Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Təşkilatın təsir gücü artır

20.06.08 - 19:51423 baxılıb

Famil müəllimə ilk sualımız bu oldu:- BHİŞ strukturunda olan ilk həmkarlar ittifaqı təşkilatları ilə fəaliyyətini necə qurur? Şura sədri bildirdi ki, ilk təşkilatlarla işgüzar münasibət yaradılmışdır. İşçilər arasında maarifləndirmə işləri genişləndirilmiş, AHİK-in İcraiyyə Komitəsinin və Avtonəqliyyat və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin qərar və göstərişlərinin, tövsiyələrinin ilk təşkilatlara çatdırılması təmin edilmişdir. HİK sədrləri Şuranın üzvləri seçilmişlər. Ayda bir dəfə Şuranın geniş iclası keçirilir. Yığıncaqlarda işçilərin əmək, sosial və iqtisadi mənafelərinin müdafiəsi geniş müzakirə obyekti olur. Müəssisə rəhbərliyi ilə həmkarlar ittifaqı komitəsi arasında bağlanmış kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsinə, əməkhaqqının, əlavə müavinətlərin, məzuniyyətlərin vaxtında verilməsinə, əməyin mühafizəsinə, layiqli iş yerlərinin yaradılmasına… ictimai nəzarət gücləndirilmişdir.
İstər işəgötürənlər və istərsə də BHİŞ tərəfindən işə düzgün və məsuliyyət hissi ilə yanaşmanın nəticəsidir ki, müəssisələrdə iş həcmi artır, texniki-iqtisadi göstəricilər yaxşılaşır, əməkhaqqı yüksəlir. Departament üzrə minimum əməkhaqqı 300-500 manat arasındadır. Ayda 1500-2000 manat qazananlar olur.
Birləşmiş Həmkarlar İttifaqı Şurasının gündəlik nəzarətdə saxladığı əsas məsələlərdən biri Yol İstismar müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasıdır. Bu yönümdə kollektivin əldə etdiyi uğurlar diqqət çəkir. Sahə həmkarlar ittifaqı Respublika Komitəsinin Azərbaycan Cümhuriyyətinin 90 illiyi şərəfinə keçirdiyi "Layiqli iş yeri-təhlükəsiz əmək" devizi altında baxış-müsabiqədə "Azəryolservis"in müəssisələri də fəal iştirak etmişdir. 73, 71 və 72 saylı müəssisələrin kollektivləri müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutmuş, diplom və pul mükafatı almışlar.
Müəssisələrdə əməyin mühafizəsinə və təhlükəsizlik texnikası qaydalarına əməkhaqqı fondunun 2 faizi məbləğində vəsait ayrılır. Həm Şura, həm də ilk HİK-lər tərəfindən bu vəsaitin təyinatı üzrə xərclənməsinə ciddi nəzarət olunur. İşçilər mövsümlə əlaqədar ildə iki dəfə xüsusi iş paltarı, ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin edilirlər. Bu yönümdə kollektivlərdə heç bir problem yaşanmır. Şuranın təmsil etdiyi Yol İstismar idarələrində son bir neçə ildə ölümlə nəticələnən bədbəxt hadisə baş verməmişdir. Bu da işə məsuliyyət hissinin artırılmasından irəli gəlmişdir.
Q.Teyyubov.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.