Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Həmkarlar ittifaqlarının və gənclərin bir-birinə böyük ehtiyacı var

19.04.08 - 13:17342 baxılıb

Birinci səbəb ondadır ki, respublikada fəaliyyət göstərən dövlətə məxsus iri sənaye müəssisələrinin əksəriyyəti mənəvi və fiziki cəhətdən köhnəlmiş avadanlıq və texnologiyalarla işləyir. Belə müəssisələrin yenidən qurulmasına və təkmilləşdirilməsinə çox vaxt əsaslı vəsait qoyulmur. Bir sıra müəssisələrin fəaliyyəti qismən bərpa olunsa da, orada əməkhaqqının səviyyəsi aşağı olur, gənclərin peşə hazırlığının və ixtisas səviyyəsinin artırılmasına, istehsalatda qalıb işləməsinə maraq yaradılmasına diqqət yetirilmir. Belə iş yerləri gənclər üçün maraqlı və perspektivli olmadığı üçün onları cəlb etmir.
Özəlləşdirilmiş, kapital qoyuluşu cəlb edilmiş, qabaqcıl texnika və texnologiyaya malik müəssisələrdə isə ilk növbədə iş stajı və təcrübəsi olan hazır mütəxəssislər işə götürülür.
Sirr deyildir ki, bu gün respublikamızda "kölgə iqtisadiyyatı" adlanan kateqoriyalara aid olan müəssisələrin sayı da kifayət qədərdir.
Bir qayda olaraq gənclər belə müəssisələrə işə cəlb olunurlar. Bu zaman onlarla əmək müqaviləsi bağlanmır. Ən yaxşı halda isə işəgötürənə sərf edən şərtlərlə qısa müddətə əmək müqaviləsi bağlamaq təklif olunur. İşçi bu şərtlərlə razı olmadıqda onu, sadəcə olaraq, işə götürmürlər. Yüksək peşəkarlıq səviyyəsinə, iş təcrübəsinə malik olmayan, əmək hüquqları, təhlükəsizlik texnikası, sosial sığorta barədə dolğun təsəvvürü olmayan gənclər işəgötürən qarşısında müvafiq tələblər qoya bilmir. İşəgötürəni isə belə vəziyyət qane edir və nəticə etibarilə bunun ziyanı da gənc işçilərə dəyir.
İkinci vacib səbəb miqrasiya ilə əlaqədardır. Hazırda minlərlə gənc azərbaycanlı, əsasən də kişilər respublikadan kənarda əmək fəaliyyəti ilə məşğuldur. Bu da respublikada sosial-iqtisadi durumun qənaətbəxş olmaması, iş yerlərinin qıtlığı gəlirlərin azlığı ilə əlaqədardır. Respublikada bu problemlərin aradan qaldırılması nəticəsində gənclərin vətənə qayıdışı prosesini sürətləndirmək olar.
Gənclərin həmkarlar ittifaqına kütləvi axınına əngəl törədən səbəblərdən biri, bəlkə də ən əsası odur ki, onlar bu təşkilatın mahiyyəti, məqsədi və imkanları barədə kifayət qədər məlumata malik deyillər. Ən yaxşı halda bu məlumat bəsit və çox vaxt yanlış olur.
Əvvəlki iki səbəb obyektiv amillərlə bağlı olsa da, sonuncu səbəb sırf subyektiv xarakterlidir. Bir çox həmkarlar ittifaqı təşkilatının fəaliyyətinin təşkilində olan problemlərdən, təşəbbüssüzlüyündən, işini yeni dövrün tələblərinə uyğun qura bilməməsindən qaynaqlanır.
Belə vəziyyətin aradan qaldırılması üçün son illər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən bir sıra vacib işlər görülmüşdür.
Gənclərin ictimai həyata və həmkarlar ittifaqlarının fəaliyyətinə cəlb edilməsi işinə diqqət artırılmışdır.
AHİK-in IV Məclisində gənclər siyasətinə dair xüsusi konsepsiya və proqram qəbul edilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İ. Əliyevin 30 avqust 2005-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqram"ı (2005-2009-cu illər)" gənclərin həyatında yeni inkişaf mərhələsinin başlanğıcı olmuşdur. Proqramda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsində, gənclərin təhsil və məişət problemlərinin həllində, əmək və istirahət hüquqlarının təmin edilməsində müvafiq dövlət orqanları ilə birlikdə həmkarlar ittifaqı təşkilatlarının da vəzifələri müəyyən olunmuşdur.
Ona görə də bu gün gənclərlə aparılan iş həmkarlar ittifaqlarının əsas fəaliyyət istiqamətlərindən biri hesab olunur. Hazırda respublikada həmkarlar ittifaqı üzvlərinin 37,6%-ni gənclər təşkil edir. Həmkarlar ittifaqlarında gənclərlə iş üzrə müvafiq strukturun yaradılması zəruri amilə çevrilmişdir. Həmkarlar ittifaqlarının Gənclər Siyasəti Konsepsiyası, Gənclər Şurası haqqında Əsasnamə işlənib hazırlanmış, sahə həmkarlar ittifaqlarında gənclər təşkilatı təsis edilmiş və fəaliyyətə başlamışdır.
Sahə həmkarlar ittifaqı birlikləri arasında birincilər sırasında "Metal İş" Federasiyasında gənclər təşkilatı təsis edilmişdir.
Federasiyada gənclərlə münasibətdə bu prinsip əsas götürülür ki, gənclərin Federasiyanın diqqət və qayğısına ehtiyacı olduğu kimi, Federasiyanın da öz sıralarına fəal, təşəbbüskar gənclərin cəlb edilməsinə, onların biliyinin və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə böyük ehtiyacı vardır. Məhz bu səbəbdən də Federasiya gənclərlə iş aparılmasına, onların təhsilləndirilməsinə, istehsalat fəaliyyətinin və məişətinin təşkil olunmasına, sosial problemlərinin həllinə xüsusi diqqət yetirir.
Sahə müəssisələrində ilk həmkarlar ittifaqı təşkilatlarının işəgötürənlərlə bağladığı kollektiv müqavilələrdə gənclərin problem və qayğılarına xüsusi yer ayrılır.
İstehsalatdan ayrılmadan təhsil alan gənclərə, gənc ailələrə, körpə uşağı olan gənclərə geniş güzəşt və müavinətlər tətbiq olunur.
İlk həmkarlar ittifaqı təşkilatlarında bir qayda olaraq HİK nəzdində gənclər üzrə komissiyalar təşkil edilir və fəaliyyət göstərir.
Federasiyanın gənclər siyasəti və bu istiqamətdə işlərin fəallaşdırılması məsələsi 2007-ci ilin dekabrında Federasiyanın Mərkəzi Komitə iclasının geniş müzakirə mövzusu olmuşdu.
Bu iclasda metal sənayesinin gənc işçilərinə müraciət qəbul edilmişdi. Müraciətdə gənclərin daha mütəşəkkil olması, həmkarlar ittifaqlarında sıx birləşməsi, onları narahat edən məsələlərin həmkarlar ittifaqlarının bütün səviyyələrində qaldırılması və problemlərin həll olunmasında səy və mübarizlik göstərmələri barədə çağırışlar yer tapmışdı.

F. ƏSƏDOV,
Azərbaycan Metal İşçiləri Hİ
Federasiyasının vitse-prezidenti.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.