Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Görüləsi işlərimiz çoxdur

27.04.08 - 9:49474 baxılıb

Çalışmışıq ki, ilk növbədə ittifaqımızın üzvləri ilə müəssisə rəhbərlikləri arasında qarşılıqlı hörmət, inam hissləri yaradaq. Artıq bu cəhdimizin nəticələri özünü büruzə verməkdədir. Hər bir işçi bilir ki, Gəmiçiliyin maliyyə vəsaiti artdıqca onların sosial, mənzil-məişət vəziyyəti də aydan-aya, ildən-ilə yaxşılaşır. Müəssisələrin rəhbərliyi də həmkarlar ittifaqları ilə bağladıqları kollektiv müqavilələrdə işçilərin əmək, sosial hüquqlarının geniş şəkildə əksini tapmasını istehsalatın inkişaf tempinə sanballı təsir göstərən amil kimi qiymətləndirirlər. İlk təşkilatlarımızın sədrlərinin onlara etimad göstərmiş kollektiv üzvlərinin mənafeyini daha yaxşı qoruması üçün Respublika Komitəsindən nə asılıdırsa edirik. Konfederasiyanın, İcraiyyə Komitəsinin, sahə Respublika Komitəsinin Rəyasət Heyətinin bütün qərar və sərəncamları ilk təşkilatlara operativ çatdırılır. AHİK-in III qurultayının materialları, hökumətin, gəmiçiliyin rəsmi sənədləri keçirdiyimiz seminarlarda, dəyirmi masalarda ətraflı şərh olunur.
Gender bərabərliyi, gənclər məsələləri fəaliyyətimizdə prioritet təşkil edən sahələrdəndir. RK-nın nəzdində Gənclər Şurası yaradılmışdır. İsaməddin Xamoyevin sədr seçildiyi şura gənc işçilərin problemlərini vaxtaşırı RK Rəyasət Heyətinin müzakirəsinə çıxarır.
Beynəlxalq əlaqələrimiz də get-gedə genişlənir. RK-mız Beynəlxalq Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Konfederasiyasının üzvüdür.
Bu günlərdə RK sədri Fərhad Quliyev Moskvada olmuş, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının MDB ölkələrinin həmkarlar ittifaqı kadrlarının və fəallarının təkmilləşdirilməsi məqsədi ilə keçirdiyi beynəlxalq seminarda iştirak etmişdir.
Bütün bunlara baxmayaraq biz başa düşürük ki, qarşımızda daha böyük və məsuliyyətli vəzifələr durur. Bu vəzifələrin öhdəsindən ləyaqətlə gəlmək üçün təşkilati işlərimizi zaman-zaman təkmilləşdiririk.

Abdulla ATAKİŞİYEV,
Dəniz Nəqliyyatı İşçiləri
Müstəqil Həmkarlar İttifaqı Respublika
Komitəsi təşkilat şöbəsinin müdiri.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.