Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqına məxsus istirahət mərkəzinə aparan meşə cığırında getməyin özü bir mənəvi zövq, ruhən dincəlməkdir. Yaxın günlərdə yüzlərlə sahə işçisi bu meşə cığırlarının yolçusu, bu zövqün daşıyıcısı olacaq. Hələlik isə istirahət mərkəzində son hazırlıq işləri başa çatdırılmaq üzrədir. Mərkəzin ərazisində yerləşən 3 ədəd 2 mərtəbəli bina, daşdan tikilmiş 6 kotec artıq istifadəyə hazırdır. Binaların hər birində 8 nömrə var. Koteclər isə 2 otaqdan ibarətdir və beş nəfərlik ailə üçün nəzərdə tutulmuşdur. Bina və koteclərdə yüksək keyfiyyət və rahatlığı ilə seçilən mebellər yerləşdirilib. Bir böyük, bir bə kiçik zaldan ibarət yeməkxana qonaqlarını gözləyir. Böyük zalda nahar zamanı 350 nəfər turisti geninə-boluna yerləşdirmək mümkün olacaq. 70 nəfər tutumu olan kiçik zal bir çox məqsədlər üçün istifadə ediləcək. Orada ziyafətlər, konfranslar, treninqlər, seminarlar keçirmək, turistlərin ad günlərini qeyd etmək planlaşdırılıb. Sahə Hİ Respublika Komitəsinin sədri Hikmət Osmanov deyir ki, biz qonaqların tam rahatlığını təmin edəcək səviyyədə mərkəz yaratmağı qarşımıza məqsəd qoymuşduq. Bizcə, istədiyimizə nail olmuşuq. Yəqin turistlər də ilk gündən bizim gəldiyimiz nəticəni təsdiq edəcəklər. Hikmət müəllim görülmüş və görülməsi toplaşdırılan digər işlər barədə də məlumat verdi. Dedi ki, müasir standartlara cavab verən futbol meydançası turistlərin ixtiyarına veriləcək. Bu qurğudan həm voleybol meydançası, həm də tennis kortu kimi istifadə etmək mümkündür. Meydançaya süni ot örtüyü döşənib. Hər tərəfi dəmir toxunmalarla hasarlanıb. İşıqlandırma sistemi quraşdırılıb. Ərazidaxili yollara asfalt çəkilib. Çəmənliklər salınıb. Hər tərəf yaşıllığa bürünüb. Hikmət müəllim onu da dedi ki, bizim ölçü-biçiminə görə artıq üzgüçülük hovuzu da istifadəyə verilməli idi. Lakin, təəssüf ki, vaxtın darlığı bu arzumuzun reallaşmasına imkan vermədi. İnşallah, gələn mövsümə qədər hovuzun inşasını başa çatdıracağıq. Bu, çox maraqlı və tutumlu su qurğusu olacaq. Uzunluğu 20, eni 10 metr olacaq hovuzda birdəfəyə onlarla turist sərinləşə biləcək. Mövsüm ərzində bir çox əyləncə poqramları, o cümlədən diskoteka, kompyuter oyunları konsertlər, gəzintilər, müsabiqələr, yarışlar və s. turistlərin günlərinin şən keçməsini təmin edəcək. Turistləri çimərliyə aparıb gətirmək üçün xüsusi rahat avtobus ayrılacaq. Tibb məntəqəsi, ticarət şəbəkəsi fəaliyyət göstərəcək. H.Osmanov qeyd etdi ki, hələlik bu il baza 1000 nəfər turist qəbul edəcək. Növbəti mövsümlərdə qonaqların sayı qat-qat artacaq. Yollayışların qiyməti də münasib olacaq. İşçilər müəyyənləşdirilmiş dəyərin cəmi 15, ən çoxu 20 faizini ödəməklə yollayış əldə edə biləcəklər. Hikmət müəllim onu da xüsusi vurğuladı ki, istirahət mərkəzi sırf sahə Hİ-nin vəsaiti hesabına tikilib.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.