Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Təxminən 9 min fəhlənin çalışdığı zavodda tətil artıq 3 həftəni keçmişdir. Şirkətin rəhbərləri güzəştə gedərək işçilərin əməkhaqlarını 30% qaldırmışlar. Lakin işçilər bu artımın 50 faiz olmasında israrlıdırlar. Rəhbərlik işçilərin tətilinin qanunsuz olduğunu bildirərək onları məhkəməyə vermişdir. Vilayət məhkəməsi ötən həftə işçilərin lehinə qərar qəbul etmişdir. Bununla yanaşı, məhkəmə dəymiş ziyanın, eləcə də məhkəmə xərclərinin ödənilməsini şirkət rəhbərliyinin üzərinə qoymuşdur. Zavodun həmkarlar ittifaqının sədri İon İordaçe məhkəmənin qərarını alqışlayaraq bildirmişdir ki, işçilərin 40%-i aktiv olaraq tətilə qoşulmuş və qalanları isə tətil haqqında bəyanata imza atmışdır. Verilən məlumata görə, tətil zavoda hər gün 10 milyon avro ziyan vurur.
Etiraz aksiyası
Sloveniya
Ötən həftə Sloveniyanın paytaxtı Lyublyanada keçirilən Avropa maliyyə nazirlərinin görüşü 45 min nəfərin etiraz nümayişi ilə qarşılandı. Avropa Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən təşkil edilmiş mitinqdə qitənin 39 ölkəsindən 54 həmkarlar ittifaqı milli mərkəzinin nümayəndələri təmsil olunurdu. Paytaxtın "Konqresni" adlanan mərkəzi meydanında qurulan tribunadan müxtəlif ölkələrin həmkarlar ittifaqları liderlərinin çıxışı dinlənildi. Mitinq Sloveniya musiqiçilərinin ifaları ilə başa çatdı. Etiraz aksiyasında AHİK-in baş katibi Con Monks çıxış edərək, "Biz ona görə buradayıq ki, avropalı işçilərin əməkhaqlarının artırılmasına ehtiyac var. Maaşlarımızın gündən-günə azalmasına dözə bilmərik. Super zənginlərin, qumarxana kapitalistlərinin sərvətlərimizi əlimizdən alan sistemlərini qəbul etmək fikrimiz yoxdur" - dedi. C. Monks Avropa həmkarlar ittifaqlarının işçilərin ədalətli və davamlı olaraq əməkhaqqı artımını istədiyini qeyd etdi. Tədbirdə çıxış edən Sloveniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin prezidenti Dusan Semolic demişdir: "Bizim iqtisadiyyatımız sürətlə inkişaf edir. Lakin onunla bərabər inflyasiya da böyüyür. İşçilərin vəziyyəti gündən- günə pisləşir. İşəgötürənlər özləri qazandıqları halda, işçilərin əməkhaqlarını artırmaq istəmirlər". Natiq daha sonra qeyd etmişdir: "Sloveniya və Avropa işçiləri buna layiq deyil. Aşağı əməkhaqqı aşağı pensiya deməkdir, bu da insanlıqdan çox uzaqdır. İşçilər müəssisə üçün yaratdıqları mənfəətdən pay almaq hüququna sahibdir". Nümayişin təşkilatçıları bu yolla maliyyə nazirlərinin diqqətini işçilərin əməkhaqqı məsələsinə yönəltmək niyyətində olduqlarını bildirdilər.
Maaşların artımı tələbi
Rusiya
Bir neçə gün əvvəl Sverdlovsk vilayətində "Sevuralboksitrud" (Subr) Açıq Səhmdar Cəmiyyətinin mədən işçiləri tətil keçirmişlər. Onların bir hissəsi müddətsiz aclıq elan etmişdir. Mədən İşçiləri Müstəqil Həmkarlar İttifaqının sədr müavini Aleksandr Anisimovun "İnterfaks" agentliyinə verdiyi məlumata görə, aksiyaya 66 nəfər qoşulmuşdur. O, demişdir ki, aclıq elan etmiş fəhlələr hazırda "Krasnaya Şapoçka" mədəninin inzibati binasındadırlar. Anisimovun sözlərinə görə, aksiya iştirakçıları təşkilatın müdiriyyətindən irəli sürdükləri tələblərin təsdiqlənməsi üçün "Kalinskaya" mədənində işçilərin ümumi yığıncağının keçirilməsini tələb edirlər. Bir müddət əvvəl verilən məlumata görə, "Krasnaya Şapoçka" mədənində işləyən 100-dən çox fəhlə mədəndən çıxmaqdan imtina etmiş və tətilə başlamışdılar. Mədən işçiləri hazırkı mükafatlandırmanı saxlamaqla yanaşı, tarif göstəricilərinin 50% artırılmasını, şənbə gününün iş qrafikindən çıxarılmasını, kollektiv müqavilə bağlanmasını və "Qlubokaya Çeremuxovskaya" mədəninin tikintisi üçün maliyyə vəsaitinin ayrılmasını tələb edirdilər. Tətil təxminən 10 sutka davam etmişdir. Daha sonra aksiya iştirakçıları mədəndən yuxarı qalxmışlar. Təşkil olunmuş əmək qrupu, əmək münasibətlərinin nizama salınması ilə əlaqədar onlarla danışıq aparmış, lakin tərəflər heç bir kompromisə gələ bilməmişlər. Bu aksiya "Subr"da olan ilk tətil deyil. Xatırladırıq ki, 2003-cü ilin payızında 500-dən artıq işçi 6 gün mədəndən çıxmaqdan imtina etmişdilər. O zaman müdiriyyət qarşısında maaşlarının 1000 ABŞ dollarına qədər artırılması və iş normasının azaldılması tələbini qoymuşdular. Barışıq komissiyası ilə müqavilə bağlandıqdan sonra mədən işçiləri tətili dayandırmışdılar.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.