Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

İCEM-in konfransı böyük əhəmiyyət kəsb etdi

01.03.10 - 11:10202 baxılıb

Fevralın 22-23-də “Miraj İNN” otelində Kimya Sənayesi, Dağ-Mədən, Energetika və Müxtəlif Peşə İşçiləri Həmkarlar İttifaqlarının Beynəlxalq Federasiyası (İCEM) enerji layihəsi çərçivəsində Fridrix Ebert Fondunun dəstəyi ilə Xəzəryanı ölkələrin Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqları üçün beynəlxalq konfrans keçirdi.
Konfransda Azərbaycan, Rusiya yanacaq energetika kompleksi həmkarlar ittifaqlarının rəhbər işçiləri və nümayəndələri, İCEM-in enerji sənayesi sektorunun prezidenti Lars Mire, İCEM-in enerji sənayesi, Şərqi və Mərkəzi Avropa üzrə məsul əməkdaşları Cim Katerson və Anatoliy Surin, Neftqaztikinti Həmkarlar İttifaqı Beynəlxalq Konfederasiyasının baş katibi Məlik Mirzəyev və Fridrix Ebert Fondunun Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Rəşad Hüseynli də iştirak etmişlər. Konfrans transmilli şirkətlərlə iş və münasibətlərin tənzimlənməsinə həsr edilmişdir.
Konfransı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr muavini Aqil Dadaşov açaraq AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin təbrikini konfrans iştirakçılarına çatdırmış və demişdir ki, tədbirin əhəmiyyəti ondan ibarətdir ki, transmilli şirkətlərdə həmkarlar ittifaqlarının yaradılmasında bizə yardımçı olsunlar. Bütün dünyada olduğu kimi, Azərbaycanda da transmilli şirkətlər tərəfindən yerli işçilərin hüququ pozulur. Onlar xaricdən gələn işçilərdən ən azı 3-4 dəfə az əməkhaqqı alırlar. Bu da əmək qanunları məcəlləsinə kobud müdaxilənin nəticəsidir. Həmin şirkətlər məcəllənin tələblərini yerinə yetirmirlər və bu şirkətlərdə həmkarlar təşkilatı olmadığından biz onların işinə nüfuz edə bilmirik. Şübhəsiz ki, bu cür məsələlərin həllində konfransın böyük əhəmiyyəti ola bilər.
Tədbir çərçivəsində İCEM-in enerji sektorunda, Rusiyanın aparıcı şirkətlərinin Xəzər dənizi bölgəsində fəaliyyəti, Xəzərin qlobal əhəmiyyəti, Xəzər dənizi bölgəsində, onun Azərbaycan sektorunda həmkarlar ittifaqlarının inkişafı haqqında məruzələr dinlənildi və müzakirələr aparıldı. Bununla yanaşı, Qlobal Çərçivə Sazişləri - “Statoil” və “Lukoil” sazişlərinin təcrübəsi məsələsi də diqqətdən yayınmadı. Konfrans iştirakçıları İCEM-in fəaliyyətinə öz münasibətlərini bildirmiş, onun işini təhlil etmiş və sözügedən beynəlxalq qurumun həyata keçirəcəyi tədbirləri daha da təkmilləşdirmək barədə dəyərli təklif və tövsiyələr vermişlər.
Konfransda Xəzəryanı ölkələrin texniki-iqtisadi durumu da müzakirə obyekti oldu. Bununla yanaşı, neft-qaz sahəsində işləyən işçilərin maddi vəziyyətini və iş şəraitini yaxşılaşdırmaq üçün həmkarlar ittifaqının görəcəyi işlər barədə söhbət açıldı. Tədbirdə həmçinin İCEM-in təşəbbüsü ilə yaradılan ölkələrarası həmkarlar ittifaqının vahid şəbəkəsinin yaradılmasından danışıldı.
Tədbirdə çıxış edən Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev belə bir layihənin həyata keçirilməsinin uzun müddətdir ki, müzakirə mövzusu olduğunu qeyd etdi: "Regiona nəzər salsaq, bütün dövlətlərin yeni müstəqilliyə qədəm qoymuş dövlətlər olduğunu görürük. İCEM isə beynəlxalq təşkilatdır. Müstəqilliyə yeni qədəm qoymuş dövlətlərin beynəlxalq aləmə inteqrasiya etməsini təmin etmək üçün belə bir layihəyə qoşulmaları onların inkişafı üçün çox uğurlu addımdır. Uzun müddətdir ki, bu məsələnin müzakirə mövzusu olmasına baxmayaraq, maliyyə çətinliklərinə görə proyektin reallaşması iki il gecikdi. Hazırda keçirilən konfrans artıq 6-cıdır. Konfranslardan biri Türkiyədə baş tutduğu halda, digər beşi Azərbaycanda keçirilib. Tədbirlərə Xəzəryanı dövlətlərdən Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan qoşulur. Bununla yanaşı, bəzi layihələrlə əlaqədar Özbəkistan, Gürcüstan və Türkiyə də iştirak edir. Türkmənistan və Gürcüstan bəzi problemlərlə əlaqədar olaraq hazırda layihədə iştirak etmirlər. Türkiyə nümayəndəliyi isə iştirakla bağlı müraciət etsə də, tədbirə qatılmayıb. Konfransın keçirilməsində əsas məqsəd digər ölkələrdə fəaliyyət göstərən həmkarlarımızın iş təcrübəsi ilə yaxından tanış olmaq, yeni məlumatlar almaqdır".
Neftqaztikinti Həmkarlar İttifaqı Beynəlxalq Konfederasiyasının baş katibi Məlik Mirzəyev isə bildirdi ki, Azərbaycana səfər zamanı ölkə iqtisadiyyatının 3 dəfə artması müşahidə edilib: "Neft və qazdan əldə olunan gəlir işçi qrupunun sosial-iqtisadi durumunun yaxşılaşmasına sərf olunub. Bu isə əməkhaqqı və təqaüdlərin ödənilməsində yaranan problemlərin həll edilməsinə komək edir. Biz Rusiyada olsaq da, Azərbaycanın bütün sektorunda baş verən hadisələrdən və yeniliklərdən xəbərdarıq. İşçilərin hüquqlarının qorunması məsələsi ölkədə müvəffəqiyyətlə yerinə yetirilir.
İCEM-in enerji sənayesi üzrə məsul əməkdaşı Cim Katerson belə bir konfransın keçirilməsində əsas məqsədin regionda fəaliyyət göstərən müəssisələrin həmkarlar ittifaqları arasında təcrübə mübadiləsi aparmaq olduğunu qeyd etdi: "Ona görə də biz bu əlaqələri yaratmaq üçün vahid bir şəbəkə yaratmaq qərarına gəldik. Əsas məqsədlərimizdən biri də Xəzəryanı ölkələrin neft və qaz sahəsində fəaliyyət göstərən həmkarlar ittifaqları arasında informasiya mübadiləsini genişləndirməkdir. Bu konfranslarda adətən Rusiya, Azərbaycan və Qazaxıstan iştirak edir. Bir neçə konfransa Türkiyə və Cürcüstanda da qatılıb. Çünki hər iki ölkə tranzit ölkə hesab olunur. Siyasi dəyişikliklərlə əlaqədar olaraq biz çalışırıq ki, Türkmənistanla da müqavilə bağlayaq və onları da bu işə cəlb edək. Çünki bu ölkə neft və qaz sənayesinin əsas istehsalçılarından biri hesab olunur. 13-14 ay öncə İCEM neft, qaz, kimya və mədən işçiləri üçün deklarasiya imzalayıb. Bu deklarasiyanın əsas məqsədi işçilərin iş şəraitini və sosial vəziyyətini stabilləşdirməkdir və mövcud nöqsanları aradan qaldırmaqdır. Konfransda 3 ölkə - Azərbaycan, Rusiya və Norvec iştirak edir".
Əcnəbi nümayəndə İCEM barədə də danışdı: "İCEM beynəlxalq həmkarlar təşkilatıdır. 132 ölkədən 460 minə yaxın nümayəndəlik bu təşkilatda təmsil olunur. 132 ölkənin neft, qaz, enerji və ümumiyyətlə, bütün sahələrinin 20 milyon fəhlə və təşkilat üzvü İCEM də cəmləşir. İCEM-də Azərbaycanın da bir neçə həmkarlar ittifaqının nümayəndəsi təmsil olunur".
İCEM-in enerji sənayesi sektorunun prezidenti Lars Mire Sovet İttifaqı dağılandan sonra MDB ölkələrində vəziyyətin tamamilə dəyişdiyini xatırlatdı: "Yəni bu dövlətlər planlaşdırılmış iqtisadiyyatdan daha açıq iqtisadiyyata keçməli oldular. Biz bu proqramın icrasına başlayanda Azərbaycanla fəaliyyətimizin 6 il davam edəcəyini düşünürdük. Əsas məqsəd fərqli ölkələrin həmkarlar ittifaqları arasında fikir və təcrübə mübadiləsi aparmaq idi. Demək olar ki, işimizi elə də başladıq. Vəziyyəti daha yaxşı öyrənmək üçün biz artıq neçə ildir tərəflər arasında fikir və informasiya mübadiləsi aparırıq. Əsas diqqət mərkəzində Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdir. Bu sahədə işimizi çox müvəffəqiyyətlə həyata keçirə bildik. Bir neçə il öncə biz burada xarici şirkətlərlə ilk müqavilələr də imzaladıq. Daha sonra isə digər Xəzəryanı ölkələri də bu layihəyə daxil etməyi qərara aldıq. Bu, Azərbaycanla Norveç arasında olan əməkdaşlığın bariz nümunəsidir.
Cəmiyyətin daha möhkəm qurulmasında həmkarlar ittifaqının çox böyük rolu var. Bildiyimiz qədər bp-də hələ ki, həmkarlar ittifaqı fəaliyyət göstərmir. Onu da qeyd edim ki, bizim ölkədə fəaliyyət göstərən bp-nin filialında artıq həmkarlar ittifaqı yaradılıb. İndi isə istəyirik ki, bp-nin Azərbaycanda fəaliyyət göstərən filialında da eyni qayda ilə təşkilat yaradaq".
Konfransın sonunda kollektiv müqavilələr bağlandı.

Gülər KƏRİMLİ,
Afaq RƏSULQIZI.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.