçirilməsinin əsas fəaliyyət istiqamətləri" adı altında həmkarlar ittifaqı fəalları, şəhər, birlik, müəssisə həmkarlar ittifaqı komitəsi sədrləri üçün seminar keçirildi.

Seminar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binasında baş tutdu. İlk öncə Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov seminarı giriş nitqi ilə açaraq sözü təşkilati və beynəlxalq əlaqələr şöbəsinin müdiri Xəyalə Məmmədovaya verdi.


Problemlər yerində həll olunur

01.03.10 - 11:1711 baxılıb


“Xocalı harayı"

01.03.10 - 11:1211 baxılıb


İCEM-in konfransı böyük əhəmiyyət kəsb etdi

01.03.10 - 11:1021 baxılıb

Fevralın 22-23-də “Miraj İNN” otelində Kimya Sənayesi, Dağ-Mədən, Energetika və Müxtəlif Peşə İşçiləri Həmkarlar İttifaqlarının Beynəlxalq Federasiyası (İCEM) enerji layihəsi çərçivəsində Fridrix Ebert Fondunun dəstəyi ilə Xəzəryanı ölkələrin Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqları üçün beynəlxalq konfrans keçirdi.

Konfransda Azərbaycan, Rusiya yanacaq energetika kompleksi həmkarlar ittifaqlarının rəhbər işçiləri və nümayəndələri, İCEM-in enerji sənayesi sektorunun prezidenti Lars Mire, İCEM-in enerji sənayesi, Şərqi və Mərkəzi Avropa üzrə məsul əməkdaşları Cim Katerson və Anatoliy Surin, Neftqaztikinti Həmkarlar İttifaqı Beynəlxalq Konfederasiyasının baş katibi Məlik Mirzəyev və Fridrix Ebert Fondunun Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Rəşad Hüseynli də iştirak etmişlər. Konfrans transmilli şirkətlərlə iş və münasibətlərin tənzimlənməsinə həsr edilmişdir.


AHİK-in İcraiyyə Komitəsində

01.03.10 - 11:0811 baxılıb

Fevralın 24-də AHİK İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir. AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin təklifi ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra iclasın gündəliyində duran Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 65 illiyinə həsr edilmiş "Odlu-alovlu illərin qəhrəmanları" yaradıcılıq dekadasının keçirilməsi, həmkarlar ittifaqlarının xidmət əhatəsində olan kitabxanaların və mədəniyyət müəssisələrinin 2009-cu il üzrə hesabatı, gənclər siyasətinin həyata keçirilməsi üzrə 2010-2013-cü illər üçün AHİK-in tədbirlər planı, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2010-2011-ci illər üçün Baş Kollektiv Sazişin icrasına aid tədbirlər, nəqliyyat sahəsi sistemində HİRK-in bağlanan saziş və kollektiv müqavilələrində sağlamlığın mühafizəsi, sosial sığorta və sosial təminatı əks etdirən öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti haqqında məsələlər müzakirə olundu.


Mədəniyyət İşçiləri Müstəqil HİRK-in VI plenumu keçirildi

19.02.10 - 17:0812 baxılıb

Fevralın 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfedersiyasında Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublka Komitəsinin VI plenumu keçirildi.

Plenumda AHİK-in II Məclisinin üzv təşkilatlarda hesabat-seçki kampaniyalarının vahid müddətdə keçirilməsi qərarı əsas götürülərək sahə Hİ təşkilatlarında seçkili orqanların səlahiyyətinin 2012-ci ilə qədər uzadılması barədə təklif yekdilliklə qəbul olundu. RK sədri Cəmilə Səttarova "Vətəndaş cəmiyyətində Mədəniyyət İşçiləri Müstəqil HİRK-in inkişaf meyilləri, problemləri və vəzifələri" haqqında məruzə ilə çıxış etdi. Dedi ki, təşkilatımız ölkədə baş verən sosial-iqtisadi proseslərdən heç vaxt kənarda qalmayıb.


AHİK-in təqdimatı böyük maraq doğurdu

19.02.10 - 17:0718 baxılıb

Fevralın 10-11-də Macarıstanın paytaxtı Budapeşt şəhərində "Qeyri-formal əmək münasibətlərində olan işçilərin təmsil edilməsi və onların hüquqlarının inkişafı" 2008-2010-cu illərə dair layihənin MDB ölkələrində icrası ilə bağlı yekun seminar keçirilmişdir. Panavropa Regional Həmkarlar İttifaqları Təşkilatının təşəbbüsü və Fridrix Ebert Fondunun maliyyə dəstəyi ilə baş tutmuş tədbirə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərləri, ekspertləri, Beynəlxalq Əmək Təşkilatının mütəxəssisləri, Azərbaycan, Xorvatiya, Serbiya, Belçika, Macarıstan, Rusiya, Ukrayna, Gürcüstan, Qırğızıstan, Moldova və Ermənistan həmkarlar ittifaqı təşkilatlarının məsul işçiləri dəvət olunmuşdular.

Azərbaycanı seminarda ölkə üzrə layihənin rəhbəri, AHİK sədrinin müavini A.Dadaşov, layihənin milli koordinatoru, AHİK-in baş mütəxəssisi A.İbrahimov, "Miqrantlar Mərkəzi" qeyri-hökumət təşkilatının rəhbəri Ə.Əliyev təmsil edirdilər.
Seminarda bildirilmişdir ki, Panavropa Həmkarlar İttifaqları Təşkilatı gizli iqtisadiyyat probleminə heç də birmənalı yanaşmır. Onun əhalinin məşğulluğu baxımından müsbət rolunu da qiymətləndirir. Çıxışlarda həmkarlar ittifaqlarının bu sahədə müvəffəqiyyətləri ilə yanaşı, uğursuzluqları da təhlil obyektinə çevrilmişdir. Tədbirdə qeyri-formal iqtisadiyyatın azaldılması üzrə dövlətlərin siyasəti, sosial dialoq və həmkarlar ittifaqlarının strategiyaları, işçilərin ayrı-ayrı kateqoriyalarının maraqları və s. bu kimi məsələlər də müzakirə olunmuşdur.


“Maarifləndirməyə ehtiyac var”

19.02.10 - 17:0613 baxılıb


Seminar Qəbələdə keçirildi

19.02.10 - 17:0512 baxılıb


TİAHİ Respublika Komitəsinin adlı təqaüdçüləri

19.02.10 - 15:3513 baxılıb


Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası

13.02.10 - 21:1918 baxılıb


ATİAHİ-nin VIII Məclisi keçirilmişdir

13.02.10 - 21:1123 baxılıb

Fevral ayının 11-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin iclası keçirilmişdir. ATİAHİ RK-nın sədri, millət vəkili Səttar Mehbalıyevin sədrliyi ilə keçirilən iclasda Rəyasət Heyətinin gündəliyi səsə qoyularaq təsdiq olunmuşdur. Sonra gündəlikdə duran məsələlərlə bağlı məruzələr dinlənilmişdir.

Əvvəlcə RK-nın sədr müavini Şaiq Əsgərov ötən il ATİAHİ RK-da və üzv təşkilatlarda ittifaq üzvlərinin qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə məruzə etmişdir.
Məruzəçi bildirmişdir ki, 2009-cu il ərzində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə xidmətdə olan təşkilatlarda çalışan işçilərdən və təhsil alan gənclərdən ümumilikdə 625 ərizə, şikayət və müraciətlər daxil olmuşdur.


Əməyin mühafizəsi qaydaları

06.02.10 - 20:4736 baxılıb


Sıralarımızı necə genişləndirə bilərik?

06.02.10 - 20:4624 baxılıb


Gənclər Günü qeyd olundu

06.02.10 - 20:4431 baxılıb

Müslüm Maqamayev adına Azərbaycan Dövlət Filormoniyasında 2 Fevral Gənclər Günü münasibətilə musiqi və incəsənət məktəblərinin fərqlənən gənc müəlliminin konsert proqramı olmuşdur.

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) birgə keçirdikləri tədbir böyük tamaşaçı auditoriyası toplamışdı. Tədbirdə RK sədri Cəmilə Səttarova və BŞMTİ-nin rəisi Əlikram Əliyev giriş sözü söylədilər. Dedilər ki, dövlətimiz müstəqillik əldə edəndən sonra gənclərimizin intellektual, mənəvi inkişafına böyük qayğı göstərir.


Yeni il şənliklərinin təşkili mütəxəssislərə tapşırılmalıdır

06.02.10 - 20:4327 baxılıb


Tədbir sərgidən başladı

06.02.10 - 20:4229 baxılıb

"Həyati əhəmiyyətli qərarlar" layihəsi çərçivəsində seminarlar silsiləsi davam etməkdədir. Rabitəçilər üçün nəzərdə tutulmuş növbəti seminar ənənədən kənar formada başladı.

"Aztelekom" İB-dən, "Azərpoçt" MMC-dən, "Bakı Telefon və Rabitəçi" YYB-dən, "Azərmətbuatyayım", "Teleradio" İB-lərdən, "Azərfon" MMC-dən və "Azyevrotel" BM-dən dəvət edilmiş 24 xanım iştirakçı əvvəlcə gənc rəssamların sərgisində oldular. Sərgiyə tamaşa etdikdən sonra tədbir başlandı. Seminarda iştirakçılara layihənin məqsədi, ilkin nəticələri və respublikamızda gender bərabərliyinə dair mövcud qanunlar, digər hüquqi sənədlər barədə geniş məlumat verildi. Görüşün əsas hissəsi sual-cavaba həsr edildi. Məlum oldu ki, gənc xanımları ən çox narahat edən əmək, hamiləliyə, doğuşa görə məzuniyyətlərdir. Çünki mütəxəssislərə verilən sualların əksəriyyəti bu mövzularda olurdu.


1 2 3 4 5 ... 23 24 25 26 27 >

Axtarish sistemi

  


« March 2010
Mo Tu We Th Fr Sa Su
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Advokat

- Səhiyyə sahəsində taun əleyhinə müəssisələrdə (sanitariyalar, şöbələr, laboratoriyalar, institutlar) əmək fəaliyyəti ilə məşğul olan işçilərin əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə neçə gün əlavə məzuniyyət hüququ vardır?

Qənimət HÜSEYNOV,
Hacıqabul rayonu.


- Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın 37-ci bölməsinin113-125-ci bəndlərinə əsasən, səhiyyə sahəsində taun əleyhinə müəssisələrdə (sanitariyalar, şöbələr, laboratoriyalar, institutlar) şübhəli, yaxud yoluxucu materiallarla bilavasitə və yaxud onlarla əlaqəsi olan işlərdə və xüsusi təhlükəli infeksiyalar üzrə yoluxucu otaqlarda (bokslarda), eləcə də bakterioloji preparatların istehsalında işləyən işçilərin:
o Avtoklavçının 18 təqvim günü,
o Sterilizasiya aparatçısının 18 təqvim günü,
o Baytar həkiminin 24 təqvim günü,
o Həkim, zooloq və entomoloqun 24 təqvim günü,
o Müəssisə direktoru (rəisi) və onun elmi işlər, istehsalat üzrə müavininin 24 təqvim günü, laboratoriyanın və şöbənin (bölmənin) müdirinin 24 təqvim günü,
o Təlimatçı- dezinfektorun və laborantın 18 təqvim günü,
o Kiçik tibbi heyətin və tauna qarşı müəssisənin digər işçilərinin 6 təqvim günü,
o Elmi işçinin və texniki rəhbərin 24 təqvim günü, preparatorun 18 təqvim günü əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ vardır.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.