Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

ATİAHİ-nin VIII Məclisi keçirilmişdir

13.02.10 - 21:11208 baxılıb

Fevral ayının 11-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin iclası keçirilmişdir. ATİAHİ RK-nın sədri, millət vəkili Səttar Mehbalıyevin sədrliyi ilə keçirilən iclasda Rəyasət Heyətinin gündəliyi səsə qoyularaq təsdiq olunmuşdur. Sonra gündəlikdə duran məsələlərlə bağlı məruzələr dinlənilmişdir.

Əvvəlcə RK-nın sədr müavini Şaiq Əsgərov ötən il ATİAHİ RK-da və üzv təşkilatlarda ittifaq üzvlərinin qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə məruzə etmişdir.
Məruzəçi bildirmişdir ki, 2009-cu il ərzində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə xidmətdə olan təşkilatlarda çalışan işçilərdən və təhsil alan gənclərdən ümumilikdə 625 ərizə, şikayət və müraciətlər daxil olmuşdur.
ATİAHİ RK-ya daxil olan ərizə və şikayətləri araşdırarkən müəyyən olunmuşdur ki, müraciətlər beş məsələ ilə-sosial-iqtisadi hüquqların müdafiəsi, əmək qanunvericiliyi, yollayış, maddi yardım, təşkilati və digər məsələlərlə bağlı olmuşdur.
İttifaq üzvlərindən daxil olmuş ərizə, şikayət, təklif və müraciətlərə vaxtında və düzgün baxılması, təlimata uyğun həll edilməsi RK-nın daim diqqət mərkəzindədir.
Lakin bəzi şəhər, rayon və ali məktəb həmkarlar ittifaqı komitələrində bu məsələyə laqeyd yanaşmışlar.
Belə ki, Respublika Komitəsi rəhbərliyinin imzası ilə 2009-cu ilin dekabrın 24-də bütün üzv təşkilatlara Rəyasət Heyətində müzakirə etmək üçün ittifaq üzvlərinin qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə 2010-cu ilin yanvarın 15-dək məlumat vermələri xahiş edilmişdir. Ağstafa, Gədəbəy, Qəbələ rayon komitələri, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı, Lənkəran Dövlət Universiteti, Azərbaycan İctimai Siyasi Universiteti, Azərbaycan Beynəlxalq Universiteti həmkarlar ittifaqı komitələri cavab yazmağı tamamilə unutmuşlar. Qəbələ rayon komitəsinə isə bir neçə dəfə telefonla zəng olunub deyilsə də, heç bir məlumat almaq mümkün olmamışdır. Mingəçevir, Lənkəran və Gəncə şəhərləri, Qaradağ, Ağdaş, Ucar, Balakən, Oğuz, Qusar, Suraxanı, Lerik, Xocalı rayon komitələri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı, Bakı Avrasiya Universiteti, Azərbaycan Universiteti həmkarlar ittifaqı komitələri üzvlərinin qəbulu, ərizə və şikayətlərinin baxılmasının real vəziyyətinə uyğun gəlməyən qeyri-müəyyən cavablar və rəqəmlər yazmışlar. 27 sahə həmkarlar ittifaqı arasında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzvləri intellektual səviyyələrinə görə xüsusilə fərqlənməlidir. Ən azından ona görə ki, onlar təhsil işçiləridir və təhsil verənlərdir. Lakin bizim aldığımız məktublarda, elə anlaşılmazlıqlar, elə ifadələr olur ki, buna ancaq təəssüflənmək olar.
Bu məsələyə ATİAHİ RK sədri Səttar Mehbalıyev öz münasibətini bildirərək dedi ki, Azərbaycan xalqına güvənən, ona arxalanan, onun rifahı uğrunda fədakarlıqla çalışan ölkə Prezidenti hər bir vətəndaşın qayğısını öz qayğısı hesab edərək hər yerdə əhali ilə görüşərkən ilk növbədə onların problemlərini həll edir. Cənab İlham Əliyevin ən yüksək vəzifəli rəhbər işçidən tutmuş sıravi dövlət qulluqçusuna qədər hər bir məmurdan əsas tələbi budur ki, vətəndaşların bütün müraciətlərinə diqqət və qayğı ilə yanaşsınlar, onların haqlı, icrası mümkün olan tələblərini yerinə yetirsinlər. Konfederasiyanın və onun sahə təşkilatlarının hər bir vəzifəli şəxsi bu mühüm amili heç vaxt unutmamalıdırlar.
Daha sonra ATİAHİ RK-nın katibi, maliyyə şöbəsinin müdiri Mübariz Eyvazovun ittifaq üzvlərinin sanatoriya-kurort və istirahət evlərinə yollayışlarla təmin edilməsi sahəsində görülmüş işlər barədə məruzəsi dinlənildi.
İclasda cari məsələlər də müzakirə edilmişdir. Müzakirələr zamanı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 90 illik yubileyinin, ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının, Azərbaycan Respublikası Təhsil Nazirliyi (TN) ATİAHİ RK ilə birgə ilin ən yaxşı məktəbdənkənar müəssisəsi nominasiyası üzrə respublika müsabiqəsinin, Azərbaycan Respublikası TN ilə ATİAHİ RK birgə Respublika ümumtəhsil məktəblərinin müəllimləri arasında şahmat yarışının keçirilməsi; Azərbaycan Respublikası TN ilə ATİAHİ RK-nın 2010-cu il üçün birgə tədbirlər planının təsdiqi, Azərbaycan TN ilə ATİAHİ RK arasında 2010-2012-ci illər üçün bağlanacaq Kollektiv Saziş layihəsinin hazırlanması ilə bağlı görüləcək işlər, ali məktəb tələbələrinə ATİAHİ RK-nin adlı təqaüdünün təyin edilməsi barədə məsələlərə baxılmışdır.
Rəyasət Heyətinin iclasından sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin VIII Məclisi toplanmışdır. Məclisdə ATİAHİ RK-nın Məclis üzvləri və Rəyasət Heyəti üzvləri arasında qismən dəyişiklik edilməsi barədə; "AHİK-in üzv təşkilatlarında hesabat-seçki kampaniyalarının vahid müddətdə keçirilməsi barədə" AHİK-in 28 dekabr 2009-cu il tarixli II Məclisinin qərarının Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatlarında yerinə yetirilməsi barədə məsələlər müzakirə olundu.
Sonda sədrin müavini Mirzə Cəfərzadənin Məclis iştirakçılarına üzv təşkilatlarından daxil olmuş statistik hesabatlar barədə məlumatında qeyd olundu ki, 2010-cu ilin yanvar ayının 1-nə dək ittifaq üzvlərinin sayı ötən ilə nisbətən 13988 nəfər artmışdır. Özəl təhsil müəssisələrində 1100 nəfər ittifaqa cəlb olunmuşdur.
Həmkarlar İttifaqlarının fəaliyyəti barədə ümumi illik statistik hesabatlar hər il yanvar ayının 20-dək Respublika Komitəsinə təqdim olunmalıdır.
Ümumi illik hesabat hər bir təşkilatın bir ildə gördüyü işlər barədə rəsmi məlumat olduğu üçün ryon, şəhər və rayon hüquqlu təşkilatlar üzərlərinə düşən məsuliyyəti düzgün başa düşməli, hesabatların tərtibində və yuxarı orqana vaxtında təqdim olunmasında daha diqqətli və məsuliyyətli olmalıdırlar.
Ə. İBADOV.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.