Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Baxır kimin üçün necə yadda qalacaq

26.05.10 - 20:05133 baxılıb

Yəqin ki, bir qədər sonra barəsində danışacağımız tədbiri Ermənistandan gəlmiş xanım heç də xoş təəssüratlarla xatırlamayacaq. Əvvəla, ona görə ki, 7 ölkənin onlarla təmsilçisinin toplaşdığı məclisdə Azərbaycanın uğurları qarşısında Ermənistanın məzlum vəziyyətini etiraf etmişdi. İkincisi, ölkəsinin işğalçılıq siyasətinə görə ətrafdakıların qınaq obyektinə çevrilmişdi. Söhbət Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Beynəlxalq Federasiyasının mayın 11-13-də Kiyevdə keçirilmiş Şura iclasının ziyafət mərasimində baş vermiş insidentdən gedir.

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov ziyafətdə qısa nitq söyləmiş və Ukraynanın oxşar həmkarlar ittifaqı mərkəzinin 20 nəfərlik nümayəndə heyətini Bakıya dəvət etmişdi. Hikmət müəllimdən sonra söz istəyən ermənistanlı xanım təəssüflə demişdi ki, mən istərdim həmkarlar ittifaqına Azərbaycanda olan münasibət bizdə də olsun. Təmsilçisi olduğum təşkilat ölkəmizə qonaq dəvət etmək imkanında deyil. Maliyyə cəhətdən korluq çəkirik. Dövlət, hökumət məmurları bizi danışıq aparmaq üçün belə yaxına buraxmırlar. Kütlə içərisində nüfuzumuz aşağı səviyyədədir. Sıralarımız get-gedə seyrəlir. Təkcə son 2 ildə üzvlərimizin sayı 4 min nəfər azalıb. Başqa sözlə, 18 min nəfərdən 14 min nəfərə düşüb.
Yerdən haqlı olaraq soruşurlar: Azərbaycanı yaxşı mənada nümunə gətirirsiniz. Bəs niyə Qarabağı uzun illərdir problemə döndərmisiniz?
Xanım ölkəmizin iqtisadi, sosial yüksəlişinə qibtəsini, bəlkə də paxıllığını gizlədə bilməsə də suala erməni xisləti ilə cavab verdi: Dağlıq Qarabağ müstəqil dövlətdir, bizim onların əvəzinə danışmaq səlahiyyətimiz yoxdur.
"Əlbəttə, mən bir Azərbaycan övladı olaraq erməni həmkarımızın beynəlxalq səviyyədə söylədiyi yalanını ifşa etmədən vətənə dönə bilməzdim. Yenidən söz alıb danışdım. Əsl həqiqəti qısa da olsa dəlillərlə məclis üzvlərinə çatdırdım. Daha sonra dedim ki, hörmətli Prezidentimiz İlham Əliyev dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırıb ki, əgər danışıqlar nəticə verməsə biz torpaqlarımızı güc yolu ilə azad edəcəyik. Onu da nəzərə çatdırdım ki, torpaqlarımız uğrunda müharibə başlasa xalqımız, bütün həmkarlar ittifaqı üzvləri, o cümlədən mən özüm son damla qanımıza qədər vuruşacağıq", - deyə Hikmət müəllim bildirdi.
H.Osmanov dedi ki, məni ən çox sevindirən o oldu ki, bu insidentdən sonra bir neçə ölkənin nümayəndələri otağıma gəlib mənim haqlı olduğumu deməyi özlərinə borc bildiklərini söylədilər. Bir daha müşahidə etdim ki, artıq dünya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsinə münasibəti Azərbaycanın xeyrinə dəyişməkdədir.
Tədbirin mövzusu ilə əlaqəsi olmayan bu hadisəni nisbətən belə geniş yazmağımız bəlkə də bəzi oxucularımıza anlaşılmaz görünəcək. Amma biz bunu lazım bildik. Ona görə ki, Vətəndən kənara çıxan hər kəs, peşəsindən, səfərinin məqsədindən asılı olmayaraq, ilk növbədə özünü Azərbaycan vətəndaşı kimi aparmalıdır. Azərbaycanın mənafeyini hər şeydən uca tutmalıdır. Biz Hikmət müəllimin timsalında bunu demək istədik.
İndi də qayıdaq Şuranın iclasına. İldə iki dəfə baş tutan bu iclasların əsas məqsədi təcrübə mübadiləsi aparmaq, bir-birinin problemlərini dinləmək, problemlərin aradan qaldırılmasında əlbir fəaliyyət göstərməkdən və sairədən ibarətdir. Sözügedən iclasda cari məsələlərə baxıldı.
Ən çox maraq doğuran məsələ üzv təşkilatların üzləşdikləri problemlər barədə oldu. Bu məsələ ətrafında edilən çıxışlardan məlum oldu ki, üzv təşkilatlarda problemlər əsasən eynidir. Hökumət-həmkarlar ittifaqı, işəgötürənlər-həmkarlar ittifaqı münasibətləri ürəkaçan deyil. Tarif sazişləri, kollektiv müqavilələr ya bağlanmır, ya da istənilən məzmunda olmur. Həmkarlar ittifaqının fəaliyyətinə məhdudiyyətlər qoyulur, üzvlərinin, üzv təşkilatlarının sayında artım əvəzinə, azalma prosesi gedir…
Təbii ki, bu fonda Azərbaycan nümayəndəsinin çıxışı böyük maraq doğurdu. Hikmət müəllim çıxışında bildirdi ki, Azərbaycan həmkarlar ittifaqlarının elə ciddi problemləri yoxdur. Şəxsən ölkə başçısı respublikamızda gedən demokratik, sosial proseslərdə həmkarlar ittifaqının iştirakında maraqlıdır. Təşkilatımız bu missiyanı ləyaqətlə yerinə yetirməsi üçün qayğısını əsirgəmir. Azərbaycan həmkarlar ittifaqlarının sədri cənab Səttar Mehbalıyev parlamentin üzvüdür. Bir çox sosialyönümlü qanun layihəsinin təşəbbüskarıdır. Elə son illərdə Hİ liderinin təklifi ilə Əmək Məcəlləsinə onlarla əlavə və dəyişiklik edilmişdir. Həmkarlar ittifaqları xalq arasında da böyük nüfuza malikdir. Sıralarımız get-gedə genişlənməkdədir. Təkcə mənim rəhbəri olduğum qurumun üzvlərinin sayı son 3 ildə 3 min nəfər artmışdır.
Baş idarələrlə, müəssisə və təşkilatların demək olar ki, hamısı ilə tarif sazişləri, kollektiv müqavilələr bağlanıb.
Əlbəttə, bütün bunlar asan başa gəlmir. Biz bu uğurlara zəngin təcrübəmiz və əzmkarlığımız nəticəsində nail oluruq.
Şuranın iclası üzv təşkilatlar tərəfindən faydalı tədbir kimi dəyərləndirildi.

"ÜlfƏt"

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.