Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Mükəmməlliyə doğru

20.06.08 - 19:48357 baxılıb

Seminar iştirakçıları qeyd edirlər ki, Azərbayjan vətəndaşlarının sosial-rifah halının yaxşılaşdırılması, həmkarlar ittifaqı strukturlarının fəaliyyət dairəsinin genişləndirilməsi, onun jəmiyyətdəki mövqeyinin güjləndirilməsi istiqamətində mühüm işlər görülməkdədir.
Respublika həmkarlar ittifaqları demokratik vətəndaş jəmiyyətinin bir hissəsi olaraq sosial ədalət prinsipini və ona əməl olunmasına nəzarəti özünün əsas işi hesab edir.
Azərbayjan Respublikası müstəqillik qazandıqdan sonra həmkarlar ittifaqları zamanın sınaqlarından uğurla çıxaraq əməkçilərin mənafelərini qoruyan kütləvi ijtimai təşkilat kimi daha da təkmilləşmişdir.
Respublikada aparılan islahatlar nətijəsində əksər müəssisə və təşkilatların ləğv olunması ilə əlaqədar bir çox həmkarlar ittifaqı komitəsinin fəaliyyətinə xitam verilmişdi. Beləliklə, üzvlərin sayı xeyli azalmışdır. Lakin sahə həmkarlar ittifaqları durmadan təşkilatlanma işləri aparmış, qeyri-dövlət müəssisələrində, özəl sektorda, xüsusilə transmilli şirkətlərdə yeni-yeni həmkarlar ittifaqı təşkilatları yaratmağa çalışmışlar.
Bütün bu proseslər bir daha göstərdi ki, yeni şəraitdə həmkarlar ittifaqlarının fəaliyyətinin güjləndirilməsi mümkündür və vajibdir. Bu çətin vəzifənin həyata keçirilməsində "Həmkarlar ittifaqları haqqında" Qanuna edilmiş əlavə və dəyişikliklər əhəmiyyətli dərəjədə müsbət təsir göstərdi. Əlavə və dəyişikliklər dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarını məhdudlaşdırmağa yönəlmiş hərəkətlərinə və onların fəaliyyətinə müdaxilə etmələrinə qadağa qoydu. Həmkarlar ittifaqları geniş səlahiyyətlərə malik və əmək qanunverijiliyinin tətbiqinə real ijtimai nəzarəti həyata keçirən bir quruma çevrilmişdir. İndi həm dövlət, həm də özəl müəssisələrin əksəriyyətində həmkarlar ittifaqları və onların liderləri böyük nüfuza malikdirlər. Azərbayjan həmkarlar ittifaqlarının əhalinin sosial-iqtisadi məsələlərinin həlli istiqamətində təklifləri hökumət və şəxsən ölkə başçısı jənab İlham Əliyev tərəfindən daim müdafiə olunur. Odur ki, AHİK və üzv təşkilatlar həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına, normal fəaliyyətinə, yeni üzvlərin jəlb olunmasına maneçilik törədən işəgötürənlərin jəhdlərinə jiddi müqavimət göstərməyi bajarır.
Biz seminar iştirakçıları "Həmkarlar ittifaqları haqqında" Qanunu, nizamnamələri əldə rəhbər tutaraq yeni həmkarlar ittifaqı təşkilatlarının yaradılması, yeni üzvlərin jəlb olunması istiqamətində qarşıya qoyulmuş məqsəd və vəzifələrə nail olmaq üçün bütün sahə və ilk həmkarlar ittifaqı komitəsi və təşkilatlarına tövsiyə edirik:
- bütün səviyyələrdə həmkarlar ittifaqı orqanlarının fəaliyyətində demokratik prinsiplərin möhkəmləndirilməsinə, kollegial şəkildə qəbul olunmuş qərarların həllində həmkarlar ittifaqları rəhbərlərinin şəxsən məsuliyyət daşımasına nail olunmalıdır;
- həmkarlar ittifaqına üzvlüyün motivasiyasının güjləndirilməsi sahəsində həmkarlar ittifaqı orqanlarının fəaliyyətinin genişləndirilməsinə, həmkarlar ittifaqı üzvlüyünün say tərkibinin qorunub saxlanmasına, qeyri-dövlət sektorunda, transmilli şirkətlərdə, birgə müəssisələrdə çalışan işçilərin hesabına həmkarlar ittifaqı sıralarına yeni üzvlərin jəlb olunmasına nail olunmalıdır;
- həmkarlar ittifaqının fəaliyyətində paralelliyi və təkrarçılığı istisna edərək həmkarlar ittifaqlarının təşkilati yekdilliyini təmin edən yeni struktur yaradılmalı və təkmilləşdirilməlidir;
- AHİK-in üzv təşkilatları əməkçilərin sosial-iqtisadi və hüquqi maraqlarını müdafiə edərkən qanunverijilikdə, BƏT-in konvensiya və tövsiyələrində öz əksini tapmış beynəlxalq əmək normalarından geniş şəkildə istifadə etməlidirlər;
- həmkarlar ittifaqına gənjləri jəlb etmək məqsədi ilə fəallar arasında məqsədyönlü iş aparılmalı, sosial, əmək, iqtisadi məsələlərdə onlara hərtərəfli yardım göstərilməli, həmkarlar ittifaqı üzvlüyünə daxil olmağın xüsusi motivasiya faktorları yaradılmalıdır;
- gələjəkdə ehtiyat kadrları təşkil edə biləjək gənj həmkarlar ittifaqı liderlərinin təhsili və onların irəli çəkilməsi üzrə dəqiq sistem yaradılmalıdır;
- həmrəylik və qarşılıqlı yardım həmkarlar ittifaqının fəaliyyətində, əməkçilərin hüquq və maraqlarının müdafiəsində əsas, aparıjı qüvvə olmalıdır. Həmkarlar ittifaqları işəğötürənlərlə qarşılıqlı əməkdaşlığa jiddi diqqət yetirməli, işçilərin ədalətli əməkhaqqı hüquqlarının qorunmasına nəzarət etməli, onların həmkarlar ittifaqları ətrafında birləşmək jəhdlərinin müqavimətlə qarşılanması kimi neqativ hallara qarşı həmrəylik nümayiş etdirərək mübarizə aparmalıdır;
- həmkarlar ittifaqı müəssisə və təşkilatlarla kollektiv müqavilələrin bağlanmasında fəallığını və onun səmərəliliyini artırmalı, sosial əməkdaşlığın formalarını güjləndirməli və inkişaf etdirməlidir;
- həmkarlar ittifaqının beynəlxalq təşkilatlarla əməkdaşlığının möhkəmləndirilməsinə hərtərəfli yardım göstərmək üçün qarşılıqlı informasiya mübadiləsi aparılmalı, həmrəylik kampaniyaları keçirilməlidir;
- sosial həmrəylik, kollektiv saziş və müqavilələrin bağlanması məsələlərində seminarlar, konfranslar, kurslar keçirilməsi yolu ilə həmkarlar ittifaqı təşkilatlarının rəhbərləri və fəallarının təhsilinin artırılmasına nail olunmalıdır;
- Azərbayjan həmkarlar ittifaqlarının daxilində etibarlı informasiya rabitəsinin yaradılmasına, jəmiyyətdə həmkarlar ittifaqının əməkçilərin etibarlı və səmərəli müdafiəçisi obrazı haqqında ijtimai rəy formalaşdırılmasına nail olunmalıdır;
- həmkarlar ittifaqının mövqe və fəaliyyəti haqqında məlumatı təbliğ etmək məqsədi ilə Azərbayjan həmkarlar ittifaqlarının "Ülfət" qəzetindən və respublikanın bütün kütləvi informasiya vasitələrindən, internetdən məqsədyönlü istifadə edilməlidir. Həmkarlar ittifaqı hərəkatının inkişafı, sosial-iqtisadi problemlərin həlli, həmkarlar ittifaqı üzvlüyünün motivasiyası məsələlərinin kütləvi informasiya vasitələrində geniş və tam şəkildə təbliğinə nail olunmalıdır.

Seminar iştirakçıları,
Bakı şəhəri, 12.06.08.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.