Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

“Azərbaycanda həmkarlar təşkilatlarının fəaliyyəti üçün münbit şərait yaradılmışdır”

21.06.10 - 10:35133 baxılıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ATİAHİ-nin 90 illik yubiley tədbirlərində iştirak etmək məqsədi ilə Azərbaycana səfər edən Beynəlxalq Təhsil Birliyinin baş katibi Fred Van Leeuveni qəbul etmişdir. ATİAHİ sədri qonağı Azərbaycanda salamlamaqdan məmnun olduğunu vurğulamışdır. ATİAHİ-nin 2000-ci ildə Beynəlxalq Təhsil Birliyinə üzv qəbul olunduğunu xatırladan S.Mehbalıyev bildirmişdir ki, həmkarlar təşkilatlarının işində beynəlxalq təşkilatlarla əməkdaşlığın təmin edilməsi vacib məsələlərdəndir.

Azərbaycan həmkarlar ittifaqlarının tarixindən söz açan S.Mehbalıyev bildirmişdir ki, Azərbaycanda ilk kollektiv müqavilə - "Mazut Konstitusiyası" neft sahibkarları ilə işçilər arasında 1904-cü ildə imzalanmışdır. Hazırda Azərbaycanda həmkarlar təşkilatlarının fəaliyyəti 1994-cü ildə qəbul olunmuş "Həmkarlar ittifaqları haqqında" qanuna əsaslanır. Qanuna vaxtaşırı olaraq zəruri əlavə və dəyişikliklər edilir ki, bu da həmkarlar təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə xidmət edir. S.Mehbalıyev ATİAHİ-nin sədri olmaqla yanaşı, həm də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri olmasını qonağın diqqətinə çatdıraraq AHİK-in fəaliyyəti ilə bağlı məlumat vermişdir: "Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası özündə 26 sahə həmkarlar ittifaqını və 1 milyon 600 min nəfəri birləşdirir. Üzvlərin 387 min nəfərini təhsil işçiləri təşkil edir".
S.Mehbalıyev bildirmişdir ki, AHİK Nazirlər Kabineti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Baş Kollektiv Saziş imzalayır. Sazişdə işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi əsas yer tutur. Sənəddə göstərilən şərtlərin tələblərinin yerinə yetirilməsi vaxtaşırı təhlil edilir, həmkarlar ittifaqı üzvlərinə və tərəfdaşlarına çatdırılır. AHİK sədri vurğulamışdır ki, həmkarlar təşkilatları ölkənin əmək qanunvericiliyinin təkmilləşdirilməsi məsələsini də diqqət mərkəzində saxlayır: "Bu yaxınlarda biz əmək qanunvericiliyinə çoxlu sayda dəyişikliklər təklif etmişdik. Onlardan əksəriyyəti qanunda öz əksini tapdı. Bunlardan ən mühümü isə ondan ibarətdir ki, artıq ölkənin əmək qanunvericiliyinə görə həmkarlar təşkilatlarının razılığı olmadan işçi işdən azad edilə bilməz. Həmçinin Milli Məclisdə sosialyönümlü qanunların qəbulu zamanı həmkarlar təşkilatlarının rəyi nəzərə alınır".
Səmimi qəbula görə S.Mehbalıyevə təşəkkürünü bildirən Fred van Leeuven qeyd etmişdir ki, ölkənin həmkarlar ittifaqları sistemində təhsillə bağlı təşkilatın fəaliyyət göstərməsi sevindirici haldır: "Mənə verilən məlumata əsaslanıb deyirəm ki, sizin ölkəniz müstəqillik qazandıqdan sonra ATİAHİ müstəqil və uğurlu fəaliyyət göstərir. Təşkilatınız 90 illik yubileyini qeyd edir. Mən bu münasibətlə sizi təbrik edirəm, əldə etdiyiniz nailiyyətlərə görə sizə öz təşəkkürümü bildirirəm". Müşahidələrinə əsaslanaraq Azərbaycanda həmkarlar təşkilatlarının fəaliyyəti üçün münbit şərait yaradıldığını qeyd edən qonaq söyləmişdir ki, ümumiyyətlə, ölkədə həmkarlar təşkilatlarının uğurlu fəaliyyət göstərməsi bütünlükdə cəmiyyətin inkişafı üçün böyük təkandır. Beynəlxalq Təhsil Birliyi dünyanın hər bir ölkəsində cəmiyyəti irəli aparan həmkarlar təşkilatlarının fəaliyyət göstərməsində maraqlıdır. Fred van Leeuven demişdir ki, təhsil cəmiyyətin inkişafında əvəzsiz rol oynayır. Ona görə də müəllimlərə hər zaman diqqət və qayğı göstərilməli, onların problemləri həll edilməlidir. ATİAHİ ilə Beynəlxalq Təhsil Birliyi arasındakı münasibətləri müsbət qiymətləndirən təşkilat sədri vurğulamışdır ki, əlaqələr bundan sonra da inkişaf edəcək.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.