Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Səttar Mehbalıyev: “Həmkarlar ittifaqlarının bütün müalicə ocaqlarına tələbat böyükdür"

09.07.10 - 17:42125 baxılıb

Müsahibimiz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevdir

Cəmiyyətin aparıcı tərkib hissəsi olan Azərbaycan həmkarlar ittifaqları yarandığı gündən ictimai həyatda öz fəallığı ilə fərqlənir və onun fəaliyyətinin ən məhsuldar mərhələsi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Məhz Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə xalqın sosial problemlərinin həllinə diqqət artırılmış, vətəndaşların rifah halının yaxşılaşdırılması, onların sağlamlıqlarının qorunması və istirahətinin təşkili istiqamətində sosialyönümlü siyasətin həyata keçirilməsi gücləndirilib. Ulu öndər Heydər Əliyev işçilərin sosial problemlərinin həllində, əmək və istirahət hüquqlarının təmin olunmasında həmkarlar ittifaqlarının roluna xüsusi əhəmiyyət verir və onların səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradırdı. Ulu öndər Heydər Əliyevin Azərbaycanda sanatoriya və kurort sahəsinin inkişafı naminə göstərdiyi əvəzsiz xidmətlərin nəticələri bu gün göz qabağındadır. Ümummilli liderin təşəbbüsü, cəsarətli mübarizəsi nəticəsində ötən əsrin 70-ci illərində "Naftalan", "İstisu" kurortları və Xəzərin qərb sahillərinin kurort zonasına çevrilməsi barədə keçmiş ittifaq dövləti qərar qəbul etdi. Bundan sonra həmin ərazilərdə sağlamlıq ocaqları şəbəkəsinin tikintisi geniş miqyas aldı. "Şuşada kurort kompleksinin tikintisi barədə" ümummilli liderin qəbul etdiyi qərar həmin dövr üçün çox mühüm bir dövlət sənədi idi. Bu qərarların qəbul edilməsi və respublikada sağlamlıq ocaqlarının tikintisinin geniş vüsət alması əhalinin sağlamlığına və normal istirahətinə şərait yaratmaq, respublikanı turist diyarı kimi ittifaq miqyasında tanıtmaq idi. Ulu öndər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə onun təşəbbüsü ilə 1983-cü ilin aprelində "Xəzər dənizinin Azərbaycan SSR-ə aid sahillərində Ümumittifaq əhəmiyyətli kurort zonası yaradılması tədbirləri haqqında" qərarın qəbulu da dahi şəxsiyyətin Azərbaycanın gələcəyinə hesablanan nəcib təşəbbüslərinin davamı idi. Ümummilli lider əhalinin sağlamlığının qorunması və istirahətlərinin təşkili məsələlərinin həlli istiqamətində həmkarlar ittifaqlarının gördüyü işləri daim yüksək qiymətləndirir, bu istiqamətdə onlar tərəfindən irəli sürülən təklifləri müdafiə edirdi.
- Hazırda işçilərin və onların ailə üzvlərinin istirahət hüququnun təmin edilməsi istiqamətində hansı addımlar atılır?
- İşçilərin və onların ailə üzvlərinin məişət və istirahətinin təşkilinə, sağlam həyat tərzi sürmələri üçün şərait yaradılmasına xüsusi önəm verən Azərbaycan həmkarlar ittifaqları bu məqsədlə onların sağlamlığının qorunması və istirahətinin təşkili sahəsində ciddi islahatlar həyata keçirir. Ölkəmizdə işçilərin, onların ailə üzvlərinin sağlamlığını daim nəzarətdə saxlamaq üçün monitorinqlər keçirilir, üçtərəfli baş, ərazi, sahə müqavilələri imzalanır, istehsalat zədələrinin və peşə xəstəliklərinin azalmasına və profilaktikasına yönəldilmiş proqramlar işlənib hazırlanır. "Azərbaycan kurortları" Dövlət Proqramı haqqında 27 fevral 2007-ci il tarixli sərəncam isə ölkə Prezidentinin ölkə daxilində apardığı siyasətin sosialyönümlü olduğunu bir daha sübut etdi. Hələ 2005-ci ilin sonunda Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 100, həmkarlar ittifaqı mərkəzi orqanının 85 illiyi münasibətilə Prezident İlham Əliyevin Azərbaycan həmkarlar ittifaqlarının üzvlərinə məktubunda da "müalicə və istirahət ocaqlarının, idman komplekslərinin və mədəniyyət mərkəzlərinin geniş şəbəkəsinin yaradılması və zəhmətkeşlərin xidmətinə verilməsi həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin mühüm istiqamətləri olduğunu" qeyd edib. Dövlət başçısı bu sərəncamla ölkədəki sanatoriya və kurortların, o cümlədən həmkarlar ittifaqlarının sanatoriya və kurort şəbəkəsinin müasir tələblərə uyğun inkişafı, insanların sağlamlıqlarının qorunması naminə yüksək səviyyəli müalicə, istirahət ocaqlarının fəaliyyət göstərməsi üçün böyük imkanlar açıb. Məlum olduğu kimi, həmkarlar ittifaqları yarandığı gündən etibarən işçilərin məişət, sağlamlıq şəraitinin yaxşılaşdırılmasında, sağlamlıq ocaqları vasitəsilə onların ailə üzvlərinə xidmət göstərilməsində, sanatoriya və istirahət evlərinin şəbəkəsinin genişləndirilməsində fəal iştirak edib. Mövcud sanatoriya və kurortlar şəbəkəsinin yaradılmasına illər boyu milyon manatlarla vəsait xərclənmiş, yüz minlərlə işçi həmkarlar ittifaqlarının yollayışları ilə istirahət evlərinə, kurort və sanatoriyalara göndərilib.
- Dağlıq Qarabağ münaqişəsi bu sahədə özünün mənfi təsirini nə dərəcədə göstərib? Hazırda nə qədər məcburi köçkün sanatoriyalarda məskunlaşıb?
- 1989-cu ildən etibarən respublikanın düşdüyü müharibə vəziyyəti ağır iqtisadi problemlər, azad bazar iqtisadiyyatının sərt münasibətləri sanatoriya, pansionat və kurortlarımızdan da yan keçməyib. "Şuşa", "İstisu" sanatoriyaları erməni təcavüzkarları tərəfindən işğal olunmuş ərazilərdə qalmışdır. Azərbaycan həmkarlar ittifaqlarının "Kurort" Səhmdar Cəmiyyətinə 2,2 milyard manatdan artıq ziyan dəyməklə çarpayı fondu 7939 vahid azalıb. Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın düşmüş soydaşlarımıza kömək məqsədi ilə sanatoriyalarımızın əksəriyyəti onların ixtiyarına verilib. Hazırda sanatoriyaların 70%-də 8500-ə yaxın qaçqın və məcburi köçkün yaşayır. Didərgin soydaşlarımıza göstərilən kommunal, səhiyyə və digər xidmətlərin xərci əsasən həmkarlar ittifaqları fondlarının hesabına ödənilir. Bununla belə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Kurort" Səhmdar Cəmiyyəti əməkçilərin sağlamlığının qorunması və mühafizəsi üçün bütün daxili imkanlarını səfərbər edib və cəmiyyətin xidmətində olan müxtəlif profilli sanatoriyaların hamısında müalicəyə gələnlərin rahatlığını təmin etmək məqsədi ilə hər cür şərait yaradıb. Hazırda həmkarlar ittifaqlarının 1 kurort birliyi, 5 sanatoriya, 1 müalicə pansionatı və istirahət evi fəaliyyət göstərir. Bu müəssisələrin 12600 çarpayı fondundan yalnız 2250-si sanatoriya-kurort müalicəsi və istirahət üçün istifadə edilir. Bunun bir səbəbi orada qaçqınların məskunlaşması, çarpayı fondunun bir hissəsinin işğal olunmuş ərazilərdə qalmasıdırsa, bir hissəsi də texniki cəhətdən istismara yararsız olduğuna görə konservasiya edilməsidir. Məcburi Dövlət Sosial Sığorta vəsaitləri hesabına sanatoriya və kurortlardan 2008-ci ildə 16500 nəfərə yaxın, 2009-cu ildə isə 18500 nəfərə yaxın işçi yararlanıb.
- Hazırda sanatoriya və kurortlara müalicə, yaxud istirahətə göndərişlər hansı prinsiplərlə aparılır? Bu məsələdə hər hansı yeniliklər varmı?
- Həmkarlar ittifaqı təşkilatları daxili imkanlar hesabına həmkarlar ittifaqı üzvlərinin müalicə və istirahətlərini təşkil ediblər. Ümumilikdə, həmkarlar ittifaqlarının xətti ilə 30000 nəfərdən artıq əməkçinin sanatoriya-kurort müalicəsi və istirahəti təşkil olunub. Yollayışların 10 %-i əməkçilərimizə tam güzəştlə pulsuz, qalan 90%-i isə yollayışların dəyərinin yalnız 15%-i ödənilməklə verilib. İşçilər iş yerlərində, tələbələr isə təhsil aldığı müəssisələrdə həmkarlar ittifaqı komitələrinə ərizə ilə müraciət edərək müalicə və istirahət üçün yollayışlar alırlar. Müəssisənin həmkarlar ittifaqı komitələri, onların xüsusi komissiyaları yollayışlara daha çox ehtiyacı olanları müəyyən edir, onların uçotunu apardıqdan sonra Rəyasət Heyətinin yığıncağının qərarına əsasən, işçilərin təqdim etdikləri tibbi arayışa uyğun olaraq, müvafiq yollayışlarla təmin edir. Yollayışların dəyərinin 85%-i həmkarlar ittifaqı təşkilatı tərəfindən, 15%-i isə yollayış alan şəxs tərəfindən ödənilir. İlk növbədə şəhid ailələri, müharibə iştirakçıları, qaçqın və məcburi köçkün ailələri norma daxilində pulsuz yollayışlarla təmin olunurlar.
- Bəs həmkarlar ittifaqlarının bütün müalicə ocaqları tələbatı ödəyə bilirmi?
- Respublikamızda əhalinin həyat səviyyəsinin yüksəlməsi və gəlirlərinin artması ilə əlaqədar olaraq ilbəil şəfa ocaqlarında müalicə almaq arzusunda olanların sayı artır. Bununla yanaşı müraciət edənlər arasında hətta Rusiya, Ukrayna, Gürcüstan, Baltikyanı respublikalarının və digər xarici ölkələrin vətəndaşları da var. Demək olar ki, həmkarlar ittifaqlarının bütün müalicə ocaqlarına tələbat böyükdür. Bu da ildən-ilə sanatoriya və istirahət ocaqlarında müalicənin və asudə vaxtın keyfiyyətinin artması ilə əlaqədardır. Yeməyin keyfiyyətindən tutmuş, müalicənin səmərəliliyinə, tibbi personalın davranışına, asudə vaxtın səmərəli təşkilinə qədər hər şey sanatoriya və istirahət evlərinə kütləvi axına yaxşı mənada təsir göstərir. İşçilərin və onların ailə üzvlərinin sağlamlığının qorunması problemi üzrə məsələləri həll etmək üçün AHİK vətəndaşlara pulsuz tibbi yardım göstərilməsinə, ölkənin sosial-iqtisadi inkişaf proqramlarına müvafiq olaraq səhiyyədə prioritet maliyyələşdirmənin təmin edilməsinə, səhiyyə sahəsində əhaliyə xidmət üzrə minimum dövlət sosial standartlarının həyata keçirilməsinə və ilkin tibbi-sanitar yardımın inkişafına çalışır. Bütün bunlara nail olmaq üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları kollektiv müqavilə və sazişlər vasitəsilə tibb və istirahət müəssisələrindəki vəziyyətə təsir edir, işçilərin və onların ailə üzvlərinin sağlamlığının qorunması, istirahətinin təşkili məsələlərini həll edir. Eyni zamanda AHİK-in üzv təşkilatları öz vəsaitləri hesabına tikdirdikləri istirahət ocaqlarında da ittifaq üzvlərinin istirahətini təşkil edirlər. Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının Nabran istirahət zonasında tikib istifadəyə verdiyi istirahət ocağında ildə 300 nəfər, Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının "Lokomotiv" istirahət mərkəzində isə 420 nəfər dincəlir. Bundan əlavə, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı 3 hektar sahədə istirahət zonasının tikintisinin bir hissəsi yekunlaşdırılıb və dövlət qulluqçularının istifadəsinə verilib. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 260 yerlik istirahət ocağının 2012-ci ildə təhvil verilməsi nəzərdə tutulub. Artıq həmkarlar ittifaqı üzvlərinə sanatoriya-kurort, istirahət evlərinə verilən yollayışların sayı artır. Bəzi sahə həmkarlar ittifaqlarında isə tarif sazişləri və kollektiv müqavilələr vasitəsilə yollayışların dəyərinin qismən ödənilməsini təsərrüfat orqanları öz üzərinə götürüb, həmkarlar ittifaqı üzvlərini pulsuz yollayışla təmin ediblər.
525-ci qəzet
07.07.10

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.