Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə

09.06.10 - 12:11140 baxılıb

- Hörmətli həmkarlar!
Sizi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 90 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Ulu öndərimiz Heydər Əliyevin uzun illər ərzində təhsil işçilərinə göstərdiyi qayğı, diqqət, səmimiyyət və hörmət respublikamızda möhkəm ənənəyə çevrilmişdir. Onun təhsil işçiləri qarşısında müəyyənləşdirdiyi möhtəşəm vəzifələr Azərbaycan dövlətçiliyinin inkişafına, gənc nəslin maariflənməsinə, vətənpərvərlik tərbiyəsinə, mənəvi və fiziki sağlamlıqlarına, müəllimlərin milli məfkurə əsasında fəaliyyətlərinə istiqamətlənmişdir.
Ümummilli liderin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Ölkə başçısı respublikanın sürətli sosial-iqtisadi inkişafında təhsili prioritet istiqamət kimi qiymətləndirərək daim diqqət mərkəzində saxlayır. Dövlət tərəfindən təhsilə ayrılan vəsait ildən-ilə artır, təhsillə bağlı dövlət proqramları həyata keçirilir, bu sahəyə böyük həcmdə investisiyalar qoyulur. Bütün bunlar təhsilin inkişafına, təhsil işçilərinin sosial vəziyyətlərinin yaxşılaşmasına xidmət edir.
Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqı bütün fəaliyyəti dövründə ölkə təhsilinin inkişafı, təhsil işçilərinin, tələbələrin sosial-iqtisadi problemlərinin həlli, hüquq və mənafelərinin qorunması uğrunda mübarizə aparmışdır. Bu baxımdan sahə üzrə həmkarlar ittifaqı təşkilatlarının fəaliyyəti təqdirəlayiqdir. Hesab edirik ki, yüz minlərlə həmkarlar ittifaqı üzvünü birləşdirən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı öz fəaliyyətini daha da gücləndirəcək, işçilərin sosial problemlərinin həll olunması istiqamətində bütün imkanlardan daha səmərəli bəhrələnməklə cəmiyyətdə həmkarlar ittifaqının yeri və rolunun yüksəldilməsi naminə bütün vasitələrdən istifadə edəcəkdir. Bu yolda hamınıza müvəffəqiyyətlər arzulayırıq.
Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının bütün üzvlərini 90 illik yubiley münasibətilə bir daha təbrik edir, bundan sonra da təhsilə və təhsil işçilərinə yüksək qayğı ilə yanaşacağınıza, onların əmək və sosial hüquqlarının qorunması uğrunda əzmlə çalışacağınıza inanaraq fəaliyyətinizdə uğurlar arzulayırıq!

AHİK-in
İcraiyyə Komitəsi.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.