Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Dinləyicilərin təhsili təcrübə ilə sıx əlaqələndirildi

11.07.08 - 18:38296 baxılıb

Akademiyanın Hİ kadrlarının və fəallarının ixtisasartırma və hazırlama şöbəsinin müdiri Raziyə Maniyeva demişdir ki, builki dərs ilində məşğələlərə əsasən müəssisə və idarələrdə ilk dəfə seçilmiş azad, ilk həmkarlar ittifaqı komitələrinin, HİK-lərin nəzdində fəaliyyət göstərən komissiyaların (sosial-iqtisadi, əməyin mühafizəsi, qadınlarla iş üzrə, təftiş və s.) sədrləri, texniki əmək müfəttişləri, mühasiblər, mütəxəssislər cəlb olunmuşdular. Onların əksəriyyəti gənclər idi. Ötən dərs illərində olduğu kimi, bu il də Neft və Qaz Sənayesi, Təhsil, Rabitə, Təbii Sərvətlər və Ekologiya İşçiləri həmkarlar ittifaqı respublika komitələri kurslara daha çox dinləyici göndərməklə yanaşı, həm də onların dərslərə davamiyyətinə ciddi nəzarət göstərmişdir. Qaydaya görə, hər həmkarlar ittifaqı kadrı və fəalı 2-3 ildən bir təhsilə cəlb oluna bilər. Sözügedən RK-larda bu məsələyə də diqqət yetirilir. İndiki iştirakçıların növbəti dərs ilində yenidən kurslara cəlb olunmamalarını nəzarətdə saxlamaq üçün onların siyahısı götürülmüşdür. Bu da təhsilə nəzarətin yeni bir formasıdır.
Şöbə müdiri vurğulamışdır ki, tədris prosesində mövzu seçimi dinləyiciləri çox razı salmışdır. Məşğələlərdə "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanunu: dəyişikliklər, yeniliklər, onların mahiyyəti", "AHİK-in III qurultayı. Zəhmətkeşlərin sosial-iqtisadi mənafelərinin müdafiəsinin əsas istiqamətləri", "Baş Kollektiv Saziş: nəticələr, öhdəliklərin yerinə yetirilməsi, problemlər" və s. mövzulara böyük maraq göstərilmişdir. Dərsləri AHİK-in, Təhsil, Neft və Qaz Sənayesi işçiləri həmkarlar ittifaqı respublika komitələrinin şöbə müdirləri və mütəxəssisləri, bir sıra nazirliklərin məsul işçiləri, ali məktəblərin, Əmək və Sosial Münasibətlər Akademiyasının professor və müəllimləri aparmışlar.
Məşğələlər zamanı aparılmış dəyirmi masalar, işgüzar oyunlar, diskussiyalar, sual-cavablar, həmkarlar ittifaqı təşkilatlarının iş təcrübəsi ilə tanışlıq faydalı olmuşdur. Azad HİK sədrləri üçün təşkil edilmiş məşğələlərdən ikisi "Azərneftyağ" Neft Emalı Zavodunun və Azərbaycan Dillər Universitetinin həmkarlar ittifaqı komitələrində keçirilmişdir. Dinləyicilər həmin təşkilatların iş təcrübəsi ilə ətraflı tanış olmuş, fikir mübadiləsi aparmışlar.
Təklif olunmuşdur ki, ongünlük kurslarda təhsil müddəti bir aya kimi uzadılsın, məşğələlərə qabaqcıl təcrübəsi olan müəssisə həmkarlar ittifaqı komitələri sədrləri dəvət olunsun, dərslərdə əyani vəsaitlərdən daha çox istifadə edilsin və sair.
Raziyə Maniyeva demişdir ki, verilən təkliflərin bir çoxu növbəti dərs ilində nəzərə alınacaqdır

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.