Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Vətənpərvərlik ruhunu yüksəldən dekada

14.05.10 - 18:16187 baxılıb

Bu il mayın 9-da 1941-45-ci illərin müharibəsində alman-faşist işğalçıları üzərindəki Qələbənin 65 ili tamam oldu. Bu yubiley bütün MDB məkanında, o cümlədən Azərbaycanda böyük təntənə ilə qeyd edildi.
Sahə həmkarlar ittifaqlarının klub müəssisələri dekada çərçivəsində Qələbə ilə bağlı müxtəlif tematik tədbirlər keçirdilər ki, bunlar da gənc nəslin vətənpərvərlik tərbiyəsinə böyük təsir göstərdi.
"Heç kəs unudulmayıb, heç nə unudulmur" devizi altında Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının klubunda keçirilən görüş müharibənin başlanması haqqında Levitanın ürəkləri titrədən gur səsi ilə başladı. Klubun direktoru Əmir Sadıxov müharibədə azərbaycanlı qəhrəmanlarla bağlı dolğun məlumat verdi. Sonra Liman Həmkarlar İttifaqı Komitəsinin sədri Şəmsəddin Orucov Böyük Vətən, Qarabağ və Əfqanıstan müharibələri veteranlarına, şəhid ailələrinə pul mükafatları təqdim etdi.
Xəzər dənizçilərinin mədəniyyət evində isə müharibə veteranlarının Dəniz Akademiyasının kursantları, Dövlət Xəzər Dəniz Gəmiçiliyinin işçiləri və onların ailə üzvləri ilə görüşü çox səmimi keçdi. "Sahil" instrumental ansamblının solistləri Vətən haqqında mahnılar ifa etdilər.
Neftçilərin klub müəssisələri də Qələbə ilə bağlı tədbirlərə ciddi hazırlaşmışdılar.
S.Bəhlulzadə adına Mədəniyyət Sarayına yaxınlaşanda nəfəs alətləri orkestrinin təntənəli musiqi sədalarını eşitdik. Suraxanı məktəblərinin hərbi forma geymiş şagirdləri vətənpərvər mahnılar ifa edərək hərbi paraddan keçdilər. "Vətən" xalq çalğı alətləri ansamblının ifasında mahnılar dinlənildi. Müharibə veteranları Məmmədhüseyn Əsgərov, Fatmaxanım Yusifova və b. öz ürək sözlərini söylədilər.
"Mərdəkan" Mədəniyyət Sarayında da qonaqlar 2 saylı Mərdəkan uşaq evi nəfəs alətləri orkestrinin təntənəli sədaları altında saraya daxil oldular. 131 və 91 saylı uşaq bağçalarının fidanları və 181 saylı pilot məktəbin şagirdləri "Qələbə günü", "Vətən səni çağırır" və "Ağır sınaq oldu" kompozisiyalarını nümayiş etdirdilər. Xanlar Məlikov adına xalq çalğı alətləri ansamblı, "Lalələr" rəqs kollektivi öz çıxışlarını Qələbə gününə həsr etdilər. Əzizbəyov Rayon Veteranlar Şurasının sədri Nüsrət İbrahimov, müharibə veteranları Rəhman Əliyev, 90 yaşlı Gülağa Həsənov, Mixail Alpanov, Vladimir Əliyev, Mələk Müslümova və b. gənclərə öz döyüş yollarından, cəbhə xatirələrindən danışdılar. Görüş çay süfrəsi arxasında davam etdi.
Pirallahı adasındakı Vaqif Mustafazadə adına Mədəniyyət Sarayında təşkil edilmiş görüş-tədbiri başlamamışdan əvvəl qonaqlar 1941-45-ci illərdə həlak olanların şərəfinə ucaldılmış abidənin önünə əklil qoydular. Sonra tədbirə gələ bilməyən xəstə veteranların evinə gedib, onları bayram münasibətilə təbrik etdilər. Görüş mədəniyyət sarayında musiqi sədaları altında çay süfrəsi arxasında keçirildi.
Adil İsgəndərov, Qurban Abbasov, Əli Əmirov adına mədəniyyət saraylarının Qələbə tədbirləri də yüksək səviyyədə başa çatdı.
Neftçilərin bütün klub müəssisələrinə dəvət olunmuş müharibə veteranlarının hamısına Dövlət Neft Şirkəti Mədəniyyət və İstirahət İşləri Departamenti adından Fəxri fərmanlar, gül dəstələri və qiymətli hədiyyələr təqdim edildi. Eyni zamanda, təşkilatçılıq fəaliyyətlərinə, vətənpərvərlik mövzusunda tədbirlərin yüksək səviyyədə keçirilməsinə görə Dekadada iştirak edən bütün klub müəssisələri AHİK-in diplomları ilə təltif olundular.

Xoşqədəm BAĞIROVA,
AHİK-in mütəxəssisi.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.