Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Daha çox üzv-daha möhkəm təşkilat

13.06.08 - 18:32420 baxılıb

Seminarı giriş sözü ilə AHİK sədrinin müavini Cavanşir Alxasov açmış, tədbirin mahiyyəti barədə açıqlama vermişdir. Demişdir ki, bu gün biz həmkarlar ittifaqlarını işlək, yüksək nüfuza malik, gənc, istedadlı kadrlarla gücləndirilmiş bir quruma çevirmək uğrunda mübarizə aparmalıyıq.
Seminarda "Kənd-Qida İş" Həmkarlar İttifaqı Federasiyası sədrinin müavini Təhmasib Əliyev "İşçilərin sosial-iqtisadi mənafelərinin müdafiəsi sahəsində həmkarlar ittifaqı ilk təşkilatlarının rolu" barədə çıxış etdi. Natiq dedi ki, işçilərin sosial-iqtisadi hüquqlarının təminatı ilə bağlı işəgötürənlərlə aparılan ikitərəfli danışıqlar, sahə üzrə (Tarif) sazişlərin və kollektiv müqavilələrin bağlanılması Federasiyanın fəaliyyətinin əsas istiqamətlərindən biridir. Sahə həmkarlar ittifaqının xidmət dairəsinə daxil olan icra hakimiyyəti orqanları, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə Sahə (Tarif) sazişləri bağlanılmışdır. Sazişlərin və kollektiv müqavilələrin şərtlərinin yerinə yetirilməsi diqqət mərkəzində saxlanılmışdır.
Əməkçilərin sosial-iqtisadi mənafelərinin müdafiəsi ilə bağlı təqdim olunan qanun və təlimat layihələri Federasiyanın mütəxəssisləri tərəfindən öyrənilmiş və bu barədə təkliflər hazırlanmışdır. Həmin təkliflərdən bir neçəsi qəbul edilmişdir. Bundan başqa, sahə həmkarlar ittifaqı tərəfindən ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı bir sıra təkliflər verilmişdir.
T. Əliyev nəzərə çatdırdı ki, hazırda sahənin bəzi müəssisələrində zəhmətkeşlərin birləşmək hüququna birbaşa ziyan vuran hallar da az deyildir. Demokratiyanın genişlənməsinə baxmayaraq həmkarlar ittifaqlarına qarşı neqativ əhvali-ruhiyyəyə hələ də rast gəlmək olur. İşəgötürənlərin mənfi reaksiyası işçiləri həmkarlar ittifaqına daxil olmaqdan, onlarla tərəfdaşlıqdan çəkindirir.
Bütün bunlara baxmayaraq son 3 ildə apardığımız danışıqların nəticəsində bir sıra özəl müəssisələrdə ilk həmkarlar ittifaqı təşkilatları yaradılmışdır.
"Kənd-Qida İş" Həmkarlar İttifaqı üzrə 2006-cı il ərzində 29 həmkarlar ittifaqı təşkilatı yaradılmışdır ki, bunların da hamısı özəl və qeyri-dövlət müəssisələrinin Hİ təşkilatıdır. Bu təşkilatlarda çalışan həmkarlar ittifaqı üzvlərinin sayı 1370 nəfərdir. Bu təşkilatlardan 5-i-"Siyəzən-Broyler" ASC; "MKT İstehsal-Kommersiya" MMC; "Ağcabədi-Pambıq" ASC; "Tərtər-Pambıq" ASC, "Ucar-Pambıq" ASC birbaşa Federasiyanın xidmətinə daxildir, qalan 24-ü isə regionlardadır.
2007-ci il ərzində 17 həmkarlar ittifaqı təşkilatı yaradılmışdır ki, bunların da 2-i özəl və qeyri-dövlət müəssisələrinin Hİ təşkilatıdır. Bu təşkilatlarda çalışan həmkarlar ittifaqı üzvlərinin sayı 1550 nəfərdir.
2008-ci ilin 5 ayı ərzində isə 7 həmkarlar ittifaqı təşkilatı yaradılmışdır. Bu təşkilatlarda çalışanlaırn sayı 2000 nəfərdən çoxdur.
Avtonəqliyyat və Yol Təsərrüfatı İşçiləri Müstəqil HİRK-in sədri Etibar Əliyevin çıxışı "Həmkarlar ittifaqı üzvlüyünə cəlbolunmanın əsaslandırılması və onun üstünlükləri"nə həsr olunmuşdu. Çıxışında bu məsələ ilə əlaqədar müşahidələrini və təcrübəsini bölüşdü, təkliflər irəli sürdü. Dedi ki, bu gün Hİ üzvlüyünə cəlbedilmədə sıravi insanların ancaq maddi yardım və yollayışlarla təminatı önə çəkilir. Yaxşı olardı ki, daha sosial və hüquqi təminatlara istinad edilsin. Hazırda cəmiyyətdə sosial problemlər yaşanır və belə hallarda həmkarlar ittifaqları daim çeviklik göstərməklə sadə vətəndaşların yanında olmalıdır.
Rabitə İşçiləri Müstəqil HİRK-in sədr müavini Rəşad Səfərov "İşçilərin maraqlarının müdafiə edilməsi üzrə kollektiv müqavilənin bağlanmasında həmkarlar ittifaqı təşkilatının rolu" mövzusunda danışdı.
Təhsil İşçiləri Azad HİRK-in sədr müavini Mirzə Cəfərzadə çıxışında “Həmkarlar ittifaqına yeni üzvlərin cəlb edilməsində sahə həmkarlar ittifaqının rolu və vəzifələri"ndən söz açdı. Qeyd etdi ki, Təhsil Nazirliyinin xidmətində olan və RK-nın üzv təşkilatı sayılan ali və orta ixtisas təhsili məktəblərinin birinci kurslarına qəbul olunmuş tələbələri və təhsil müəssisələrində işə götürülən yeni mütəxəssis və işçiləri həmkarlar ittifaqına üzv qəbul etmək üçün məqsədyönlü tədbirlər görülür. Onların həmkarlar ittifaqı sıralarında böyük təcrübəsi olan işçilərlə görüşlərini təşkil edirik. Belə görüşlər gənclərin ittifaqa cəlb edilməsində işimizi xeyli asanlaşdırır. 2008-ci il yanvar ayının 1-nə olan məlumata əsasən sahə həmkarlar ittifaqı üzvlərimizin sayı 361482 nəfərdir. Bu da ötən illə müqayisədə 9769 nəfər artım deməkdir.
Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova seminar iştirakçılarının diqqətini "Hİ üzvlüyünə cəlbolunma sahəsində həmkarlar ittifaqı təşkilatlarının rolu" barədə məsələyə yönəltdi. Dedi ki, müzakirə etdiyimiz məsələ müasir dövrdə həmkarlar ittifaqları üçün çox mühüm əhəmiyyət kəsb edir. İşin yüksək səviyyədə təşkil edilməsi Hİ birliyinin, onun hər bir struktur vəsiləsinin öz ittifaq üzvünə göstərə bildiyi maksimum xidmətin səviyyəsi və əhəmiyyəti bu problemin həll edilməsinə böyük təsir etmiş olar. Həmkarlar ittifaqı üzvlərinin sayının artırılmasını biz yeni üzvlərin, xüsusilə təşkilatlanmaya daha çox meyil göstərən tələbə və gənclərin cəlb edilməsində görürürk. Bunun üçün xidmətimizdə olan İdman və Bədən Tərbiyəsi Akademiyasında tələbə və gənclərin həmkarlar ittifaqı təşkilatı yaradılmış, Respublika Komitəsi tərəfindən onun fəaliyyətinə hər cür dəstək verilmişdir.
Səhiyyə İşçiləri HİRK-in sədr müavini Aida Manafova "Həmkarlar ittifaqı təşkilatlarının gördüyü işlər barədə ittifaq üzvlərinin məlumatlandırılmasının əhəmiyyəti"ni önə gətirdi. Dedi ki, həmkarlar ittifaqı üzvlüyünə cəlbolunma məsələləri üzrə kollektiv şəkildə düşünməyə ciddi səbəb var.
Səhiyyə sahəsinə və səhiyyə işçilərinin sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılmasına dövlət qayğısı artır. Səhiyyənin büdcəsi son ildə 5,4 dəfə artaraq 64 milyon manatdan 371 milyona çatdırılmışdır. İşçilərin əmək və sosial-iqtisadi mənafelərinin müdafiəsində ən yaxşı sınanılmış vasitə sosial tərəfdaşlıqdır. Bu məqsədlə də Səhiyyə Nazirliyi ilə HİRK arasında Sahə (Tarif) Sazişi bağlanmışdır. Bizim sahə həmkarlar ittifaqı öz ətrafında 135130 nəfər Hİ üzvünü birləşdirir. İlk növbədə çalışırıq ki, həmkarlar ittifaqı üzvləri ilə yığıncaqlarda, səyyar iclaslarda, dəyirmi masa və görüşlərdə, seminar və müşavirələrdə tez-tez ünsiyyətdə olaq və görülən tədbirlər barədə məlumatları onlara çatdıraq.
Neft və Qaz Sənayesi İşçiləri HİRK-in təşkilat şöbəsinin müdiri Həmid Musayev "Həmkarlar ittifaqı üzvlüyünə cəlbolunmada həmkarlar ittifaqı təşkilatlarının rolu və yeri" məsələsinə toxundu. Dedi ki, güclü vəsaitə və imkanlara malik transmilli şirkətlər ərazisində enerji ehtiyatları olan, amma iqtisadiyyatı zəif inkişaf edən ölkələrdə asanlıqla özlərinə yer tapa bilirlər. İctimai nəzarəti həyata keçirən həmkarlar ittifaqı təşkilatı yaratmağa isə müxtəlif təzyiqlər vasitəsilə imkan vermirlər. Nəticədə vətəndaşın öz ölkəsinin konstitusiyasında nəzərdə tutulmuş ictimai birliklər yaratmaq hüququ pozulur.
İşçilərin həmkarlar ittifaqı təşkilatına cəlb olunması Hİ təşkilatının müəssisə rəhbərliyi ilə qurduğu münasibətlərin nə dərəcədə uğurlu olmasından asılıdır. Bu mənada ARDNŞ və RK arasında münasibətlər hamıya nümunə ola bilər. AHİK sədrinin və ARDNŞ prezidentinin yaxından köməkliyi sayəsində son 3 ildə bir sıra transmilli şirkətlərdə həmkarlar ittifaqı təşkilatının yaradılmasına nail olmuşuq. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk.
Yığıncaqda AHİK-in aparat rəhbəri-katibi Həsən Cəfərov çıxış edərək qarşıda duran vəzifələrdən danışmışdır.
Çıxışlarda bir sıra maraqlı təkliflər səslənmişdir. Onlardan bəzi məqamları diqqətə çatdırırıq: "Bugünkü müzakirə ilə əlaqədar AHİK tərəfindən müəyyən dövr üçün proqram hazırlansın və onun müzakirəsi keçirilsin. Sahə həmkarlar ittifaqı təşkilatları bu proqramla əlaqədar qarşıda duran vəzifələrini müəyyən etsinlər və bunun həlli yollarını düşünsünlər".
Seminar iştirakçıları sonda öz işlərini qruplarda davam etdirmişlər.
Q.TEYYUBOV.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.