Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
- Bizim üçün hər bir nəticə olduqca qiymətlidir. Çünki onu çox çətinliklə qazanırıq", - deyə İnşaat Kompleksi İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi Təşkilat Şöbəsinin müdiri Seyfəddin Ağayev bildirdi. Söhbətimizin sonrakı məqamlarında aydın oldu ki, doğrudan da RK üçün heç nə asan başa gəlmir. Xüsusilə sıraların genişləndirilməsi.
İndi biz azad cəmiyyətdə yaşayırıq. İnsanlar ictimai qurumlara gözüyumulu, ucdantutma, necə deyərlər, itirəcəklərini, qazanacaqlarını ölçüb-biçmədən üzv yazılmırlar. Üzvlərin cəlb edilməsində isə başqa bir problem həmkarlar ittifaqı haqqında sovet dövründən qalma münasibətin hələ də beyinlərdən tam silinməməsidir. Həmsöhbətim "Biz bu baryerləri aşırıq, çətinliklə olsa da" , - dedi. O, "Akkord" Şirkətlər Qrupunda həmkarlar ittifaqı təşkilatı yaradılması zamanı RK-nın nümayiş etdirdiyi səbrdən, inadkarlıqdan, təbliğatçılıq bacarığından danışdı. Dedi ki, hazırda bu şirkətdə 3 minə yaxın üzvümüz var. Hamısını da adbaad tanıyırıq. Ad günlərini əzbərdən bilirik. Seyfəddin müəllim həm də burada Birləşmiş Həmkarlar İttifaqının sədridir. Xeyirdə, şərdə işçilərlə bir yerdə olmağı vəzifə borcu sayır. Komitədə üzvlərin hər hansı problemlə bağlı ərizələri həll edilənə qədər araşdırılır. Bu işdə təşkilatın arxa-dayağı, gücü ədalət, məsuliyyət və müdiriyyətlə qarşılıqlı iş birliyi qurmaq cəhdləridir. Yaxın günlərdə sahə Hİ Respublika Komitəsinin xidmət dairəsinə daha bir neçə kollektiv qoşuldu. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 10 qurumunda həmkarlar ittifaqı komitəsi yaradıldı. Bu da əlavə təxminən 1100 nəfər üzv deməkdir. Bu təşkilatların yaranması prosesinə hələ 1998-ci ildə başlanılmışdı. RK-nın məsul işçiləri kollektivlərin rəhbərləri ilə on dəfələrlə görüşmüş, işçilərin qarşısında çıxış etmişlər. İlk günlər, açığı söhbət alınmırdı. İmtina get-gedə tərəddüdlərlə əvəz olundu. Nəhayət, uzun danışıqlardan sonra razılıq əldə edildi. Müdiriyyət yəqin etdi ki, kollektivin bir çox sosial problemlərinin aradan qaldırılmasında həmkarlar ittifaqı yaxın köməkçisi olacaq. Əmək şəraitinin yaxşılaşmasına nəzarəti həyata keçirəcək. Başlıcası isə işəgötürənlə işçi arasında anlaşılmazlıq yaranarsa vasitəçi rolunu həmkarlar ittifaqı komitəsi öz üzərinə götürəcək. İşçilərin də ödəyəcəkləri üzvlük haqqı müqabilində qazanacaqları qat-qat artıq olacaqdı. Həmkarlar ittifaqının işəgötürənlərlə bağlayacağı kollektiv müqavilələr əmək, sosial hüquqlarını genişləndirəcəkdi. Əməklərinin mühafizəsinə, iş şəraitinin yaxşılaşdırılmasına güclü nəzarət mexanizminə nail olacaqdılar. Müdiriyyətlə artıq fərdi qaydada yox, təşkilatlanmış şəkildə danışıq aparacaqdılar. Üstəlik sağlamlıq, istirahət ocaqlarına ucuz qiymətlə getmək imkanları yaranacaqdı. S. Ağayev deyir ki, bu komitələrdə təsis yığıncaqlarında böyük məsuliyyət və fəallıq müşahidə etdik. Hiss etdik ki, apardığımız təbliğat, payladığımız metodiki vəsait işçilərdə həmkarlar ittifaqının əsas missiyası haqqında dolğun təsəvvür yaradıb. Komitələrin sədri vəzifələrinə ən inanılmış, kifayət qədər təşkilatçılıq bacarığı olan insanların namizədliyini irəli sürüb təsdiqlədilər. Seyfəddin müəllim onu da qeyd etməyi vacib saydı ki, təşkilat liderləri arasında təsadüfdənmi, ya bilərəkdənmi 70 faizə qədəri qadındır. 30 faizdən çoxu gənc, perspektivli kadrlardır. Dediklərimdən elə çıxmasın ki, biz insanlarda həmkarlar ittifaqına meyil oyatmaq üçün yalnız danışıqlar, təbliğat aparırıq. Yox, təşkilatımızın insanların həyatında mühüm əhəmiyyətə malik olduğunu gündəlik əməli fəaliyyətimizlə də sübut edirik", - deyə Təşkilat Şöbəsinin müdiri söhbətin mövzusunu başqa məsələlərə yönəltdi. Bildirdi ki, RK kadrların ixtisas təhsilini daim diqqət mərkəzində saxlayır. Hər il ixtisasartırma kurslarına beynəlxalq, respublika, bölgə səviyyəli seminarlara onlarla komitə sədri və fəal göndərilir. Əməyin mühafizəsinə nəzarəti gücləndirmək məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də baxış müsabiqələridir. RK-nın təşkil etdiyi belə baxış-müsabiqələrin sonuncusu bu yaxınlarda başa çatmışdır. Baxış-müsabiqədə qalib gəlmiş müəssisələrə və ayrı-ayrı işçilərə RK-nın təsis etdiyi qiymətli hədiyyələr və pul mükafatları verilmişdir. Seyfəddin müəllim deyir ki, nə qədər uğur qazansaq da hər gün özü ilə yeni problemlər, yeni vəzifələr gətirir. Təvazökarlıqdan kənar olsa da deyim ki, kollektivimiz bu problemlərin, vəzifələrin öhdəsindən gəlmək iqtidarındadır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.