Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Respublika Komitəsinin şöbə müdiri Samir Böyükzadənin sözlərinə görə həftə ərzində Şirvan, Biləcəri, Keşlə, Ələt vaqon depolarında, Biləcəri yuyucu-buxarlayıcı stansiyasında, Bakı və Biləcəri lokomotiv depolarında, Bakı, Biləcəri, Şirvan işarəvermə və rabitə distansiyalarında, Daşıma Proseslərini İdarəetmə Birliyinin Qərb istiqamətində ulu öndərin yubileyi münasibətilə təntənəli yığıncaqlar keçirilmişdir. Tədbirlərdə Heydər Əliyevin həyat və fəaliyyətindən, bütün dövrlərdə dəmiryolunun inkişafına göstərdiyi qayğıdan, aparılan islahatların əhəmiyyətindən söhbət açılmışdır. Çıxış etmiş natiqlər vurğulamışlar ki, H. Əliyev hakimiyyətdə olduğu illərdə Rusiyanın və digər ittifaq respublikalarının müxtəlif ali məktəblərində təhsil almış cavanlar arasında dəmiryolçular da çox olmuşdur. Bu gün onların bir çoxu Dövlət Dəmir Yolunda rəhbər vəzifələrdə çalışır, layiqli işləri ilə ulu öndərin adını ucaldırlar. Şöbə müdiri demişdir ki, yubiley günlərinə kimi Yolun digər idarə və müəssisələrində də belə yığıncaqlar keçiriləcəkdir. Təşkilatlarda Heydər Əliyevin həyat və fəaliyyətini, dəmiryolunun inkişafına göstərdiyi qayğını əks etdirən fotostendlər hazırlanmışdır. Dəmiryolçuların Biləcəridəki N. Nemətov adına mədəniyyət evi foto-guşə hazırlamışdır. Mədəniyyət ocağında həm özfəaliyyət kollektivlərinin, həm də peşəkar müğənnilərin iştirakları ilə konsert təşkil ediləcəkdir. Tədbirlər may ayının 7-də Dövlət Dəmir Yolunun böyük akt zalında keçiriləcək yubiley iclası ilə yekunlaşacaqdır. Elə həmin gün "Azərbaycan dəmiryolu tarixinin Heydər Əliyev dövrü" kitabının təqdimetmə mərasimi keçiriləcəkdir. Yolun kitabxanasında isə ümummilli liderə həsr olunmuş lövhəyə baxış olacaqdır. Mayın 10-da dəmiryolçular Fəxri Xiyabana gedəcək, ulu öndərin xatirə kompleksini ziyarət edəcək, gül çələngi qoyacaqlar.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.