Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Həmkarlar ittifaqı və gənclər

26.05.10 - 19:59191 baxılıb

Gənclər hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən, cəmiyyətin ictimai-siyasi həyatında ya-xından iştirak edən təbəqədir. Gənc nəslin mənəvi tərbiyəsi, onların vətəndaş cəmiyyətində sosial-siyasi fəallığının, intellektual səviyyəsinin yüksəldilməsi xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan Həmkarlar İttifaqlarında gənclər siyasəti istiqamətində sistemli iş aparılır. AHİK-in İcraiyyə Komitəsində təsdiq olunmuş "Azərbaycan Həmkarlar İttifaqlarının gənclər siyasəti üzrə fəaliyyətinin əsas istiqamətləri"nin və digər sənədlərin yerinə yetirilməsində AHİK və üzv təşkilatları da konkret işlər görmüşlər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Həmkarlar ittifaqı və gənclər" mövzusunda Nabranda, "Lokomotiv" istirahət mərkəzində toplanan konfransında bu barədə ətraflı müzakirələr keçirildi. Konfransı giriş sözü ilə AHİK sədri, millət vəkili Səttar Mehbalıyev açaraq bildirdi ki, ümummilli liderimiz H.Əliyev 2002-ci ildə "Gənclər siyasəti haqqında" qanunu imzalamaqla Azərbaycan gəncliyinin yenidən təşkilatlanmasına, ölkədə gənclər hərəkatının, gənclik əzmi və enerjisinin vahid mərkəzdən idarə olunmasına geniş imkanlar açdı. Onun müəyyənləşdirdiyi konkret vəzifələr Azərbaycan dövlətinin gənclər siyasətinin düzgün icrasından, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından dolğun istifadə edilməsi və bütün bunlar üçün sosial-iqtisadi, siyasi-hüquqi, təşkilati şəraitin yaradılmasından ibarət idi.
Ulu öndərin bu siyasi kursu layiqli davamçısı, dövlət başçısı cənab İ. Əliyev tərəfindən inamla davam etdirilir. Respublika Prezidenti gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçilik sistemində iştirakının gerçəkləşdirilməsi məqsədi ilə bir çox sərəncamlara imza atmışdır.
Gənclərin sosial hüquqlarının qorunması, onların həmkarlar ittifaqı hərəkatında rolunun və yerinin müəyyənləşdirilməsi AHİK-in və sahə həmkarlar ittifaqlarının diqqət mərkəzində olmalıdır. Ali və orta ixtisas təhsil müəssisələrində həmkarlar ittifaqlarının rolunu bir daha artırmaq məqsədi ilə əlaçı tələbə gənclər üçün adlı təqaüdlər təsis edilmiş, gənc həmkarlar ittifaqı fəallarının toplantıları, təhsili təşkil olunmuş, müsabiqələr, sorğular keçirilmişdir. Bu gün respublika həmkarlar ittifaqı üzvlərinin 30 faizini gənclər təşkil edir.
Yaxşı bilirik ki, həmkarlar ittifaqı hərəkatının modernləşdirilməsi gənclərin fəal iştirakı olmadan və onların problemləri həll edilmədən mümkün deyildir. Bunun üçün gənclərlə aparılan işin forma və metodlarını təkmilləşdirmək, gənc həmkarlar ittifaqı üzvünün layiqli lider kimi yetişməsinə, həmkarlar ittifaqı sıralarında görkəmli yer tutmasına nail olmaq mühüm əhəmiyyət kəsb edir.
Bugünkü konfransın məqsədi də həmkarlar ittifaqlarının, o cümlədən gənc həmkarlar ittifaqı liderlərinin diqqətini gənc işçilərin sosial-iqtisadi problemlərinin həllinə, bu sahədə ortaya çıxan çətinliklərin aradan qaldırılmasına yönəltmək və bundan çıxış yollarını tapmaqdır.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tədris və elmi işlər üzrə prorektoru, iqtisad elmləri doktoru, professor Ramiz İsgəndərov çıxışında qeyd etdi ki, gənclərdə fəal vətəndaşlıq mövqeyinin formalaşması istiqamətində görülən işlərin bir qismi bizim akademiyanın xətti ilə həyata keçirilir. 54 nəfər professor-müəllim heyətinin çalışdığı bu təhsil ocağında Hİ-nin gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlərə elm və mədəniyyət xadimləri, müharibə və əmək veteranları ilə keçirilən görüşləri, elmi-praktik konfransları, müxtəlif müsabiqələrdə, fənn olimpiadalarında iştirakı, onların asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti aid etmək olar. Burada əsas vəzifə gənc oğlan və qızların mədəni həyatında yeni keyfiyyətin əldə olunması üçün kompleks şəraitin yaradılmasıdır.
Natiq aşağı kurslardan Hİ orqanları üçün kadr ehtiyatı hazırlanması məqsədi ilə tələbələrin seçilməsinin vacibliyini nəzərə çatdırdı. Onu da təəssüflə dedi ki, həmkarlar ittifaqı orqanları bu işə bir qədər zəif yanaşırlar.
AHİK-in Gənclər Şurasının sədri Fuad Məmmədov "Gənc kadrların hazırlanması və onların rəhbər orqanlarında təmsil olunması" mövzusundakı çıxışında dedi ki, Şuramız gənclərlə bağlı demək olar ki, bütün dövlət qurumları eləcə də qeyri-hökumət təşkilatları ilə münasibətlər yaratmış, birgə tədbirlərdə iştirak etmişdir.
Şuranın üzvləri ötən müddət ərzində Yaponiyanın Beynəlxalq Əmək Fondu tərəfindən hər il keçirilən "Gənc həmkarlar ittifaqları nümayəndələri üçün dəvət proqramı"nın, BHİK-in Litvanın Palanqa şəhərində region ölkələrinin gənclər şuralarının nümayəndələri üçün keçirdiyi yay məktəbinin, Beynəlxalq Əmək Təşkilatının İtaliyanın Turin şəhərində, Ümumdünya Təlim Mərkəzində təşkil etdiyi müxtəlif mövzulu treninqlərin, bir çox seminar və konfransların iştirakçısı olmuşlar. Bu treninqlərdə gənc liderlərə BƏT-in təcrübəli mütəxəssisləri tərəfindən "kollektiv müqavilə", "kollektiv danışıqlar", "gənclərin məşğulluğu", "təşkilatlanma", "əmək standartları" və digər mövzularda təlimlər keçirilir.
Dəmiryolçuların MHİRK-in Gənclər Şurasının sədri Orxan Hüseynov çıxışında gənc dəmiryolçuların istehsalat, sosial-məişət məsələlərinin həlli, eyni zamanda onların bacarıq potensiallarının üzə çıxarılmasının daim diqqət mərkəzində saxlanılmasından və bu istiqamətdə görülən əməli tədbirlərdən, gənc dəmiryolçuların sosial-iqtisadi mənafelərinin qorunmasından danışdı.
Tədbirin sonunda konfransın Qətnaməsi oxundu və yekdilliklə qəbul olundu. Konfrans öz işini başa çatdırdıqdan sonra AHİK sədri, millət vəkili Səttar Mehbalıyev və nümayəndələr Dövlət İdarələri və İctimai Xidmət İşçiləri, Təhsil İşçiləri və Dəmiryolçuların Müstəqil HİRK-in Avropa standartlarına uyğun inşa etdikləri istirahət mərkəzləri ilə tanış olmuşlar.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.