Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

AHİK-in İcraiyyə Komitəsində

01.03.10 - 11:08163 baxılıb

Fevralın 24-də AHİK İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir. AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin təklifi ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra iclasın gündəliyində duran Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 65 illiyinə həsr edilmiş "Odlu-alovlu illərin qəhrəmanları" yaradıcılıq dekadasının keçirilməsi, həmkarlar ittifaqlarının xidmət əhatəsində olan kitabxanaların və mədəniyyət müəssisələrinin 2009-cu il üzrə hesabatı, gənclər siyasətinin həyata keçirilməsi üzrə 2010-2013-cü illər üçün AHİK-in tədbirlər planı, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2010-2011-ci illər üçün Baş Kollektiv Sazişin icrasına aid tədbirlər, nəqliyyat sahəsi sistemində HİRK-in bağlanan saziş və kollektiv müqavilələrində sağlamlığın mühafizəsi, sosial sığorta və sosial təminatı əks etdirən öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti haqqında məsələlər müzakirə olundu.

2010-cu ilin mayında Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 65 illiyi təntənə ilə qeyd olunacaq. Bununla əlaqədar olaraq respublikada bir çox əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Gənc nəslin vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını artırmaq, gənclərin vətənpərvərlik ruhunda tərbiyə etmək, onları Vətənin müdafiəçiləri kimi böyütmək üçün Azəybaycan həmkarlar ittifaqı da öz tədbirləri ilə bu bayramda iştirak edəcək. Bayram ərəfəsində yaradıcılıq dekadası adı altında "Tariximiz, yaddaşımız" rəsm və foto işlərindən ibarət sərgi, "Tarix unutmayır qəhrəmanları", müharibə veteranları ilə görüş, "Heç kəs unudulmur, heç nə unudulmur" musiqili bədii gecə, "Ümid sənədir ancaq, Azərbaycan əsgəri!" ədəbi müsiqili kompozisiya və digər tədbirlər keçiriləcəkdir.
Müzakirə olunan digər məsələ həmkarlar ittifaqlarının sahə komitələrindən və "Kurort" Səhmdar Cəmiyyətindən AHİK-ə təqdim olunmuş klub müəssisələri və kitabxanaların 2009-cu il üzrə hesabatları araşdırılarkən məlum olmuşdur ki, həmkarlar ittifaqlarının əhatə dairəsində altı klub müəssisəsi və 8 kitabxana AHİK-in üzv və tabeliyində olan təşkilatların balansındadır. "Kurort" Səhmdar Cəmiyyətinin təqdim etdiyi hesabata əsasən "Abşeron" sanatoriyasının klubu balansdan silinmiş və "Şıx" sanatoriyasında yeni kitabxana açılmışdır. İl ərzində bu mədəniyyət müəssisələrində 1404 kütləvi tədbir keçirilmiş və bu tədbirlərə 234428 nəfər cəlb edilmişdir. Hesabatda qeyd edilmişdir ki, iki kitabxananın əsaslı təmirə ehtiyacı var və kitab fondunun yeniləşməsinə ciddi ehtiyac duyulur.
Gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.
Hər yerdə olduğu kimi, Azərbaycanda da bazar münasibətlərinə çətin və ağrılı keçid prosesi və dünyada cərəyan edən maliyyə böhranı gənclərin vəziyyətinə xüsusi olaraq təsir göstərmiş, onların sosial inkişaf problemlərini kəskinləşdirmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə son illər uşaq və gənclər ili eqidası altında yaşanıb.
Həmkarlar ittifaqlarının "Kadr siyasəti konsepsiyası"nda gənc kadrların hazırlanması məsələsi diqqət mərkəzindədir. AHİK-in nəzdində Gənclər Şurası yaradılmışdır. Bu ictimai şəbəkə sahə həmkarlar ittifaqı təşkilatlarında da fəaliyyət göstərir. Onlar beynəlxalq proqramlarda iştirak edir, gənclərin iş fəaliyyətini koordinasiya edir, məşğulluğunun vəziyyətini öyrənir, tədqiq və analiz edir, seminar, dəyirmi masalar keçirir, sosioloji sorğular aparır, onların layiqli iş şəraitinin və bilik səviyyələrinin yüksəldilməsi məsələləri ilə bağlı təkliflər irəli sürür.
Eyni zamanda mövcud şəbəkənin vasitəsilə gənclərin həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsi prosesi davam etdirilməlidir.
Hazırda Respublikada olan həmkarlar ittifaqı üzvlərinin arasında 29 yaşınadək olan gənclər 28% təşkil edir. Bu, böyük qüvvədir.
Belə bir şəraitdə bütün səviyyəli həmkarlar ittifaqı qurumları, o cümlədən gənclər şuralarının tərkibi müasir fikirli işgüzar kadrlarla yeniləşməli, onlara səmərəli fəaliyyət üçün layiqli şərait yaradılmalı, işlərində dəstək və təminatlar verilməlidir. Bu işdə beynəlxalq təcrübədən istifadə etmək məqsədə müvafiq olar. Belə ki, BHİK, eləcə də bir çox ölkələrin (Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və d.) həmkarlar ittifaqları qeyd olunan vəzifələrin yerinə yetirilməsi üçün illik büdcələrinin 3-5%-ni sərf edirlər.
Yuxarıda deyilənləri nəzərə alaraq təklif olunur ki, yerlərdə gənclər strukturlarının səmərəli fəaliyyətini təmin etmək üçün lazımi şərait yaradılsın və həmkarlar təşkilatlarının büdcələrinə müvafiq olaraq illik maliyyə vəsaiti ayrılsın.
Gərgin iş nəticəsində Azərbaycan Respublikasının sosial partnyorları, yəni Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2010-2011-ci illər üçün Baş Kollektiv Saziş bağlanması haqqında bu ilin fevralın 4-də 28 saylı birgə qərar qəbul edilib.
Müzakirədə qeyd edildi ki, ötən illərlə müqayisədə AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin səyi nəticəsində danışıqlar çox intensiv keçdi və qərar 3-4 ay tez imzalandı.
Qərar və Baş Kollektiv Saziş AHİK-in şöbələrinə və üzv təşkilatlarına paylanıb və "Ülfət" qəzetində dərc olunub.
Baş Kollektiv Sazişin "Sosial partnyorluq və tərəflərin fəaliyyətinin əlaqələndirilməsi" hissəsinin 6.7 bəndinə müvafiq olaraq hər bir tərəf qəbul olunmuş öhdəliklərin icrasını təmin edən tədbirlər hazırlamalıdır.
Bu bəndə uyğun olaraq AHİK-in həmin tədbirlər planı haqqında layihə işlənib hazırlanmışdır.
Növbəti müzakirəyə çıxarılan məsələ nəqliyyat sahəsi işçiləri həmkarlar ittifaqı respublika komitələrinin saziş və kollektiv müqavilələrində sağlamlığın mühafizəsi, sosial sığorta və sosial təminata dair bölmənin yerinə yetirilməsi vəziyyəti oldu.
Kollektiv müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsində müəyyən işlər görülmüşdür.
Qeyd olunduğu kimi, bu kollektiv müqavilələr tərəflərin qarşılıqlı marağını nəzərə alaraq "Müdiriyyət və işçilər arasında" əmək, sosial iqtisadi, peşə münasibətlərini tənzimləyən hüquqi akt olub, qanunvericilikdə nəzərdə tutulandan əlavə əməkçilərin sosial təminatı və güzəştlərini müəyyən edən öhdəliklərdir.
Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilə Nəqliyyat Nazirliyinin "Avtonəqliyyatservis" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında sahə kollektiv sazişləri imzalanmışdır.
İclasda həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin və aparatının 2010-cu ilin birinci yarımilliyi üçün iş planı, "Vətəndaş cəmiyyəti sistemində AHİK-in inkişaf konsepsiyası", həmkarlar ittifaqları kadr və fəallarının 2010-cu il üçün təhsil planı, əmək veteranı adı verilməsi haqqında məsələlər də müzakirə olundu.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.