Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Ərizə və məktubların hamısına müəyyən edilmiş qaydada və müddət ərzində baxılmışdır. Qaldırılan məsələlər üzrə müvafiq qərarlar qəbul edilmiş, lazımi ölçülər götürülmüş, izahatlar verilmişdir. Demək olar ki, bütün əsaslı şikayətlər müsbət həll olunmuşdur. Misal üçün, Astara rayon, Siyakü kənd icra nümayəndəliyinin sabiq xadiməsi Zümrüd Ağacan qızı Babayeva AHİK-ə işdən qərəzli çıxarılması barədə ərizə ünvanlamışdı. Həmin ərizə aidiyyəti üzrə DİİXİHİ RK-ya göndərildi. RK işə qarışandan sonra məlum oldu ki, rayon həmkarlar ittifaqı komitəsi şikayətçiyə heç bir köməklik göstərməmişdir. Respublika Komitəsinin nümayəndəsi Astara rayonuna ezam olunmuş, yerində araşdırmalar aparmış, ərizəçi və müvafiq vəzifəli şəxslərlə görüşmüş və nəticədə Z.Babayeva işə bərpa olunmuşdur. Z.Babayevadan başqa ailədə kimsənin işləmədiyini, 4 övladının ikisinin əlil olduğunu nəzərə alaraq Respublika Komitəsi tərəfindən ona işləmədiyi aylara görə 100 (yüz) manat məbləğində maddi yardım edilmişdir. Respublika Komitəsi aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan işçilərə birdəfəlik yardım etməklə yanaşı, uzunmüddətli maddi köməklik də göstərir. Ya da müvafiq struktur vasitəsilə bu köməkliyi təşkil edir. Məsələn, Göyçay Rayon Məşğulluq Mərkəzinin sabiq işçisi S.İsmayılovanın ailəsində yaranmış vəziyyəti (ailədə I qrup gənc əlil oğlunun olması, ailə başçısının ağır xəstəliyini-şəkərli diabet və digər tərəfdən ailəyə heç bir kəsin qazanc gətirmədiyini) nəzərə alaraq 2008-ci il fevralın 1-dən onu 1 illik müddətinə himayəyə götürmək qərara alındı. Hər ay 30 manat məbləğində maddi yardım göstərilməsi Göyçay rayon həmkarlar ittifaqı komitəsinə tapşırıldı. Digər bir misal, Şağan qəsəbəsindəki Müharibə Əlilləri üçün Müalicə Pansionatının həkimi K.Quliyevanı uşağının hələ iki yaşı tamam olmamasına baxmayaraq, gecə növbətçiliyinə salınmışdı. Bu isə Əmək Məcəlləsinin 242-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq yolverilməzdir. Bunun da qarşısı Respublika Komitəsi tərəfindən alınmışdır. Qeyd olunanları misal qətirməkdə məqsədim müraciətlərin spektrini göstərməkdir. Təəssüf olsun ki, bəzi sahə həmkarlar ittifaqı komitələri öz üzvlərinin maraqlarının müdafiəsində onlara verilən hüquqlardan istifadə etmir, işəgötürənlərlə şəxsi münasibətlərini pozmağa qorxurlar. Nəticədə nüfuzlarını itirirlər. Onu da qeyd etmək lazımdır ki, Respublika Komitəsinə məhz yerlərdəki həmkarlar ittifaqı orqanlarında qanuni tələblərinə və şikayətlərinə düzgün cavab tapa bilməyən işçilər müraciət edirlər.
A.Əliyeva, Respublika Komitəsi sədrinin I müavini.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.