Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
"Qonaqlara göstərməyə, haqqında söhbət açmağa gözəl təbiətimiz, müasir müəssisələrimiz, kifayət qədər uğurlarımız var. Xaricilər Azərbaycana 15-20 il əvvəl olduğu kimi tövsiyələr verməyə gəlmir, həm də bizdən nəyisə görüb-götürməyə səfər edirlər". Yerli Sənaye və Kommunal Məişət Müəssisələri Fəhlələri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Telman Hacıyev mənimlə söhbətinə bu sözlərlə başladı. Söhbətin məğzində isə qardaş Türkiyədə fəaliyyət göstərən "Hizmət-İş" sendikasının nümayəndə heyətinin ölkəmizə səfəri və onların "kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılması" mövzusunda keçirilmiş müştərək seminarda iştirakı dururdu. Telman müəllim və digər təşkilatçılar seminarın çox faydalı olduğunu söylədilər. Bu da onunla əlaqədardır ki, həm ev sahibləri, həm də "Hizmət-İş" böyük təcrübəyə malikdirlər. Çətin rəqabət şəraitində formalaşmış, cəsarəti və mübarizliyi sayəsində yaşamaq hüququ qazanmışdır. "Bir-birindən öyrənməli şeylər çoxdur", - deyə Telman müəllim mənə "Hizmət-İş" barədə qısa məlumat verdi. Bildirdi ki, bu qurumun əsasını 1979-cu ildə hazırda Türkiyə Böyük Millət Məclisinin deputatı olan Hüseyn Tanrıverdi bəy 6 nəfər əqidə dostu ilə birlikdə qurmuşdu. Qısa müddətdə "Hizmət-İş" ətrafına çoxsaylı insanları toplaya bildi. Təşkilatın artıq 1984-cü ildə 21 min 700 nəfər üzvü var idi. 8 il sonra üzvlərinin sayı 86 min 500 nəfərə çatdı. Hazırda bu qurumun üzvlərinin sayı 135 mini keçib. Yerli Sənaye və Kommunal Məişət Müəssisələri Fəhlələrinin Hİ Respublika Komitəsi ilə "Hizmət-İş" arasında əlaqələr 1992-ci ildə qurulmuşdur. Sonradan qurumun genel başkanı Mahmut Arslan seçilsə də, əlaqələrdəki istilik əvvəlki səviyyəsində qaldı. Cənab M.Arslan sələfinin azərbaycanlı həmkarlarına qarşı qardaşlıq münasibətini davam etdirdi. Onun genel başkanlığı dövründə əlaqələr daha da möhkəmlənib. Müntəzəm olaraq müştərək seminarlar, konfranslar keçirilir, qarşılıqlı səfərlər, görüşlər təşkil olunur. "Hizmət-İş" iyunun 25-də Bakıda keçirilən seminarda 6 nəfərlik nümayəndə heyəti ilə təmsil edilmişdir. Seminarda YSKMMFHİ RK-sının sədri Telman Hacıyev geniş məruzə etdi. O, çıxışında ilk növbədə gündəlikdə duran məsələnin mahiyyətini açmağa çalışdı. Dedi ki, son zamanlar iqtisadiyyatın qloballaşması, özəlləşməsi, respublikamızın dünya sivilizasiyasına inteqrasiyasının sürətlənməsi həmkarlar ittifaqlarının da fəaliyyətində yeni istiqamətlərin müəyyənləşdirilməsinə təkan verib. Əməyin təşkilinin yeni formaları tətbiq olunur. İşçi və işəgötürənlərin münasibətində dəyişikliklər baş verir. Qloballaşma əməyin, xüsusilə də uşaq əməyinin və məcburi əməyin istismarına şərait yaradır. Beynəlxalq həmkarlar ittifaqları hərəkatı işçilərin hüquqlarının müdafiəsi sahəsində Milli mərkəzlərdə toplanmış təcrübənin, əks-mübarizə formalarının geniş miqyasda tətbiqi yollarını axtarır. Bu, yaxşı haldır. Perspektivli cəhdlərdir. Qloballaşma sosial-ədalət və tam məşğulluq məsələlərində güzəştlər kimi yox, yenidən strukturlaşma, tənzimlənmənin tədricən aradan qaldırılması kimi başa düşülməlidir. Həm dünya miqyasında, həm də regional səviyyədə işçilərin əsas hüquqlarına əməl olunmasını təmin etmək olar. Bunun üçün də iqtisadi inteqrasiyaya aid olan müqavilələrdə həmin hüquqlar öz əksini tapmalıdır. T.Hacıyev sonra ötən dövr ərzində komitənin gördüyü işlər və keçirtdiyi tədbirlər barədə qısa məlumat verdi. Dedi ki, sahə həmkarlar ittifaqının təşkilat və maliyyə cəhətdən möhkəmləndirilməsi işini davam etdirmiş, əsas diqqət sosial tərəfdaşlığın inkişafına, həmkarlar ittifaqı üzvlüyünün əsaslandırılmasına, üzvlük haqlarının tam həcmdə toplanmasına yönəldilmişdir. Respublika Komitəsinin məsul işçiləri Mingəçevir, Sumqayıt, Gəncə şəhərlərində və eləcə də respublikanın bir sıra rayonlarında ezamiyyətdə olmuşlar, ilk həmkarlar ittifaqı komitələrində seminar-müşavirələr keçirmiş, yeni təşkilatların həmkarlar ittifaqına cəlb edilməsi və digər məsələlər barədə tövsiyələr vermişlər. Eyni zamanda işçilərin məzuniyyət hüquqlarının pozulmasına, istifadə edilməmiş məzuniyyətə görə kompensasiyaların ödənilməməsinə çalışan, kollektiv müqavilələrin bağlanmasından əsassız olaraq imtina edən, götürülmüş öhdəlikləri yerinə yetirməyən, üzvlük haqlarını köçürməyən işəgötürənlərə qanunvericilikdə onlara qarşı nəzərdə tutulan cəzalar xatırlanmışdır. Son 2 ildə 25 özəl təşkilatda, o cümlədən "Azsantexplast" ASC, İmişli Təmir Tikinti Sahəsi, Peyk-TelA, Lənkəran Məişət Cihaz, Lənkəran L.Kamranlı, "Bərpaçı-P" MMC, "Xarxatan" Kərpic İK, "QMD", Masallı Kərpic, Astara Ziyafət Kərpic müəssisələrində, "Xansaray", "Kristal-R" MMC, "Mirakle" Kimyəvi Təmizləmə, 2 İnternet-klub və s.-də həmkarlar ittifaqı təşkilatı yaradılmışdır. Xidmətimizdən yayınan 22 müəssisədən 12 müəssisənin həmkarlar ittifaqı təşkilatları sahə prinsipinə uyğun yenidən xidmətimizə qaytarılmış, bu iş bu gün də davam etdirilir. AHİK tövsiyələrini və Beynəlxalq həmkarlar ittifaqlarının təcrübəsini nəzərə alaraq üzvlük haqlarının 2% miqdarında təyin edilməsi məsələsi də aktual olaraq qalır. Respublikada bir sıra həmkarlar ittifaqı komitələri bu işdə müsbət nəticələrə nail olmuşdur. Lakin sahəmiz üzrə bu iş ləng gedir. Çalışmalıyıq ki, bu istiqamətdə səfərbərliyimizi artıraq. Düzdür, apardığımız işlər və tədbirlər müsbət nəticələr verir. 2007-ci ilə nisbətən üzvlük haqlarının toplanmasında artım olmuşdur. Bizi narahat edən əsas məsələlərdən biri də həmkarlar ittifaqı üzvlərinin azalmasıdır. Bugünkü seminarı keçirtməkdə məqsədimiz yeni açılan müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının yaradılması barədə fikir mübadiləsi aparmaq, AHİK-in bu məqsədlə hazırladığı təlimat xarakterli sənədlərlə tanış olmaqdır. Seminarda Türkiyənin kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılmasının iş təcrübəsi barədə "Hizmət-İş" Sendikasının katibləri Metin Eserə və Zekeriye Koça danışdılar. Onlar Türkiyənin hətta ən ucqar bölgələrində həmkarlar ittifaqı təşkilatı yaratmaq təcrübələri barədə iştirakçıları məlumatlandırdılar. Etiraf etdilər ki, bu, çox çətin posesdir. Çətinlik də əsasən ondan ibarətdir ki, ölkədə çoxsaylı sahə həmkarlar ittifaqı fəaliyyət göstərir. Üzvlər uğrunda böyük rəqabət var. Sonra natiqlər üzvlərin quruma daxil olması prosedurası, üzvlük haqlarının həcmi və sair məsələlərdən danışdılar. Seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırdılar. Sonda iştirakçıların rəy və təklifləri öyrənildi. Seminar başa çatsa da, türkiyəli qonaqların Azərbaycan ziyarəti davam etdi. Onlar iyunun 26-da Sumqayıt şəhərinə getdilər. RK-nın şəhər komitəsinin və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində oldular. Səhərisi gün türkiyəli sendikaçıları Qəbələ rayonunun füsunkar təbiəti ağuşuna aldı. Qonaqlar Qəbələnin gözəlliklərini böyük heyranlıqla seyr etdilər. Buradakı müasir texnika, texnologiyalar əsasında qurulmuş müəssisələrlə tanış oldular. Gəncədə türkiyəli qonaqları həmkarlar ittifaqı təşkilatının liderləri ilə yanaşı, şəhər icra hakimiyyətinin rəhbərliyi də qarşıladı. İyunun 30-da "Hizmət-İş" təmsilçiləri Bakıya qayıtdılar. "Bakıelektrik şəbəkə" ASC "İçərişəhər" Qapalı Yarımstansiya və orada yaradılmış muzeyin eksponatları ilə tanış oldular. Tanışlıqdan sonra etiraf etdilər ki, bu, olduqca müasir qurğudur. Regionda onun analoqu yoxdur. Qonaqlar işçilərlə görüşdən də məmnun qaldılar. Birbaşa söhbət onlarda belə bir təsəvvür oyatdı ki, sahə Hİ və onun ilk təşkilatları işçilərin əmək və sosial hüquqlarının qorunması vəzifəsini cəsarətlə və peşəkarcasına yerinə yetirir. Əmək şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş tədbirlərin reallaşdırılmasına həmkarlar ittifaqı tərəfindən güclü nəzarət var. "Hizmət-İş"çilərin sonuncu görüşü "Azərilmə" MMC-nin xalçaçıları və Ceyranbatan Su Anbanrının kollektivi ilə oldu. Onu da oxucularımızın diqqətinə çatdıraq ki, bölgələrdə qonaqlarla bərabər Azərbaycan Su Təsərrüfatı İşçiləri Hİ-nin sədri Akif Məmmədov da olmuşdur. Nümayəndə heyətinin üzvləri bu səfəri yüksək dəyərləndirdilər. "Biz həm təcrübəmizi bölüşdük, həm təcrübə qazandıq, həm də özümüzlə əbədi unudulmayacaq bir Azərbaycan apardıq", - dedilər. Məlumat üçün deyək ki, qonaqlar iyunun 25-də seminar başlanmamışdan bir neçə saat əvvəl ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişdilər. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevin qəbulunda olmuşdular. Bu barədə ötən sayımızda məlumat verilmişdi. B.RZAYEV.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.