Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Toxucu və Yüngül Sənaye İşçiləri Müstəqil HİRK-in İcraiyyə Komitəsinin iclası keçirilmişdir. İclasda "Sahə müəssisələrində gender bərabərliyi vəziyyətinin təhlili", "28 Aprel Ümumdünya Əməyin Mühafizəsi Gününü sahə müəssisəsi olan "BOT" MMC-də keçirilməsi haqqında" və "Üzv təşkilatlarda ittifaq üzvlərinin qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə" məsələlər müzakirə edilmişdir.
RK-nın sədri Nərgizxanım Məmmədova çıxış edərək qeyd etdi ki, 2010-cu il yanvarın 1-nə olan statistik məlumata əsasən, sahə üzrə 8014 nəfər işçi var. Onlardan 77,4 %-ni, yəni 6201 nəfərini qadınlar təşkil edir. RK-nın təşkilatçılığı ilə sahə müəssisələrində gender bərabərliyinin vəziyyəti yoxlanılmış, anonim sorğular aparılmış, kadrlar şöbəsində işə qəbul olunan və işdən çıxarılan kişi və qadınlar haqqında göstəricilər nəzərdən keçirilmişdir. İşləyən sahə müəssisələrində qeyri-qanuni işdən azad olunma halları aşkarlanmamışdır. Əsas işçi qüvvəsi olan qadınlarımıza təhlükəsiz iş şəraiti yaradılmışdır. Son bir ildə "Bakı-Əyirici-Trikotaj" ASC-yə, sifarişlərin artması ilə əlaqədar, əlavə olaraq 21 nəfər işə qəbul olunmuşdur. Onlardan 16-sı qadındır. "BOT" MMC-nin rəhbərliyi ötən il ərzində işçiləri fasiləsiz işlə təmin etmişdir. İstehsalatın həcminin artması ilə əlaqədar 40 nəfər işlə təmin olunmuşdur. Onlardan 32 nəfəri qadındır. Bundan başqa, "Şəki-İpək" ASC-nin sex və istehsalat sahələrində Azərbaycan Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması Mərkəzi mütəxəssislərinin iştirakı ilə seminar təşkil olunmuşdur. N.Məmmədova nəzərə çatdırdı ki, sahə üzrə 2010-cu il üçün 17 kollektiv müqavilə bağlanmış və bu müqavilələrə gender bərabərliyi bölməsi salınmışdır. Gündəlikdə duran ikinci məsələ barədə RK-nın baş texniki əmək müfəttişi Sürayyə Məmmədova məlumat verərək bildirdi ki, 28 Aprel Ümumdünya Əməyin Mühafizəsi Günü ənənə olaraq hər il sahə müəssisələrinin birində qeyd olunur. Bu il RK-nın tədbirlər planına uyğun olaraq, həmin gün "BOT" MMC-də keçiriləcək. Daha sonra RK-nın mütəxəssisi Zərqələm Bəşirova üçüncü məsələ barədə məlumat verdi. O dedi ki, RK-ya 2009-cu hesabat ilində sosial-iqtisadi təminatla əlaqədar 11, əmək hüquqlarının müdafiəsi ilə bağlı 64, maddi yardım göstərilməsi ilə əlaqədar 119 ərizə daxil olmuşdur. İlk təşkilatlara isə 81 nəfər şifahi müraciət etmiş, 55 nəfər RK-nın rəhbərliyi tərəfindən qəbul edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq RK-nın İcraiyyə Komitəsi qərara almışdır ki, ərizə, şikayət və şifahi müraciətlər dərindən öyrənilsin, analiz edilərək əməli işdə istifadəsi təmin edilsin.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.