Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Bu gün işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təşkili və təmin edilməsi ən aktual məsələlərdən sayılır. Yeni iş yerlərinin açılması, istehsalatda yeni texnologiyaların tətbiqi, bununla da yeni peşə risklərinin meydana gəlməsi və risklərin idarə olunması zərurəti əməyin mühafizəsinə daha geniş aspektdən baxılmasını tələb edir.Bütün bunları nəzərə alaraq son illər Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi AHİK-in iştirakı ilə bir sıra "iş yerlərinin attestasiyasının keçirilməsi, əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış işçilərə və yaxud da bu səbəbdən ailə başçısını itirmiş ailələrə müəssisələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi, istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması, texniki təhlükəsizlik ekspertizasının aparılması; təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatı, kompyuter və digər elektromaqnit şüalanma yaradan aparatların istismarı zamanı təhlükəsizlik qaydalarının qəbul edilməsinə dair və sair qərarlar, normativ aktlar qəbul etmişdir. 1997-ci ildən bəri Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Agentliyi "iş yerlərində havaya olan ümumi sanitar gigiyenik tələblər, zərərli maddələrin klassifikasiyası və ümumi təhlükəsizlik tələbləri, ventilyasiya sistemində ümumi tələblər, yükqaldırma, yükboşaltma zamanı ümumi təhlükəsizlik tələbləri, fərdi-mühafizə vasitəsi, ümumi istehsalat çirklənməsindən mühafizə üçün kişi və qadın kostyumları üzrə milli standartlar” qəbul etmişdir. Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ Mədən Agentliyi tərəfindən təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, qaz təsərrüfatının təhlükəsiz istismarı qaydaları, yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismar edilməsi qaydaları təsdiqlənmişdir. Əməyin mühafizəsi və əhalinin sosial müdafiəsi sahəsində Müstəqil Dövlətlər Birliyinin İştirakçısı Olan Dövlətlərin Hökumət Başçıları Şurasının iclasında əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəsarət almış, peşə xəstəliyinə tutulmuş və yaxud sağlamlığı digər şəkildə pozulmuş işçilərə dəymiş zərərin əvəzinin ödənilməsi hüquqlarının qarşılıqlı tanınması haqqında; əməyin mühafizəsi sahəsində əməkdaşlıq haqqında; qarşılıqlı göndərilən məhsullara əməyin mühafizəsi üzrə razılaşdırılmış norma və tələblərin hazırlanması və onlara riayət edilməsi qaydası haqqında; yaşadıqları dövlətlərdən kənarda olarkən işçilərin istehsalatda məruz qaldıqları bədbəxt hadisələrin təhqiqatı qaydası haqqında sazişlər Azərbaycan Respublikası tərəfindən də imzalanmışdır. Hələ sovet dövründə qüvvədə olmuş 1000-dən yuxarı normativ-hüquqi sənəd qüvvədədir. Bu sənədlərin dövlət dilində nəşrini, onların yenidən bazar münasibətlərinə uyğun, Əmək Məcəlləsinin 209-cu maddəsinə müvafiq təkmilləşdirilməsini və müəyyən olunmuş qaydada təsdiq olunmasını vacib hesab edirik.
Ə.MƏDƏTOV, AHİK-in əməyin mühafizəsi şöbəsinin müdir müavini.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.