Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Əsas vəzifələr müzakirə olunur

26.05.10 - 20:02202 baxılıb

Bakıda Beynəlxalq İctimai Birlik - Ticarət, İctimai İaşə, Kooperasiya İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının səyyar Şurası keçirilir

Mayın 25-dən 29-dək keçiriləcək Şuranın iclasında Azərbaycan, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Latviya ölkələrinin və Moskva şəhərinin ticarət işçiləri həmkarlar ittifaqları respublika komitələrinin və federasiyalarının sədrləri iştirak edirlər.
Şuranın iclasında ticarət və istehsal-istehlak sahələrində MDB ölkələrində həmkarlar ittifaqları hərəkatının gücləndirilməsi, MDB ölkələrində ticarət sahəsində işçilərin əməyinin mühafizəsi və sağlamlığı istiqamətində həmkarlar ittifaqlarının əsas vəzifələri, Ticarət İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının İV Qurultaydan sonrakı dövr ərzində fəaliyyəti haqqında və digər məsələlərin müzakirəsi yer alacaqdır.
Səyyar Şuranın iştirakçiları ilk öncə Fəxri Xiyabana gedərək ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoymuş, xatirəsini yad etmişlər. Daha sonra Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə öz ehtiramlarını bildirmiş, məzarları üstünə güllər düzmüşlər. Bakının mənzərələrini seyr edən qonaqlara paytaxtda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilmişdir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında keçirilən görüşdə Konfederasiyanın sədri, millət vəkili Səttar Mehbalıyev qonaqları salamlayaraq onlara respublika həmkarlar təşkilatının strukturu və fəaliyyəti barədə məlumat vermişdir. O, bildirmişdir ki, sıralarında 1 milyon 600 min üzvü birləşdirən Azərbaycan həmkarlar ittifaqları dünya həmkarlar hərəkatına fəal inteqrasiya edir. AHİK öz fəaliyyəti dövründə dünyanın 30-dan çox ölkəsinin həmkarlar ittifaqı təşkilatı ilə ikitərəfli konstruktiv əlaqələr qurmuşdur, Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının, Ümum Həmkarlar İttifaqı Konfederasiyasının üzvüdür və həmin qurumlar vasitəsilə dünya ölkələrinin həmkarlar mərkəzləri ilə həmrəyliyini nümayiş etdirir.
Ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə danışan S.Mehbalıyev öz çıxışında qeyd etmişdir ki, dünya maliyyə böhranına baxmayaraq respublikamızda həyata keçirilən bütün irimiqyaslı layihələrin icrası uğurla davam etdirilir, yoxsulluq və işsizlik ilbəil azalmaqdadır.
Ticarət, İctimai İaşə və Kooperasiya İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının növbəti səyyar iclasının Bakıda keçirilməsindən məmnunluq duyduğunu dilə gətirən Konfederasiya sədri öz əminliyini bildirmişdir ki, belə tədbirlər həmkarlar ittifaqının cəmiyyətin bütün sahələrində rolunun daha da təkmilləşməsinə yönələn addımlardır.
Beynəlxalq Ticarət İşçiləri Həmkarlar İttifaqları Konfederasiyaının sədri V.Mitrofanova səmimi qəbul üçün təşəkkürünü bildirmiş və çıxışında maliyyə böhranı səbəbindən dünyada çoxlu sayda şirkətlərin öz fəaliyyətini dayandırmasını, bununla əlaqədar işsizliyin artmasının böyük problem olduğunu və həmkarlar ittifaqlarının bu məsələnin həllində yaxından iştirak etmələrinin vacibliyini önə çəkmişdir. Xanım V.Mitrofanova həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın bu böhrandan uğurla çıxdığını qeyd etmiş, Bakıda aparılan abadlıq-quruculuq işlərini Azərbaycanın sosial inkişafının bir nümunəsi kimi qiymətləndirmişdir.
Görüşün sonunda qonaqlara hədiyyələr təqdim olunmuşdur.

* * *
Daha sonra qonaqlar Mədəniyyət İşçiləri Müstəqil HİRK-in sədri Cəmilə Səttarovanın qəbulunda olublar. Görüşdə digər Sahə Hİ-lərin məsul işçiləri də iştirak ediblər. Tədbir çərçivəsində tərəflər təmsil etdikləri ölkələrin gender siyasəti və onun istiqamətləri barədə danışdılar. Həmçinin ölkəmizdə bu sahədə əldə olunan uğurlar da diqqətdən yayınmadı.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.