Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
AHİK sədri Azərbaycan-Türkiyə əlaqələrindən danışmış, respublikamızda həyata keçirilən quruculuq işləri, iqtisadi islahatlar, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara məlumat vermişdir. Azərbaycan həmkarlar ittifaqlarının tarixindən söz açan S.Mehbalıyev bildirmişdir ki, ilk kollektiv müqavilə - "Mazut Konstitusiyası" neft sahibkarları ilə işçilər arasında XIX əsrin əvvəllərində məhz Bakıda imzalanmışdır. Bu ənənəni davam etdirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hər il Nazirlər Kabineti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Baş Kollektiv Sazişi imzalayır. Sazişdə işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi əsas yer tutur. Sənəddə göstərilən şərtlərin tələblərinin yerinə yetirilməsi vaxtaşırı təhlil edilir, həmkarlar ittifaqı üzvlərinə və tərəfdaşlara çatdırılır. Həmkarlar ittifaqlarının 1 milyon 600 min insanı birləşdirdiyini deyən S.Mehbalıyev vurğulamışdır ki, bu, böyük qüvvədir və Azərbaycanda əmək hüquqlarının qorunmasında, işçilərin sosial məsələlərinin həllində həmkarlar ittifaqlarının çox mühüm rolu vardır. Ulu öndər Heydər Əliyevin bu quruma öz missiyasını yerinə yetirmək üçün hərtərəfli şərait yaratdığını bildirən AHİK sədri demişdir ki, məhz onun şəxsi təşəbbüsü ilə 1994-cü ildə qəbul olunmuş "Həmkarlar ittifaqları haqqında" Qanun həmkarlar ittifaqları üzvlərinin əmək hüquqlarının daha mütəşəkkil qorunması, onların sosial və digər problemlərinin həlli üçün möhkəm hüquqi baza yaratmışdır. Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına verdiyi dəstək onun beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi üçün geniş imkanlar açmışdır. AHİK indiyədək 29 ölkənin 34 həmkarlar ittifaqı təşkilatı ilə birbaşa əlaqələr qurmuş, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvü kimi 168 mərkəz ilə fəaliyyətini əlaqələndirmişdir. Ulu öndər Heydər Əliyevin həmkarlar ittifaqlarına olan doğma münasibəti onun siyasi xəttinin layiqli varisi Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. AHİK-in təkliflərinin hökumət tərəfindən daim müdafiə olunması bunun bariz nümunəsidir. Azərbaycan və Türkiyə həmkarlar ittifaqlarının qarşılıqlı əlaqələrindən söz açan AHİK sədri S.Mehbalıyev bu münasibətlərin gələcəkdə də inkişaf etdiriləcəyinə əminliyini vurğulamışdır. Türkiyənin "Kamu-Sen" Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Bircan Akyıldız Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə, eyni zamanda qardaş ölkələrimizin həmkarlar ittifaqları arasında yaranmış işgüzar münasibətlərin daha da genişlənəcəyinə əminliyini bildirmişdir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.