Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

“İSTEDADLI ŞAGİRDLƏRİN POTENSİAL İMKANLARININ İNKİŞAF ETDİRİLMƏSİNİN OPTİMAL YOLLARI"

07.05.10 - 18:23176 baxılıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Bakı şəhəri ümumtəhsil məktəbləri müəllimlərinin iştirakı ilə "İstedadlı şagirdlərin potensial imkanlarının inkişaf etdirilməsinin optimal yolları" mövzusunda elmi-metodik konfrans keçirilmişdir. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə qərarı ilə təşkil olunan elmi-metodik konfransın yekun toplantısı may ayının 6-da AHİK-in böyük akt zalında baş tutmuşdur. Tədbirdə təhsil naziri Misir Mərdanov, ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Bakı şəhərindəki orta ümumtəhsil məktəblərinin direktorları və müəllimlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva açaraq qeyd etmişdir ki, bütün şüurlu fəaliyyətini doğma Azərbaycanımızın inkişafına və çiçəklənməsinə həsr etmiş ulu öndər müəllimlərin əməyini yüksək qiymətləndirmiş, təhsilimizin inkişafının qayğısına qalmışdır: "Təhsili inkişafın başlıca şərti adlandıran ümummilli lider deyirdi: "Həyatın bütün sahələrində əldə olunmuş nailiyyətlərin başında duran, onun əsasını təşkil edən, kökü olan məktəbdir, təhsildir, müəllimdir". Ulu öndər milli sərvətimiz olan istedadların qayğısına qalmaq, onların istedadını inkişaf etdirmək sahəsində bizim üçün böyük miras qoymuşdur. İstedadlı uşaqları sevən, onların hər uğuruna sevinən, doğma övladları kimi bağrına basan dahi şəxsiyyət demişdir: "Bugünkü kiçik istedadlar, amma çox zərif, insanı heyrətə gətirən, insanı sevindirən o istedad nümunələri gələcəyin qönçələridir. Bu qönçələr açılacaqdır. Bu qönçələr gözəl görünəcəkdir və Azərbaycanı gülüzarlığa döndərəcəkdir". N.Rzaquliyeva qeyd etmişdir ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan istedadlara diqqət və qayğı bu gün də ən yüksək səviyyədə davam etdirilməkdədir: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 aprel 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların, gənclərin yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı" bu mənada müstəsna əhəmiyyət daşıyır. Proqramın icrası sayəsində görülən işlərin sayının və səviyyəsinin artması, hər dəfə yeni istedadların müəyyən edilməsi bizi çox sevindirir. Heydər Əliyev Fondunun, onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın istedadlara diqqət və qayğısı da xüsusi qeyd edilməlidir".
İstedadların üzə çıxarılaraq inkişaf etdirilməsində müəllimin rolunun böyük olduğunu qeyd edən N.Rzaquliyeva bildirmişdir ki, müəllimlərin şagirdlərlə işləmək metodları da fərqlidir. Bu mənada elmi-praktiki konfransın keçirilməsi əhəmiyyətlidir: "Müsabiqədə qabaqcıl və yaradıcı müəllimlər iştirak etmişlər. Təqdim olunmuş məqalələr ekspertlər tərəfindən qiymətləndirilmiş, 65 məqalə kitab halında çap olunmuşdur. Bundan başqa, məqaləsi ekspertlər tərəfindən yüksək qiymətləndirilən müəllimlərdən 21 nəfər mükafata və Fəxri fərmana layiq görülmüşdür".
Konfransda bir neçə müəllimin məqaləsi dinlənildikdən sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev çıxış etmişdir. Millət vəkili konfransın ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunduğunu vurğulayaraq qeyd etmişdir ki, Azərbaycan xalqı durduqca Heydər Əliyev də yaşayacaq. Çünki bu dövlətin banisi məhz ümummilli lider Heydər Əliyevdir: "Bu gün Azərbaycan dövləti sürətlə inkişaf edir. Bu, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyasının nəticəsidir". S.Mehbalıyev ümummilli liderin müəllimlərə hər zaman diqqət və qayğı göstərdiyini bildirərək söyləmişdir ki, hər kəs əldə etdiyi uğurlara görə müəlliminə borcludur: "Müəllimlər ziyalılığın zirvəsində dayanan insanlardır. Onlar millətin gələcəyinin təminatçılarıdır. Müəllim nə qədər savadlı olacaqsa, Azərbaycan gənci bir o qədər savadlı, istedadlı olacaq, dövlətimiz bir o qədər inkişaf edəcək. Mən bir daha müəllimlər qarşısında baş əyib deyirəm çox sağ olun ki, siz varsınız".
Konfransda çıxış edən təhsil naziri Misir Mərdanov isə qeyd etmişdir ki, dünyanın ayrı-ayrı ölkələrini idarəedən, dövlətləri və millətləri qabağa aparan istedadlı və qabiliyyətli insanlardır. Ona görə də ağıllı insanlar həmişə istedadların vaxtında müəyyən olunmasında maraqlı olmuşlar: "İstedadlı insanların vaxtında müəyyən olunması vacib amildir. Ola bilər ki, müəllim o istedadı üzə çıxara bilməsin. Bunun üçün məktəblərdə psixoloq kadrlara ehtiyac var. Həmçinin istedadların üzə çıxarılması üçün müəllim-valideyn münasibətləri qurulmalıdır. Təəssüf ki, əksər hallarda müəllimlə valideynin görüşü bizim cəmiyyətdə mənfi qiymətləndirilir. Amma müəllim, valideyn və məktəb vəhdət təşkil etməlidir".
İstedadların üzə çıxarılması işində ATİAHİ Respublika Komitəsinin fəaliyyətini təqdir edən nazir vurğulamışdır ki, birgə tədbirlər bundan sonra da davam etdiriləcək, Azərbaycan təhsilinin inkişafına yönəlmiş işlər həyata keçiriləcək.
Tədbirin sonunda M.Mərdanov və S.Mehbalıyev qaliblərə hədiyyə və Fəxri fərmanlar təqdim etmişlər.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.