Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Maarifləndirmə diqqət mərkəzində

09.03.10 - 11:50182 baxılıb

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə "Azərbaycanda gender siyasətinin həyata keçirilməsinin əsas fəaliyyət istiqamətləri" adı altında həmkarlar ittifaqı fəalları, şəhər, birlik, müəssisə həmkarlar ittifaqı komitəsi sədrləri üçün seminar keçirildi. Seminar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binasında baş tutdu. İlk öncə Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov seminarı giriş nitqi ilə açaraq sözü təşkilati və beynəlxalq əlaqələr şöbəsinin müdiri Xəyalə Məmmədovaya verdi.

Xəyalə xanım Azərbaycanda gender siyasətinin bugünkü vəziyyəti, eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bu sahədə gördüyü işlər barədə seminar iştirakçılarını məlumatlandırdı. Məruzəçi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsini əsas tutaraq, kişi ilə qadının eyni hüquqları və azadlıqlarının olmasını, lakin bir çox hallarda, xüsusilə də qadınların onlara verilən qanunlar və hüquqlar barədə lazımi dərəcədə məlumatları olmadıqları üçün cəmiyyətdə öz mənafelərini müdafiə edə bilmədiklərini vurğuladı. Məhz buna görə də həmkarlar ittifaqları komitələri işçilərin gender məsələləri üzrə maarifləndirilməsinə öz fəaliyyətlərində xüsusi yer ayırmalıdır. AHİK-in şöbələri, sahə həmkarlar ittifaqları əhaliyə pulsuz hüquq məsləhəti verilməsi təcrübəsini davam etdirməli, birbaşa əmək kollektivlərində hüquqşünas məsləhəti saatlarını təşkil etməli, şəhər və rayonlarda müxtəlif mövzulara həsr olunmuş seminar, treninq, dəyirmi masa ətrafında müzakirələr təşkil etməlidirlər. Bu işlərin həyata keçirilməsində "ÜLFƏT" qəzetinin "Hüquq məsləhətxanası" rubrikası altında vətəndaşların çoxsaylı suallarının peşəkar hüquqşünaslar tərəfindən cavablandırılmasının, eyni zamanda həmkarlar ittifaqları strukturlarında yaradılan gender bərabərliyi və qadın problemləri ilə məşğul olan komissiyaların fəaliyyətinin xüsusi əhəmiyyəti qeyd edildi.
Seminarda Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova və AHİK-in şöbə müdiri Namiq Hüseynov da iştirak edirdilər.
Sonda Namiq Hüseynov seminarla bağlı xoş təəssüratlarını bölüşərək, ilk öncə bu cür yüksək səviyyədə görüş təşkil etdikləri üçün Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə dərin minnətdarlığını bildirərək, birgə layihələr çərçivəsində belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin nə qədər vacib olduğunu bildirdi.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.