Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

90 il təhsil işçilərinin xidmətində

21.06.10 - 10:37122 baxılıb

İyunun 9-da Gənc Tamaşaçılar Teatrında Azərbaycan İctimaiyyəti üçün çox əlamətdar tarixi gün - indi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) adı altında fəaliyyət göstərən təşkilatın yaranmasının 90-cı ildönümü təntənə ilə qeyd edildi.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarının üstünə gül dəstələri düzülmüşdür.
Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi yad edilmişdir.
Təntənəli iclasda geniş məruzə edən TİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev bildirdi ki, bu qurum yarandığı ilk vaxtlardan üzərinə çox çətin, lakin xalqımız üçün həyati əhəmiyyət daşıyan missiya götürmüşdü. Bütün gücünü əhali arasında dərin kök salmış cəhalətin məhvinə, savadsız kütlənin maarifləndirilməsinə, təhsilin cəmiyyətin tərkib hissəsinə çevrilməsinə yönəltmişdi. Həmkarlar ittifaqı xalqın təşəbbüsü və zamanın tələbi ilə meydana gəldiyindən siyasi-ictimai quruluşların formasından, məzmunundan asılı olmayaraq həmişə xalqın iradəsinin ifadə vasitəsi rolunu oynamışdır. Ona görə də nüfuz dairəsi ildən-ilə genişlənmiş, ətrafına çoxsaylı insanlar toplaya bilmişdi. 1921-ci ildə Maarif və İncəsənət İşçiləri Həmkarlar İttifaqı adını daşıyan bu təşkilatın sıralarına mətbuat, 1922-1934-cü illərdə isə məktəb, uşaq bağçaları, uşaq evləri, elmi idarə, ali məktəb və siyasi maarif idarələri işçiləri də qoşuldular. 1934-cü ildə Maarif İşçiləri Həmkarlar İttifaqı bir neçə müstəqil ittifaqa çevrilmiş, təhsil işçilərinin həmkarlar təşkilatı funksiyasını Maarif İşçiləri Həmkarlar İttifaqı, İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı, Siyasi-Maarif İşçiləri Həmkarlar İttifaqı və Ali və Orta İxtisas Məktəblərinin Həmkarlar İttifaqları yerinə yetirmişdir.
1957-ci ilin oktyabrında SSRİ-nin tərkibinə daxil olan əksər müttəfiq respublikaların maarif, ali məktəb və elmi idarə işçilərini birləşdirən Ümumittifaq Maarif, Ali Məktəb və Elmi İdarə İşçilərinin Həmkarlar İttifaqı təsis olunmuş, onun müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda Respublika komitəsi yaradılmışdır. Azərbaycanın Sovetlər Birliyində təmsil olunduğu illərdə bu təsisat Maarif, Ali Məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı, Xalq Təhsil və Elm İşçiləri Həmkarlar İttifaqı adlandırılmışdır.
Bu illərdə təhsil işçilərinin həmkarlar təşkilatları müstəqil fəaliyyət göstərə bilməsə də, mütəmadi olaraq təhsil işçilərinin sosial durumunun, mənzil təminatının yaradılması, onların müalicə və istirahətlərinin təşkili, əhalinin maarifləndirilməsi istiqamətində mühüm işlər görmüş, müəllim əməyinin qiymətləndirilməsi, əməyin iqtisadi baxımdan stimullaşdırılması, təhsil işçilərinin pensiya təminatı ilə bağlı təkliflərlə çıxış etmşdir.
Natiq sonda dedi: "Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrü respublikamızda həmkarlar ittifaqlarının fəaliyyəti üçün münbit şərait yaradılmışdır, ümummilli liderin təşəbbüsü ilə həyata keçirilən mühüm tədbirlər həmkarlar ittifaqlarının fəaliyyətində meyillərin əsasını qoyub.
80-ci illərin sonlarından etibarən bütün sovet imperiyasında başlanan müstəqilliyə cəhd digər ictimai təsisatlar kimi Xalq Təhsil və Elm İşçiləri Həmkarlar İttifaqlarının Respublika Komitəsinin həyatında da özünü göstərdi. 1990-cı ilin sentyabr ayında təşkilat l qurultayında yeni nizamnaməsini təsdiq etdi. Yeni nizamnamədə həmkarlar ittifaqının dövlət orqanlarından asılı olmayan müstəqil ictimai təşkilat kimi fəaliyyət göstərəcəyi öz əksini tapdı. Bu illərdə təhsil işçilərinin hüquqlarının qorunması, sosial təminatın yaxşılaşdırılması, tələblərin asudə vaxtının səmərəli təşkili, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində bir sıra işlər görülmüşdü.
Bütün bunlarla yanaşı, 1990-93-cü illərdə Azərbaycanda yaşanan ağır siyasi böhran, başıpozuqluq, torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğalı, qaçqın və məcburi köçkünlərimizin sanatoriya və istirahət mərkəzlərində, tələbə yataqxanalarında yerləşdirilməsi, inflyasiya və s. qurumun yeni nizamnaməsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsinə imkan verməmişdir.
Bu acınacaqlı vəziyyətin yaxşılığa doğru dəyişməsi yalnız 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. O, ilk növbədə cəmiyyətdə hər bir qurumun yerini müəyyənləşdirən qanunvericilik bazasının yaradılmasına nail oldu. Bu, çox mühüm və həlledici məqamdır.
1994-cü ilin 24 fevralında "Həmkarlar ittifaqları haqqında" qanunun qəbulu digər təşkilatlarımızla münasibətlərimizə aydınlıq gətirdi. Qanun digər peşə sahibləri kimi işçilərinə də rəhbərlikdən icazə almadan könüllü surətdə təşkilatlanmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququ verdi.
Heydər Əliyev mənəvi-siyasi irsinin ən layiqli varisi möhtərəm Prezidentimiz İlham Əliyevin həmkarlar təşkilatlarının fəaliyyətinə verdiyi önəm, dövlətin diqqət və qayğısı bu təsisatın üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi imkanlarını daha da genişləndirdi. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının səmərəli fəaliyyət göstərə bilməsi üçün hər cür şərait yaradıldı və təşkilat getdikcə inkişaf edərək bugünkü səviyyəyə gəlib çatdı. Daha sonra S.Mehbalıyev dedi: "Bu gün TİAHİ Respublika Komitəsi ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etməkdən ötrü dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Həmkarlar ittifaqının iştirakı və təşəbbüsü ilə qanunvericilik bazası təkmilləşir. Son illərdə Əmək Məcəlləsinə, "Həmkarlar ittifaqları haqqında" qanuna edilmiş əlavə və dəyişikliklər nəticəsində cəmiyyətdə həmkarlar ittifaqının rolu və statusu daha da artmışdı. Məsələn, " Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik və əlavə edilməsi haqqında" 10 oktyabr 2006-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə işçinin əmək müqaviləsinə xitam verilməsi hallarında həmkarlar ittifaqı təşkilatlarının səlahiyyətləri genişləndirilmişdir. Belə ki, həmkarlar ittifaqı təşkilatının razılığı olmadan müdiriyyət işçini işdən azad edə bilməz. Əmək Məcəlləsinin "Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işlər və hallar" adlı digər bir maddəsində isə həmkarlar ittifaqı təşkilatının üzvü olması motivinə görə işçi ilə əmək müqaviləsinin pozulması işəgötürənə qadağan edilmişdir.
İşçinin məzuniyyət hüququnun və sosial təminatının gücləndirilməsi ilə bağlı Əmək Məcəlləsinə dəyişikliklər olunarkən də həmkarlar ittifaqlarının mövqeyi həm qanunverici orqan, həm də hökumət tərəfindən dəstəklənmişdir.
İnzibati Xətalar Məcəlləsinə əlavə olunmuş yeni bir maddəyə əsasən, üzvlük haqlarının həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesablarına köçürülməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir. Bütün bunlar işimizə uğur gətirir. Bu uğurların şahidi olmaq üçün təkcə son illərdəki göstəricilərimizə nəzər salmaq kifayətdir. İttifaq üzvlüyünə cəlb edilənlərin sayı artıb, üzvlük haqqının toplanması zamanı üzləşdiyimiz problemlər aradan qalxıb, özəl təhsil müəssisələrində yeni təşkilatlar yaradılıb və onların hamısı Respublika Komitəsinin xidmətinə qəbul edilib.
Səttar müəllim sahə Hİ-nin Respublika Komitəsi aparatının işinə də yüksək qiymət verdi. Dedi ki, təşkilatın yuxarı orqanı olan Respublika Komitəsinin son 5 ildəki fəaliyyəti ciddi uğurlarla yadda qalmışdır. Fəaliyyətini ittifaqın Nizamnaməsi, müvafiq təlimatlar və normativ sənədlər çərçivəsində quran Respublika Komitəsi öz funksiya və vəzifələrini layiqincə yerinə yetirmişdir. Təşkilatın fəaliyyətini işıqlandırmaq məqsədi ilə ötən il "Təhsil işçisi" qəzeti təsis olunmuş, eyni adda mətbəə yaradılmışdır. Natiq onu da diqqətə çatdırdı ki, üzv təşkilatlarda çalışan və ictimai işlərdə fəallıq göstərən həmkarlar ittifaqı fəallarının əməyi daim dövlət başçısı tərəfindən yüksək qiymətləndirilmişdir, onlar ölkəmizin orden və medallarına, fəxri adlara layiq görülürlər. Respublika Komitəsi də vaxtaşırı ən yaxşıların əməyini stimullaşdırır. Təkcə 2009-cu ildə ittifaqın fəallarına 456 500 manat həcmində mükafat verilmişdir.
Natiq sahə Hİ-nin işçilərinin sağlamlığının, əmək hüquqlarının qorunması, əməyin mühafizəsi, gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində gördüyü işlərdən də konkret faktlarla tədbir iştirakçılarına məlumat verdi. O həmçinin təşkilatın beynəlxalq əlaqələrindən də danışdı. Diqqətə çatdırdı ki, 1995-ci ildən bəri hər il 120 nəfər olmaqla mindən artıq tələbə təqaüdə layiq görülmüşdür.
TİAHİ Respublika Komitəsi beynəlxalq əlaqələrini get-gedə genişləndirməkdədir. 1992-ci ildə Beynəlxalq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinə, 2000-ci ildə Beynəlxalq Təhsil Birliyinə, 2006-cı ildə Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinə, 2009-cu ildə isə İslam Müəllimlər Federasiyasına və Təhsil və Həmrəylik Şəbəkeəsinə üzv qəbul olunmuşdur.
Bununla yanaşı, TİAHİ Respublika Komitəsi Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan təhsil işçiləri həmkarlar ittifaqları ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurmuşdu. Respublika Komitəsi ötən illər ərzində qeyd olunan həmkarlar ittifaqları ilə səmərəli əməkdaşlıq əlaqələrini inkişaf etdirmiş, beynəlxalq səviyyədə təşkil olunan aksiyalara dəstək vermiş, bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir.
S. Mehbalıyev çıxışının sonunda ittifaq üzvlərinə bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə, böyük yüksəliş dövrünü yaşayan Azərbaycanın nailiyyətlərinə öz töhfələrini verməyə çağırdı.
Təhsil naziri Misir Mərdanov çıxışına dövlətimizin, xüsusilə şəxsən ölkə başçısı cənab İlham Əliyevin təhsilə ayırdığı böyük diqqətdən danışmaqla başlamışdır. O demişdir ki, hökumətimiz təhsilin inkişafında həmişə həmkarlar ittifaqının rolunu yüksək qiymətləndirmiş və onun səmərəli fəaliyyət göstərməsi üçün geniş imkanlar yaratmağa çalışmışdır. Nazir müəllimlərin sahənin digər işçilərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həmkarlar ittifaqlarının həyata keçirdiyi tədbirlərin ümumi işə böyük fayda gətirdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, biz həmkarlar ittifaqı təşkilatı ilə qarşılıqlı əlaqələr qurmaqla işləməkdən məmnunluq duyuruq. Əməyinizi lazımınca qiymətləndiririk. Təsadüfi deyil ki, bu günlərdə onlarla həmkarlar ittifaqı işçisi nazirliyin ən yüksək mükafatlarına layiq görüldülər. Beynəlxalq Təhsil Birliyinin baş katibi Fred Van Leeuven Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar ittifaqının 90 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Dedi ki, ölkənizdə təhsilə böyük önəm verildiyi barədə məlumatımız var. Böyük ənənələrə malik olan Azərbaycan təhsili hazırda özünün inkişaf mərhələsini yaşayır. Daim təkmilləşməyə, yeniləşməyə, zamanın tələblərinə uyğunlaşmaya cəhd göstərir. Təhsilimiz dünya standartları səviyyəsinə yüksəlməkdədir.
F.V. Leeuven TİAHİ-nin Azərbaycan təhsilinin inkişafında göstərdiyi xidmətlərə də münasibətini bildirdi. Bu xidmətin dünyanın ən qabaqcıl ölkələrinin sahə həmkarlar ittifaqlarına belə nümunə ola biləcəyini etiraf etdi.
Sonda iştirakçılar Respublika Prezidenti cənab İlham Əliyevə müraciət qəbul etdilər. Mərasim bədii hissə ilə başa çatdı. Tədbirin gedişi zamanı bir qrup həmkarlar ittifaqı işçisinə ölkə başçısı, Təhsil Nazirliyi və TİAHİ tərəfindən layiq görüldüyü medallar, Fəxri adlar, döş nişanları və Fəxri fərmanlar təqdim olundu.
Mərasimdə AHİK-in və onun xidmətinə daxil olan sahə Hİ-lərin rəhbər işçiləri, bir sıra ölkələrdən gəlmiş xarici qonaqlar iştirak edirdilər.
Yubiley tədbirindən sonra AHİK sədri, millət vəkili Səttar Mehbalıyev Bakıya gəlmiş qonaqları qəbul etmişdir.
“ÜLFƏT”

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.