Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Cəmiyyətimizin əsas vəzifəsi elektrik enerjisinin ötürülməsi və istehlakçıları fasiləsiz, etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən ibarətdir. Təbii ki, belə mürəkkəb sistemi idarə edən kollektivin hər bir üzvünün maddi, mənəvi, sosial-iqtisadi, məişət, istirahət, sağlamlıq qayğıları həm rəhbərlik, həm də həmkarlar ittifaqı komitəsinin diqqətindən kənarda qala bilməz.
Bu diqqətin real nəticələr verməsindən ötrü HİK öz işinə yaradıcılıqla yanaşır, səmərəli tədbirlər həyata keçirir. Məsələn, həmkarlar ittifaqı komitəsində fəaliyyət sahələri üzrə komissiyalar yaradılmışdır. Komissiyaların tərkibinə bütün struktur bölmələrindən fəallar cəlb edilmişdir. Onların işi barədə HİK-də daim dinlənilmə aparılır. Həmkarlar İttifaqı Komitəsinin işlərinə müəssisənin ən aktiv qüvvələri cəlb olunur və onların sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılır. Müxtəlif sahələrdə sex komitələri fəaliyyət göstərir. Bu qurum həmkarlar təşkilatını təmsil edən nümayəndələr hesabına formalaşıb. İşçilər onları maraqlandıran məsələlər barədə bu numayəndələrə müraciət edirlər. Böyük sevinc hissi ilə qeyd etmək istəyirəm ki, kollektiv müqavilənin öhdəlikləri vaxtında yerinə yetirilir. Nəzərdə tutulmuş bütün sosial güzəşt, müavinət, mükafat və maddi köməkliklər tam ödənilir. Kollektiv müqaviləyə əsasən, əməkhaqqı fonduna aid edilməyən sosial xarakterli ödəmələr 2008-ci ildə 100422,0 manat, 2009-cu ildə isə artırılaraq 139717,0 manat olmuşdur. Qeyd etməliyəm ki, əməyin nəticələrinə görə verilən mükafatlar, maddi köməkliklər işçilər arasında sosial-ədalət prinsipinin gözlənilməsi məqsədi ilə müəssisənin rəhbərliyi və HİK-i arasında razılaşdırılma əsasında struktur bölmələri üzrə aparılır. Komitənin fəaliyyət istiqamətinin ən vacibi işçilərin sosial hüquqlarının əmək və istehsal intizamının qorunması, möhkəmləndirilməsidir. İşçilərin hər bir müraciətinə diqqət və həssaslıqla yanaşılır, dərindən öyrənilir, konkret təkliflərlə rəhbərliyə müraciət edilir. Demək olar ki, bütün hallarda müraciətlər qanun çərçivəsində müsbət həllini tapır. Mütəmadi olaraq iş yerlərinə reydlər keçirilir, geniş izahatlar aparılır, profilaktik tədbirlər görülür. Görülən işlərin nəticəsidir ki, son illər əmək və istehsalat intizamının, işçilərin sosial hüquqlarının pozulma halları minimuma enmişdir. Həmkarlar İttifaqı Komitəsi işçilərin iş şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, texniki-təhlükəsizlik qaydalarının yerinə yetirilməsi, avadanlıq, mexanizm və qurguların düzgün istismar edilməsi kimi sahələrə ciddi nəzarət edir. Belə ki, zərərli və ağır iş şəraitində işləyənlər tibbi müayinədən keçirilmiş, struktur bölmələrə tibbi çantalar paylanmış, bütün iş yerləri attestasiya edilmiş, sanitar qovşaqları təmir olunmuşdur. Hər ay komitənin iştirakı ilə texniki- təhlükəsizlik günü keçirilir. Aşkar edilmiş çatışmamazlıqlar növbəti gün rəhbərliklə müzakirə edilərək qüsurların aradan qaldırılması üçün məsul şəxslərə müvafiq göstərişlər verilir. Hər il bizim təşkilatçılığımız ilə Energetiklər günü, dövlət, Milli və dini bayramlar qeyd edilir. İşçilərin idmanla məşğul olmaları üçün şəbəkədə xüsusi yer ayrılmışdır, burada tennis, dama, şahmat və nərd oyunları həvəskarları asudə vaxtlarında məşğul olurlar. Özünə güvənənlər hətta cəmiyyət üzrə yarışlara qoşulur. Təbii ki, qalib gəldikdə qiymətli hədiyyə ilə mükafatlandırılır. Mütəmadi olaraq respublikanın səfalı guşələrinə, tarixi bölgələrinə gəzintilər təşkil edirik. İşçilərin istəklərinə uygun olaraq teatr tamaşalarına baxış təşkil olunur. Şəbəkədə çalışan şəhid ailələri, Qarabağ müharibəsi iştirakçılarına və kollektiv müqaviləyə uyğun olaraq işəgötürən tərəfindən maddi-mənəvi köməkliklər edilir. İlk təşkilatın maddi-texniki bazası daim möhkəmləndirilir ki, bu da gündəlik fəaliyyətinin genişlənməsinə müsbət təsirini göstərir.
Eldar Ocaqquliyev, "Abşeron Yüksək Gərginlikli Elektrik Şəbəkəsi" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.