Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Qarşılıqlı əməkdaşlıqda yeni mərhələ

11.07.08 - 18:35333 baxılıb

Görüşlərdən sonra Azərbaycan və Türkiyə həmkarlar ittifaqlarının təmsilçiləri mətbuat konfransı keçirdilər. Brifinqi giriş sözü ilə açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov adıçəkilən sahədə son vaxtlar Türkiyə ilə əməkdaşlığa dair imzalanmış saziş üzrə birgə tədbirlərin həyata keçiriləcəyini bildirdi: "Kamu-Sen" Türkiyənin ən nüfuzlu həmkarlar ittifaqlarından biridir. "Kamu-Sen" Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Bircan Akyıldız və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev qarşılıqlı əməkdaşlığa dair birgə bəyannamə imzalayıb və işçi qrup yaradılıb. Avqust ayının əvvəllərində Ankara şəhərində işçi qrupun toplantısı keçiriləcək və işbirliyinin genişləndirilməsi yolları axtarılacaq".
Azərbaycanda olmaqdan və keçirdiyi görüşlərdən çox məmnun olduğunu deyən Bircan Akyıldız bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin həmkarlar ittifaqlarının da bir yerdə olmasının zəruriliyini qeyd etdi. Əməkdaşlığın dərinləşməsi istiqamətində göstərdiyi fəallığa görə Səttar Mehbalıyev və Aqil Dadaşova təşəkkürünü bildirən Bircan Akyıldız artıq bu istiqamətdə texniki məsələlərin həll olunduğunu və avqustun 5-8-də işçi qrupunun Türkiyə paytaxtında keçiriləcək iclasından sonra əməli fəaliyyətə başlayacaqlarını diqqətə çatdırdı.
Sonra jurnalistlərin suallarını cavablandıran brifinq iştirakçıları Azərbaycan və Türkiyə həmkarlar ittifaqlarının təcrübə mübadiləsindən söz açdılar. AHİK-in sədr müavini Aqil Dadaşov bildirdi ki, kapitalist ölkəsi olaraq Türkiyədə 1920-ci illərdən mövcud olan əmək bazarı və münasibətləri uzun bir tarixi təcrübəni özündə ehtiva etdiyindən AHİK-in diqqətini cəlb edir: "Biz Türkiyənin təcrübəsini öyrənərək Azərbaycanda tətbiq etməliyik. Qloballaşan dünyada işçilərin haqlarını qoruyan təşkilatların birləşməsinə, birgə fəaliyyət göstərməsinə çox böyük ehtiyac var. Mənə elə gəlir ki, bu sahədə bizim gələcək əməkdaşlığımız vacibdir".
Bircan Akyıldız da Türkiyənin həmkarlar təşkilatlarının yaradılması işində Azərbaycanın təcrübəsini öyrənməyə ehtiyacı olduğunu bildirdi. Onun sözlərinə görə, Türkiyədə əmək bazarı və münasibətlərinin formalaşması XX əsrin əvvəllərinə gedib çıxsa da, Azərbaycanın təcrübəsi az deyil: "Azərbaycanda həmkarlar ittifaqları Türkiyədən 45 il öncə yaranıb və bu uzun və geniş təcrübəni biz də öyrənmək arzusundayıq".
"Əməkdaşlığa nədən başlayacaqsınız və bu işbirliyi hansı mərhələdə həyata keçiriləcək" sualına cavabında Bircan Akyıldız bu barədə konkret vaxt limiti nəzərdə tutulmadığını vurğuladı. Türkiyə nümayəndə heyətinin rəhbəri əməkdaşlığı əhatə edəcək məsələlərin işçi qrupunun toplantısında müəyyənləşəcəyini dedi.

Müşfiq Abdullayev.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.